Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-155/2021 29.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu(sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «etibarnamənin etibarsızlığı və pul» tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-278/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-278/2020 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia qismən təmin edilmiş, xx xxxx 2019-cu il tarixdə Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisində ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh (AZE №********, Şəki ŞRPŞ, xx.xx.2017), reyestrdə 7E-6045 nömrə ilə qeyd olunmaqla verilmiş etibarnamənin etibarsız hesab edilməsi, Cavabdeh 12000 (on iki min) manat pul, 2002-ci il buraxılış ili olan, ban CU2WW0102259 nömrəli, Mitsubishi Airtirek minik vasitəsinin dəyəri olan 10000 (on min) manatın və 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı1 və İddiaçı2 verilməsi, Cavabdeh qiymətləndiriciyə ödənilmiş 200 (iki yüz) manatın alınaraq İddiaçı1 və İddiaçı2 verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, 138 (bir yüz otuz səkkiz) manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X6 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesabına ödənilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 2019-cu il tarixdə Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisində ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh (AZE №********, Şəki ŞRPŞ, xx.xx.2017), reyestrdə 7E-6045 nömrə ilə qeyd olunmaqla verilmiş etibarnamənin etibarsız hesab edilməsi, Cavabdeh 23300 manat pulun, 2002-ci il buraxılış ili olan, ban CU2W0102259 nömrəli, Mitsubishi Airtirek minik vasitəsinin və 30 manat dövlət rüsumunun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mülki işə məhkəmədə baxılarkən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 2019-cu il tarixdə Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisində ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh (AZE №********, Şəki ŞRPŞ, xx.xx.2017), reyestrdə 7E-6045 nömrə ilə qeyd olunmaqla verilmiş etibarnamənin etibarsız hesab edilməsi, Cavabdeh 23300 manat pulun, 2002-ci il buraxılış ili olan, ban CU2W0102259 nömrəli, Mitsubishi Airtirek minik vasitəsinin, olmadıqda onun dəyəri olan 10000 manatın, 30 manat dövlət rüsumunun, həmçinin qiymətləndirməyə ödənilmiş 200 manatın alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmiş, X7 üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, Cavabdeh ilə yaxın münasibətləri olmuş, bu münasibət nəticəsində aralarında səmimiyyət və etibar yaranmışdır. Cavabdeh 2018-ci ilin sonlarında ona müraciət edərək iş görmək istədiyini və pula ehtiyacı olduğunu bildirmişdir. İddiaçı1 da cavabdehə etibar etdiyindən sonuncuya 5000 manat pul vermişdir. Bundan sonra cavabdehə “Çeşka” almaq üçün 8000 manat vermişdir. Cavabdeh ona zəng edərək “çeşka” aldığını, lakin mexanika olduğunu dedikdə o, mexanika maşın işlətmədiyi üçün istəmədiyini bildirmişdir. Cavabdeh isə israrla ona aldığı maşını sataraq ili təzə olan qənaətcil “Reno” markalı maşın almağı, istifadəsində olan maşınının çox yanacaq sərf etdiyini və nasaz olduğunu bildirmişdir. O isə cavabdehin maşın ustası olduğunu bildiyindən onunla razılaşmışdır. Bundan sonra o, Avropada olan dostu ilə danışaraq maşın gətirməsi üçün razılaşdıqda cavabdeh maşını israrla özü gətirmək istədiyini, bu işə qoşulmağı, əvvəl aldığı 5000 manatı da qaytarmağı üçün şansı olduğunu və bunun üçün ona kömək etməyini, maşın gətirmək üçün Almaniyaya özünün getməsini xahiş etmiş və o da cavabdehlə razılaşmışdır. Bundan sonra 2019-cu ilin may-iyun aylarında Şengen vizası üçün 10000 manat lazım olduğu məlum olduqda verdiyi sözə və cavabdehlə aralarında olan səmimi münasibətə görə 10000 manatı cavabdehə vermişdir. Həmin 10000 manatın 4000 ABŞ dollarını həyat yoldaşı İddiaçı2 evdən vermiş, qalan məbləği isə özü vermişdir. Bundan sonra yolda əlavə xərclər üçün cavabdehə əlavə 4000 manat da vermişdir. Bundan başqa özünün istifadəsində olan maşını satmaq qərarına gəldiyi üçün cavabdehə maşını verərək nasaz yerlərini düzəltməyi tapşırmışdır. İstifadəsində olan maşınını Bakı şəhərinə aparıb satmaq üçün ondan etibarnamə istədikdə 2002-ci il buraxılış ili olan, ban CU2W0102259 nömrəli, Mitsubishi Airtirek minik vasitəsinin həyat yoldaşı İddiaçı2 adına olduğunu bildirmiş, etibarnaməni ondan almasını söyləmişdir. Bundan sonra cavabdeh ona zəng edərək maşını Şəkidə istəyən olduğu, qiymət danışmaq üçün həmin şəxsin ona zəng vuracağını bildirmişdir. Daha sonra cavabdehə zəng edərək heç kəsin ona zəng etmədiyini deyəndə sonuncu maşını verə biləcəyi maksimum qiymətə özü satdığını bildirmişdir. Ondan bunu necə etdiyini soruşanda sonuncu “gəlin bacının baş etibarnamə verdiyini” demiş və həmin vaxt o, heç nədən şübhələnməmişdir. Söhbət əsnasında cavabdeh bir gün sonra Bakı şəhərinə gələndə maşınının pulunu verəcəyini bildirsə də, sonradan maşının pulunu atası ilə (atası Bakı şəhərində işləyir) Bakıya göndərdiyini, özünün isə Gürcüstana, oradan isə Almaniyaya gedəcəyini bildirmişdir. O, pulunu tələb etdikdə pulların bankdan da etibarlı yerdə, yəni atasında olduğunu bildirərək narahat olmamasını xahiş etmişdir. Həmin vaxt çox ağır xəstəsi olduğu üçün iş yeri olan xəstəxanadan çıxa bilmədiyindən cavabdehin atası ilə görüşə bilmənişdir. 3-4 gün sonra cavabdeh Türkiyə sərhəddinə çatdığını və pulunun qurtardığını bildirmiş, ondan əlavə 1000 manat istəmişdir. O, pulu göndərmiş, atasına verdiyi maşının pulunu götürmədiyimi bildirmişdir. Bundan sonra cavabdehin alasına zəng vurub pulunu istəyəndə sonuncu oğlu tərəfindən ona pul verilmədiyini bildirmişdir. O, isə narahatlığını bildirəndə sonuncu onu sakitləşdirmiş, narahat olmamasını və oğluna güvənməsini söyləmişdir. Lakin daha sonra cavabdehdən xəbər çıxmamış, atasına zəng etsə də atasına da zəng çatmamışdır. Bu zaman aldadıldığını başa düşmüşdür. Bir müddət sonra cavabdeh ona pulunu və maşınını verəcəyini desə də, xx xxxxxxxx 2019-cu il tarixdə cəmi 4700 manat pul qaytarmış, qalan pulu və maşınını verməmişdir. Bütün olanlar barədə Şəki ŞRPŞ-yə məlumat vermiş, lakin nəticəsi olmamış, cinayət tərkibi olmadığına görə işi bağladıqlarını bildirmişlər. Bu ilin noyabr ayında onlara məlum olmuşdur ki, həyat yoldaşı onlara məlum olmayan şəraitdə cavabdehə xx xxxx 2019-cu il tarixdə Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisində reyestrdə 7E6045 nömrə ilə qeyd olunmaqla etibarnamə vermişdir. Lakin İddiaçı2 heç vaxt notariat orqanına getməmiş, etibarnamə tərəfindən verilməmiş və imzalanmamışdır. Bununla bağlı notariat orqanına çoxsaylı müraciətlər etmişlər. Nəhayət, xx xxxxxx 2019-cu il tarixdə etibarnaməyə xitam verilmişdir. Bu müddət ərzində cavabdehə də dəfələrlə müraciət etsələr də, müraciətləri nəticəsiz qalmışdır. Bütün olanlar barədə aidiyyəti orqanlara da müraciət etdikdə məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən verilən suallara cavab olaraq bildirmişdir ki, 2019-cu ilin may ayının sonu iyun əvvəllərində yoldaşı İddiaçı1 ona zəng edərək Cavabdehla birlikdə notariusa getməli olduqlarını bildirmişdir. Lakin Cavabdeh ona artıq notariusa getməyə ehtiyac olmadığını, orada tanış adamı olduğunu, məsələni özü həll etdiyini bildirmişdir. Həmçinin, Şengen vizası üçün cavabdehə verilmiş 10000 manatın 4000 ABŞ dollarını öz yığdığı pullardan cavabdehə şəxsən vermişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı1 vəkilləri Vəkil1 İddiaçı2 verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə tərəfindən verilən suallara cavab olaraq bildirmişdir ki, Cavabdeh maşın ustası kimi tanımış, ona etibar yaranmışdır. Cavabdeh 2017-ci ilin qış aylarına ona müraciət edərək iş görmək istədiyini və pula ehtiyacı olduğunu bildirmişdir. O da cavabdehə etibar etdiyindən sonuncuya iki aya qaytarmaq şərti ilə 3000 manat pul vermişdir. Bundan sonra cavabdeh maşın gətirdiyini, lakin pulu olmadığından gömrükdə qaldığını, 8000 manat müqabilində maşını çıxarıb ona verəcəyini, əgər xoşuna gəlməzsə satıb pulunu verəcəyini bildirmişdir. O, cavabdehlə razılaşıb 2019-cu ilin may ayında iş yoldaşlarının yanında 8000 manat pulu sonuncuya vermişdir. Lakin maşın mexanika olduğundan istəməmişdir. Cavabdeh isə israrla ona aldığı maşını sataraq ili təzə olan qənaətcil maşın almağı, istifadəsində olan maşınının çox yanacaq sərf etdiyini və nasaz olduğunu bildirmişdir. O isə cavabdehin maşın ustası olduğunu bildiyindən onunla razılaşmışdır. Bundan sonra o, Avropada olan dostu Namiqlə danışaraq maşın gətirməsi üçün razılaşdıqda cavabdeh maşını israrla özü gətirmək istədiyini, maşın gətirmək üçün Almaniyaya özünün getməsini xahiş etmiş və o da cavabdehlə razılaşmışdır. Bundan sonra 2019-cu ilin may-iyun aylarında Şengen vizası üçün cavabdehə 10000 manat vermişdir. Həmin 10000 manatın 4000 ABŞ dollarını həyat yoldaşı İddiaçı2 evdən vermiş, qalan pulun bir hissəsini özü vermiş, 2000 manat məbləği isə həkim yoldaşları Elton Babayev (1000 manat) və Jalə Rəsulova (1000 manat)dan borc alaraq vermişdir. Bundan sonra yolda əlavə xərclər üçün cavabdehə əlavə 2000 manat da (həmin pulu iş yoldaşı İntiqam Məmmədovdan borc almışdır) vermişdir. Həmçinin, cavabdehə plastik kartda 5000 manat vermişdir. Cavabdeh həmin pullardan 2019-cu ilin oktyabrında cəmi 5000 manat qaytarmışdır. Bütün bunları nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh, üçüncü şəxslər Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və X7 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh və üçüncü şəxs X7 birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmiş, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 göstərmişdir ki, həqiqətən də İddiaçı1 tərəfindən Cavabdeh Şengen vizası almaq üçün 10000 manat pul verilmişdir. Cavabdeh həmin pulu “xxxx” ASC-nin hesabına keçirmişdir. Hazırda 5000 Avro pul “xxxx” ASC-nin hesabındadır. Cavabdeh həmin pulu istənilən vaxt bankdan çıxarıb qaytarmağa hazırdır. Bundan başqa 2002-ci il buraxılış ili olan, ban CU2W0102259 nömrəli, Mitsubishi Airtirek minik vasitəsi Cavabdeh tərəfindən 7300 manata satılmışdır və cavabdeh həmin avtomobilin də pulunu qaytarmağa razıdır. İddianı qalan hissələrdə qəbul etməmiş və məhkəmədən iddianı qəbul etdikləri həcmdə təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X9 bildirmişdir ki, 2019-cu ilin may-iyun aylarında İddiaçı1 ona telefon nömrəsi vermiş, həmin şəxslə görüşərək 1000 manat pulu “Tural” adlı şəxsə çatdırmasını bildirmişdir. O, həmin şəxslə görüşmüş, 1000 manat pulu ona vermişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X10 bildirmişdir ki, İddiaçı1 əvvəllər onunla birlikdə işləmişdir. 2019-cu ilin may ayının sonu ona zəng edərək ustaya maşın düzəltdirmək üçün 1000 manat pul verməli olduğunu bildirmişdir. O isə iddiaçının verdiyi nömrə ilə əlaqə saxlamış 1000 manat pulu “Tural” adlı şəxsə vermişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X8 bildirmişdir ki, İddiaçı1 əvvəllər onunla birlikdə işləmişdir. 2019-cu ilin yay aylarında ona zəng edərək xaricdən maşın gətirtmək istədiyini, viza üçün 10000 manat pul lazım olduğunu, həmin pul düzəltdiyini, lakin əlavə yol xərcləri üçün 2000 manat lazım olduğunu bildirmiş, ondan borc istəmişdir. O da 2000 manat pulu İddiaçı1 vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1 və İddiaçı2 və Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh nümayəndəsi Vəkil2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki rayon məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, Şəki Rayon Məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir, bu səbəbdən apellyasiya şikayəti təmin edilməli və yeni qətnamə qəbul edilməlidir. Məhkəmə iddia tələbini qismən təmin edərkən müəyyən etmişdir ki, iddiaçılar iddia ərizəsində yolda əlavə xərclər üçün cavabdehə 4000 manat pul verdiklərini qeyd etsələr də, İddiaçı1 məhkəmə iclasında verdiyi izahatında cavabdehə əlavə 2000 manat yol xərci verdiyini, həmin pulu iş yoldaşı İntiqam Məmmədovdan borc aldığını bildirmişdir. Bununla bağlı İntiqam Məmmədov məhkəmə iclasına şahid qismində dəvət edilmiş, qeyd edilən halı təsdiq etmişdir. Odur ki, iddiaçı tərəfindən cavabdehə Almaniyaya getməsi üçün verdiyi əlavə 2000 manat yol xərci də cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. İddianın həmin hissəsi ilə bağlı onu qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həmin hissədə də iddia tələbini qismən təmin etməkdə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında həmin pulun cavabdehə verilməsinə dair hər hansı mötəbər sübut əlavə edilməmişdir. Yalnız cavabeh şəxsin tanışının formal izahatı ilə məhkəmə həmin hissədə iddia tələbini qismən təmin etmişdir. Həmin pulla bağlı iddiaçı ilə cavabdeh arasında hər hansı qaydada aralarında yazılı qaydada borc müqaviləsi olmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən həmin pulun cavabdehə verilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddia tələbinin avtomobilin dəyəri ilə bağlı hissəsində onu qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi avtomobilin 7300 manata satıldığını, cavabdehin həmin pulu qaytarmağa razı olduğunu, iddiaçı tərəfindən təqdim edilmiş qiymətləndirmə rəyinin şişirdilmiş şəkildə hesablandığını bildirmişdir. Lakin cavabdeh tərəfindən digər qiymətləndiricinin rəyi təqdim edilməmişdir. Odur ki, məhkəmə 2002-ci il buraxılış ili olan, ban CU2WW0102259 nömrəli, Mitsubishi Airtirek minik vasitəsinin dəyərinin müəyyən edilməsində “Kristal-MM Qiymətləndirmə” tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 2003/20 saylı mütəxəssis rəyini daha ədalətli, əsaslı və qanuni hesab etmişdir. Belə ki, onun tərəfindən məhkəməyə vəsatət təqdim edilmiş və həmin vəsatətdə göstərilmişdir ki, “Kristal MM” tərəfindən verilmiş 2003/20 nömrəli xx.xx.2020-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, 2002-ci il buraxılış ili olan MİTSUBİSHİ AİRTİREK minik avtomobilinin dəyəri 10.000 manat təşkil etmişdir. “Kristal MM” tərəfindən verilmiş 2003/20 nömrəli xx.xx.2020-ci il tarixli qiymətləndirmə rəyini tamamilə əsassız və qanunsuz hesab edirik, Həmin rəy olduqca şişirdilmiş və avtomobilin hazırki bazar qiymətinə uyğun qiymətləndirilməmişdir. Ona görə də hesab edirik ki, 2002-ci il buraxılış ili olan MİTSUBİSHİ AİRTİREK minik avtomobilinin hazırki bazar qiymətini müəyyən etmək ün avtomobil təkrar qiymətləndirilməlidir. Bundan əlavə, vəsatətə əlavə edilmiş TURBO.AZ saytından çıxarılmış elanlardan görünür ki, 2002-ci il buraxılış ili olan MİTSUBİSHİ AİRTİREK minik avtomobilinin dəyəri 80xx xxxxxxxx 8700 manata qədər dəyişir. Odur ki, 2002-ci il buraxılış ili olan MİTSUBİSHİ AİRTİREK minik avtomobilinin hazırki bazar qiymətini müəyyən etmək üçün avtomobilin təkrar qiymətləndirilməsi məhkəmədən xahiş edilsə də ancaq məhkəmə həmin vəsatəti əsassız olaraq təmin etməmişdir. Ona görə də hesab edirik ki, apellyasiya instansiyası məhkəməsi 2002-ci il buraxılış ili olan Mitsubishi Airtirek minik vasitəsinin hazırki bazar dəyərini müəyyən etmək üçün avtomobili təkrar qiymətləndirməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-278/2020 saylı qətnaməsinin qismən ləğv edilməsini (iddiaçı tərəfindən cavabdehə Almaniyaya getməsi üçün verdiyi əlavə 2000 manat yol xərci də cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı hissəsində və 2002-ci il buraxılış ili olan, ban CU2WW0102259 nömrəli, Mitsubishi Airtirek minik vasitəsinin dəyəri olan 10000 (on min) manat hisəsində) xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini belə əsaslandırmışlar ki, hazırki mülki işə baxılarkən birinci instansiya məhkəməsi hazırkı mülki işə baxılarkən məhkəmə tərəfindən maddi və prosessual qanunvericiliyin tələbləri pozulduğundan, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların qismən sübut edilsə də. işə baxılarkən iş üçün əhəmiyyət kəsb edən cavabdeh ilə İddiaçı1 arasında olan vatsap yazışmalarına, şahidlərin ifadələrinə əhəmiyyət verilməmiş, tərəfimizdən məhkəməyə dəvət edilmiş şahidlər dinlənilməklə kifayətlənən məhkəmə, təqdim etdiyimiz sübutları sadalamaqla kifayətlənməsi nəticəsində qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi səbəbilə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-278/2020 nömrəli qətnaməsi iddia tələbimizin təmin olunmamış hissəsində ləğv edilməli, iddia tələbimizin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Buna baxmayaraq qanunun qeyd olunan tələbləri birinci instansiya məhkəməsi tərəfindən pozulmuş, məhkəmə qətnaməsində göstərilmiş nəticələr işin faktiki hallarına uyğun qeyil. Göründüyü kimi, bütün məhkəmələr üçün məcburi olan bu qərarın tələblərinə əsasən məhkəmə tərəflərin istinad etdiyi sübutların və dəlillərin hər birinə öz münasibətini bildirməli, bu və ya digər dəlilin qəbul və ya rədd edilməsini müvafiq qaydada əsaslandırmalıdır Şəki İnzibati Məhkəməsi tərəfindən göstərilən qanunvericilik normalarının tələbləri açıq-aşkar şəkildə pozulmuş, təqdim etdiyimiz əsaslı sübutlara, cavabdehin vatsap yazışmalarında olan etiraflarına işə baxan məhkəmə tərəfindən birtərəfli və qərəzli şəkildə qiymət verilməklə məhkəmə gəldiyi nəticəni ehtimallarla əsaslandırmışdır. Yuxarıda qeyd olunanlara əsasən Şəki rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-278/2020 nömrəli qətnaməsində iddianın təmin olunmaması hissəsində ləğv edilərək, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili Vəkil1 iddiaçılar tərəfindən verilən apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-278/2020 nömrəli qətnaməsində iddianın təmin olunmaması hissəsində ləğv edilərək, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-278/2020 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh “Mitsubishi Airtirek” minik vasitəsinin dəyəri kimi alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməli olan pulun məbləği 9000 (doqquz min) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan “Elektron notariat” X1 Çıxarışdan görünür ki, xx xxxx 2019-cu il tarixli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə” ilə İddiaçı2 2002-ci il buraxılış ili olan, ban CU2W0102259 nömrəli, Mitsubishi Airtirek minik vasitəsini baş etibarnamə ilə Cavabdeh vermişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 4/09 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, ƏN-Vİ seriyalı, 798083 nömrəli, xx xxxx 2019-cu il tarixli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə”də “İMZA:” qrafasındakı imza və “Beydullayeva” soyadı, Notariat hərəkətlərinin qeyd edilməsi üçün 7E reyestr jurnalının 80-ci vərəqəsində “6045” sırada “İddiaçı2” yazıları qarşısında “Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza və “Beydullayeva” soyadı - İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, ƏN-Vİ seriyalı, 798083 nömrəli, xx xxxx 2019-cu il tarixli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə”də “İMZA:” qrafasındakı imza və “Beydullayeva” soyadı, Notariat hərəkətlərinin qeyd edilməsi üçün 7E reyestr jurnalının 80-ci vərəqəsində “6045” sırada “İddiaçı2” yazıları qarşısında “Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imzada - imzaların qəsdən dəyişdirilmiş xətlə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmadı. Ekspertiza tədqiqatının dəyəri 138 manat təşkil edir. İşdə olan İddiaçı2 tərəfindən Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı2 ƏN-Vİ seriyalı, 798083 nömrəli, xx xxxx 2019-cu il tarixli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə”yə xitam verilməsini xahiş etmişdir. İşdə olan “Kristal-MM Qiymətləndirmə” tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 2003/20 saylı mütəxəssis rəyindən görünür ki, **-BO-*** dövlət qeydiyyat nişanlı, «Mitsubishi Airtirek» markalı avtomobilinin xx xxxx 2020-ci il tarixə olan dəyəri 10000 manat təşkil edir. Əmlakın qiymətləndirilməsi üçün 200 manat ödənilmişdir. İddia ərizəsi üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Cavabdeh 2018-2019-cu illərdə İddiaçı1 müxtəlif vaxtlarda və məbləğlərdə, şəxsən və ya vasitəçi ilə qaytarmaq adı ilə 35000 manata yaxın pul almışdır. Cavabdeh həmin puldan 2019-cu ilin payız aylarında 4700 manat qaytarmışdır. Həmçinin, İddiaçı2 məxsus 2002-ci il buraxılış ili olan, ban CU2W0102259 nömrəli, Mitsubishi Airtirek minik vasitəsini satmaq üçün almış, sözügedən nəqliyyat vasitəsini X2, lakin bugünədək maşını və ya onun dəyərini geri qaytarmamışdır. Bu barədə iddiaçılar cavabdehlə görüşüb pullarını, həmçinin maşını, olmadıqda dəyərini tələb etsələr də, cavabdeh bundan imtina etmişdir. Şəki ŞRPŞ-nin TBnin təhqiqatçısı, polis baş leytenantı X12 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən Cavabdeh əməlində cinayət tərkibinin olmaması əsası ilə material üzrə araşdırma rədd edilmiş, İddiaçı1 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçılar və onların vəkilləri iddianı müdafiə edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi (vəkili) isə iddianı qismən qəbul etmişdir. “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcələsinin 361.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. «Notariat haqqında Azərbaycan Respublikası Qanunu»nun 17-ci maddəsinin birinci bəndinə əsasən dövlət notariusu əqdləri və etibarnamələri təsdiq edir. Həmin Qanunun 27-ci maddəsinə əsasən notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. Həmin Qanunun 35-ci maddəsinə əsasən notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər. Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır. Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılmalıdır. Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər əqd, ərizə və ya başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir. Şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun, yaxud notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Göründüyü kimi ƏN-Vİ seriyalı, 798083 nömrəli, xx xxxx 2019-cu il tarixli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə” verilərkən İddiaçı2 iştirak etməmiş, etibarnamədəki, həmçinin notariat hərəkətlərinin qeyd edildiyi jurnaldakı imzalar onun tərəfindən icra olunmamışdır. Bu, iddiaçının özü tərəfindən məhkəmə iclaslarında bildirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 4/09 saylı məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə sübut olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcələsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi ƏN-Vİ seriyalı, 798083 nömrəli, xx xxxx 2019-cu il tarixli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə” Azərbaycan Respublikası Mülki Məcəlləsinin, «Notariat haqqında Azərbaycan Respublikası Qanunu»nun, «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın tələblərini pozmaqla rəsmiləşdirilmişdir. Odur ki, xx xxxx 2019-cu il tarixdə Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisində Cavabdeh verilmiş etibarnamə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcələsinin 152.1ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddənin mənasına görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılmasını tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmadığını sübut etməlidir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Göründüyü kimi 2002-ci il buraxılış ili olan, ban CU2WW0102259 nömrəli, Mitsubishi Airtirek minik vasitəsi İddiaçı2 məxsusdur. Həmin avtomobilin Cavabdeh sərəncam verilməsi haqqında etibarnamə etibarsız hesab edildiyindən cavabdeh əqd üzrə aldıqlarının hamısını, olmadıqda dəyərini iddiaçıya qaytarmağa borcludur. Lakin 2002-ci il buraxılış ili olan, ban CU2WW0102259 nömrəli, Mitsubishi Airtirek minik vasitəsi xx xxxx 2019-cu il tarixdə qeydiyyatdan çıxarıldığından və X3 adına qeydiyyata alındığından məhkəmə üçüncü şəxsin hüquqlarının pozulmaması nöqteyi-nəzərindən həmin avtomobilin dəyərinin cavabdehdən alınaraq iddiaçılara verilməsini qanuni və ədalətli hesab edir. Bundan başqa məhkəmə iclasında iştirak etmiş Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 avtomobilin 7300 manata satıldığını, cavabdehin həmin pulu qaytarmağa razı olduğunu, iddiaçı tərəfindən təqdim edilmiş qiymətləndirmə rəyinin şişirdilmiş şəkildə hesablandığını bildirmişdir. Lakin cavabdeh tərəfindən digər qiymətləndiricinin rəyi təqdim edilməmişdir. Odur ki, məhkəmə 2002-ci il buraxılış ili olan, ban CU2WW0102259 nömrəli, Mitsubishi Airtirek minik vasitəsinin dəyərinin müəyyən edilməsində “Kristal-MM Qiymətləndirmə” tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 2003/20 saylı mütəxəssis rəyini daha ədalətli, əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh hazırki iş üzrə mübahisə predmeti olan 2002-ci il buraxılış ili olan, ban CU2WW0102259 nömrəli, Mitsubishi Airtirek minik vasitəsinə qoyulmuş 10000 (on min) manat qiymətlə razılaşmır və avtomobilin yenidən qiymətləndirilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-2078/2020 saylı qərardadı ilə, hazırki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, ekspertizanın aparılması həvalə edilmişdir. Rəy alınanadək işin icraatı dayandırılmışdır. Hazırki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi xx xxxxxx 2021-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin rəydə göstərilmişdir ki, “Mitsubishi Airtirek” markalı, 2002-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin hazırki nəzəri orta bazar qiyməti təxminən 9000 manat müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi hazırki iş üzrə mübahisə predmeti olan Mitsubishi Airtirek minik vasitəsinin dəyərini hazırki həcmdə təmin etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyasının apellyasiya baxışında iddiaçının apellyasiya şikayətinə hüquqi qiymət verən kollegiya onun dəlillərini əsassız hesab etmiş, iddiaçının heç bir hüquqi əsası olmadan apellyasiya şikayəti verdiyini qeyd etmişdir, cavabdehin apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin dəyişdirilməsinə və apelyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyası ekspert rəyini sübut kimi qəbul edir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, Cavabdeh 2002-ci il buraxılış ili olan, ban CU2WW0102259 nömrəli, Mitsubishi Airtirek minik vasitəsinin dəyəri olan 10000 (on min) manat həcmində pulun iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsini təmin etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(107)-2078/2020 nömrəli qərаrdаdına əsasən Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/6076 nömrəli, xx xxxxxx 2021-ci il tarixli ekspert rəyində həmin məbləğ 9000 (doqquz min) manat müəyyən edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)- 278/2020 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkəmə iddianı qismən təmin etməkdə düzgün nəticəyə gəlmiş olsa da, hazırki həcmdə iddianı təmin etməkdə düzgün nəticəyə gəlmədiyindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-278/2020 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh “Mitsubishi Airtirek” minik vasitəsinin dəyəri kimi alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməli olan pulun məbləği 9000 (doqquz min) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-278/2020 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh “Mitsubishi Airtirek” minik vasitəsinin dəyəri kimi alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməli olan pulun məbləği 9000 (doqquz min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatını dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq dövlət büdcəsinə verilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-155/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-155/2021
29.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver