Məhkəmə qərarları › İş №2(107)-1545/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1545/2021

26.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1545/2021 26.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı qıznın nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əmlakın hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin tərəflər arasında paylarına müvafiq bölünməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(075)-1285/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, Baş Küngüt kəndində yerləşən, reyestr nömrəsi **********07-10301, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh və İddiaçı paylı mülkiyyətində olan 0,1285 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 54,3 kvadrat metr olan fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin tərəflər arasında paylarına müvafiq bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Şəki Rayon Məhkəməsinin (E.Mehdiyev) 24 iyun 2021-ci il tarixli, 2 (075)-1285/2021 nömrəli qərardadına əsasən iddia ərizəsi üzrə mülki işin aidiyyəti üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə verilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən Cavabdeh ünvan 1 ünvanında pasport qeydiyyatında olması müəyyən edildiyindən İddiaçı Cavabdeh qarşı əmlakın hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin tərəflər arasında paylarına müvafiq bölünməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri, Xətai Rayon Məhkəməsində baxılmalıdır. Buna görə də İddiaçı Cavabdeh qarşı əmlakın hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin tərəflər arasında paylarına müvafiq bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə verilməlidir. Qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı Şəki Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2 (075)-1285/2021 qərardadından şikayət verərək qərardadının ləğv edilməsini və işin Şəki rayon Məhkəməsində baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qanunverisiliyin də tələbindən göründüyü kimi tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Onun iddia tələbi də həmin maddənin təsiri altına düşür. Şəki Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(075)-1285/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə icılasında iştirak edən İddiaçı nümayəndəsi X4 şikayəti müdafiə edərək, sonda təmin olunmasını xahiş etdi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam və , obyektiv araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin iddiaçının seçməsinə görə aiddiyyəti müəyyən edən 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. İş materiallarından müəyyən edilir ki, iş üzrə Cavabdeh ünvan 1 ünvanında pasport qeydiyyatındadır. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı bildirir ki, iddia tələbindən aydın olur ki, iddiaçı əmlakın hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin tərəflər arasında paylarına müvafiq bölünməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin tələbinə görə tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Mülki Prosessual Məcəllənin 36.13-cü maddəsinin tələbinə görə həmin Məcəllənin 39-cu maddəsindən müəyyən edlmiş adiyyət istisna olunmaqla, həmin Məcəllənin 36.1- 36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Mülki Prosessual Məcəllənin 36-cı maddəsi məhz iddiaçının seçməsinə görə aidiyyət qaydalarını müəyyən etmişdir. Həmin maddədə sadalanan bütün hallarda işin baxılacağı məhkəmənin seçmək hüququ iddiaçıya məxsusdur. Məhkəmə hesab edir ki, bu qaydadan istisnalar yalnız işin müstəsna aidiyyəti olduğu hallarda qeyri- mümkündür. Göründüyü kimi MPM-in 36-cı maddəsində aidiyyətin iddiaçının seçməsinə görə nəzərdə tutulmuş hallar qeyd edilmişdir. Həmin maddənin tələblərinə əsasən də hazırkı iddia üzrə iddiaçıya işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ verilməmişdir. Məhkəmə müstəsna aidiyyətlə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, müstəsna aidiyyətin xüsusiyyəti ondan ibarətdir ki, işin hansı məhkəməyə verilməsi tərəflərin iradəsindən asılı deyildir. MPM-in 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir Beləlilkə məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq qeyd edir ki, şikayətdə göstərilən dəlillər işin Şəki Rayon Məhkəməsində baxılması üçün əsas ola bilməz. Çünki, hazırki iddia tələbində müstəsna aidiyyəti nəzərdə tutan hallar olmadığından ərazi aidiyyəti dəyişdirilə bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikаyət əsassız olduğundan təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(075)-1285/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 402-ci apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər . Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 263- 264, 357, 360, 398.0.1, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(075)-1285/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi аndаn qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar