Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1555/2020 18.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(037)-350/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) xx xxxx 2020-ci il tarixli 2(037)-350/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş,Cavabdeh1 5000 (beş min) manat və 30 (otuz) manat dövlət rüsumu - cəmi 5030 (beş min otuz) manat pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İşin hаllаrı İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 (bundan sonra birinci cavabdeh), Cavabdeh2 (bundan sonra ikinci cavabdeh) və Cavabdeh3 (bundan sonra üçüncü cavabdeh) müştərək qaydada 1,88 hektar torpaq sahəsinin hazırkı bazar qiymətinə uyğun olaraq 5000 manat, pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi 15500 manat maddi, 10000 manat mənəvi ziyan və 30 manat dövlət rüsumu məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddiasını müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, 2001-ci ildə həmkəndlisi Cavabdeh1 özünə və ailə üzvlərinə məxsus 1,88 hektar torpaq sahəsini icarəyə vermək istədiyini bildirmişdir. O, da həmin vaxtdan 2006-cı ilə qədər torpaq sahəsini əkib-becərmiş və razılaşdıqları miqdarda cavabdehə icarə haqqı ödəmişdir. 2006-cı ildə cavabdeh təcili pula ehtiyacı olduğundan özünə və digər ailə üzvülərinə məxsus paylı mülkiyyətdə olan həmin torpaq sahəsini satmaq istədiyini bildirmişdir. O, cavabdehlə danışıb razılığa gələrək həmin vaxt üçün torpağın dəyərinə uyğun olaraq 800 (səkkiz yüz) manat məbləgində pulu ona vermiş, əvəzində isə cavabdeh torpaq sahəsini və həmin torpaq sahəsinin “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktını ona təhvil vermişdir. Həmin vaxt cavabdeh bildirmişdir ki, yaxın vaxtlarda torpaq sahəsini onun adına rəsmləşdirəcəkdir. Həmin vaxtdan torpaq sahəsi faktiki onun mülkiyyətinə keçmişdir. Keçən müddət ərzində torpağı adına rəsmləşdirməyi tələb etsə də, cavabdeh torpaq sahəsini satmadığını, ona icarəyə verdiyini əsas gətirərək bunu etmək istəməmişdir. Cavabdehdən torpaq sahəsini aldığı vaxtlar həmin ərazidə torpaq sahəsinin bir hektarının qiyməti 300-400 manat arasında olmuşdur. O, cavabdehə əvvəlcədən 800 manat icarə haqqı kimi pul ödəməmişdir. 800 manat pula həmin ərazidə həmin ərəfədə iki hektardan çox torpaq sahəsi almaq olardı. Hazırda sözügedən torpaq sahəsinin bir hektarının dəyəri orta bazar qiyməti ilə 3500-4000 manat arasındadır. 17 ildir ki, həmin torpaq sahəsini əkibbecərməklə torpağa dair bütün vergiləri özü ödəyir. O, torpağa lazımı qaydada qulluq etmiş, hər il kübrə vermiş və digər torpağın münbitləşdirilməsi üçün xeyli iş görmüşdür. Cavabdehlərin hüquqazidd hərəkətləri nəticəsində ona 15500 (on beş min beş yüz) manat maddi və 10000 (on min) manat mənəvi ziyan dəymişdir. Ona görə də 1,88 hektar torpaq sahəsinin hazırkı bazar qiymətinə uyğun olaraq 5000 manat, pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi 15500 manat maddi, 10000 manat mənəvi ziyan və 30 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında birinci cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, torpaq islahatı ilə əlaqədar 1999-cu ildə onun və ailə üzvlərinin birgə mülkiyyətinə 1,88 hektar torpaq sahəsi verilmişdir. İki il həmin torpaq sahəsini özü əkib becərmişdir. 2001-ci ildən iddiaçıya icarəyə vermiş, hər il iddiaçı ona icarə haqqı ödəmişdir. 2006-cı ildə xeyir işi ilə əlaqədar pul lazım olduğu üçün torpaq sahəsini əvvəlcədən 800 manat məbləğində pul alaraq uzun müddət üçün iddiaçıya icarəyə vermişdir. 2019-cu ildə iddiaçıya bildirmişdir ki, torpaq sahəsini əkməsin, özünə qaytarsın. İddiaçı torpaq sahəsini əkdiyi üçün ona güzəşt etmiş və bildirmişdir ki, növbəti əkin vaxtı torpaq sahəsini əkməsin. Buna baxmayaraq aralarında razılaşdıqları müddət başa çatsa da, bu günədək iddiaçı onlara məxsus torpaq sahəsini qaytarmamışdır. İddiaçı torpaq sahəsini qaytarmayacağını bildirərək onu hədələmişdir. Aralarında mübahisə yaranmış, iddiaçı sənədləri ona qaytaracağına söz versə də sözünə əməl etməmişdir. İddiaçının həmin vaxt ona verdiyi 800 manatı qaytarmaqla torpaq sahəsinin geri qaytarılmasını istəyirlər. İddiaçıdan icarə haqqı kimi 800 manat pul alarkən arvadı və oğlu orada olmamışdır. Oğlu həmin ərəfədə hərbi xidmətdə olmuşdur. İddia tələbini əsassız hesab edərək rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında ikinci cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, əri mübahisəli 1,88 hektar torpaq sahəsini iddiaçıya uzun müddətə icarəyə verərək 800 manat pul almışdır. Bu barədə əri ona bildirmişdir. Pulun alınıb verilməsində iştirak etməmişdir. İddiaçının hansı əsasla onu cavabdeh kimi göstərməsi məlum deyil. Həmin torpaq sahəsini onlar icarəyə vermiş, iddiaçıya satmamışlar. İddiaçının tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında üçüncü cavabdeh izahat verərək göstərmişdir ki, mübahisəli torpaq sahəsinin 800 manat iddiaçıya uzun müddətə icarəyə verildiyini atasından eşitmişdir. 2003-2005-ci illərdə o, hərbi xidmətdə olmuşdur. İddiaçı əsassız olaraq onu iş üzrə cavabdeh göstərmişdir. Torpaq sahəsinin geri qaytarılmasını tələb edirlər. İddiaçının tələbi əsassızdır və rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan “Torpağa mülkiyyət hüququna dair” JN-3xx xxx 40719018 nömrəli Dövlət Aktının surətindən müəyyən edilir ki, İsmayıllı rayon Mican kənd sakinləri X12, Cavabdeh2, X13, X9, X5, Cavabdeh3 Zaur oğlu və X2 mülkiyyətinə İsmayıllı rayon X3 1999-cu il 06 fevral tarixli 66 saylı qərarı ilə 1,88 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan xx xxxxx 2006-cı il tarixli müqavilənin surətindən görünür ki, iddiaçı İsmayıllı rayonun Mican kəndi ərazisində bir hektar torpaq sahəsini 300 manata almışdır. İşdə olan İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 547 nömrəli xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, İsmayıllı rayonun Mican kəndində yerləşən kənd təsərrüfatı torpaq sahələrinin yerindən asılı olaraq alqı-satqı müqavilələrinə əsasən 1 (bir) hektarın hazırda qiymətləndirilməsi 2500-3500 manat civarındadır. İşdə olan X8 çıxarılmış Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti məlumatlarından görünür ki, Cavabdeh3 xx xxxxxxx 2003-cü il tarixindən xx xxxxx 2005-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan xx xxxxx 2020-ci il tarixli ********* nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmədə yuxarıda göstərilən qətnaməni qəbul etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Fətəliyev X7 Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(037)-350/2020 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Аpelyаsiyа şikаyətinin dəlilləri Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 аpelyаsiyа şikаyətində göstərmişlər ki, birinci instansiya məhkəməsi qətnaməsini iddiaçının heç bir sübuta söykənməyən formal mülahizələrinə istinad etməklə əsaslandırmağa çalışmışdır ki, bu da tamamilə əsassızdır. Belə ki, İsmayıllı rayon X3 1999-cu il 06 fevral tarixli 66 saylı qərarı ilə 1,88 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi, İsmayıllı rayon Mican kənd sakinləri X10, Cavabdeh2, X11, X6, X4, Cavabdeh3 və X1 mülkiyyətinə verilmiş və adlarımıza “Torpağa mülkiyyət hüququna dair” JN-3xx xxx 40719018 nömrəli Dövlət Aktı tərtib olunmuşdur. Həmin torpaq sahəsini, 2001-ci ildə həmkəndlimiz İddiaçı təklifi ilə ona illik 600 kiloqram taxıl müqabilində (həmin dövrdə 1 kq taxılın qiyməti 10- 12 qəpik olmuşdur) icarəyə vermişlər. O, da həmin vaxtdan 2006-cı ilə qədər torpaq sahəsini əkib-becərmiş və razılaşdığımız miqdarda onlara icarə haqqı ödəmişdir. 2006-cı ildə o, ona bildirdi ki, torpaq sahələrini daha yüksək qiymətə icarəyə götürmək istəyən var, ona görə də torpaq sahəsinin qaytarılmasını tələb etdi. Lakin, Ehtibar nə torpaq sahəsini qaytarmaq istəməmiş, nədəki, icarə haqqını artırmaq istəməmiş, əvəzində torpağa dair vergiləri özü ödəmək şərtilə bir neçə ilin icarə haqqını əvvəlki məbləğdə birdəfəlik ödənilməsini təklif etdi. Onunla razılaşaraq ondan 800 manat icarə haqqı aldı. Aralarındakı razılaşmaya görə İddiaçı 2019-cu ildə torpaq sahəmizi onlara qaytarmalı idi. Ona görə də 2019-cu ildə İddiaçı bildirdi ki, torpaq sahəsini əkməsin, özlərinə qaytarsın. Lakin, Ehtibar torpaq sahəsini əkdiyini bildirərək ona güzəşt etməyini xahiş etmiş və biçindən sonra torpaq sahəsini qaytarmağa söz vermişdir. Lakin, iddiaçı torpaq sahəsini bizə qaytarmaq əvəzinə vaxt uzatmaq üçün formal olaraq əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. Biz torpaq sahəmizi İddiaçı satmamışıq, satmaq fikrində də olmamışıq. Əgər torpaq sahəmizi doğrudan da satmış olsa idik Ehtibar alqı-satqını ötən 13 il ərzində notarial qaydada rəsmiləşdirərdi. Qeyd etmək istərdim ki, torpaq sahəsinin əkini ilə bağlı dövlət tərəfindən verilmiş subsidiyanı da həmişə özü almış. Əgər torpaq sahəmizi Ehtibara satmış olsa idik torpaq sahəsinə verilən subsidiyanı onun almağına da razı olmazdı. Torpaq sahəsinin yaxşılaşdırılması ilə iddiaçının aqrotexniki işlər görməsinə gəlincə bildirirəm ki, onların torpaq sahəsi əkinə tam yararlı olmuşdur. Bu fakt Dövlət Aktının torpaq sahəsinin qaimə (sertifikat) hissəsində də öz əksini tapmışdır. Ehtibar tərəfindən torpaq sahəsində heç bir aqrotexniki işlər aparılmamışdır. Əgər torpaq sahəmizi Ehtibara satmış və bunu rəsmiləşdirməkdək imtina etmiş olsa idik, onda iddiaçı həmin dövrün qanunvericiliyinə uyğun olaraq alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi ilə məhkəməyə müraciət edərdi. Yuxarıda göründüyü kimi iş üzrə qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün bütün faktiki halları araşdırılmamışdır, məhkəmə tərəfindən toplanmış sübutlara obyektiv qiymət verilməmiş və nəticədə ədalətsiz qətnamə çıxarılmışıdr ki, bununla da bizim hüquqlarım pozulmuşdur. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(037)-350/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilsin. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 izahat verərək apelyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(037)-350/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahat verərək apelyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(037)-350/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı belə qənaətə gəlinmişdir ki, İsmayıllı rayon X3 xx xxxxxx 1999-cu il tarixli 66 saylı qərarı ilə X12, Cavabdeh2, X13, X9, X5, Cavabdeh3 Zaur oğlu və X2 mülkiyyətinə 1,88 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsini əvvəllər cavabdehlər özləri istifadə etmiş, 2001-ci ildən 2006-cı ilədək hər il icarə haqqı ödənilməklə iddiaçıya icarəyə vermişlər. 2006-cı ildə birinci cavabdeh iddiaçı ilə torpaq sahəsinin alqı-satqısını rəsmiləşdirəcəyi barədə razılığa gələrək ondan əvvəlcədən 800 manat pul alaraq özlərinə məxsus 1,88 hektar torpaq sahəsinin sənədlərini ona vermişdir. Həmin ərəfədə həmin ərazidə torpaq sahələrinin bir hektarının orta bazar qiyməti 300-400 manat arasında olmuşdur. Həmin vaxtdan indiyədək torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. Birinci cavabdeh həmin vaxt vəd etsə də sonradan torpaq sahəsinə dair alqı-satqı müqaviləsini rəsmiləşdirməkdən imtina etmişdir. Hazırda İsmayıllı rayonun Mican kəndində yerləşən kənd təsərrüfatı torpaq sahələrinin yerindən asılı olaraq 1 (bir) hektarı 2500-3500 manat qiymətləndirilir. İddiaçı cavabdehlərdən 1,88 hektar torpaq sahəsinin hazırkı bazar qiymətinə uyğun olaraq 5000 manat, pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi 15500 manat maddi, 10000 manat mənəvi ziyan məbləğinin cavabdehlərdən alınıb ona ödənilməsini xahiş edir. Cavabdehlər iddia tələbini qəbul etmir və rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edirlər. Birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, mübahisə predmetinə aid olan torpaq sahəsinin satışından hazırda təxminən 5000 manatdan yuxarı vəsait əldə etmək mümkündür. Cavabdeh1 təxminən 14 il əvvəl iddiaçıdan torpaq sahəsinin dəyəri olaraq qarşılıqlı razılaşma ilə müəyyən edilmiş 800 (səkkiz yüz) manat miqdarında pul aldığı halda hazırda həmin torpaq sahəsini iddiaçıya satmaqdan imtina etməklə iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. Ona görə də məhkəmə iddiaçıya ödənilməli olan vəsaitin ümumi miqdarını müəyyən edərkən hazırda həmin ərazidə bir hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin orta bazar qiymətinin aşağı həddinə əsaslanaraq Cavabdeh1 5000 (beş min) manat miqdarında pulun alınaraq iddiaçıya verilməsini qanuni və ədalətli hesab edir. Ona görə də məhkəmə qərara gəlir ki, cavabdehdən 5000 (beş min) manat və 30 (otuz) manat dövlət rüsumu - cəmi 5030 (beş min otuz) manat pul alınaraq iddiaçıya verilməsi barədə iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianı təmin edərkən iddianın təmin olunması ilə bağlı maddi və prosessual hüquq normalarını pozduğundan, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığından və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən birinci instansiya məhkəməsinin iddianın təmin olunmuş Cavabdeh1 5000 (beş min) manat alınaraq İddiaçı verilməsi hissəsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə xx xxxx 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, torpaq islahatı ilə əlaqədar 1999-cu ildə Cavabdeh1 və ailə üzvlərinin birgə mülkiyyətinə 1,88 hektar torpaq sahəsi verilmişdir. “Torpağa mülkiyyət hüququna dair” JN-3xx xxx 40719018 nömrəli Dövlət Aktının surətindən müəyyən edilir ki, İsmayıllı rayon Mican kənd sakinləri Cavabdeh1, Cavabdeh2, X11, X6, X4, Cavabdeh3 və X1 mülkiyyətinə İsmayıllı rayon X3 1999-cu il 06 fevral tarixli 66 saylı qərarı ilə 1,88 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin Cavabdeh1 və ya digər mülkiyyətçilər tərəfindən kiməsə satılması və yaxud hansısa formada özgəninkiləşdirilməsi barədə iş materiallarında heç bir müqavilə mövcud deyildir. Cavabdeh1 məhkəmə kollegiyasının məhkəmə iclasında 1,88 hektar torpaq sahəsini 2006-cı ildə 800 manata icarəyə verdiyini bildirmişdir. X19 ilə həmin torpaq sahəsini ondan 800 manat verməklə satın aldığını bildirmişdir. Lakin subut etmə vəzifəsi iddiaçının üzərinə düşdüyü halda həmin torpaq sahəsini ondan satın aldığını təsdiq edən heç bir subut təqdim edə bilməmişdir. Bundan əlavə məhkəmə kollegiyasının iclasında Cavabdeh1 sözügedən torpaq sahəsini hər il 60 manat olmaqla İddiaçı icarəyə verməsi və ondan 2019-cu ildə həmin torpaq sahəsindən cıxmasını tələb etməsini göstərir ki, hər il 60 manat olmaqla 13 il ərzində 2019-cu ildə icarə məbləği 780 manat təşikl edir. Odur ki, məhkəmə kollegiyası həqiqətən də torpağın 2019-cu ilə kimi 800 manat ödəməklə icarəyə verilməsini məntiqi baxımından daha inandırıcı sayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə ümumi iddia tələbinin rədd edilməsi, habelə Cavabdeh1 münasibətdə maddi və mənəvi zərərin ödənlməsi tələbini rədd etməkdə haqlı olmuşdur. Cünki iddiaçı iddia tələbinin həmin hissəsi ilə bağlı da məhkəməyə heç bir subut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(037)-350/2020 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində-yəni Cavabdeh1 5000 (beş min) manat və 30 (otuz) manat dövlət rüsumu - cəmi 5030 (beş min otuz) manat pulun alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, ödənilmiş dövlət rüsumu tərəflərin ozlərinə aid edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpelyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(037)-350/2020 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində-yəni Cavabdeh1 5000 (beş min) manat və 30 (otuz) manat dövlət rüsumu - cəmi 5030 (beş min otuz) manat pulun alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin Ödənilmiş dövlət rüsumu tərəflərin ozlərinə aid edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1555/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1555/2020
18.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver