Məhkəmə qərarları › İş №2(107)-1568/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1568/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1568/2020 29.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC–nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(014)-244/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (hаkim Nizam Əliyev) xx xxxxxx 2020-ci il tarixli 2(014)-244/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh xx.xx.1990-cı ildə Ağdaş şəhərində anadan olmuş, Ağdaş rayonu Maşad kəndində qeydiyyatda olan Cavabdeh 1110 (bir min yüz on) manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunu cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə verilməsi qət edilmişdir. İşin hаllаrı : İddiaçı Sığorta Şirkəti ASC ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh 1110 (bir min yüz on) manat məbləğində verilmiş sığorta ödənişinin və 30 (otuz )manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsində iddia onunla əsaslandırılmışdır ki, İddiaçı Sığorta Şirkəti ASC–də xx xxxxxxx 2018-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası üzrə sığortalanmış “VAZ2101”markalı 10DE601 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 idarə etdiyi “VAZ-21074” markalı 90FB663 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir.Qəbul edilmiş qərara əsasən Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, o, avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Zərərçəkənin əmlakının zədələnməsi ilə əlaqədar ona 1110 (bir min yüz on) manat sığorta ödənişi verilmişdir. Zərərçəkəninin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edilmişdir. Mülki-prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İşə əlavə edilmiş Cavabdehzəroğluilə “xxxxxxxx” Sığorta ŞirkətiASCarasında xx xxxxxxx 2018-ciiltarixlisiğortamüqaviləsibağlanmışdır. İşə əlavə edilmiş Avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılmasına tələb olunan xərclər üzrə qiymətləndirmə aktından məlum olur ki, X1 idarə etdiyi “VAZ-21074” markalı 90FB663 dövlət qeydiyyat nişanlı avtomobilə görə ehtiyat hissələrinin və təmir işlərinin ümumi dəyəri kimi 1110.00 manat hesablanmışdır. İşə əlavə edilmiş Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2019-cu il tarixli S/132-2883-1219 saylı arayışdan məlum olur ki, Cavabdeh avtomobili sürücülük hüququ olmadan idarə etmiş, idarə edərkən yol-nəqliyyat hadisəsi baş vermiş X1 avtomobilinə zərər dəymişdir. İşə əlavə edilmiş Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli İnzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. İşə əlavə edilmiş SƏYYAR ASAN9 tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh xx.xx.1990 – ci ildə Ağdaş ray, Maşad kəndidə anadan olmuş, Ağdaş rayon, Məşəd kəndində qeydiyyatdadır. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(014)-244/2020 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Аpelyаsiyа şikаyətinin dəlilləri : Cavabdeh аpelyаsiyа şikаyətində qeyd etmişdir ki, Ağdaş rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli № 2(014)-244/2020 saylı qətnaməsindən narazı olub apelyasiya şikayəti verib qətnamənin qanunlara bütövlüklə zidd, qeyri obyektiv olmasını, iddianın qərəzli olaraq təmin edilməsi artıq faktdır. Məhkəmə iclası onun iştirakıyla keçməmiş və o, məhkəmə iclası barəsində bildiriş almamışdır. Prosessual qaydaların pozuntusuyla keçirdilmiş iclas həqiqətə uyğun deyil. Məhkəmənin hakimi iddiaçının tələbinə bir mənalı yanaşıb, onların marağını məhkəmə keçirtmədən, onu dinləmədən qoruyub və İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə qətnamə qəbul edilməsi hakimin ən böyük səhvidir. İddianı prosessual qaydada araşdırmadan onun ünvanına bildiriş göndərmədən iclası aparan hakimin bir mənalı qətnamə qəbul etməsi qanunlarımıza zidd əməldir. İddiaçının tələbi və hakimin qətnaməsi qanuna uyğun olmalıydı. Hakimin bir tərəfli, yəni onunsuz iddiaçıyla razılaşması və qəbul etdiyi qətnamə məhkəmə sisteminə zərər vuran əlamətlərdən biridir. Hakim ədalətsiz hərəkətiylə onun əsas hüququnu pozmuşdur. İddiaçının tələbiylə bağlı onun məlumatı olmamış, haradan bu pul məbləğinin yaranması ya ona yadaki, məhkəmənin hakimə bəlli deyil. Hakim tərəfindən qanuna uyğun olaraq onun Bakı şəhərində olub olmamağım, yol nəqliyyat hadisəsində iştirakımın olması yoxlanılmalıydı. Çəkişmə prinsipinə əməl edilməyib. Hadisəylə bağlı isə sual-cavab olunmayıb. Avtomobillə və ya piyada həmin vaxtlar Bakı şəhərinin ərazisində o, olmamış və yol nəqliyyat hadisəsi törətməmişdir. Məhkəmə iclasının vaxtı və yeri ona məlum deyilsə, mübahisəli mülki işlərə tərəflərin iştirakıyla baxılmırsa onda haradan pul məbləği peyda olubsa apelyasiya məhkəməsi araşdırmalıdır. Ağdaş Rayon Məhkəməsinin hakimi prosessual qaydalara diqqət etmədən, çəkişmə prinsipini pozaraq uydurma qətnamə qəbul etməsi məhkəm sisteminə hörmətsizlik etməsi kimi qəbul edilməlidir. Belə hesab edir ki, məhkəmə iclası onun iştirakıyla keçirilməli və onun tərəfdən təqdim olunmuş sübutlar-dəlillər yoxlanılmalı və hakim tərəfindən ədalətli qətnamə qəbul edilməlidir. Məhkəmə iclas zalında tərəflər öz maraqlarını qorumalı çəkişmə yoluyla mübahisələrə son qoyulmalıdır. Odur ki, sübutlar qəbul edilərək Apellyasiya şikayətinə baxılmasını, Ağdaş rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli №2(014)-244/2020 saylı qətnaməsinin ləğv edilməsini, təqdim olunmuş sübutlar əsasısnda mülki iş üzrə iddiaçının tələbinin rədd edib yeni yeni qətnamə çıxarılmasını xahiş edirəm. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı : İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı Sığorta Şirkəti ASC–nin nümayəndəsi və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpelyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. İşin faktiki halları ondan ibarətdir ki, mülki hüquq pozuntusu Cavabdeh tərəfindən törədilmiş, bunun nəticəsində X2 dəyən ziyan sığortaçı tərəfindən ödənilmiş, Cavabdeh avtomobildən istifadə etməyə, idarə etməyə, işlətməyə hüququ olmadığından sığortaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə kоllegiyаsı Cavabdeh аpelyаsiyа şikаyətinin dəlilləri ilə razılmaşmır və аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni Cavabdeh münаsibətdə düzgün həll etmişdir. “İcbari sığortalar” haqqında Azərbaycan Respublikası qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.4-cü maddəsinə əsasən faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinin tələbinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinin tələbinə, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısından maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-cimaddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətində göstərmiş olduğu “ona məhkəmə iclasının vaxtə və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməməsi, inzibati xəta onun tərəfindən törədilib törədilməməsinin araşdırılmaması” dəlillərinə işdə olan sənədlər əsasına qiymət verərək bildirir ki, Cavabdeh inzibati xəta törətməsinə və tənbeh edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı mövcudur. O, həmin qərarı mübahisələndirməmiş və qanuni qüvvəsin almışdır. O, birinci instansiya məhkəməsində baxılacaq işin vaxtı və yeri barədə ona məhkəmə bildirişi göndərilmiş, məhkəmə bildirişi xx xxxxxx 2020-ci il tarixdə qəbul edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kolleiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, habelə iddia cavabdeh tərəfindən etiraf edildiyindən iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(014)-244/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.1-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(014)-244/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar