Məhkəmə qərarları › İş №2(107)-1546/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1546/2020

06.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1546/2020 06.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Abdulməcid oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Balayeva (Hüseynova) Günay Zaman qızına, Balayeva (Dobbuyeva) Humay Zaman qızına və Balayeva (Abdullayeva) Günel Zaman qızına qarşı ümumi paylı mülkiyyətdə olan əmlaklardan paylarının naturada bölünməsi tələbinədair mülkiiş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-394/2019 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək Balakən Rayon Məhkəməsinin 2(019)-394/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək müddətinin bərpa olunması və tərəfindən verilmiş apellyasiya şikayətinin Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-394/2019 nömrəli qərardadı ilə İddiaçı Balakən Rayon Məhkəməsinin 2(019)-394/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək müddətinin bərpa olunmasına dair vəsatəti təmin edilməmiş, İddiaçı Balakən Rayon Məhkəməsinin 2(019)-394/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. İddiaçı qərardaddan şikayət verərək sözügedən qərardadının ləğv edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-394/2019 nömrəli qərardadı iləİddiaçı şikayəti əsassız olduğundan təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-394/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-394/2019 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət mülki iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, o, nümayəndəsi Nümayəndə Abdulməcid oğlunun qətnamədən apelyasiya şikayəti verməsindən xəbəri olmamışdır. Balakən Rayon Məhkəməsinin qətnaməsindən 2020-ci ilin mart ayında xəbər tutmuşdur. Hesab edir ki, qətnamədən şikayət vermə müddətini üzrlü səbəbdən ötürmüşdür. Odur ki, müddət bərpa edilməli və apelyasiya şikayəti baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməlidir. İddiaçı, cavabdehlər Balayeva (Hüseynova) Günay Zaman qızına, Balayeva (Dobbuyeva) Humay Zaman qızına və Balayeva (Abdullayeva) Günel Zaman qızınaməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, gəlmədikləri üçün məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə Abdulməcid oğlu izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini təqdim edilmiş iş materialları ilə əlaqəli şəkildə öyrənərək bu qərara gəldi ki, şikayət əsassızdır, buna görə də təmin edilməməlidir. Belə ki, iş materialından göründüyü kimi Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(019)-394/2019 nömrəli qətnaməsindən iddiaçı X1 xx.xx.2019-cu il tarixdə apellyasiya şikayəti vermiş, işə iddiaçının nümayəndəsi Nümayəndə Abdulməcid oğlunun iştirakı ilə işə apellyasiya qaydasında baxılaraq Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-2678/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi həmin mülki işə apelyasiya qaydasında baxılmış və hüquqi qiymət verilmişdir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır. Çünki, MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. MPM-in 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üşüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-in 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdehlər Balayeva (Hüseynova) Günay Zaman qızına, Balayeva (Dobbuyeva) Humay Zaman qızına və Balayeva (Abdullayeva) Günel Zaman qızına qarşı ümumi paylı mülkiyyətdə olan əmlaklardan paylarının naturada bölünməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-394/2019 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin şikayətin qaytarılması barədə xx xxxx 2020-ci il tarixli, 2(019)-394/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və MPM-in 26, 31, 32, 44, 263-264, 400 və 402-405-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin şikayətin qaytarılması barədə xx xxxx 2020-ci il tarixli, 2(019)-394/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar