Məhkəmə qərarları › İş №2(107)-1515/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1515/2021

23.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1515/2021 23.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Şahmil oğluna qarşı “ümumi paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- əmlak tələbi, əmlakın naturada bölünməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, Cavabdeh Şahmil oğlu və vəkili Vəkil iştirakları ilə, Zaqatala Rayon Məhkəməsinin 2(033)-19/2021 saylı, 05 may 2021-ci il tаrixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh Şahmil oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən ümumi paylı mülkiyyətdə olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,3376 ha həyətyanı torpaq sahəsindən İddiaçı aid 1/6 payın, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 86,2 kv.m. olan fərdi yaşayış evindən İddiaçı aid 1/2 payın və RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən ümumi paylı mülkiyyətdə olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,7640 ha kənd təsərrüfatı təyinatlı (məqsədli istifadə növü-əkin) torpaq sahəsindən İddiaçı aid 1/6 payın naturada ayrılması və cavabdehin naturada ayrılmış hissələrdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, onun və Cavabdeh Şahmil oğlunun, o cümlədən, cavabdehin mərhum valideynləri X4 və X1 ümumi paylı mülkiyyətində Zaqatala rayonu Aşağı Tala kəndində 0,3376 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 86,2 kv.m. olan fərdi yaşayış evi və 0,7640 ha kənd təsərrüfatı təyinatlı (məqsədli istifadə növü-əkin) torpaq sahəsi vardır. Həmin əmlaklar üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq RX seriyalı ******* və ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”larla rəsmiləşdirilmişdir. O, ümumi paylı mülkiyyətlərində olan həmin əmlakın bölünməsi ilə bağlı cavabdehlə razılığa gəlməyə çalışsa da, heç bir nəticə əldə edə bilməmişlər və nəticədə ümumi paylı mülkiyyətdə olan həmin əmlakdan özünə çatacaq payın naturada ayrılması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Müstəqil Məhkəmə Ekspertizası Məhdud Məsulliyyətli Cəmiyyətinin rəyinə əsasən paylı mülkiyyətdə olan əmlakların naturada ayrılmasını və bu əsasla da iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 2(033)-19/2021 saylı, 05 may 2021-ci il tаrixli qətnaməsi ilə (hakim T. Həsənov) iddia təmin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 24.12.2018 qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 0,3376 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin İddiaçı aid 1/6 hissəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin İddiaçı aid 1/2 hissəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 24.12.2018 qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 0,7640 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı aid 1/6 hissəsi “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinin 25 fevral 2021-ci il tarixli 65 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun vəziyyətdə, ekspert rəyində qeyd edildiyi qaydada digər paylardan naturada ayrılması, İddiaçı 328,96 (üç yüz iyirmi səkkiz manat doxsan altı qəpik) manat mütəxəssis xərci alınaraq-Benefisiarın adı: Kadastr və Yerquruluşu Layihə Tədqiqatlar Mərkəzi, VÖEN **********, Benefisiarın hesabı: AZ23AİİB******************** hesaba ödənilməsi, 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,7640 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin 1/6 hissəsi 24.12.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə və Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,3376 ha torpaq sahəsinin 1/6 hissəsi və həmin torpaq sahəsində yerləşən 86,20 kv.m. yaşayış evinin 1/2 hissəsi 24.12.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. İddiaçı Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,7640 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin ona məxsus 1/6 hissəsinin, 0,3376 ha torpaq sahəsinin 1/6 hissəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 86,20 kv.m olan fərdi yaşayış evinin ona məxsus 1/2 hissəsinin naturada ayrılmasını tələb edir. Cavabdeh Şahmil oğlu iddianın təmin edilməsinə etiraz etmir. “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinin 25 fevral 2021-ci il tarixli 65 nömrəli ekspert rəyinə əsasən Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən iddiaçının paylı mülkiyyətində olan 0,7640 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin 1/6 hissəsinin, 0,3376 ha torpaq sahəsinin 1/6 hissəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 86,20 kv.m olan fərdi yaşayış evinin 1/2 hissəsinin paylara münasib şəkildə naturada bölünməsi mümkün hesab edilmişdir. Eyni zamanda aparılmış tikinti-texniki ekspertizası nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Reşpublfkası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* və ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən İddiaçı və Cavabdeh Şahmil oğlunun ümumi paylı mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.3376 ha həyətyanı torpaq sahəsində İddiaçı aid 1/6 payın, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 86.2 kv.m olan fərdi yaşayış evində İddiaçı aid 1/2 payın və ümumi paylı mülkiyyətdə olan Zaqatala rayonu, Aşağı Tala kəndində yeriəşən 0.7640 ha kənd təsərrüfatı təyinatlı (məqsədli istifadə növü-əkin) torpaq sahəsində İddiaçı aid 1/6 payın naturada ayrılması “İnşaat Norma və Qaydaları’-nın 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun olaraq mümkündür. Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,7640 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin, 0.3376 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində naturada bölünməsinə dair sxemlər ekspert rəyinə əlavə edilmişdir. Məhkəmə də tərəflər hər hansı etiraz etmədiyindən, sonuncu ekspert rəyi ilə razılaşdıqlarından “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinin 25 fevral 2020-ci il tarixli ekspert rəyini sübut növü kimi qiymətləndirir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddia tələbi təmin olunmalı, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən iddiaçı və cavabdehin ümumi paylı mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,7640 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/6 hissəsinin, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,3376 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin 1/6 hissəsinin və həmin torpaq sahəsində yerləşən 86,20 kv.m. fərdi yaşayış evinin 1/2 hissəsinin “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinin ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun olaraq digər paylardan ayrılması təmin edilməli, həmin torpaq sahəsi iddiaçının faktiki sahibliyinə və istifadəsinə verilməlidir. Məhkəmə hesab etmişdir ki, 328,96 manat mütəxəssis xərci iddiaçıdan alınaraq Benefisiarın adı: Kadastr və Yerquruluşu Layihə Tədqiqatlar Mərkəzi, VÖEN **********, Benefisiarın hesabı: AZ23AİİB******************** hesaba, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçıdan tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməli, həmçinin 300 manat aparılmış ekspertiza tədqiqatının dəyəri iddiaçıdan alınaraq “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 10 manat məbləğində rüsumu tələb etmədiyinə görə, dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.3-cü, 65.5-ci, 65.7-ci, 65.9-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci, 157.1-ci, 157.2-ci, 157.4-cü, 213.1-ci, 213.2-ci, 213.3-cü, 213.4-cü, 213.5-ci, 215.1-ci, 215.2-ci, 220.1-ci, 220.2-ci, 220.3-cü, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq noralarının pozulması ilə qəbul olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş "Müstəqil Məhkəmə Ekspertizası" Məhdud Məsulliyyətli Cəmiyyətinin 25 fevral 2020-ci il tarixli 65 nömrəli ekspert rəyindən görünür ki, bölgü zamanı İddiaçı 1/2 payına fərdi yaşayış evinin 4 saylı otağı, ona bitişik 21.8 kv.m bağlı eyvan sahəsi və evin qarşısında yerləşən 0.056 ha həyətyanı torpaq sahəsi düşür. Bölgü zamanı İddiaçı 1/6 paya uyğun 0.7640 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0.1274 ha torpaq sahəsi müəyyən edilir. Lakin, ekspert rəyinə əlavə edilmiş sxemlərdən görünür ki, iddiaçıya naturada ayrılması nəzərdə tutulmuş 0,056 ha həyətyanı torpaq sahəsi fərdi yaşayış evinin həm arxa, həm də ön tərəfindən ayrılmışdır. İş materiallarında olan texniki pasportdan və ekspert rəyinə əlavə edilmiş bölgü sxemindən də göründüyü kimi, evin arxa hissəsinə keçmək üçün yol mövcud deyildir. Yəni, İddiaçı evin arxa hissəsindən ayrılmış torpaq sahəsindən istifadəsi qeyri-mümkündür ki, bu da son nəticədə iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. Zaqatala Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(033)-19/2021 iş nömrəli qətnaməsinə əsasən, ekspertiza ilə bağlı çəkilmiş xərclərin hamısı iddiaçıya aid edilmişdir. Halbuki, mübahisənin yaranmasına və iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməsinə səbəb iş üzrə Cavabdeh Şahmil oğlunun iddiaçının mülkiyyət hüququnun pozulmasına yönələn hərəkətləri olmuşdur. Əgər ki, iş üzrə Cavabdeh Şahmil oğlu qeyd olunan əmlakların bölgüsünə razı olmuş olsa idi, iddiaçının bu iddianı qaldırmasına da zərurət qalmayacaqdı. Yəni, ekspertiza keçirilməsinə səbəb iş üzrə Cavabdeh Şahmil oğlunun hərəkətləri olduğu üçün, həmin məsrəflər də iş üzrə Cavabdeh Şahmil oğlu tərəfindən ödənilməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(033)-19/2021 iş nömrəli qətnaməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşmmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 24.12.2018 qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 0,3376 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin İddiaçı aid 1/6 hissəsinin "Müstəqil Məhkəmə Ekspertizası" Məhdud Məsulliyyətli Cəmiyyətinin 25 fevral 2021-ci il tarixli 65 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun vəziyyətdə, ekspert rəyində qeyd edildiyi qaydada digər paylardan naturada ayrılması hissəsində və İddiaçı 328,96 (üç yüz iyirmi səkkiz manat doxsan altı qəpik) manat mütəxəssis xərcinin alınaraq Kadastr və Yerquruluşu Layihə Tədqiqatlar Mərkəzinin hesabına ödənilməsi, 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, 300 (üç yüz) manat ekspertiza xərci isə alınaraq "Müstəqil Məhkəmə Ekspertizası" Məhdud Məsulliyyətli Cəmiyyətinin hesabına köçürülməsi hissələrində ləğv edilməsi və həmin hissələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 24.12.2018 qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 0,3376 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin İddiaçı aid 1/6 hissəsinin "Müstəqil Məhkəmə Ekspertizası" Məhdud Məsulliyyətli Cəmiyyətinin 25 fevral 2021-ci il tarixli 65 nömrəli ekspert rəyinə uyğun olaraq, yəni, eyvan sahəsi və evin qarşısında yerləşən torpaq sahəsinin 0.056 ha hissəsindən naturada ayrılması, Cavabdeh Şahmil oğlundan 328,96 (üç yüz iyirmi səkkiz manat doxsan altı qəpik) manat mütəxəssis xərcinin alınaraq - Kadastr və Yerquruluşu Layihə Tədqiqatlar Mərkəzinin hesabına ödənilməsi, 100 (bir yüz) manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, 300 (üç yüz) manat ekspertiza xərcinin isə cavabdehdən alınaraq "Müstəqil Məhkəmə Ekspertizası" Məhdud Məsulliyyətli Cəmiyyətinin hesabına köçürülməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Şahmil oğlu və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 2(033)- 19/2021 saylı, 05 may 2021-ci il tаrixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 152.1ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Mülki Məcəllənin 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Mülki Məcəllənin 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Mülki Məcəllənin 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Mülki Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Torpaq Məcəlləsi: Qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 3cü hissəsinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 7-ci hissəsinə əsasən, torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Həmin Məcəllənin 65-ci maddəsinin 9-cu hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyatorlar Zaqatala Rayon Məhkəməsinin 2(033)-19/2021 saylı, 05 may 2021-ci il tаrixli qətnaməsinin əsaslığını qismən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşmmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqmda daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 24.12.2018 qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 0,3376 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin İddiaçı aid 1/6 hissəsinin "Müstəqil Məhkəmə Ekspertizası" Məhdud Məsulliyyətli Cəmiyyətinin 25 fevral 2021-ci il tarixli 65 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun vəziyyətdə, ekspert rəyində qeyd edildiyi qaydada digər paylardan naturada ayrılması hissəsində və İddiaçı 328,96 (üç yüz iyirmi səkkiz manat doxsan altı qəpik) manat mütəxəssis xərcinin alınaraq Kadastr və Yerquruluşu Layihə Tədqiqatlar Mərkəzinin hesabına ödənilməsi, 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, 300 (üç yüz) manat ekspertiza xərci isə alınaraq "Müstəqil Məhkəmə Ekspertizası" Məhdud Məsulliyyətli Cəmiyyətinin hesabına köçürülməsi hissələrində mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin cavabdehlər tərəfindən mübahisələndirilən avtomobil və qızıl-zinət əşyalarına aid hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 2(033)-19/2021 saylı, 05 may 2021-ci il tаrixli qətnaməsinin əsaslılığını iddiaçı tərəfindən mübahisələndirilən hissəsinə münasibətdə yoxlayır Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)-19/2021 saylı, 05 may 2021-ci il tаrixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,7640 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin 1/6 hissəsi 24.12.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə və Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,3376 ha torpaq sahəsinin 1/6 hissəsi və həmin torpaq sahəsində yerləşən 86,20 kv.m. yaşayış evinin 1/2 hissəsi 24.12.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. İddiaçı Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,7640 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin ona məxsus 1/6 hissəsinin, 0,3376 ha torpaq sahəsinin 1/6 hissəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 86,20 kv.m olan fərdi yaşayış evinin ona məxsus 1/2 hissəsinin naturada ayrılmasını tələb edir. Cavabdeh Şahmil oğlu iddianın təmin edilməsinə etiraz etmir. “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinin 25 fevral 2021-ci il tarixli 65 nömrəli ekspert rəyinə əsasən Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən iddiaçının paylı mülkiyyətində olan 0,7640 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin 1/6 hissəsinin, 0,3376 ha torpaq sahəsinin 1/6 hissəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 86,20 kv.m olan fərdi yaşayış evinin 1/2 hissəsinin paylara münasib şəkildə naturada bölünməsi mümkün hesab edilmişdir. Apellyatorlar iddianın təmin edilən digər hissələrindən apellyasiya şikayəti verməmiş, qətnamə ilə razılaşmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə əsaslar yoxdur. Bekə ki, Aparılmış tikinti-texniki ekspertizası nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Reşpublfkası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* və ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən İddiaçı və Cavabdeh Şahmil oğlunun ümumi paylı mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.3376 ha həyətyanı torpaq sahəsində İddiaçı aid 1/6 payın, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 86.2 kv.m olan fərdi yaşayış evində İddiaçı aid 1/2 payın və ümumi paylı mülkiyyətdə olan Zaqatala rayonu, Aşağı Tala kəndində yeriəşən 0.7640 ha kənd təsərrüfatı təyinatlı (məqsədli istifadə növü-əkin) torpaq sahəsində İddiaçı aid 1/6 payın naturada ayrılması “İnşaat Norma və Qaydaları-nın 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun olaraq mümkündür. Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,7640 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin, 0.3376 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində naturada bölünməsinə dair sxemlər ekspert rəyinə əlavə edilmişdir. Birinci instansiya məhkəməsi də tərəflər hər hansı etiraz etmədiyindən, sonuncu ekspert rəyi ilə razılaşdıqlarından “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinin 25 fevral 2020-ci il tarixli ekspert rəyini sübut növü kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının iddia tələbi keçirilmiş ekspertiza rəyinə uyğun olaraq müəyyən edilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, tikinti-texniki ekspertizası tədqiqata təqdim olunmuş materiallar əsasında keçirilərək, rəy verilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ona görə də kollegiya hesab edir ki, şikayət bu hissədə təmin edilə bilməz. Məhkəmə kollegiyası məhkəmə xərclərinin iddiaçıdan tutulması hissəsi ilə bağlı qeyd edir ki, şikayət həmin hissədə də əsassızdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh Şahmil oğlu iddia tələbində qeyd edilən paylı mülkiyyətdə olan əmlakların naturada Müstəqil Məhkəmə Ekspertizası Məhdud Məsulliyyətli Cəmiyyətinin rəyinə uyğun naturada bölünməsinə və iddia ərizəsinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. İşin bu halı onu deməyə əsas verir ki, cavabdeh payların naturada bölünməsinə etiraz etməmişdir. Kollegiyanın qənaətinə görə tərəflər məhkəmədən kənar da paylarını bölə bilərdi. Bundan başqa işin 30-cu vərəqində olan vəsatətdən görünür ki, ekspertizanın keçirilməsini iddiaçı tələb etmişdir. Beləliklə kollegiya hesab edir ki, şikayətin dəlilləri qətnamənin mübahisələndirilən hissəsində ləğv edilməsi üçün əsas deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)-19/2021 saylı, 05 may 2021-ci il tаrixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)-19/2021 saylı, 05 may 2021-ci il tаrixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar