Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1563/2021 07.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “daşınar əşyalarının naturada və ya dəyəri olan pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- daşınar əşyalarının naturada və ya dəyəri olan pul məbləği, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin 2(033)-545/2021 saylı, 25 may 2021-ci il tаrixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh daşınar əşyalarının naturada və ya dəyəri olan 26385 manat pulun və 30 manat banka ödənilmiş dövlət rüsumunun cəmi 26415 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh məxsus qeyri-yaşayış sahəsində ona məxsus əşyalar qalmışdır. Həmin əşyalar aşağıdakılardır: 1) 30 ədəd kasa - 90 manat, 2) 50ədəd açıq tarelka -60 manat, 3) 50 ədəd xörək qaşığı - 100 manat, 4) 20 ədəd çay qaşığı - 40 manat, 5) 50 ədəd çəngəl - 100 manat, 6) 50 ədəd çay stəkanı -30 manat, 7) 50 ədəd nəlbəki - 40 manat, 8) 6 ədəd çaynik - 30 manat, 9) 1 piltə elektrikli - 200 manat, 10) 4 tonluq soyuducu - 1000 manat, 11) 1 balaca morozilnik - 50 manat, 12) 1 suqızdırıcı - 100 manat, 13) 1 ədəd ətçəkən maşın - 100 manat, 14) 6 ədəd stol - 300 manat, 15) 12 ədəd ryad stol üçün - 200 manat, 16) Mətbəxdəki odun peçi - 300 manat, 17) 4 tonluq su çəni çardaqda 400 manat,18) 3 fazalı kolorifel - 100 manat,19) 2 ədəd işıq motoru - 800 manat, 20) 1 ədəd 400 kv-lıq transformator - 20000 manat, 21) 150 ədəd tutma boçkası - 500 manat, 22) Təndirdə yandırmaqdan ötrü odun - 100 manat, 23) 2 seyf- 100 manat, 24) Skladda xeyli dəmir avadanlıq - 500 manat, 25) 50 ədəd 200 qr stəkan - 25 manat, 26) 100 ədəd 50 qr araq stəkanı -25 manat, 27) 1 ədəd köhnə servant - 100 manat, 28) 1 televizor üçün krosno antenna - 50 manat, 29) 50 ədəd xırda kasa - 50 manat, 30)1 ədəd prezidentin şəkli - 5 manat, 31) 1 ədəd İmam Şamilin şəkli - 5 manat, 32) 1 ədəd oğlumun şəkli - 5 manat, 33) 1 ədəd kassa aparatı - 300 manat, 34) 16 kaset nar şərab - 160 manat, 35) 2 motok kabel 35-lik - 200 manat, 36) 6 ədəd çaynik - 30 manat, 37) 1 ədəd musiqi aləti Dambur - 100 manat, 38) 1 ədəd elektrik samovarı - 50 manat, 39) 20 ədəd pivə bakalı -40 manat. Əşyaların cəmi dəyəri 26385 manat təşkil edir. Həmin əşyalar cavabdehdə qalmışdır və sonuncu həmin əşyaları qaytarmaqdan imtina etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi, həmin əşyaların alınaraq ona qaytarılması, həmin əşyalar olmadıqda isə onun dəyərinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 2(033)-545/2021 saylı, 25 may 2021-ci il tаrixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia təmin edilmiş, Cavabdeh 30 ədəd kasa, 50ədəd açıq tarelka, 50 ədəd xörək qaşığı, 20 ədəd çay qaşığı, 50 ədəd çəngəl, 50 ədəd çay stəkanı, 50 ədəd nəlbəki, 6 ədəd çaynik, 1 piltə elektrikli, 4 tonluq soyuducu, 1 balaca morozilnik, 1 suqızdırıcı - 100 manat, 1 ədəd ətçəkən maşın, 6 ədəd stol, 12 ədəd ryad stol üçün, mətbəxdəki odun peçi, 4 tonluq su çəni çardaqda, 3 fazalı kolorifel, 2 ədəd işıq motoru, 1 ədəd 400 kv-lıq transformator, 150 ədəd tutma boçkası, təndirdə yandırmaqdan ötrü odun, 2 seyf, skladda xeyli dəmir avadanlıq, 50 ədəd 200 qr stəkan, 100 ədəd 50 qr araq stəkanı, 1 ədəd köhnə servant, 1 televizor üçün krosno antenna, 50 ədəd xırda kasa, 1 ədəd prezidentin şəkli, 1 ədəd İmam Şamilin şəkli, 1 ədəd oğlumun şəkli, 1 ədəd kassa aparatı, 16 kaset nar şərab, 2 motok kabel 35-lik, 6 ədəd çaynik, 1 ədəd musiqi aləti Dambur, 1 ədəd elektrik samovarı, 20 ədəd pivə bakalının naturada və ya dəyəri olan 26385 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, məhkəmənin qərardadı ilə hazırda mübahisələndirilən əmlakın yerləşdiyi yeməkxana binasına iddiaçının daxil olması qadağan edilmişdir. Lakin, iddiaçıya məxsus tələbdə göstərilən əşyalar həmin obyektdə qalmışdır. İddiaçının sözügedən yeməkxana binasına daxil olması qadağan edildiyindən əmlakı orada qalmış, əmlakını götürə bilməmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməli, Cavabdeh 30 ədəd kasa, 50 ədəd açıq tarelka, 50 ədəd xörək qaşığı, 20 ədəd çay qaşığı, 50 ədəd çəngəl, 50 ədəd çay stəkanı, 50 ədəd nəlbəki, 6 ədəd çaynik, 1 piltə elektrikli, 4 tonluq soyuducu, 1 balaca morozilnik, 1 suqızdırıcı - 100 manat, 1 ədəd ətçəkən maşın, 6 ədəd stol, 12 ədəd ryad stol üçün, mətbəxdəki odun peçi, 4 tonluq su çəni çardaqda, 3 fazalı kolorifel, 2 ədəd işıq motoru, 1 ədəd 400 kv-lıq transformator, 150 ədəd tutma boçkası, təndirdə yandırmaqdan ötrü odun, 2 seyf, skladda xeyli dəmir avadanlıq, 50 ədəd 200 qr stəkan, 100 ədəd 50 qr araq stəkanı, 1 ədəd köhnə servant, 1 televizor üçün krosno antenna, 50 ədəd xırda kasa, 1 ədəd prezidentin şəkli, 1 ədəd İmam Şamilin şəkli, 1 ədəd oğlumun şəkli, 1 ədəd kassa aparatı, 16 kaset nar şərab, 2 motok kabel 35-lik, 6 ədəd çaynik, 1 ədəd musiqi aləti Dambur, 1 ədəd elektrik samovarı,20 ədəd pivə bakalı naturada və ya dəyəri olan 26385 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 157.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə ki, məhkəmə heç bir araşdırma aparmadan və heç bir sübuta istinad etmədən hazırki qətnaməni qəbul etmiş və o qənaətə gəlmişdir ki, iddiaçının iddia etdiyi bütün əşyalar iddiaçıya məxsusdur və həmin əşyalar ona məxsus Zaqatala şəhəri Vidadi küçəsi 3-də yerləşən qeyri-yaşayış binasında yerləşir. Zaqatala Rayon Məhkəməsi iddianın təmin edilməsi ilə bağlı qənaətə gəlməsində istinad etdiyi yeganə sübut olan Zaqatala rayon Əliabad qəsəbə həftəlik mal bazarının 17 may 2021-ci il tarixli arayışında isə söhbət iddianm predmetini təşkil etməyən 1 ana, 1 bala mərəz sort inəkdən, 2 ana, 2 bala qoyundan və onların dəyərlərindən gedir. Qeyd etmək istəyir ki, iddiaçının özünə məxsus olduğunu iddia etdiyi əşyalardan yalnız 1 ədəd musiqi aləti olan dambur, İmam Şamilin şəkli və oğlunun şəkli iddiaçıya məxsusdur. Yerdə qalan bütün əşyalar ona məxsusdur. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(033)-545/2021 iş nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(033)-545/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəməyə teleqramla müraciət edərək xəstəliyi ilə əlaqədar hazırki iclasda iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 152.1ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Zaqatala Rayon Məhkəməsinin 2(033)-545/2021 saylı, 25 may 2021-ci il tаrixli qətnaməsinin əsaslığını tam mübahisələndirir. Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 2(033)-545/2021 saylı, 25 may 2021-ci il tаrixli qətnaməsini mübahisələndirilən hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırsada, qətnamənin nəticə hissəsində alınacaq əmlakların naturadə və ya dəyəri olan pul məbləğinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi kimi qeyd edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)-545/2021 saylı, 25 may 2021-ci il tаrixli qətnaməsinin nəticə hissəsi iddia ərizəsində qeyd edilən əmlaklar qətnamə icra edilərkən naturada mövcud olmadıqda onların dəyəri cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir kimi dəyişdirilməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh məxsus qeyriyaşayış sahəsini restoran kimi işlədirmiş. Bir müddətdən sonra onlar arasında narazılıqlar yaranmış, cavabdeh iddiaçının həmin qeyri yaşaış sahəsindən çıxmasını tələb etmişdir. İddiaçı, Cavabdeh məxsus qeyri-yaşayış sahəsini tərk etsə də iddia ərizəsində qeyd etdiyi özünə məxsus əşyalar cavabdehə məxsus qeyri-yaşayış sahəsində qalmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə əsaslar yoxdur. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiya hesab edir ki, iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi nəzərdən keçirilə bilər; Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Mülki Məcəllənin 157-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların özünün mülkiyyətində (qanuni sahibliyində) olduğunun, onun cavabdehdə saxlandığının, cavabdehin həmin əşyaya qanunsuz sahiblik etməsinin sübut olunmasıdır. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının tələb etdiyi əşyaların mövcudluğunu, iddiaçıya məxsus olduğunu cavabdeh mübahisələndirməmişdir. Həmin əşyaların cavabdehdə qalmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı həmin əşyaların cavabdehdə qalmasını sübut etmişdir. Belə ki, cavabdehin özünün də etiraf etdiyi kimi həmin əşyaların hamısı hazırda cavabdehə məxsus qeyri yaşayış sahəsindədir. Kollegiya qeyd etməyi lazım bilir ki, cavabdeh tərəf apelyasiya şikayətində əşyalardan yalnız 1 ədəd musiqi aləti olan dambur, İmam Şamilin şəkli və oğlunun şəklinin iddiaçıya məxsus olduğunu qeyd etmişdir. Ancaq məhkəmə kollegiyası tərəfindən 01 oktyabr 2021-ci il tarixdə mübahisəli qeyri yaşaış sahəsinə yerli baxış keçirilərkən Cavabdeh iddiaçının iddia ərizəsində qeyd etdiyi bütün əşyaların özünə aid qeyri-yaşayış binasında olduğunu, həmin əşyaların isə iddiaçı tərəfindən obyekt restoran kimi fəaliyyət göstərdiyi dövrdə iddiaçı tərəfində alınaraq obyektdə yerləşdirildiyini qeyd etmişdir. Eyni zmanda cavabdeh qeyd edilən əşyaların qiymətini mübahisələndirməmiş, həmin əşyalar kollegiya tərəfindən naturada aşkar edilmişdir. Ona görə də kollegiya qeyd edir ki, iddiaçı iddia tələbində haqlıdır. Məhkəmə kollegiyası şikayətdə və qətnamədə qeyd edilən, Zaqatala rayon Əliabad qəsəbə həftəlik mal bazarının 17 may 2021-ci il tarixli arayışında iddianm predmetini təşkil etməyən 1 ana , 1 bala mərəz sort inəkdən, 2 ana, 2 bala qoyundan və onların dəyərləri hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin hal texniki səh kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı tərəfindən həmin hal barədə hər hansı bir tələb olmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)-545/2021 saylı, 25 may 2021-ci il tаrixli qətnaməsinin nəticə hissəsi iddia ərizəsində qeyd edilən əmlaklar qətnamə icra edilərkən naturada mövcud olmadıqda onların dəyəri cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir kimi dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)-545/2021 saylı, 25 may 2021-ci il tаrixli qətnaməsinin nəticə hissəsi, iddia ərizəsində qeyd edilən əmlaklar qətnamə icra edilərkən naturada mövcud olmadıqda onların dəyəri cavabdehdən alınaraq iddiaçıya ödənilsin kimi dəyişdirilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1563/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1563/2021
07.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver