Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-154/2020 09.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(046)-1110/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2016-cı ilin fevral-mart aylarında ondan hissə-hissə aldığı əsas borclarına görə 9980 manat, əldən çıxmış faydaya görə 3000 manat, dövlət rüsumu üçün ödənilmiş 30 manat olmaqla cavabdehdən ümumilikdə 13010 manat alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(046)-1110/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 7480 (yeddi min dörd yüz səksən) manat pulun Cavabdeh alınıb İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 13 (on üç) manatının iddiaçıya, 17 (on yeddi) manatının isə cavabdehdən alınıb iddiaçıya verilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apelyasiya şikаyəti verilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsində maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin ondan 10600 manat borc aldığını göstərsə də, xx xxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardakı izahatında cavabdehin ondan ümumilikdə 9980 manat borc aldığını, həmin borcdan 2500 manatını geri qaytardığını, hazırda cavabdehin ona 7480 manat borcunun qaldığını bildirmişdir. Bundan əlavə iddiaçı xx xxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardakı izahatından görünür ki, cavabdehə fiziki zor tətbiq edilmiş, xəsarət yetirilmiş və nəticədə huşunu itirmişdir. O vəziyyətdə də həmin qəbzə məcburi imza atmışdır. Bundan əlavə iddia əsaslı olsa belə iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Lakin birinci instansiya məhkəməsi iş üzrə iddia müddətini tətbiq etməmişdir. Odur ki, qeyd edilənlər nəzərə alınaraq Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(046)-1110/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(046)-1110/2019 saylıqətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət, qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iclasında müəyyən edilmişdir ki, iddiaçı 2016-cı ilin fevral ayından etibarən hissə-hissə cavabdehə cəmi 9980 manat borc pul vermiş, cavabdeh 2500 manat pulu iddiaçıya qaytarsa da, qalan 7480 manat pulu cavabdeh iddiaçıya ödəməmişdir. Ona görə də İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin ( kreditorun ) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir; 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir; Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinə münasibətdə iş üzrə verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, cavabdeh ona xəsarət yetirildiyini və zorla həmin qəbzə məcburi imza atdığını bildirsə də, birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, Əli Seyrana 9980 manat borcunun olmasına dair kağız yazıb vermişdir. Həmin vaxt iddiaçı ilə cavabdeh arasında heç bir ədavət və münaqişə baş verməmişdir. Əli və Seyrandan savayı masanın ətrafında heç kim olmamışdır. Əli könüllü olaraq qəbzi yazaraq Seyrana vermişdir. Seyranın Əliyə hədə-qorxu gəlməsinin, təzyiq göstərməsinin şahidi olmamışdır. Orada o, Seyran və Əli olmuşdur. Həmçinin xx xxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ilə də iddiaçının həmin qəbzi cavabdehə zorla imza etdirməsi halı öz təsdiqini tapmamışdır. Bundan başqa cavabdeh polis şöbəsində ilkin izahat verən zaman qəbzin ona məcburi yazdırılması barədə məlumat verməmiş, iddiaçı ərizə ilə ona qarşı məhkəməyə müraciət etdikdən sonra bununla bağlı polis şöbəsində izahat vermişdir ki, bu da cavabdehin dəlillərini şübhə altına alan hallardan biridir. Bundan əlavə cavabdeh iddia müddətinin ötürüldüyünü bildirsə də, hazırki iddia tələbi üzrə iddiaçı tərəfindən Mülki Məcəllənin 373.2-ci maddəsində göstərilən üç illik iddia müddəti ötürülməmişdir. Belə ki, 2016-cı ilin fevral ayından etibarən iddiaçı tərəfindən cavabdehə borc məbləği hissə-hissə verilmiş, sonuncu dəfə isə cavabdeh iddiaçıdan 2018-ci ilin sonlarında 960 manat pul borc götürmüşdür. Cavabdeh tərəfindən xx.xx.2019-cu ildə verilmiş qəbzlə iddiaçıya 9980 manat borcunun olması etiraf olunmuş, bundan sonra da həmin borcun bir hissəsini də cavabdeh iddiaçıya qaytarmışdır. Qanunvericiliyə əsasən iddia müddətinin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Mülki qanunvericilik iddia müddətinin kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Beləliklə, kollegiya hesab edir ki, iddia tələbini qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib olunduğundan birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayətİ təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(046)-1110/2019 saylıqətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(046)-1110/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-154/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-154/2020
09.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver