Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1518/2021 26.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(025)-945/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər X2, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(025)-945/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər X2, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv olunmasını və iddia ərizəsinin icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(025)-945/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qəbul etdiyi qərardadı AR Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə natamam və təhrif olunmuş məzmunda istinadla əsaslandırmağa çalışmışdır. Belə ki, həmin maddədə göstərilir ki, “Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir”. Bu halda, məhkəmə həmin Məcəllənin işə dair anoloji digər maddələrində təsbit olunan halları nəzərə almamışdır. İddiaçı Qəbələ rayonunun Mıxlıqovaq kəndinin sakinidir. Cavabdeh2 müvəqqəti olaraq, əldə etdiyi çıxarışa əsasən, iddia etdiyi əmlak Qəbələ rayonunun Mıxlıqovaq kəndində yerləşir. Mübahisə predmeti olan əmlaka aid cavabdehin adına çıxarış AR ƏMDK DƏƏRX-nin 9 saylı Qəbələ rayon Ərazi İdarəsi tərəfindən verilmişdir. Mübahisə predmeti olan əmlaka aid olan ilkin çıxarış onun keçmiş həyat yoldaşı, iş üzrə digər cavabdeh-X1 adına olmuşdur və həmin çıxarış ona, aralarında nikahın pozulması barədə Qəbələ Rayon Məhkəməsinin 11.08.19940cü il tarixli, 2-12 saylı qətnaməsi əsasında verilmişdir. Həmçinin, eyni tərəflər arasında hazırki iddia ilə oxşar iddialar, Qəbələ Rayon Məhkəməsində baxılmışdır. Odur ki, o, Qəbələ Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(025)-945/2021 saylı qərardadının ləğv olunmasını və iddia ərizəsinin icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətinin məzmununa uyğun izahat verərək, Qəbələ Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(025)-945/2021 saylı qərardadının ləğv olunmasını və iddia ərizəsinin icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(025)-945/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, şikayət əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədləri ərazi aidiyyatı səbəbiylə geri qaytarılmışdır. Belə ki, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən müəyyən olunmuşdur ki, cavabdehlər X1 və Cavabdeh2 qeydiyyatda olduğu ünvan “ünvan 2 Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Odur ki, kollegiya şikayətin dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin mülki iş üzrə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Eyni zamanda kollegiya qeyd etməyi lazım bilir ki, Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də şikayət təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(025)-945/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157, 159, 160, 264, 268, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(025)-945/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1518/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1518/2021
26.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver