Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1526/2021 09.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı “xxxx” ASC-nin cavabdeh X3 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə aidiyyət məsələsinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq kollegiyası müəyyən etdi: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 qaydasında 700 manat sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2021-cı il tarixli, 2(001)- 3167/2021 saylı qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(037)-500/2021 saylı qərardadı ilə “xxxx” ASC-nin cavabdeh X3 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Hazırkı işin materiallarından görünür ki, mülki işin məhkəmə ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığı yaranmışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş cavabdeh X4 haqqında Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayış və Ədliyyə Nazirliyi “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Mansur Vəliyev ünvan 1 ünvanında qeydiyyatdadır. Lakin, X4 ünvan 1 ünvanında qeydiyyatda olmaqla, İsmayıllı rayonu Talıstan kəndində atası Cavabdeh Hüseyn oğlu ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri, yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən ərazi aidiyyəti müəyyənləşdirilərkən, cavabdehin faktiki yaşayış yeri deyil, rəsmi qeydiyyatda olduğu yer əsas götürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1 -ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Mansur Vəliyev yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatda olduğundan hazırkı mülki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 31, 39cu və 400-cü mаddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı “xxxx” ASC-nin cavabdeh X3 qarşı subroqasiya qaydasında pul tələbinə mülki iş aidiyyəti üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1526/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1526/2021
09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver