Məhkəmə qərarları › İş №2(107)-1531/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1531/2020

06.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1531/2020 06.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-24/2020 saylı qərardadından Cavabdeh və vəkili X1 tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Cavabdeh Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-24/2020 saylı qərardadının ləğv edilməsi və qiyabi qətnamənin ləğv edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Cavabdeh Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-24/2020 saylı qərardadının ləğvi barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh və vəkili X1 tərəfindən şikayət verilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-24/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili X1 şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər heç bir üzürlü səbəblər göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-24/2020 saylıı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)- 24/2020 saylı qərardadı qəbul edilərkən ərizəçi Cavabdeh xx.xx.2020-ci il tarixdə qiyabi qətnamə qəbul edilərkən keçirilən məhkəmə baxışı barədə əsmi qaydada məlumatı olduğunu ərizəsində göstərməklə bildirmiş, lakin həmin məhkəmə baxışında iştirak etməyi unutduğunu qeyd etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh özü qeyd etdiyi əsaslarla məhkəmə baxışında iştirak etməsini unutması üzürlü səbəb kimi hesab edilə bilməz. Cavabdeh xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərdə keçirilən məhkəmə baxışları barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında səhifə 168-də olan Cavabdeh tərəfindən Göyçay rayon Məhkəməsinə göndərilmiş 2(046)-204/2019 saylı işin gedişatı barədə ona verilməsi ilə bağlı ərizənin və ərizənin göndərildiyi zərfin üzərindəki cavabdehin ünvanından görünür ki, məktubda göndərənin ünvanı ünvan 1 göstərilmişdir. Qeyd edilən ünvan isə məhkəmə bildirişlərinin göndərildiyi ünvandır. Göründüyü kimi Cavabdeh məhkəmə bildirişlərinin düzgün olmayan ünvana göndərilməsi ilə bağlı dəlilləri əsasızdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-24/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh və vəkili X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-24/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar