Məhkəmə qərarları › İş №2(107)-1503/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1503/2021

13.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1503/2021 13.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs qismində cəlb edilmiş X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “fındıq ağaclarının çıxarılması və ya onların dəyərinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(033)-446/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(033)-446/2021 nömrəli qətnaməsi ilə (hakim Elbrus Məmmədov) iddia təmin olunmuş, Zaqatala rayonu Dardoqqaz kəndi yaxınlığında yerləşən Cavabdeh məxsus torpaq sahələrində İddiaçı tərəfindən əkilmiş fındıq ağaclarının iddiaçının hesabına çıxarılması qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayonu Dardoqqaz kəndi yaxınlığında yerləşən cavabdehə məxsus torpaq sahələrində əkilmiş fındıq ağaclarının çıxarılması və ya onların dəyəri və torpaq sahəsinə çəkilmiş xərclərlə birlikdə cəmi (9000 manat 60 ağacın qiyməti+2040 çəkilmiş xərc) 11040 manat pulun cavabdehdən alınıb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı bununla əsaslandırmışdır ki, Zaqatala rayonu Göyəm kəndində yaşayır. Torpaq İslahatı zamanı Göyəm kəndi ərazisi olan. Dardoqqaz kəndinin yaxınlığında ona və ailə üzvülərinin mülkiyyətinə Zaqatala rayon Aqrar İslahat komissiyasının 27 dekabr 1999-cu il tarixli 81 saylı qərarı ilə 11290.09 kv.m torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində o, fındıq ağacları əkmişdir. Həmin torpaq sahəsinin yaxınlığında kol-kos basan, istifadəsiz torpaq sahəsi var idi. Bələdiyyə yarandıqdan sonra, 2002-ci ildə Göyəm Bələdiyyə sədri işləmiş Murtuzəli Şabanovdan onun torpaq sahəsinin qonşuluğunda olan, kol kos basan torpaq sahəsinin kimə məxsus olmasını soruşmuş, o isə bələdiyyə torpağı olmasını bildirmişdir. . Həmin torpağı istifadə etmək üçün Bələdiyyə sədrindən icazə almış, onun icazəsi ilə həmin torpağı təmizləyərək orada 60 topa fındıq ağacları əkmişdir. Bələdiyyə sədri həmin torpağın sənədlərini hazırlanması və ona icarəyə verilməsinə köməklik göstərilməsinə söz vermişdir. Lakin Bələdiyyə sədrinin vaxtsız ölümü onların işini dayandırmışdır. Hazırki Bələdiyyə də heç bir etirazı olmadığından o, əkdiyi fındıq ağaclarından istifadə edir. Lakin 2020-ci ilin yay aylarında Cavabdeh ona bildirmişdir ki, həmin torpağı o almışdır. Belə olan halda o. cavabdehə təklif etmişdir ki, həmin torpağa əkdiyi ağacların artıq 17 yaşı vardır, hər il hər ağac 7-8 kq fındıq məhsulu verir, böyük ağaclar olduğundan çıxarılıb köçürülməsi çətin və xərc aparan işdir, ona görə də həmin ağacların pulunu ona ödəsin və ağaclar ona qalsın. Lakin cavabdeh onun təklifi ilə razılaşmadı və dəyərindən aşağı qiymət təklif etdi. Belə olan halda o, əkdiyi ağacları çıxartmaq qərarına gəlmiş, ağacları çıxartmağa başlayan zaman cavabdeh polisin "102" xidmətinə zəng edib şikayət etmişdir. Buna görə də o məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də, göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, vicadnlı əldə edəndir. İş materiallarına əlavə edilmiş 05 fevral 2017-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X3 və ailə üzvləri mülkiyyətlərində olan Zaqatala rayonunun Çökəkoba kəndində yerləşən 1,3678 ha torpaq sahəsini Cavabdeh satmışlar. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, "....Bələdiyyə yarandıqdan sonra, 2002-ci ildə Göyəm Bələdiyyə sədri işləmiş Murtuzəli Şabanovdan onun torpaq sahəsinin qonşuluğunda olan, kol kos basan torpaq sahəsinin kimə məxsus olmasını soruşmuş, o isə bələdiyyə torpağı olmasını bildirmişdir. Həmin torpağı istifadə etmək üçün Bələdiyyə sədrindən icazə almış, onun icazəsi üə həmin torpağı təmizləyərək orada 60 topa fındıq ağacları əkmişdir. Bələdiyyə sədri həmin torpağın sənədlərini hazırlanması və ona icarəyə verilməsinə köməklik göstərilməsinə söz vermişdir. Lakin Bələdiyyə sədrinin vaxtsız ölümü onların işini dayandırmışdır. Hazırki Bələdiyyə də heç bir etirazı olmadığından o, əkdiyi fındıq ağaclarından istifadə edir. Lakin 2020-ci ilin yay aylarında Cavabdeh ona bildirmişdir ki, həmin torpağı o almışdır. Belə olan halda o. cavabdehə təklif etmişdir ki, həmin torpağa əkdiyi ağacların artıq 17 yası vardır, hər ü hər ağac 7-8 kq fmdıq məhsulu verir, böyük ağaclar olduğundan çıxarılıb köçürülməsi çətin və xərc aparan işdir, ona görə də həmin ağacların pulunu ona ödəsin və ağaclar ona qalsın." Onu başa düşə bilmir ki, hazırki iddiada o, nəyə görə cavabdehdir. O, qeyd olunan torpaq sahəsini üzərində olan fındıq kolları ilə birlikdə X3 və ailə üzvlərindən dəyərini ödəməklə almışdır. Əgər ki, İddiaçı kimi isə əsassız varlanmada ittiham etmək istəyirsə, onda o, onu yox, torpaq sahəsini ona satmış X3 və ailə üzvlərini ittiham etməlidir. Çünki, o, vicdanlı əldə edəndir. Bundan başqa, qətnamə qeyri-müəyyəndir. Zaqatala Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(033)-446/2021 iş nömrəli qətnaməsindən ümumiyyətlə müəyyən etmək mümkün deyildir ki, İddiaçı fındıq kollarını çıxarmaq istədiyi torpaq sahəsi hansı torpaq sahəsidir. Qətnamənin qət etdi hissəsindən də göründüyü kimi, məhkəmə Zaqatala rayonu Dar doqqaz kəndi yaxınlığında yerləşən Cavabdeh məxsus torpaq sahələrində iddiaçı tərəfindən əkilmiş fındıq kollarının iddiaçının hesabına çıxarılması qənaətinə gəlmişdir. Lakin, qətnamədə konkret olaraq hansı ölçüdə və harada yerləşən torpaq sahəsindəki, o cümlədən, neçə ədəd fındıq kolunun çıxarılmalı olması qeyd edilməmişdir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(033)- 446/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 07 may 2021ci il tarixli, 2(033)-446/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs qismində cəlb edilmiş X4 izahat verərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, özünə və ailə üzvlərinə verilmiş hal-hazırda mübahisələndirilən torpaq sahəsini 2003-cü ildə həmkəndlisi Qurban adlı şəxsə qeyri rəsmi qaydada satmışdır. Həmin vaxt torpağın üzərində heç bir ağac olmadan, boş torpaq sahəsi olaraq satmışdır. 5 fevral 2017-ci ildə Qurban hazırki iş üzrə cavabdeh olan Cavabdeh onun yanına gətirmiş və torpaq sahəsinin həmin şəxsə satılmasının rəsmiləşdirilməsini xahiş etmişdir. O və ailə üzvləri həmin torpaq sahəsini Cavabdeh satmanı rəsmiləşdirmək üçün notariat kontoruna getmiş və orada lazımi sənədləri imzalamışlar. Həmin vaxt onlar sonuncudan heç bir pul məbləği almamışlar və ona torpaq sahəsini görtərməmişlər və təhvil verməmişlər. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(033)-446/2021 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı Zaqatala rayonu Dardoqqaz kəndi yaxınlığında yerləşən cavabdehə məxsus torpaq sahələrində əkilmiş fındıq ağaclarının çıxarılması və ya onların dəyəri və torpaq sahəsinə çəkilmiş xərclərlə birlikdə cəmi (9000 manat 60 ağacın qiyməti+2040 çəkilmiş xərc) 11040 manat pulun cavabdehdən alınıb verilməsi tələbinə dair iddiası qismən təmin edilməli, Zaqatala rayonu Dardoqqaz kəndi yaxınlığında Zaqatala rayon Aqrar İslahat komissiyasının 27 dekabr 1999-cu il tarixli 81 saylı qərarı ilə İddiaçı verilmiş 11290.09 kv.m torpaq sahəsinin qonşuluğunda yerləşən hal-hazırda Cavabdeh məxsus olan 1,3678 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı tərəfindən əkilmiş 60 top fındıq ağacları iddiaçı olan sonuncunun hesabına çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli 81 saylı qərarına əsasən İddiaçı mülkiyyətinə 11290,09 kvm kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in RX seriyalı ******* nömrəli Çıxarış və torpaq sahəsinin plan və ölçüsünün surətlərindən görünür ki, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 1,3678 ha kənd təsərrefatı təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş 05 fevral 2017-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X3 və ailə üzvləri mülkiyyətlərində olan Zaqatala rayonunun Çökəkoba kəndində yerləşən 1,3678 ha torpaq sahəsini Cavabdeh satmışlar. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, , iş üzrə Cavabdeh mülkiyyətinə Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında verilmiş 1,3678 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əvvəllər İddiaçı istifadəsində olmuş, sonuncu tərəfindən həmin torpaq sahəsinə fındıq kolları əkilərək hal-hazıradək xidmət göstərilmişdir. Sonradan islahat zamanı həmin ərazi içərisində iddiaçıya məxsus əmlakın (fındıq kollarının) olmasına baxmayaraq X2 ailə üzvlərinin mülkiyyətinə işlənilmiş, sonuncu isə həmin torpaq sahəsini hazırkı iş üzrə cavabdehə 05 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satmışdır. Sözügedən torpaq sahəsində iddiaçı tərəfindən 60 ədəd fındıq topunun əkilərək hazırkı vəziyyətə gətirilməsini məhkəmə iclasında tərəflər mübahisələndirməmişlər. Yaranmış vəziyyətdə torpaq sahəsi iş üzrə cavabdehin mülkiyyətində, torpaq sahəsində yerləşən 60 topa fındıq kolu isə iddiaçının mülkiyyətindədir. Yəni sözügedən fındıq topalarına münasibətdə iddiaçının əmlak hüquqları mövcuddur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Hüquq normalarının məzmunundan göründüyü kimi mülkiyyətçi olmayan şəxslərin əmlak hüquqları hətta mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, fındıq ağaclarının çıxarılması iddiaçının hesabına olmalıdır. Əks təqdirdə qətnamənin gələcəkdə icrası mümkünsüz olardı. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, Zaqatala rayonu Dardoqqaz kəndi yaxınlığında yerləşən Cavabdeh məxsus torpaq sahələrində İddiaçı tərəfindən əkilmiş fındıq ağacları iddiaçının hesabına çıxarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə ümumilikdə razılaşsa da, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozulduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.1-ci maddəsinə əsasən qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmin Qərarın 6.8-ci bəndinə əsasən qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələri dəqiq göstərilməlidir. Məhkəmə kolegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(033)-446/2021 nömrəli qətnaməsinin nəticə hissəsində Zaqatala rayonu Dardoqqaz kəndi yaxınlığında yerləşən Cavabdeh məxsus torpaq sahələrində İddiaçı tərəfindən əkilmiş fındıq ağaclarının iddiaçının hesabına çıxarılması göstərilmiş, lakin məhz hansı torpaq sahəsindən söhbət getdiyi, həmçinin hansı və nə qədər fındıq ağacının çıxarılması qət edildiyi aydın göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.7-ci İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Zaqatala rayon Aqrar İslahat komissiyasının 27 dekabr 1999-cu il tarixli 81 saylı qərarı ilə ona verilmiş 11290.09 kv.m torpaq sahəsinin qonşuluğunda yerləşən Cavabdeh məxsus torpaq sahəsinə əkmiş olduğu 60 top fındıq ağaclarının çıxarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası iddiaçının həmin ağacların dəyəri və torpaq sahəsinə çəkilmiş xərclər olaraq tələb etdiyi 11040 manat pula (9000 manat 60 ağacın qiyməti+2040 çəkilmiş xərc) münbasibət bildirərək qeyd edir ki, yaxşılaşdırmalar olaraq əkilmiş fındıq ağaclarının çıxarılaraq köçürülməsi mümkün olduğundan, həmin yaxşılaşdırmaların dəyərinin ödənilməsinin tələb edilməsi hüququ aradan qalxır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində torpağı üzərində fındıq ağacları ilə birgə alması və hazırki iddia üzrə cavabdeh olmamalı olması barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, həmin torpaq sahəsini cavabdehə satmış olan torpaq sahəsinin keçmiş mülkiyyətçiləri X4 və onun ailə üzvləri üçüncü şəxs qismində cəlb edilmiş və X4 məhkəmə iclasında verdiyi izahatında torpaq sahəsini cavabdehə boş torpaq sahəsi halında satdığını, torpaq sahəsi satılan zaman üzərində heç bir ağac nəzərdə tutulmadığını qeyd etmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi tərəfindən qətnаmə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyindən və işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(033)-446/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı Zaqatala rayonu Dardoqqaz kəndi yaxınlığında yerləşən cavabdeh olan sonuncuya məxsus torpaq sahəsində əkilmiş fındıq ağaclarının çıxarılması və ya onların dəyəri və torpaq sahəsinə çəkilmiş xərclərlə birlikdə cəmi (9000 manat 60 ağacın qiyməti+2040 çəkilmiş xərc) 11040 manat pulun cavabdehdən alınıb verilməsi tələbinə dair iddiası qismən təmin edilməli, Zaqatala rayonu Dardoqqaz kəndi yaxınlığında Zaqatala rayon Aqrar İslahat komissiyasının 27 dekabr 1999-cu il tarixli 81 saylı qərarı ilə İddiaçı verilmiş 11290.09 kv.m torpaq sahəsinin qonşuluğunda yerləşən Cavabdeh məxsus torpaq sahəsində İddiaçı tərəfindən əkilmiş 60 top fındıq ağacları iddiaçının hesabına çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1-ci mаddəsinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin qismən olunsun. Zaqatala Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(033)-446/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı Zaqatala rayonu Dardoqqaz kəndi yaxınlığında yerləşən cavabdeh olan sonuncuya məxsus torpaq sahəsində əkilmiş fındıq ağaclarının çıxarılması və ya onların dəyəri və torpaq sahəsinə çəkilmiş xərclərlə birlikdə cəmi (9000 manat 60 ağacın qiyməti+2040 çəkilmiş xərc) 11040 manat pulun cavabdehdən alınıb verilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Zaqatala rayonu Dardoqqaz kəndi yaxınlığında Zaqatala rayon Aqrar İslahat komissiyasının 27 dekabr 1999-cu il tarixli 81 saylı qərarı ilə İddiaçı verilmiş 11290.09 kv.m torpaq sahəsinin qonşuluğunda yerləşən hal-hazırda Cavabdeh məxsus olan 1,3678 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı tərəfindən əkilmiş 60 top fındıq ağacları İddiaçı hesabına çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar