Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1547/2020 07.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X4 iclas katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli qətnaməsindəniddiаçı İddiaçı apelyasiya şikayəti vermə müddətin bərpasına dair ərizəsi üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdeh Ağdaş rayon Binələr bələdiyyəsinin sədrinə qarşı Ağdaş rayon Binələr bələdiyyəsinin xx xxxxxxxx 2003-cü il tarixli qərarı ilə X2 mağaza tikmək üçün 0,01 ha hektar torpaq sahəsinin ayrılmasına dair qərarın ləğv edilməsi və qanunsuz tikilmiş məişət mağazasının sökülməsinə dair iddia tələbi təmin edilməmişdir. İddiаçı İddiaçı xx.xx.2020-ci ildə аpelyаsiyа şikаyəti və apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsi haqqında ərizə Ağdaş Rayon Məhkəməsinə mürаciət edərək, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli qətnаməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi bаrədə yeni qətnаmə çıxаrılmаsını Şəki Apelyasiya Məhkəməsindən xаhiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli qətnаməsindən apelyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsindən imtina edilmişdir. İddiaçının nümayəndəsi və vəkili X8 Rayon Məhkəməsinə şikayət verərək, həmin məhkəmənin xx xxxx 2020-ci il tarixli qəradadının ləğv edilməsini, müddətin bərpa edilməsi və işə mahiyyəti üzrə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qəradadı ilə şikayət təmin edilməmiş və iş materialları baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli 2-44/2004 nömrəli qətnaməsini ümumiyyətlə almasına, həmçinin rəsmi qaydada almasına dair heç bir sübut yoxdur və belə bir sübut mövcud deyil. Qərardadda 2004-cü il tarixli qətnamənin çıxarılması zamanı onun da iclasda iştirak etməsinə, həmin qətnamənin çıxarılmasından xəbərdar olmasına dair qeyd olunanlar əsassızdır. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmiş, məhkəmə kollegiyası isə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında şikayətin dəlillərinə uyğun çıxış edən iddiaçının nümayəndəsi və vəkili Mehman Paşayev şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası nümayəndə və vəkil Mehman Paşayevi dinləyib, şikayətin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, şikayət təmin edilməməli və iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının nümayəndəsinin izahatından və şikayətdən göründüyü kimi, şikayətin əsas dəlili ondan ibarətdir ki, iddiaçı Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli 2-44/2004 nömrəli qətnaməsini ümumiyyətlə almamış və həmin qətnaməni rəsmi qaydada almasına dair heç bir sübut yoxdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə qəbul edilərkən tərəflər məhkəmə iclasında iştirak etmiş və qətnamə tərəflərin iştirakı ilə qəbul edilmişdir. Qətnamənin sonunda isə qətnamdən bir ay müddətində Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinə apelyasiya şikayətinin verilməsi izah edilmişdir. Bundan başqa, işdə olan Ağdaş Rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Ağdaş Rayon Məhkəməsinin icraatında olmuş 2- 44/2004 nömrəli mülki işin saxlanma müddəti (5 il) başa çatdığı üçün dövlət arxivinin Göyçay filialının ekspert yoxlama komissiyası tərəfindən vaxtı çatmış ütül xarakterli sənədlər kimi yandırılaraq məhv edilmişdir. Mülki iş Ağdaş Rayon Dövlət Arxivində olmadığı üçün qətnamənin təsdiq olunmuş surəti təqdim olunmuşdur. Göründüyü kimi, mülki işin materialları məhv edildiyindən iddiaçının qətnamənin surətinin ona lazımı qaydada çatdırılmasını müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi apelyasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı sözügedən qətnamənin qəbul edildiyi vaxt məhkəmə iclasında iştirak etmiş, deməli o, qəbul edilən qətnamədən ən azı məlumatlı olmuşdur. Bundan başqa, o, şikayətində bildirmişdir ki, qətnaməni 2020-ci ilin aprel ayının əvvəllərində əldə etsə də, yenə qanunla müyyən edilən müddətdə apelyasiya şikayəti verməmişdir. Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir (mad. 128.1). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (mad. 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (mad. 133.1). Birinci instаnsiyа məhkəməsinin аktlаrı rəsmi qаydаdа verilməlidir (mad. 134.1.5). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (mad. 135.3). Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir (mad. 135.5). Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər (mad. 357.1). Apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (mad. 360). Apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (mad. 363.1.3). “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən qətnamə ilə bağlı olan mülki işin materialları məhv edildiyindən, hazırda həmin mülki iş olmadan qətnamənin tərəflərə göndərilməsi, çatdırılması, nə vaxt çatdırılması, habelə keçən on altı il ərzində iddiaçının qətnamədən apelyasiya şikayəti vermək istəyi ilə bağlı heç bir məsələ qaldırmaması və s. onu göstərir ki, şikayət əsaslı deyil, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli il tarixli qərardadı qanuni və əsaslıdır. Ona görə də şikayət təmin oluna bilməz. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və MPM-in 133, 263, 264, 398 və 402ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1547/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1547/2020
07.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver