Məhkəmə qərarları › İş №2(107)-1501/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1501/2023

20.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1501/2023 20.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X1 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Kərimli Tunar Mübariz oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(033)-731/2023 saylı qərardadından Cavabdeh verdiyi şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Zaqatala şəhəri, İmam Şamil küçəsi 20 saylı mağaza binasının real bazar dəyəri olaraq hesabladığı 150000 manat məbləğin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 440 (dörd yüz qırx) manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh Zaqatala şəhəri, İmam Şamil küçəsi 20 saylı mağaza binasının real bazar dəyəri olaraq hesabladığı 150000 manat məbləğin, binanın təmir tikinti və bərpa xərclərinə çəkmiş olduğu 70000 manat məbləğin məhkəməyə müraciət etmək üçün ödənilmiş 510 (440+70) manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(033)-731/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi və işin icraatının ekspertin rəyi təqdim edilənədək dayandırılması qərara alınmışdır. Həmin qərardaddan iş üzrə Cavabdeh şikаyət vermişdir. Zaqatala Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 2(033)-731/2023 nömrəli qərardadı ilə şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı əlavəyə uyğun tərtib edilmədiyindən icraata qəbul edilmədən əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Cavabdeh yenidən Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(033)- 731/2023 saylı qərardadından şikayət vermiş, şikayətə prosessual müddətin bərpası barədə ərizə də əlavə etmişdir. Zaqatala Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli 2(033)-731/2023 nömrəli qərardadı ilə Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(033)- 731/2023 nömrəli qərardadından şikayət verilməsi müddəti bərpa edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli 2(033)-731/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2(107)-1136/2023 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(033)- 731/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilmişdir. Cavabdeh Şəki Apellyasiya Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2(107)- 1136/2023 nömrəli qərardadından kassasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 2(107)-1136/2023 nömrəli qərardadı Şəki Apellyasiya Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2(107)- 1136/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Zaqatala Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli 2(033)-731/2023 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(033)-731/2023 nömrəli qərardadından Cavabdeh verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılması, Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(033)-731/2023 nömrəli qərardadından məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilmək hüququ iş üzrə Cavabdeh izah edilməsi qərara alınmışdır. Cavabdeh yenidən Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(033)- 731/2023 saylı qərardadından şikayət vermiş, şikayətə prosessual müddətin bərpası barədə ərizə də əlavə etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin e-2(033)- 731/2023 nömrəli xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərardadı ilə İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın və çəkilmiş xərclərin ödənilməsi dəyərinin cavabdehdən alınması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə məhkəmə tikintitexniki ekspertizasının təyin edilməsi, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılması, ekspert qarşısında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********* qeydiyyat nömrəli xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışa əsasən, Zaqatala şəhəri, İmam Şamil küçəsində 0,07465 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 499 kv.m olan. əmlak kompleksinin təmiri və yenidənqurma işləri ilə bağlı ümumilikdə çəkilən xərclər neçə manat təşkil edilməsinə dair sualın qoyulması qərara alınmışdır. Qərardada əsasən, məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, belə nəticəyə gəlmişdir ki, iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin olunmalıdır. Məhkəmə hesab etmişdir ki, xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən Zaqatala şəhəri, İmam Şamil küçəsində 0,07465 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 499 kv.m. olan əmlak kompleksinə çəkilmiş xərclər müəyyən edilməli, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməlidir. Onun fikrincə, məhkəmənin qərardadı prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, eyni zamanda, birtərəfli yanaşılma nəticəsində çıxarıldığına görə işə baxan hakim tərəfindən ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməsi haqqında qərardad qəbul etməli, əks təqdirdə şikayətini mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Zaqatala Rayon Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli 2(033)-731/2023 nömrəli qərardadı ilə Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(033)- 731/2023 nömrəli qərardadından şikayət verilməsi müddəti bərpa edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli, 2(033)-731/2023 saylı qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(033)-731/2023 nömrəli qərardadından Cavabdeh verdiyi şikayətinin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(033)- 731/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nın 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ekspertiza təyin edilməsi haqqında məhkəmə qərardad qəbul edir. Həmin Məcəllənin 254.2-ci mаddəsinə əsаsən məhkəmə qаnundа nəzərdə tutulаn digər hаllаrdа dа iş üzrə icrааtı dаyаnıdırır. Həmin Məcəllənin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertizа təyin olunduqdа hаkim işdə iştirаk edən şəxslərin ərizəsi üzrə və yа öz təşəbbüsü ilə iş üzrə icrааtı dаyаndırа bilər. Göründüyü kimi qanunvericilik iş üzrə ekspertizа təyin edilən zaman məhkəməyə iş üzrə icraatın dayındırılmasını hüquq kimi tanımışdır. Məhkəmə kollegiyası hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(033)-731/2023 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(033)-731/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(033)-731/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar