Məhkəmə qərarları › İş №2(107)-153/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-153/2025

19.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-153/2025 19.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı “bağışlama müqaviləsinin rəsmiləşdirilməsindən imtinanın qanunsuz hesab edilməsi və müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: notariat hərəkətlərinin qanunsuz hesab edilməsi) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X13 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X4 iclas katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, e-2(033)-793/2024 nömrəli qətnaməsindən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 03 oktyabr 2023-cü il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın və fərdi yaşayış evinin texniki pasportdan görünür ki, ünvan 1ində 0,2159 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə payı 4/6 hissə olmaqla İddiaçı3, 1/6 hissə olmaqla İddiaçı2 və payı 1/6 hissə olmaqla İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 66 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. Zaqatala RİHB-ın Muğanlı kənd inzibati əarzi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 18 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, X1 2023-cü ilin 06 nömrəli təsərrüfatbaşına kitabın 152-ci səhifəsindəki qeydiyyata əsasən onun Muğanlı kəndində ümumi sahəsi 100 kvm olan fərdi yaşayış evi vardır və həmin evdə özü, oğlu İddiaçı1, gəlini X5, nəvəsi X6 və nəvəsi X3 qeydiyyatdadır. Zaqatala rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu Gözəl İsgəndərova tərəfindən İddiaçı2 ünvanlanmış 23 may 2024-cü il tarixli 588 saylı məktubdan görünür ki, sonuncu notariat ofisinə müraciət edərək paylı mülkiyyətdə olan ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə dair anası İddiaçı3 və qardaşı - İddiaçı1 öz paylarını onun adına bağışlama müqaviləsinin bağlanmasını xahiş etmişdir. "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 49-cu bəndində göstərilir ki, yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb edir və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. İddiaçı2 paylı mülkiyyətdə olan ana və qardaşınının paylarının bağışlama müqaviləsinin bağlanması üçün qeydiyyatda olanların notariat ofisinə gələrək, həmin evin bağışlanmasına razılığının olmasını bildirməsi izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən cavabdehin tərəfində üçüncü şəxs Maraqlı şəxs qarşı “bağışlama müqaviləsinin rəsmiləşdirilməsindən imtinanın qanunsuz hesab edilməsi və müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, iş üzrə cavabdeh Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X2 onların ümumi paylı mülkiyyətində olan Zaqatala rayonu, Muğanlı kəndində yerləşən 0,2159 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 118,5 m olan fərdi yaşayış evindən iddiaçılar İddiaçı1 düşən 1/6 payın və İddiaçı3 düşən 4/6 payın İddiaçı2 bağışlanması ilə bağlı müqavilənin rəsmiləşdirilməsindən imtinasının qanunsuz hesab edilməsi və həmin müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərində qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 ümumi paylı mülkiyyətində Zaqatala rayonu, Muğanlı kəndində 0,2159 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 118,5 m olan fərdi yaşayış evi vardır. Sonuncuların həmin əmlak üzərində hüquqları 03 oktyabr 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 66 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan da göründüyü kimi, Zaqatala rayonu, Muğanlı kəndində yerləşən 0,2159 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 118,5 m olan fərdi yaşayış evinin 4/6 hissəsi İddiaçı3, 1/6 hissəsi İddiaçı1, yerdə qalan 1/6 hissəsi isə İddiaçı2 ümumi paylı mülkiyyətindədir. İddiaçılar qeyd olunan əmlak üzərində payların bağışlanması məqsədi ilə iş üzrə cavabdeh Zaqatala Rayon 2 saylı Notariat Ofisinə müraciət etmişdirlər. Belə ki, iddiaçılardan İddiaçı1 və İddiaçı3 həmin əmlakdan özlərində düşən payı (ümumilikdə 5/6 hissəni) yaxın qohumları (müvafiq olaraq - qızı və bacısı) İddiaçı2 bağışlamaq istəmişdirlər. Lakin, iş üzrə cavabdeh Zaqatala Rayon 2 saylı Notariat Ofisi 23 may 2024-cü il tarixli, 588 nömrəli məktubu ilə müqavilənin rəsmiləşdirilməsindən imtina etmişdir. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, bağışlama müqaviləsinin rəsmiləşdirilməsi zamanı fərdi yaşayış evində qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığı əldə olunmalıdır. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, yalnız ər-arvaddan birinin ümumi birgə mülkiyyətinə aid daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin (ər və ya arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı tələb oluna bilər, digər hallardaisə hər-hansı bir razılıq tələb olunmur. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsinə (əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlərin təsdiq olunması) əsasən, ərarvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ancaq, Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu bəndə istinda edərək bildirmişdir ki, yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb edir və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu nəzərə alınmamışdır ki, bu münasibətləri tənzimləyən “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu var və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2-ci maddəsinin (normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi) 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Bu halda da, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatı ziddiyyət təşkil etdiyi üçün “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilməlidir. İkinci bir tərəfdən isə qeyd olunan əqdin bağlanması iş üzrə üçüncü şəxsin heç bir hüququnu pozmur. Belə ki, göründüyü kimi, iş üzrə iddiaçılar evi və torpaq sahəsini üçüncü bir şəxsin adına özgəninkiləşdirmir və bu da üçüncü şəxsin hüquqlarına müdaxilə kimi qiymətləndirilə bilməz. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçılardan İddiaçı1 şizofreniya xəstəsi olsa da həmin xəstəlik müalicə olunan xəstəlikdir və həmin xəstəlik ani olaraq baş verir. İddiaçı1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu Gözəl İsgəndərova məhkəməyə məktub ünvanlayaraq bildirmişdir ki, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Notariat ofisinə müraciət edərək ünvan 1ində yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evinə dair bağışlanma müqaviləsi bağlamağı xahiş etmişdirlər. O, xx.xx.2024-cü il tarixli 588 nömrəli məktubu ilə İddiaçı2 “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” 49-cu bəndi haqqında məlumat verərək fərdi yaşayış evinin bağışlanması zamanı evdə qeydiyyatda olan yetkinlik yaşına çatmış şəxslərin notariat ofisinə gələrək razılıqlarını bildirməli olduqlarını bildirmişdir. İş üzrə məhkəmə iclasında işi ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyindən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən cavabdehin tərəfində üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasında bildirdi ki, o, İddiaçı1 arvadıdır. İddiaçı1 şizofreniya xəstəliyindən əziyyət çəkir. O, ərinə düşən payın başqasına bağışlanmasına razı deyil. Həmin payın övladlarına verilməsini istəyir. Düşünür ki, əri Etibar xəstə olduğundan onu aldadaraq digər iddiaçılar hazırkı iddianı vermişlər. O, rəsmi olaraq İddiaçı1 ayrılmamışdır, onun anası onu yola vermədiyindən 2021-ci ilin aprel ayında uşaqları ilə birlikdə çıxıb Bakı şəhərinə getmişdir. O, iddiaçının yaşadığı evə qayıdacaq. Oğlu əsgərlikdən qayıtmışdır və ailə qurmaq istəsə yaşamaq üçün yeri olmalıdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Zaqatala Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, e-2(033)-793/2024 nömrəli qətnaməsi (hakim: V.Məmmədov) ilə, iddia tələbi rədd edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış evinin özgəninkiləşdirilməsi haqqında əqdin təsdiq edilməsi zamanı, yaşayış evində daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alınması qanunvericilikdə nəzərdə tutulduğundan cavabdehin, İddiaçı3 və İddiaçı1 paylı mülkiyyətdə olan daşınmaz əmlakdakı paylarının İddiaçı2 bağışlamalarına dair müqaviləni təsdiq etməkdən imtinası düzgün olmuşdur. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 355.1-ci maddələrinə, Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2-ci maddəsinə,“Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında”Təlimatın 49-cu maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 119.1-ci maddələrinə - istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasındatəsdiq edilmişrazılığı lazımdır. İkinci bir tərəfdən isə qeyd olunan əqdin bağlanması iş üzrə üçüncü şəxsin heç bir hüququnu puzmur. Belə ki, göründüyü kimi, işüzrə iddiaçılar evi və torpaq sahəsini üçüncü bir şəxsin adına özgəninkiləşdirmir və bu da üçüncü şəxsin hüquqlarına müdaxilə kimi qiymətləndirilə bilməz. Sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Buisə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür. Zaqatala RayonMəhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki,Zaqatala Rayon Məhkəməsi İddiaçı1na düşən 1/6 payın və İddiaçı3 düşən 4/6 payın İddiaçı2 bağışlanmasınınayrıayrılıqda iş üzrə üçüncü şəxsin hansı hüququnu pozmasını öz qətnaməsində əsaslandırmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, bağışlamaq istədiyi həmin əmlak ona vərəsəlik qaydasında keçmişdir. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, İddiaçı1 ilə nikahları rəsmi qaydada pozulmamışdır. İdidaçının da qeyd etdiyi kimi, qayınanamla problemlər yaşadığı üçün beş ildir ki, ayrı yaşayırlar. Övladı və o hal-hazırda Bakıda qalır. Mübahisələndirilən əmlakla bağlı qeyd etmək istəyir ki, iddiaçı İİ qrup əlildir və onun həmin əmlakla bağlı müstəqil sərəncam verə biləcəyinə inanmır. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişləir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası M a d d ə 1 3 . Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. M a d d ə 2 9 . Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır. II. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. M a d d ə 1 4 8 . Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar İ. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. İİ. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. M a d d ə 1 4 9 . Normativ hüquqi aktlar İİİ. Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. V. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. Vİ. Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 334.2. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

27. Notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir.

46. Dövlət qeydiyyatından keçməli olan əmlakın özgəninkiləşdirilməsi və ya ipoteka qoyulması haqqında müqavilələr özgəninkiləşdirilən və ya ipoteka qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən, avtonəqliyyat vasitələri üzrə, həmçinin onların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi müayinədən keçməsi barədə sənədlər və ya sənədlər haqqında elektron informasiya sistemindən real vaxt rejimində əldə edilmiş məlumatlar əsasında təsdiq edilir. Ər-arvaddan birinin ümumi mülkiyyətdə olan daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan müqavilələrin bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarış, həmin əmlakın təsviri, bu əmlak üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindəki məlumatlar notarius və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ olan digər vəzifəli şəxslər tərəfindən dövlət reyestrindən X8 Sistemi vasitəsilə real vaxt rejimində əldə edilir. Həmin sənəd və məlumatlar notarius və ya notariat hərəkəti etməyə hüququ olan digər vəzifəli şəxslərin istifadə etdiyi müvafiq informasiya sistemində elektron formada avtomatlaşdırılmış qaydada əks olunur. Əmlak üzərində qadağa olduqda əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilə yalnız borcun əmlakı əldə edənin adına keçirilməsinə dair kreditorun və əldə edənin razılığı olduqda təsdiq edilə bilər. Qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi ilə bağlı beh müqaviləsi təsdiq edilərkən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş razılıq tələb olunur. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilələrin təsdiq edilməsi, daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin aparılması və əmlak hüquqlarının dövlət qeydiyyatı “bir pəncərə” prinsipi əsasında bu Qanunda və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunu 2.1.Normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir. 2.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. 2.6. Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. 2.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları fərmanla ziddiyyət təşkil etdikdə fərman tətbiq edilir. 2.9. Nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. 10.1. Normativ hüquqi aktların kolliziyası həll edilərkən bu Konstitusiya Qanununun 2-ci maddəsinin tələbləri nəzərə alınır.

“Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat

49. Yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin soyadı, adı və atasının adı haqqında elektron sənədi müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Əmlaka sərəncam verilməsi haqqında müqavilələri təsdiq edərkən, notarius daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd əsasında bu əmlak üzərində mülkiyyət hüququnun nə vaxt yaranmasını yoxlayır. Əgər sərəncam verilən əmlakın mülkiyyətçisi bu əmlakı nikaha daxil olmadan, habelə nikah müddətində hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər təmənnasız əqdlər üzrə əldə etmişsə, bu əmlakın özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına ərin (arvadın) razılığı tələb edilmir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-385.1.4. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti təmin edilərək qətnamə ləğv olunmalı və iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə bağışlama müqaviləsinin rəsmiləşdirilməməsi ilə bağlıdır. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən cavabdehin tərəfində üçüncü şəxs Maraqlı şəxs qarşı “bağışlama müqaviləsinin rəsmiləşdirilməsindən imtinanın qanunsuz hesab edilməsi və müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, iş üzrə cavabdeh Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X2 onların ümumi paylı mülkiyyətində olan Zaqatala rayonu, Muğanlı kəndində yerləşən 0,2159 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 118,5 m olan fərdi yaşayış evindən iddiaçılar İddiaçı1 düşən 1/6 payın və İddiaçı3 düşən 4/6 payın İddiaçı2 bağışlanması ilə bağlı müqavilənin rəsmiləşdirilməsindən imtinasının qanunsuz hesab edilməsi və həmin müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərində qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə yəni, iddia tələbinin rədd edilmiş hissəsini mübahisələndirir. Ümumiyyətlə apellyator iddianın təmin edilməsini tələb edirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman ilkin olaraq qeyd edir ki, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 03 oktyabr 2023-cü il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın və fərdi yaşayış evinin texniki pasportun surətindən görünür ki, Zaqatala rayonu, Muğanlı kəndində 0,2159 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə payı 4/6 hissə olmaqla İddiaçı3, 1/6 hissə olmaqla İddiaçı2 və payı 1/6 hissə olmaqla İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 66 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. Göründüyü kimi, Zaqatala rayonu, Muğanlı kəndində 0,2159 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi hazırki iş üzrə iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 mülkiyyətlərindədir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edən zaman mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış evinin özgəninkiləşdirilməsi haqqında əqdin təsdiq edilməsi zamanı, yaşayış evində daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alınması qanunvericilikdə nəzərdə tutulduğundan cavabdehin bağışlama müqaviləni təsdiq etməkdən imtinası düzgün olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşmayaraq qeyd edir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən bağışlama (alğı-satqı, icarə, girov və s.) müqaviləsi bağlamaq imkanı verir. Bu baxımdan, əşyanın özgəninkinəşdirilməsi mülkiyyətçinin sərəncam vermək səlahiyyətinin həyata keçirilməsi deməkdir. Mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyinə əsasən, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Məhkəmə kollegiyası daha sonra bildirir ki, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (Mülki Məcəllənin 213.2). Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir (Mülki Məcəllənin 215.4 və 215.5). Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Mülki Məcəllənin 225.1 və 225.2-ci maddələrinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 46-cı bəndində qeyd edilmişdir ki, ər-arvaddan birinin ümumi mülkiyyətdə olan daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan müqavilələrin bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu maddəsinə əsasən, yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin soyadı, adı və atasının adı haqqında elektron sənədi müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Həmin maddənin sonrakı hissəsində isə göstərilmişdir ki, əmlaka sərəncam verilməsi haqqında müqavilələri təsdiq edərkən, notarius daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd əsasında bu əmlak üzərində mülkiyyət hüququnun nə vaxt yaranmasını yoxlayır. Əgər sərəncam verilən əmlakın mülkiyyətçisi bu əmlakı nikaha daxil olmadan, habelə nikah müddətində hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər təmənnasız əqdlər üzrə əldə etmişsə, bu əmlakın özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına ərin (arvadın) razılığı tələb edilmir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. İşin mübahisələndirilməyən halı isə ondan ibarətdir ki, müqavilə predmeti olan Zaqatala rayonu, Muğanlı kəndində 0,2159 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı1 və Maraqlı şəxs birgə nikahları dövründə əldə edilsə də, İddiaçı1 həmin əmlakı vərəsəlik qaydasında əldə etmişdir. Belə olan halda isə, mübahisəli əmlak İddiaçı1 və Maraqlı şəxs birgə nikahları dövründə əldə edilmiş əmlakda hesab edilə bilməz. Eyni zamanda, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs birinci instansiya məhkəməsində izahat verərək bildirmişdir ki, 2021-ci ildən Bakı şəhərinə getmiş və orada yaşayır. Kollegiya daha sonra qeyd edir ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə, bağışlama müqaviləsi də əqdlərin bir növüdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» 12 aprel 2004-cü il tarixli qərarında isə qeyd edilmişdir ki, “.....alğı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun”. Kollegiya xüsusilə qeyd edir ki, Mülki Məcəllədə və “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunda da, bağışlama müqavilələrinin bağlanması (və ya əmlakın özgəninkiləşdirilməsi) zamanı orada qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin və ya digər şəxslərin razılıqlarının alınması zəruri şərt kimi göstərilməmişdir. Həmçinin, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu maddəsində göstərilmişdir ki, əmlaka sərəncam verilməsi haqqında müqavilələri təsdiq edərkən, notarius daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd əsasında bu əmlak üzərində mülkiyyət hüququnun nə vaxt yaranmasını yoxlayır. Əgər sərəncam verilən əmlakın mülkiyyətçisi bu əmlakı nikaha daxil olmadan, habelə nikah müddətində hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər təmənnasız əqdlər üzrə əldə etmişsə, bu əmlakın özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına ərin (arvadın) razılığı tələb edilmir. Hazırki işdən isə görünür ki, İddiaçı1 həmin əmlakı vərəsəlik qaydasında əldə etmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cavabdehin imtinasının əsası kimi qeyd etdiyi təlimatdan daha üstün hüquqi qüvvəyə malik olan normativ hüquqi aktların tələblərinə görə mülkiyyətçi öz əmlakı üzərində tam sərəncam vermək hüququna malikdir. Həmin təlimatın müddəaları əsas götürülərək müqavilənin rəsmiləşdirilməsindən imtina edilməsi və bununla da iddiaçıların konstitusion hüququ olan mülkiyyət hüququna müdaxilə yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, belə razılığın alınması mülkiyyətçinin sərəncam hüququnun həyata keçirilməsini digər (mülkiyyətçi olmayan) şəxslərin iradəsındən asılı edə bilər. Bu isə öz növbəsində mülkiyyətçinin hüquqlarının qeyri-mütənasib məhdudlaşdırılması ilə nəticələnə bilər. “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” işdə də Avropa Məhkəməsi göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Buna görə mülkiyyətçi olmayan şəxslərin razılıqlarının alınmaması bağışlama (özgəninkiləşdirmə) müqaviləsinin rəsmiləşdirilməsindən imtina edilməsi üçün əsas hesab edilə bilməz. Əks yanaşma mülkiyyətçinin Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına gətirib çıxara bilər. Yəni, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür. Bununla yanaşı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası və Mülki Məcəllənin mülkiyyət hüququnu tənzimləyən müddəaları mülkiyyətçinin öz hüquqlarını sərbəst və maneəsiz istifadə etməsinin hüquqi əsaslarını müəyyən etməklə, mülki əşya hüquq münasibətlərinin iştirakçısı kimi çıxış edən mülkiyyətçiyə münasibətdə öz hüquqlarının həyata keçirilməsində lazımi davranış hüdudlarını müəyyən edir. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 noyabr 2015-ci il tarixli qərarında da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə kollegiyası İddiaçı1 xəstə olmasına da münasibət bildirərək qeyd edir ki, İddiaçı1 fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edilməmişdir. Bundan başqa, hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəmədə İddiaçı1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ilə bağlı iddia qaldırmış, daha sonra isə ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(033)-140/2025 nömrəli qərardadı ilə ərizə və ona əlavə edilmiş sənədlər müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs geri qaytarılmışdır. Həmin qərardaddan görünür ki, Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Həmin qərarda hal-hazırda qanuni qüvvəsini almışdır. Belə olan halda, İddiaçı1 xəstə olması onun fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs olaraq dəyərləndirilməsinə əsas ola bilməz. Kollegiya eyni zamanda qeyd edir ki, cavabdeh imtinasını da sonuncunun sağlamlıq vəziyyəti ilə əlaqələndirməmişdir. Bundan başqa, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(033)- 1154/2025 nömrəli qətnaməsi ilə, iddiaçı Maraqlı şəxs ilə cavabdeh İddiaçı1 arasında 30 noyabr 2002-ci il tarixdə Zaqatala RİHB-nın Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Həmin işdə iddiaçı Maraqlı şəxs iddia ərizəsində qeyd etmişdir ki, o, xeyli müddətdir ki, birgə nikahlarından olan övladları ilə birlikdə cavabdehin yaşadığı Zaqatala rayonunun Muğanlı kəndində yerləşən evindən çıxaraq öz maddi və mənəvi dəstəyi ilə kirayədə yaşayır. Məhkəmə kollegiyası digər bir məqamıda qeyd edir ki, müqavilə predmeti olan əmlak üçüncü şəxslərə deyil, mülkiyyətçilərdən birinə (yaxın qohuma) bağışlanmaq istənilmişdir. Yəni, digər ümumi paylı mülkiyyətçilərin də hüququları pozulmur. Belə ki, paylar bağışlanan şəxs məhz paylı mülkiyyətin payçılarından biridir. Hazırki halda mülki hüquq qabiliyyətli, əqdin predmeti üzərində sərəncam hüququ olan şəxslər eyni qaydada mülki hüquq qabiliyyətli digər şəxsə öz sərbəst iradə ifadələrinə əsasən qanunda müəyyən olunan formada (notarial qaydada yazılı) əmlakı bağışlamaq istəmişlər. İş üzrə cavabdeh isə müvafiq əsaslar olmadan həmin müqaviləni rəsmiləşdirməkdən imtina etmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, mənzildə mülkiyyətçi olmayıb yaşayan şəxslərin hüququ daha çox yaşayış sahəsindən istifadə etmək hüququ və ya yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə bağlıdır. Həmin halla bağlı Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarət olmuşdur ki, mənzilin mülkiyyətçisi olan şəxsin mülkiyyət hüququ (o cümlədən mülkiyyət üzərində sərəncam vermək hüququ) həmin mülkiyyətdən istifadə edənlər tərəfindən qeyri-qanuni məhdudlaşdırılmasın. Kollegiya eyni zamanda tərəflərin bildirir ki, Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Eyni zamanda, bağışlama müqaviləsinin predmeti olan əmlakın digər şəxslərin mülkiyyət və ya onunla bağlı digər hüquqlarının pozulması müəyyən edilmədiyindən iddia tələbinin rədd olunması üçün heç bir hüquqi və faktiki əsas olmamışdır. Hazırki halda isə birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməməklə mülkiyyətçinin öz hüquqlarını sərbəst və maneəsiz istifadə etmək hüququnu məhdudlaşdırmışdır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, tərəflər arasında yaranmış mübahisəni düzgün və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun həll etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, e-2(033)-793/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin iddiaçılara münasibətdə bağışlama müqaviləsinin rəsmiləşdirilməsindən imtinası qanunsuz hesab edilərək, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 arasında olan bağışlama müqaviləsinin rəsmiləşdirilməsi vəzifəsi cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin üzərinə qoyulsun. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar