Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1519/2020 27.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(037)-253/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpelyаsiyаşikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Səmədov) xx xxx 2020-ci il tarixli 2(037)-253/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, İsmayıllı rayon Gəraybəyli bələdiyyəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X5rşı “54550 manat maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Cavabdeh1, İsmayıllı rayon Gəraybəyli bələdiyyəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X9 (bundan sonra cavabdeh və ya Cavabdeh1, Gəraybəyli bələdiyyəsi və DƏDRX-nin 9 saylı X11) qarşı iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada maddi zərərin əvəzi kimi 34520 manat, mənəvi zərərin əvəzi kimi 20000 manat və dövlət rüsumu olaraq 30 manat, cəmi 54550 manat məbləğinin alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi X3 izahatında iddia tələbini müdafiə edərək göstərmişdir ki, İsmayıllı Rayon XDS İK-nin 1993-cü il tarixli 34 saylı qərarına əsasən İsmayıllı rayonu Xəlilli kəndi ərazisindən 0.12 hektar torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə iddiaçının qanuni istifadəsinə verilmişdir. 1993-cü ildə tərtib edilmiş təhkim aktına əsasən iddiaçının qanuni istifadəsinə verilmiş 0.12 hektar torpaq sahəsi yerində tanıdılmaqla, sərhədləri göstərilməklə və mərz işarələri basdırılmaqla ona təhkim edilmişdir. Həmin vaxtdan qeyd edilən torpaq sahəsini iddiaçı istifadə etməyə başlamışdır. Torpaq islahatları zamanı iddiaçının qanuni istifadəsində olan 0.12 hektar torpaq sahəsi onun əvəzsiz mülkiyyətinə verilmişdir. 2000-ci ildə bələdiyyələr yarandıqdan sonra İsmayıllı rayon Gəraybəyli bələdiyyəsi həmin torpaq sahəsinin bələdiyyənin örüş sahəsi olduğunu, habelə orada artezan quyusu olduğunu bildirərək iddiaçının torpaqdan istifadəsinə qadağa qoyulmuşdur. İddiaçı istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün DƏDRX-in 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin DƏDRX-nin 9 saylı Ərazi İdarəsi heç bir hüquqi əsas olmadan iddiaçının istifadəsində olan torpağın onun adına qeydə alınmasından imtina etmişdir. İddiaçı qanunsuz imtinaya görə DƏDRX-in 9 saylı Ərazi İdarəsinə qarşı İsmayıllı Rayon XDS İK-nin 1993-cü il tarixli 34 saylı qərarına əsasən istifadəsinə verilmiş İsmayıllı Rayon Xəlilli kəndi ərazisində yerləşən 0.12 hektar torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1(84)-465/2017 saylı qərarı ilə iddiaçının iddia tələbi təmin edilmişdir. İsmayıllı rayon Gəraybəyli bələdiyyəsi və DƏDRXnin 9 saylı Ərazi İdarəsi tərəfindən Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1(84)-465/2017 saylı qərarından apelyasiya şikayəti verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(107)-40/2018 saylı qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1(84)- 465/2017 saylı qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(107)-40/2018 saylı qərarından kassasiya şikayəti verilmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2-1(102)-857/2019 saylı qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 21(107)-40/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində 20 ildir torpağından istifadə edə bilmir və nəticədə hər il 1000 manat məbləğində maddi gəlirdən, yəni təqribən ən azı 20000 manat gəlirdən məhrum olmuşdur. İddiaçı 20 il müddətində ev tikə bilmədiyi üçün hər ay 100 manat kirayə haqqı ödəməklə 24000 manat kirayə ödəyərək zərər çəkmişdir. Bundan əlavə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1(84)-465/2017 saylı qərarı ilə ödənilmiş 10 manat dövlət rüsumu, Şəki Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(107)-40/2018 saylı qərarı ilə məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə 100 manat, mütəxəssis rəyinin dəyərinə görə 60 manat, dövlət rüsumuna görə 5 manat, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2- 1(102)857/2019 saylı qərarı ilə isə ödənilmiş 5 manat dövlət rüsumu da iddiaçının üzərində qalmışdır. Bununla da iddiaçı 180 manat dövlət rüsumları ekspert və mütəxəssis rəyinə görə, Şəki İnzibati-İqtisadi Məhkəməsinə gedib-gəlmək üçün 80 manat, Şəki Apelyasiya Məhkəməsinə iki dəfə gedib-gəlmək üçün 160 manat, Ali Məhkəməyə gedibgəlmək üçün 100 manat olmaqla 340 manat yollara, dövlət rüsumlarının ödənilməsinə, ekspert və mütəxəssis rəyinə görə ümumilikdə 520 manat xərc çəkmişdir. Eyni zamanda cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı sarsıntılar keçirmiş, əsəb gərginliklərinə və iztirablara məruz qalmış və nəticədə ona mənəvi zərər dəymişdir. İddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərəri 20000 manat məbləğində qiymətləndirir və cavabdehlərdən müştərək qaydada maddi zərərin əvəzi kimi 34520 manat, mənəvi zərərin əvəzi kimi 20000 manat və dövlət rüsumu olaraq 30 manat, cəmi 54550 manat məbləğinin alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, əvvələr Gəraybəyli bələdiyyəsinin sədri işləmişdir. 1999-cu il tarixdə keçirilən bələdiyyə seçkilərində Xəlilli kəndini əhatə etməklə Xəlilli bələdiyyəsi yaradılmışdır. İddiaçı Xəlilli kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşamış və Gəraybəyli bələdiyyəsinə heç bir aidiyyəti olmamışdır. İddiaçının iddia qaldırdığı həyətyanı torpaq sahəsi, Xəlilli bələdiyyəsinin sərhədləri daxilində olmuşdur. 2003-cü ildə bələdiyyənin ərazisində yaşayan və qanuni həyətyanı torpaq sahəsi olan bütün vətəndaşlara həyətyanı torpaq sahəsinə dair şəhadətnamələr tərtib olunaraq paylanmışdır. 2010-cu ilin sonunadək Xəlilli bələdiyyəsi sərbəst fəaliyyət göstərmişdir. 2010-cu ilin dekabr ayında Xəlilli bələdiyyəsi ləğv olunaraq Gəraybəyli bələdiyyəsinə birləşdirilərək Gəraybəyli bələdiyyəsi kimi fəaliyyətə başlamışdır. O, yeni yaradılmış Gəraybəyli bələdiyyəsinin sədri seçilmişdir. İşlədiyi müddətdə iddiaçı mübahisəli torpaq sahəsi ilə bağlı heç bir müraciət etməmişdir. Gəraybəyli bələdiyyəsinin ünvanına Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1(84)-465/2017 saylı qərarı daxil olduqdan sonra bilmişdir ki, iddiaçının Gəraybəyli bələdiyyəsinin Xəlilli kəndi ərazisində yerləşən örüş sahəsindən 0.12 hektar həyətyanı torpaq sahəsi barədə iddiası təmin edilmişdir. Həmin vaxtdan sonra iddiaçının iddia qaldırdığı əraziyə baxış keçirildikdən sonra məlum olmuşdur ki, həmin ərazi Xəlilli kəndindən tamamilə ayrıdır və ərazi xəritədə örüş sahəsi kimi göstərilməklə orada bir ədəd subartezan quyusu qazılmışdır. O, bələdiyyə sədri kimi həmin sahənin mövcud torpaq islahatı haqqında qanunlara zidd olub-olmadığına əmin olmaq üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1(84)-465/2017 saylı qərarından Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına apelyasiya şikayəti ilə müraciət etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(107)40/2018 saylı qərarı ilə onun apelyasiya şikayətini təmin edilməmişdir.O, bələdiyyə sədri kimi Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2- 1(107)-40/2018 saylı qərarından kassasiya şikayət verməmiş və qərarın qanuni qüvvəyə minməsini gözləmişdir. Sonradan eşitmişdir ki, DƏDRX-nin 9 saylı X12 Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(107)-40/2018 saylı qərarından kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2-1(102)-857/2019 saylı qərarı bələdiyyəyə daxil olduqdan sonra iddiaçı ilə əlaqə saxlamışdır. O, iddiaçıya DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət edərək istifadəsində olan torpaq sahəsinin sərhədlərinin müəyyənləşdirilməsi barədə məlumat vermişdir. Bundan sonra iddiaçı istifadəsində olan torpaq sahəsi ilə bağlı ona heç bir müraciət etməmişdir. Torpaq islahatları aparılan zaman mübahisəli torpaq sahəsinə iddiaçının adına mülkiyyət sənədi verilməməsində və həmin torpaqların bələdiyyə mülkiyyətində saxlanılmasında bələdiyyənin heç bir rolu olmamışdır. O, iddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Gəraybəyli bələdiyyəsinin nümayəndəsi X8 iddia tələbini qəbul etmədiyini bildirmiş və Cavabdeh1 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında DƏDRX-nin 9 saylı X7 nümayəndəsi X1 iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, iddiaçı İsmayıllı Rayon XDS İK-nin 1993-cü il tarixli 34 saylı qərarına əsasən istifadəsinə verilmiş İsmayıllı rayonu Xəlilli kəndi ərazisində yerləşən 0.12 hektar torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi ilə Şəki İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1(84)-465/2017 saylı qərarı ilə iddiaçının iddia tələbi təmin edilərək DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə İsmayıllı RXDS İK-nin 1993-cü il tarixli 34 saylı qərarına əsasən iddiaçının istifadəsinə verilmiş və xx xxxxxx 1993-cü il tarixli aktla təhkim edilmiş İsmayıllı rayonu Xəlilli kəndi ərazisində yerləşən 0.12 hektar torpaq sahəsi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qərara alınmışdır. Həmin qərardan DƏDRX-in 9 saylı Ərazi İdarəsi və İsmayıllı rayon Gəraybəyli bələdiyyəsi tərəfindən apelyasiya şikayəti verilmiş və Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(107)-40/2018 saylı qərarı ilə apelyasiya şikayətləri təmin edilməyərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1(84)-465/2017 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(107)-40/2018 saylı qərarından DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin İnzibati- İqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli 21(102)-857/2019 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməyərək Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(107)-40/2018 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçının müraciətinə əsasən ərazi idarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar ərazi idarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunduqda məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinin bir hissəsinin elektron baza xəritəsində kənd təsərrüfatlı təyinatlı örüş sahəsinə, digər hissəsi isə yol və artezian quyusunun yerləşdiyi əraziyə düşməklə yaşayış məntəqələri torpaqlarından kənarda yerləşdiyindən mübahisəli ərazinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Torpaq islahatları aparılan zaman mübahisəli torpaq sahəsinə iddiaçının adına mülkiyyət sənədi verilməməsində dövlət reyestr xidmətinin heç bir təqsiri olmamışdır. Qeyd etdiyi əsaslara görə iddiaçının iddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(037)-253/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(037)- 253/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və Gəraybəyli bələdiyyəsinin nümayəndəsi X8 apelyasiya şikayətinin əsassız olduğu üçün təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(037)-253/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, DƏDRX-in 9 saylı X11 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apelyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1(84)-465/2017 saylı qanuni qüvvəyə minmiş qərarından görünür ki, İddiaçı DƏDRX-in 9 saylı Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilərək DƏDRX-in 9 saylı Ərazi İdarəsinin üzərinə İsmayıllı rayon XDS İK-in xx xxxx 1993-cü il tarixli qərarına əsasən İddiaçı istifadəsinə verilmiş və xx xxxxxxx 1993-cü il tarixli aktla təhkim edilmiş İsmayıllı rayon Xəlilli kəndi ərazisində yerləşən 0.12 hektar torpaq sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(107)-40/2018 saylı qərarından görünür ki, DƏDRX-in 9 saylı Ərazi İdarəsinin və İsmayıllı rayon Gəraybəyli bələdiyyəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1(84)- 465/2017 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2-1(102)-857/2019 saylı qərarından müəyyən edilir ki, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2- 1(107)-40/2018 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. xx xxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət etmək üçün 30.40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Apelyasiya şikayətinin dəlilləri əsassızdır. İşdən görünür ki, İsmayıllı rayon XDS İK-in 1993-cü il tarixli 34 saylı qərarına əsasən İsmayıllı rayon Xəlilli kəndi ərazisində yerləşən 0.12 hektar torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir. İddiaçının müraciətinə əsasən ərazi idarəsinin mütəxəssisləri tərəfindən mübahisəli ərazidə texniki invertarlaşdırma işləri aparılmışdır. Əldə olunan məlumatlar ərazi idarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunduqda məlum olmuşdur ki, iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin bir hissəsi elektron baza xəritəsində kənd təsərrüfatlı təyinatlı örüş sahəsinə, digər hissəsi isə yol və artezian quyusunun yerləşdiyi əraziyə düşür və həmin torpaq sahəsi yaşayış məntəqələri torpaqlarından kənarda yerləşir. Göstərilənlərə əsasən DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən mübahisəli ərazinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehlər tərəfindən iddiaçıya maddi zərər vurulması faktı təsdiq olunmadığından iddia tələbinin cavabdehlərdən müştərək qaydada maddi zərərin əvəzi kimi 34520 manat məbləğinin alınaraq iddiaçıya verilməsinə dair hissəsi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin cavabdehlərdən mənəvi zərərin əvəzi kimi 20000 manat məbləğinin alınmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində sarsıntılar keçirdiyini, əsəb gərginliklərinə və iztirablara düçar olduğunu və bununla da ona 20000 manat məbləğində mənəvi zərər dəydiyini qeyd etsə də, həmin faktlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən müştərək qaydada mənəvi zərər məbləği olaraq 20000 manat məbləğinin alınaraq iddiaçıya verilməsinə dair hissəsi də təmin edilməməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Kollegiya hesab edir ki, iddiaçı mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədlərin cavabdehlərin təqsiri üzündən alınmamasını və bunun nəticəsində cavabdehlər tərəfindən ona maddi və mənəvi zərər vurulmasını iddia etsə də, həmin faktlar məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi düzgün olaraq iddia tələbini əsassız hesab edərək rədd etmişdir. Bundan başqa, iddiaçı iddia tələbinin əsaslı olmasını təsdiq edən hər hansı sübutları nə birinci instansiya məhkəməsinə təqdim etməmiş, nə də apelyasiya şikayətinə əlavə etməmişdir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X10 Məhkəməsi “X2” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X10 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. İddiaçı apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu edə bilmədiyindən, eyni zamanda iddiaçının bildirdikləri məhkəmə araşdırması vaxtı təsdiq olunmadığından əsaslı hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpelyаsiyа şikayəti təmin edilməməli və İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(037)-253/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(037)-253/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə iddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-1519/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1519/2020
27.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver