Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1489/2020 24.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dаir iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-488/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, “Mercedes Benz 190" markalı, 10 X3 103 dövlət qeydiyyat nişanlı və “Kia Cerato" markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş zərərə görə 1850 (bir min səkkiz yüz əlli manat 0 qəpik) manat sığorta ödənişi məbləği və bu ərizənin verilməsi ilə bağlı 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu, cəmi 1880,40 (bir min səkkiz yüz səksən manat 40 qəpik) manat Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-488/2020 nömrəli (hakim C.İmanov) qətnaməsi ilə iddia təmin edilərək, 1850 (bir min səkkiz yüz əlli manat 0 qəpik) manat sığorta ödənişi məbləği və 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu, cəmi 1880,40 (bir min səkkiz yüz səksən manat 40 qəpik) manat Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia müddəti keçdiyindən iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı Sığorta Şirkəti ASC tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi "Mercedes Benz 190” markalı, **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində hərəkət edərək manevr etmə qaydasını pozaraq “Mercedes Benz 190" markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı və “Kia Cerato" markalı, **-FP-*** avtomobillərlə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh avtomobili sərxoş halda və nəqliyyat vasitəsini müvafiq kateqoiya olmadan (“B" kateqoriyası) olmadan idarə etmişdir. İcbari sığortalar haqqında qanunur 25-ci maddəsinə əsasən Cavabdeh avtomobili sərxoş halda və sürücülük hüququ olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Abşeron rayon məhkəməsinin 3(012)-320/2015 saylı inzibati xəta haqqında iş üzrə qərarında öz əksini tapmışdır. xx.xx.2015-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Mercedes Benz 190" markalı, **-XR- *** dövlət qeydiyyat nişanlı avtomobilə 1000 (bir min manat 0 qəpik) manat ziyan dəymişdir. xx.xx.2015-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Kia Cerato” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 850 (səkkiz yüz əlli manat 0 qəpik) manat ziyan dəymişdir. PAT ********** saylı sığorta müqaviləsinin 017222 və 017250 saylı sığorta aktlarına əsasən “İddiaçı" Sığorta Şirkəti 1850 (bir min səkkiz yüz əlli manat 0 qəpik) manat sığorta ödənişi həyata keçirmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə iclası onun iştirakı olmadan keçirilmiş, məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş almamışdır. Məhkəmə qətnaməsi barədə xx.xx.2020ci il tarixdə icra məmuru tərəfindən çağırılaraq tələbin könüllü icrası haqqında bildiriş ona verildikdən sonra məlumatlı olduğunu və bundan sonra məhkəməyə müraciət etdiyini bildirmişdir. Qətnamənin iddiaçı tərəfin maraqlarına uyğun qəbul edildiyini bildirmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, eləcə də tətbiq edilməli olan maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)- 488/2020 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün tam hüquqlu məhkəmə kimi qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Abşeron rayon məhkəməsinin 3(012)-320/2015 saylı inzibati xəta haqqında iş üzrə qərarında öz əksini tapmışdır. xx.xx.2015-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Mercedes Benz 190" markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1000 (bir min manat 0 qəpik) manat ziyan dəymişdir. xx.xx.2015-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Kia Cerato” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 850 (səkkiz yüz əlli manat 0 qəpik) manat ziyan dəymişdir. PAT ********** saylı sığorta müqaviləsinin 017222 və 017250 saylı sığorta aktlarına əsasən “İddiaçı" Sığorta Şirkəti 1850 (bir min səkkiz yüz əlli manat 0 qəpik) manat sığorta ödənişi həyata keçirmişdir. Apellyasiya icraatı zamanı təyin edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 9/3490 nömrəli rəydən müəyyən olunur ki, “İddiaçı Sığorta” ASC-nin xx.xx.2015-ci tarixli qüsur aktındakı məlumata əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1992-ci il buraxılışlı “Mercedes Benz 190” markalı, ** XR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 810,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 320,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 490,00 manat. Nəzəri hesablama yolu ilə, “İddiaçı Sığorta” ASC-nin xx.xx.2015-ci tarixli qüsur aktındakı məlumata əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1992-ci il buraxılışlı “Mercedes Benz 190” markalı, ** XR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 630,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 190,0 manat; Təmir- bərpa işlərinin qiyməti - 440,0 manat. Birinci instansiya məhkəməsi hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəmnəsi işi tam və hərtərəfli araşdırmamaqla yanaşı, eyni zamanda maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, iddia tələbinin məzmunundan göründüyü kimi iddiaçı cavabdehdən hansısa borc verilmiş pul məbləğini deyil, sığorta hadisəsi nəticəsində dəymiş məbləği, daha dəqiqi subroqasiya tələbinin təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. Həmin Məcəllənin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. Təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanları vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası qanunun25.1. maddəsinə görə sığortaçının mülki məsuliyyətin icbarı sğortası üzrə verdiyi sğorta ödənişi məbləğində sğortalıya və (və ya) müvafiq hallarda sğorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır; Sğorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sğortalının və ya sğorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərkətlərinin nəticəsi olduqda (maddə 25.1.1.) İcbari sğorta şəhadətnaməsində göstərilən əmlakın onu istfadə etməyə, idarə etməyə, işlətməyə və diğər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən cğortalının və ya sğorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. (maddə 25.1.3.) Beləliklə, məhkəmə kollegiyasın iclasında müəyyən olundu ki, Cavabdeh xx.xx.2015ci il tarixdə etibarnamə əsasında idarə etdiyi "Mercedes Benz 190” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində hərəkət edərək manevr etmə qaydasını pozaraq “Mercedes Benz 190" markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı və “Kia Cerato" markalı, **-FP-*** avtomobillərlə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh avtomobili sərxoş halda və nəqliyyat vasitəsini müvafiq kateqoiya olmadan (“B" kateqoriyası) olmadan idarə etmişdir. İcbari sığortalar haqqında qanunur 25-ci maddəsinə əsasən Cavabdeh avtomobili sərxoş halda və sürücülük hüququ olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Abşeron rayon məhkəməsinin 3(012)-320/2015 saylı inzibati xəta haqqında iş üzrə qərarında öz əksini tapmışdır. xx.xx.2015-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Mercedes Benz 190" markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1000 (bir min manat 0 qəpik) manat ziyan dəymişdir. xx.xx.2015-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Kia Cerato” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 850 (səkkiz yüz əlli manat 0 qəpik) manat ziyan dəymişdir. PAT ********** saylı sığorta müqaviləsinin 017222 və 017250 saylı sığorta aktlarına əsasən “İddiaçı" Sığorta Şirkəti 1850 (bir min səkkiz yüz əlli manat 0 qəpik) manat sığorta ödənişi həyata keçirmişdir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qətnamənin ləğvi üçün əsaslı olsa da, iddianın təmin olunmaması üçün əsaslı deyil. Əvvala ona görə ki, cavabdeh apellyasiya şikayətində hadisənin 2015-ci ildə baş verdiyini və 5 ildən sonra iddiaçının pul tələb etmək hüququnun olmadığını və iddia müddətinin keçdiyini bildirir. Kollegiya apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, əvvəla iddia müddəti müqavilə tələblərindən irəli gələn hallara şamil edilir ki, iddiaçı ilə cavabdeh arasında belə bir müqavilə mövcud deyil. Kollegiyanın qənaətinə görə belə olan halda yalnız ümumi iddia müddətindən söhbət gedə bilər ki, bu da Mülki Məcəllənin 373.1-ci maddəsinin tələbinə görə on il təşkil edir. İkincisi, Mülki Məcəllənin 935.1.9-cu maddəsi cavabdehə sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda sığortaçı olaraq sığorta ödənişindən imtina etməsi üçün əsas versə də, bu imtina bütövlükdə sığorta institutunun mahiyyətinə zidd olmaqla ədalətli hesab edilə bilməz. Bu cür münasibət ayrı-ayrı şəxslər tərəfindən sığorta institutuna və sığortaçı təşkilatlara olan inamın və etibarın itirilməsi ilə nəticələnə bilər. Nəticədə isə, bu inamın və etibarın itirilməsindən ən çox sığorta təşiklatları zərər çəkə bilər. Üçüncüsü, apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki cavabdehin iddiaçıya sığorta ödənişini ödəməkdən imtina etməsi sığorta hüququnun ümumi prinsiplərinə zidd olmuşdur. Çünki, bu imtina sığorta institutunun mahiyyətinə zidd olmaqla ədalətli hesab edilə bilməz. Bu cür münasibət ayrı-ayrı şəxslər tərəfindən sığorta institutlarına və sığorta təşkilatlarına olan inamın və etibarın itirilməsi ilə nəticələnə bilər. Nəticədə isə, bu inamın və etibarın itirilməsindən ən çox sığorta təşiklatları zərər çəkə bilər. Çünki, iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd cavabdehin hüququnu həyata keçirməsi və aralarında yaranmış mülki hüquq münasibətlərini nəzərə almaq istəməməsi yalnız və yalnız hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər. Əks halda, cavabdeh apellyasiya şikayətində bu hallara, yəni iddiaçının sığorta haqqını gecikdirdiyini gördüyü və bildiyi halda buna reaksiya verməməsinin, həmçinin sığorta hadisəsi baş verdikdən sonra gecikdirilmiş sığorta haqqını qəbul etməsinin səbəblərinin izahı barədə nə isə göstərərdi.Göründüyü kimi, cavabdeh bu halları izah etmək üçün hər hansı bir arqument gətirməmişdir Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı bu qərаrа gəldi ki, qeyd оlunаn məhkəmə xərci Cavabdehnа аid edilməli və məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat Cavabdehndаn alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesаbına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 404-1-ci maadəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Maddənin məzmunundan göründüyü kimi hazırki qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-488/2020 nömrəliqətnaməsi tam ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin, yeni qənamə ilə iddia tələbi qismən təmin edilsin. Cavabdeh 1440 (bir min dörd yüz qırx) manat sığorta ödənişi məbləği və 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə 100 manat məhkəmə ekspertizası xərci Cavabdehndаn alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1489/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1489/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver