Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1504/2020 20.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı, cavabdehlər İlyasova (İbrahimova) Aynur Maksim qızı və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, İlyasova (İbrahimova) Aynur Maksim qızı və Cavabdeh3 qarşı “əmlakları ilə birlikdə evdən çıxarılmaları tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin iddianı təmin etmə tədbiri haqqında ərizənin təmin edilməsi barədə xx xxxx 2020-ci il tarixli, 2(075)-1033/2020 nömrəli qərardadından cavabdehlər İlyasova (İbrahimova) Aynur Maksim qızı və Cavabdeh3 tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 mənzil 1 ünvanından cavabdehlər Cavabdeh1, İlyasova (İbrahimova) Aynur Maksim qızı və Həsənov Röyal İlham oğlunun əmlakları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər xx xxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı iddia ərizəsinə iddianı təmin etmə tədbiri qismində ərizə əlavə edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əmlakları ilə birlikdə evdən çıxarılmaları tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılıb qəbul ediləcək qətnamə qanuni qüvvəsini alanadək cavabdehlər tərəfindən onun mülkiyyətində olan ünvan 1 mənzil 1 ünvanında təmir-tikinti işlərinin aparılmasının cavabdehlərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-1033/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, İlyasova (İbrahimova) Aynur Maksim qızı və Cavabdeh3 qarşı əmlakları ilə birlikdə evdən çıxarılmaları tələbinə baxılıb iş üzrə qəbul ediləcək qətnamə qanuni qüvvəsini alanadək iddiaçının mülkiyyətində olan ünvan 1 mənzil 1 ünvanında təmir-tikinti işlərinin aparılmasının cavabdehlərə qadağan edilməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-1033/2020 nömrəli qərardadından xx xxxx 2020-ci il tarixdə cavabdehlər İlyasova (İbrahimova) Aynur Maksim qızı və Cavabdeh3 şikayəti həmin Məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(075)-229/2016 nömrəli qətnaməsi ilə X1 övladı Cavabdeh3 ilə birlikdə Şəki şəhəri M.F.Axundov prospekti, 13 nömrəli binanın 1 nömrəli mənzilinə köçürülməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Onlar həmin mənzilə köçürülmüşlər. Həmin mənzildə yaşamaq üçün şərait bərbad vəziyyətdə olduğundan onlar orada mənzilə heç bir zərər vurmadan təmir, yaxşılaşdırma işləri aparırlar. Çünki, mənzilin divarları, döşəməsi təmiz yararsız vəziyyətdədir. İddiaçının həmin mənzilin mülkiyyətçisi olmasını qərardadı məhkəmədən aldıqdan sonra bilmişlər. İddiaçı həmin mənzili qanunsuz yolla mülkiyyətinə keçirib. Çünki, sözügedən mənzilin keçmiş əri İlhama atası tərəfindən verilməsi haqqında vəsiyyətnamə mövcuddur. Bundan başqa, iddiaçı başqa yerdə özünə məxsus hər bir şəraiti olan evdə yaşayır. Onlar da mənzilin istifadəçisi olaraq öz şəraitlərini və mənzilin vəziyyətini yaxşılaşdırmağa çalışırlar. Qeyd edilənlərin nəzərə alınaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-1033/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, İlyasova (İbrahimova) Aynur Maksim qızı və Cavabdeh3 qarşı “əmlakları ilə birlikdə evdən çıxarılmaları tələbinə dair” iddiası üzrə iddianın təmini tədbirinin tətbiqinə dair həmin Məhkəmənin xx xxxx 2020-ci il tarixli, 2(075)-1033/2020 nömrəli qərardadından cavabdehlər İlyasova (İbrahimova) Aynur Maksim qızı və Cavabdeh3 verdikləri şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər İlyasova (İbrahimova) Aynur Maksim qızı və Cavabdeh3 şikayətin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçışikayətin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin iddianı təmin etmə tədbiri haqqında ərizənin təmin edilməsi barədə xx xxxx 2020-ci il tarixli, 2(075)-1033/2020 nömrəli qərardadının isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, iddiaçı və cavabdehlərin fikirlərini dinləyərək hesab edir ki, cavabdehlər İlyasova (İbrahimova) Aynur Maksim qızı və Cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin iddianı təmin etmə tədbiri haqqında ərizənin təmin edilməsi barədə xx xxxx 2020-ci il tarixli, 2(075)-1033/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. MPM-in 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-in 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək barədə tədbirlər görülə bilər. İşdən görünür ki, cavabdeh şəxslərin ünvan 1 mənzil 1 ünvanında hər hansı təmir işləri aparmaları gələcəkdə iş üzrə qəbul ediləcək məhkəmə qətnaməsinin icrasına mane ola bilər. Digər tərəfdən, cavabdehlər İlyasova (İbrahimova) Aynur Maksim qızı və Cavabdeh3 mübahisəli mənzildə təmir-tikinti işlərini hazırda həmin mənzilin qanuni mülkiyyətçisi olan İddiaçı razılığı olmadan, hətta sonuncunun etirazını nəzərə almadan aparırlar ki, bu da gələcəkdə tərəflər arasında əlavə məhkəmə mübahisələrinin baş verməsinə səbəb ola bilər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı iddianın təmini tədbiri barədə ərizəsini təmin etməkdə düzgün qərar qəbul etmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdehlər İlyasova (İbrahimova) Aynur Maksim qızı və Cavabdeh3 onlar tərəfindən iddiaçının mülkiyyətində olan ünvan 1 mənzil 1 ünvanında təmir-tikinti işlərinin aparılmasına qoyulmuş qadağanın götürülməsinə dair şikayətləri əsassızdır. Ona görə də məhkəmə kollegiyası Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-1033/2020 nömrəli qərardadını dəyişdirilmədən saxlamağı daha məqbul hüquqi mövqe hesab edir. MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 402-ci maddəsinə əsasən, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən,apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Şəki Rayon Məhkəməsinin iddianı təmin etmə tədbiri haqqında ərizənin təmin edilməsi barədə xx xxxx 2020-ci il tarixli, 2(075)-1033/2020 nömrəli qərardadından cavabdehlər İlyasova (İbrahimova) Aynur Maksim qızı və Cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 157-158, 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər İlyasova (İbrahimova) Aynur Maksim qızı və Cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin “iddianı təmin etmə tədbiri haqqında ərizənin təmin edilməsi barədə” xx xxxx 2020-ci il tarixli, 2(075)-1033/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1504/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1504/2020
20.07.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver