Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-148/2022 18.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçılar İddiaçı1, X4, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(033)-16/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1, X4, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurduqları ziyana görə cavabdehlər Cavabdeh1 və X3 224 manat əsas ziyan, 420 manat əldən çıxmış fayda, 500 manat mənəvi zərər və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar İddiaçı1, X4, İddiaçı3̇ , İddiaçı4, İddiaçı5 sonradan iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, vurulmuş ziyana görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 224 manat əsas ziyan, 420 manat əldən çıxmış fayda, 500 manat mənəvi zərər, ödənilmiş 30 manat dövlət rüsumunun, kəsdikləri 40 ədəd söyüd ağacına görə 500 manat pulun, cəmi 1924 manat pulun alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçıların iddia tələbinin həcminin artırılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçılar İddiaçı1, X4, İddiaçı3, İddiaçı4, İddiaçı5 sonradan iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 224 manat əsas ziyan, 420 manat əldən çıxmış fayda, 500 manat mənəvi zərər, ödənilmiş 30 manat dövlət rüsumunun, kəsdikləri 12 ədəd çinar ağacına görə 1770 manat və kəsdikləri 40 ədəd söyüd ağacına görə 500 manat pulun, cəmi 3444 manat pulun alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçıların iddia tələbinin həcminin artırılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim T.Həsənov) 23 avqust 2021-ci il tarixli, 2(033)- 16/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada maddi zərərin əvəzi olaraq 1994 (bir min doqquz yüz doxsan dörd) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçılar İddiaçı1, X4, İddiaçı3, İddiaçı4 və İddiaçı5 verilməsi, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi, 10 (on) manat dövlət rüsumu İddiaçı1 özünə aid edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Müstəqil Məhkəmə Ekspertizası Məhdud Məsuliyyətli Cəmiyyətinin, Kapitalbank ASC Gənclik Mall filialı, Kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/H AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB**********433315142 hesabına köçürülməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçılar İddiaçı1, X4, İddiaçı3, İddiaçı4, İddiaçı5 iddia tələbini onunla əsaslandırmışlar ki, onların xüsusi mülkiyyətlərində Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 01 may 2018-ci il tarixli qeydiyyat nömrəsi ********** olan RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Həmin torpaq sahəsinin bir hissəsi cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt olunaraq istifadə olunur və onların mülkiyyət hüquqları cavabdehlər tərəfindən qanunsuz olaraq pozulur. Bundan başqa, cavabdehlər onlara məxsus torpaq sahəsində biçdikləri ot məhsulunu oğurlamışlar və həmin torpaq sahəsində yerləşən və bar verən 7 topa fındıq ağaclarını kəsərək onlara maddi və mənəvi zərər vurmuşlar. Onların bu hərəkətləri barədə polisə müraciət etmişlər. Polis araşdırması zamanı məlum olmuşdur ki, cavabdehlər onların hər il hər biri 3 kq fındıq məhsulu verən 7 topa fındıq ağaclarını kəsərək məhv etmişlər və 140 manat dəyərində ot məhsulunu oğurlamışlar. Cəmi 224 manat ziyan vurmuşlar. Lakin ziyan bununla kifayətlənməmişdir. Belə ki, 3 kq fındıq məhsulu vermək üçün fındıq ağacını əkdikdən sonra 5 il qulluq edərək böyütməlisən ki, o ağac 3 kq fındıq məhsulu versin. Cavabdehlərin onlara məxsus ağacları kəsərək məhv etməsi sübuta yetirilmişdir. İndi onlar həmin ağacların yerinə yenidən ağac əkərək 5 il gözlədikdən sonra həmin məhsulu verməyə başlayacaqdır. Deməli cavabdehlər həm də onlara 5 illik əldən çıxmış faydaya görə də kompensasiya ödəməlidirlər. 7 topa ağac hər biri 3 kq fındıq=21 kq, hər kq qiyməti 4 manat, 21x4=84 manat bir ildə vurulmuş ziyan, 84 manatı 5 ilə vuranda isə cəmi 420 manat alınır. Deməli cavabdehlər 420 manat əldən çıxmış faydaya görə ziyan ödəməlidir. Bundan başqa, əkiləcək həmin ağaclara görə qulluq göstərmək, vurduqları ziyanlara görə polislərlə vaxt itirmək, mənəvi iztirab keçirməyə görə də hesab edirlər ki, 500 manat ödəməlidirlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(033)-16/2021 iş nömrəli qətnaməsi aşağıda qeyd olunanlara əsasən qanunsuz və əsassız hesab edir. Mübahisəli ərazi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1996-cı tarixli, 17/19 nömrəli qərarına əsasən onların mülkiyyətində olmuş və yalnız 2018-ci il tarixdə həmin torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilmişdir. Dəymiş ziyanla bağlı ekspertiza rəyi də ağacların real bazar qiymətini özündə əks etdirmir. Belə ki, 12 ədəd çinar ağacının dəyəri heç vaxt 1770 manat təşkil edə bilməz. Hesab edirlər ki, işlə bağlı təkrar ekspertiza keçirilməlidir. Tərəflərin izahatından da göründüyü kimi, ağacları Cavabdeh1 kəsmişdir. Lakin, iddia təmin edilərkən həmin ziyanın X3 da tutulması qət edilmişdir. Fındıq kolları bərpa olunmasına və bunu ekspert öz rəyində qeyd etməsinə baxmayaraq, Zaqatala Rayon Məhkəməsi Zaqatala RPŞ-nin qərarına istinadən 224 manatın da onlardan müştərək qaydada tutulması qənaətinə gəlmişdir. Həmçinin qeyd olunan xüsusatla bağlı ekspertiza da təyin edilməmişdir. Şərh edilənlərdən də göründüyü kimi, barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur ki, bu da həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaranmışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(033)- 16/2021 iş nömrəli qətnaməsinin iddiaçının iddiasının təmin edildiyi hissədə ləğv edilməsini və yeni qətnamə qəbul edilərək, iddianın həmin hissədə də təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçılar onun qohumlarıdır. Lakin neçə illərdir ki, aralarında torpaqla bağlı mübahisə gedir. Sonda məhkəmə qərarı ilə onlar iddiaçılara məxsus torpaq sahəsindən çıxarılmışdır. Kəsilmiş ağaclarla bağlı ekspertiza rəyində göstərilmiş rəqəmlər həqiqəti əks etdirmir. Ona görə də apellyasiya şikayətinin təmin olunaraq, birinci instansiya məhkəməsinin ləğv olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən digər cavabdeh X10 da apellyasiya şikayətini müdafiə edərək, sonda birinci instansiya məhkəməsinin ləğv olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cavabdeh tərəfin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(033)-16/2021 nömrəli qətnaməsi dəymiş ziyanın məbləğinə münasibətdə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, lakin iş materiallarında olan sübutları nəzərə alaraq iddia tələbini qismən təmin edərkən düzgün olmayan nəticəyə gəlmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlər: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsi tərəfindən 01 may 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1,50 hektar kənd təsərrüfatı təyinatlı torpaq (əkin) sahəsi İddiaçı1, X4, İddiaçı3̇ , İddiaçı4 və İddiaçı5 ümumi birgə mülkiyyətləri kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində 131 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Zaqatala RPŞ-nin 10 may 2019-cu il tarixli cinayət işinin başlanmasını rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yaşayan İddiaçı1 və Cavabdeh1 Zaqatala rayon polis şöbəsinə müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı1 224 manat məbləğində maddi ziyan dəyməsi mülki xarakterli olduğundan ona Zaqatala Rayon Məhkəməsinə müraciət edə bilmək hüququ izah edilmişdir. Zaqatala RPŞ-nin 12 fevral 2020-ci il tarixli cinayət işinin başlanmasını rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbə sakini X1 DİNnin 102 xidmətinə və onun əri İddiaçı1 Zaqatala RPŞ-yə müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı1 müraciətində göstərdiyi xüsusatlar mülki xarakterli olduğuna görə Zaqatala Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Zaqatala RPŞ-nin 24 may 2020-ci il tarixli cinayət işinin başlanmasını rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbə sakinləri Cavabdeh2 və İddiaçı1 DİN-nin 102 xidmətinə və Zaqatala RPŞ-yə müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Onların dəymiş ziyanla bağlı göstərdikləri xüsusatlar mülki xarakterli olduğundan onlara Zaqatala Rayon Məhkəməsinə müraciət edə bilmək hüququ izah edilmişdir. Şəki İnzibati Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2-1(116)-33/2020 nömrəli qərarından görünür ki, iddiaçılar X8, X5, Cavabdeh1, Cavabdeh2, X6 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinə (üçüncü şəxslər İddiaçı1, X9, İddiaçı3, İddiaçı4 və İddiaçı5) qarşı "İddiaçı1, X9, İddiaçı3, İddiaçı4 və İddiaçı5 adına 131 nömrəli reyestr kitabının 66-cı səhifəsində ********** nömrəsi ilə aparılmış qeydiyyatın və həmin RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dovlət reyestrindən çıxarışın, Zaqatala rayon Aqrar islahat Komissiyasının qərarına əsasən X8, X5, Cavabdeh1, Cavabdeh2, X2 ümumi birgə mülkiyyətlərinə verilmiş Zaqatala rayon Əliabad qəsəbəsində yerləşən 0.14 ha və 0.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə üstüstə düşdüyü hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-205/2020 nömrəli 27 iyul 2020-ci il tarixli qərarından görünür ki, iddiaçılar X8, X5, Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh1 vəkili X17 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2-1(116)-33/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1924/202 nömrəli 23 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)- 205/2020 nömrəli 27 iyul 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi mümkün sayılmamışdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-9/2021 nömrəli, 27 yanvar 2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 iddiaçılar İddiaçı1, X4, İddiaçı3, İddiaçı4 və İddiaçı5 mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışda göstərilən 1,50 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçılara təhvil verilməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-305/2021 nömrəli, 28 aprel 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, X4, İddiaçı3, İddiaçı4 və İddiaçı5 qarşı maddi zərər tələbinə dair iddiasının rədd edilməsi, iddiaçı Cavabdeh1 ödədiyi 30 (otuz) manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 2(107)-1564/2021 nömrəli 10 avqust 2021- ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş,. Zaqatala Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(033)- 16/2021 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Müstəqil Məhkəmə Ekspertizası Məhdud Məsuliyyətli Cəmiyyətinin 26 may 2021-ci il tarixli, 283 nömrəli rəyində göstərilmişdir ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1,50 ha torpaq sahəsində əkilmiş 12 ədəd çinar (qovaq) ağacının kəsilməsi nəticəsində dəymiş ziyanın miqdarı 1770 manat təşkil edir. Ekspert baxışına təqdim edilmiş 12 ədəd çinar ağacının yaşı diametrlərinə görə 4 ədəd=12 sm – 3.5 (3-4) il, 5 ədəd d=16 sm – 5.5 (5-6) il, 3 ədəd d=20 sm – 7.5 (7-8) il olması müəyyən edilir. Həmin ağacların əkilməsi (d=12sm, d=16sm, d=20sm) müvafiq olaraq 2017, 2015 və 2013-cü illərin payız aylarına təsadüf edir. Ekspert baxışına təqdim edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1,50 ha torpaq sahəsində mövcud olan 7 topa fındıq ağacının hündürlükləri təxminən 2.7-3.0 metr olmaqla yaşları 3.5 (3-4) il olması müəyyən edilir. Həmin ağacların əkilməsi 2017-ci ilin payız aylarına təsadüf edir. Ekspert baxışına təqdim edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1,50 ha torpaq sahəsində mövcud olan 40 ədəd söyüd ağacının müvafiq olaraq diametrləri təxminən d=22-27 sm olmaqla yaşları 5.5 (5-6) il olması müəyyən edilir. Həmin ağacların əkilməsi 2013-cü ilin payız aylarına təsadüf edir. Qeyd: Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1,50 ha torpaq sahəsinə baxış keçirilən zaman müəyyən olmuşdur ki, 7 topa fındıq kolunda və 40 ədəd söyüd ağacında kəsmə (budama) işləri nəticəsində həmin ağaclar bioloji inkişafdan dayanmamışdır. Hal-hazırda da inkişafdadırlar. Ona görə də, həmin ağaclara ziyan hesablanmamışdır. Müstəqil Məhkəmə Ekspertizası Məhdud Məsuliyyətli Cəmiyyətinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Apellyasiya icraatı zamanı kəsilmiş ağacların dəyərinin müəyyən edilməsi məqsədilə aidiyyəti üzrə AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə sorğu verilmiş və verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, qeyd olunan ağacların kəsilməsi nəticəsində əmələ gələn oduncağın həcmi 1.99 kub.m. nırx dəyəri isə 42 manat 98 qəpik təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, İddiaçı1, X4, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ümumi birgə mülkiyyətlərində Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1,50 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi vardır. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınaraq 01.05.2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan, RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-9/2021 nömrəli, 27 yanvar 2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehlərin iddiaçıların mülkiyyətində olan 1,50 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. İddiaçılar cavabdehlər tərəfindən onlara ziyan vurulmasını əsas gətirərək cavabdehlərdən maddi ziyan tələb edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehlərin apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin ləğvi üçün əsaslı olmasa da dəyişdirilməsi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materialları ilə sübut olunur ki, Zaqatala RPŞ-nin 10 may 2019-cu il tarixli cinayət işinin başlanmasını rədd edilməsi haqqında qərarına əsasən Cavabdeh1 İddiaçı1 məxsus Əliabad qəsəbə ərazisində yerləşən “Qoşaçöl” adlanan çöl ərazisindəki 1,5 ha torpaq sahəsində olan, 26 aprel 2019-cu il tarixdə qeyd edilən torpaq sahəsində İddiaçı1 2 at arabası həcmində çaldığı yonca qarışıq otları saat 11 radələrində qardaşı Cavabdeh2 idarə etdiyi qoşqulu VAZ 2106 markalı avtomobillə həyətlərinə aparmış və 7 ədəd topa fındıq ağaclarını dəhrə ilə diblərindən 1 metr yuxarıdan kəsərək, İddiaçı1 224 manat maddi ziyan vurmuşdur. Zaqatala RPŞ-nin 24 may 2020-ci il tarixli cinayət işinin başlanmasını rədd edilməsi haqqında qərarına əsasən isə müəyyən edilmişdir ki, cavabdehlər 16 may 2020-ci il tarixdə iddiaçının torpaq sahəsində olan otu biçdiyini öyrənmişlər, onun əvəzində əsəbiləşib əmisi Vəlinin əkdiyi 12 ədəd çinar ağacını kəsmişlər. Müstəqil Məhkəmə Ekspertizası Məhdud Məsuliyyətli Cəmiyyətinin 26 may 2021-ci il tarixli, 283 nömrəli rəyinə əsasən, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1,50 ha torpaq sahəsində əkilmiş 12 ədəd çinar (qovaq) ağacının kəsilməsi nəticəsində dəymiş ziyanın miqdarı 1770 manat təşkil etmişdir. Kollegiya Müstəqil Məhkəmə Ekspertizası MMC tərəfindən verilmiş rəylə razılaşmayaraq, yenidən aidiyyəti orqanlara müraciət etmiş və kəsilmiş ağacların dəyərinin müəyyən edilməsi xahiş olunmuşdur. Sorğuya cavab olaraq bildirilmişdir ki, qeyd olunan ağacların kəsilməsi nəticəsində əmələ gələn oduncağın həcmi 1.99 kub.m., nırx dəyəri isə 42 manat 98 qəpik təşkil edir. Məhkəmə kollegiyası Müstəqil Məhkəmə Ekspertizası MMC-nin rəyi ilə razılaşmamasının əsas səbəbini onunla əsaslandırır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Göründüyü kimi ekspert tərəfindən həmin rəy verilərkən AR NK-in 421 nömrəli 27 oktyabr 2016-cı il tarixli Qaydasına istinad olunmuşdur. Kollegiya ekspert rəyində istinad olunmuş Qaydaya münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il tarixli, 27 oktyabr tarixli 421 nömrəli Qaydasının (yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi) 1.1-ci bəndinə əsasən bu Qayda “Yaşıllıqların mühafizəsi haqqında” AR Qanununun 19.3-cü maddəsinə əsasən hazırlanmışdır və meşə fondu torpaqlarında, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi mexanizmini müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2004-cü il tarixli, 145 nömrəli Qərarına əsasən əsasağac və kol cinslərinin köküstə buraxılış nırxlarının hesablama əmsalları müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(033)-16/2021 nömrəli qətnaməsi müvafiq səlahiyyətə maik olan AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəyi əsas götürülməklə dəyişdirilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(033)-16/2021 nömrəli qətnаməsi “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçılar İddiaçı1, X4, İddiaçı3, İddiaçı4 və İddiaçı5 verilməsi müəyyən edilmiş maddi zərərin əvəzi olaraq 1994 (bir min doqquz yüz doxsan dörd) manat məbləğində pul vəsaitinin” məbləğinə münasibətdə dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçılar İddiaçı1, X4, X11, İddiaçı4 və İddiaçı5 xeyrinə tutulmalı olan maddi ziyanın məbləği 266.98 (iki yüz altmış altı manat 98 qəpik) manat müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-148/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-148/2022
18.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver