Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1576/2020 07.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 15600 manat avtomobilə görə verdiyi borcun, 1500 manat təmir üçün sərf etdiyi xərcin və 30 manat dövlət rüsumunun, cəmi 17130 manatın alınıb ona verilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-314/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-314/2020 nömrəli qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddia tələbi təmin edilmiş, Cavabdeh 15600 manat əsas borc, 1500 manat avtomaşının təmiri üçün sərf olunan məbləğ, 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 17130 (on yeddi min bir yüz otuz) manat məbləğinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh və X3 müştərək qaydada “Kia Cerato” markalı, **-KP-*** (**-KP-***, **-FP-***) dövlət qeydiyyat nişanlı avtomobilə görə verdiyi 15600 manat, təmir üçün sərf etdiyi 1500 manat, dövlət rüsumu üçün ödədiyi 30 manat və mənəvi ziyana görə 500 manat pulun tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək Asif İsmayılovun cavabdehlikdən çıxarılmasını və Cavabdeh 15600 manat avtomobilə görə verdiyi borcun, 1500 manat təmir üçün sərf etdiyi xərcin və 30 manat dövlət rüsumunun, cəmi 17130 manatın alınıb ona verilməsini xahiş etmiş və ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli 2(037)– 530/2019 nömrəli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh məhkəmənin qiyabi qətnaməsindən şikayət verərək ləğv edilməsini və işə onun iştirakı ilə baxılmasını xahiş etmişdir. Cavabdehin şikayəti təmin edilməmiş və baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilərək məhkəmənin xx xxxxxx 2019-cu il tarixli 2(037)–530/2019 nömrəli qiyabi qətnaməsi ləğv edilmiş və baxılması üçün məhkəməyə qaytarılmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı hazırkı iddia tələbini müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, 2017–ci ilin dekabr ayında “Kia Cerato” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən 15600 manat müqabilində etibarnamə ilə ona verilmişdir. Bu zaman etibarnaməni verən Cavabdeh olsa da, avtomobilin alqı-satqısı ilə bağlı danışıqlar əvvəldən Asif İsmayılovla olmuş və o da pulun verilib-alınmasında iştirak etmişdir. Bundan sonra, o, həmin avtomobili 17100 manat müqabilində etibarnamə ilə Orxan Tağıyevə vermişdir. Sabunçu RPİ-nin 13-cü PB-də aparılan araşdırılma zamanı müəyyən edilmişdir ki, həmin avtomobil Məmməd Şıxıyevin kredit müqaviləsinə əsasən “xxxxxxxx”-də girov qoyularaq pul götürülmüş və sonradan sonuncunun verdiyi etibarnamə əsasında bir neçə dəfə mühərrik, ban və dövlət qeydiyyat nömrələri saxta yolla dəyişdirilərək bir neçə dəfə satılmış və sonuncu maşının alıcısı isə o olmuşdur. PB-də ərizə üzrə materiallara baxılaraq xx xxx 2018-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarla “Kia Cerato” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobil Məmməd Şıxıyevin borcunun ödənilməsinin təmin olunması məsələsi mülki qanunvericiliyə əsasən həll olunana qədər, həmin avtomobil saxlanılması üçün “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qaytarılmışdır. 2018-ci ildə Orxan Tağıyev ərizə ilə məhkəməyə müraciət edərək ondan 17100 manat pulun alınaraq öz xeyrinə tutulmasını xahiş etmişdir. Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)-5548/2018 saylı qətnaməsinə əsasən iddia təmin edilərək ondan 17100 manatın Orxan Tağıyevin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, ipoteka ilə yüklü edilmiş avtomobilin onun tərəfindən etibarnamə əsasında Orxan Tağıyevə 17100 manata satılmış həmin avtomobilin kredit alan Məmməd Şixiyevin etdiyi şikayət əsasında aparılmış araşdırmanın nəticəsi olaraq “xxxxxxxx” ASC-nə qaytarılmışdır. Hazırda qeyd edilən məbləğ ondan tutulacağına görə, o da həmin məbləğin mübahisəli avtomobillə bağlı verdiyi hissəsinin və çəkilən xərclərin cavabdehdən tutulmasını tələb edir. O, “Kia Cerato” markalı, **-KP-*** (99- KP-787, **-FP-***) dövlət qeydiyyat nişanlı avtomobilə görə verdiyi 15600 manat, təmir üçün sərf etdiyi 1500 manat və dövlət rüsumu üçün ödədiyi 30 manat, cəmi 17130 manat məbləğinin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili X4 iddiaçının iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrlərini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin məhkəməyə gəlməməsinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini və işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin qətnaməsini əsassız, qanuna zidd və qeyri obyektiv hesab edir. Qətnamə qismən təmin edilsə də hakim qətnamənin qət etdi hissəsində tam təmin edilməsini qeyd etmişdir. Belə ki, hakim qətnamə qəbul edərkən işə obyektiv baxmamışdır. Məhkəmə prosesləri cavabdehin iştirakı olmadan baxılmışdır. İddiaçı cavabdehə 15600 (on beş min altı yüz) manat pulun ödənilməsini qeyd etsə də bununla bağlı sübut növü təqdim etməmişdir. Avtomaşına 1500 (min beş yüz) matan təmir pulunun xərclənməsinə gəlincə isə iddiaçı tərəfindən avtomaşına hansı ehtiyyat hissələrinin alınmasını və bununla bağlı hər hansı bir qəbz təqdim etməmişdir. İddiaçı avtomaşının 15600 (on beş min altı yüz) manat müqabilində Cavabdeh verməsini şifahi bildirsə də alqı-satqısını Asif İsmayılovla apardığını bildirmişdir. Qeyd etmək istəyir ki, 2017-ci il tarixə avtomaşının bazar qiyməti 16500 (on altı min beş yüz) manat deyil ondan ucuz qiymətləndirilirdi. Hakim qətnamə qəbul edərkən Bakı şəhər, Sabunçu rayon Polis İdarəsinin x xxx 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında Asif İsmayılov tərəfindən 15600 (on beş min altı yüz) manat verilməsi hissəsinə istinad etsə də Asif İsmayılovu iş üzrə cəlb etməmişdir. Bu isə hakim tərəfindən işin hərtərəfli araşdırmamasıdır. İddiaçı tərəfindən qeyd edilmiş xüsusatların heç biri öz təstiqini tapmır. Belə ki, məhkəmə tərəflərin təqdim etdikləri sübutları tətqiq edir və qiymət verir. İddiaçı tərəfindən də qeyd edilmiş sübutlar təqdim edilməmiş bu isə iddiaçının tələbinin əsassız olduğunu bir daha təsdiq edir. Birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə əsassız, işin həqiqi hallarına uyğun olmamış və mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, apelyasiya şikayətinin tam təmin edilməsini, İsmayıllı rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-314/2020 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında İddiaçı apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-314/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-314/2020 nömrəli qətnaməsi qismən-Cavabdeh cəmi 17130 (on yeddi min bir yüz otuz) manat məbləğinin tutularaq İddiaçı ödənilməsi hissəsinin 1500 (bir min beş yüz) manata aid hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı 15600 manat avtomobilə görə verdiyi borcun, 1500 manat təmir üçün sərf etdiyi xərcin və 30 manat dövlət rüsumunun, cəmi 17130 manatın alınıb ona verilməsi tələbinə dair iddiasının avtomaşının təmiri üçün sərf olunan 1500 (bir min beş yüz) manatına aid hissəsi rədd edilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin xx xxx 2018-ci il tarixli 421 nömrəli cinayət işinin başlanması barədə qərarın surətindən görünür ki, 2017–ci ilin dekabr ayında “Kia Cerato” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh və Asif İsmayılov tərəfindən,15600 manat müqabilində etibarnamə ilə İddiaçı verilmişdir. İşdə olan Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)-5548/2018 saylı qətnaməsinin surətindən görünür ki, X6 Əbdürəhmanova qarşı pul tələbinə dair iddia ərizəsilə müraciət etmiş və məhkəmənin həmin qətnaməsi ilə iddia təmin edilərək İddiaçı 17100 manat tutulması qət edilmişdir. İşdə olan Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)- 5548/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(037)-530/2019 saylı qiyabi qətnaməsindən müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilərək Cavabdeh 17130 manat məbləğinin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(107)-704/2020 saylı qərardadından müəyyən edilir ki, Cavabdeh şikayəti təmin edilərək, İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(037)- 530/2019 saylı qərardadı tam, xx xxxxxx 2020-ci il tarixli 2(037)-530/2019 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməsi və Cavabdeh ərizəsinin təmin edilərək İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-530/2019 saylı qiyabi qətnaməsinin ləğv edilməsi qərara alınmışdır. İşdə olan xx xxx 2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30.4 manat dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, 2017– ci ilin dekabr ayında “Kia Cerato” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh və Asif İsmayılov tərəfindən, 15600 manat müqabilində etibarnamə ilə İddiaçı verilmişdir. İddiaçı həmin avtomobili 17100 manat müqabilində etibarnamə ilə Orxan Tağıyevə vermişdir. Sabunçu RPİ-nin 13-cü PB-də aparılan araşdırılma zamanı həmin avtomobil Məmməd Şıxıyevin kredit müqaviləsinə əsasən “xxxxxxxx”-də girov qoyularaq pul götürülmüş və sonradan sonuncunun verdiyi etibarnamə əsasında bir neçə dəfə mühərrik, ban və dövlət qeydiyyat nömrələri saxta yolla dəyişdirilərək bir neçə dəfə satılmış və sonuncu maşının alıcısı isə İddiaçı olmuşdur. “Kia Cerato” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobil Məmməd Şıxıyevin borcunun ödənilməsinin təmin olunması məsələsi mülki qanunvericiliyə əsasən həll olunana qədər, həmin avtomobil saxlanılması üçün “xxxxxxxx” ASC-yə qaytarılmışdır. 2018-ci ildə X6 Əbdürəhmanova qarşı pul tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmiş və Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)-5548/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək İddiaçı 17100 manat pul tutulması qərara alınmışdır. Hazırda qeyd edilən məbləğ İddiaçı tutulacağına görə, o da həmin məbləğin mübahisəli avtomobillə bağlı verdiyi hissəsinin və çəkilən xərclərin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyindən, habelə iddia tələbinin mahiyyəti üzrə məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etmədiyindən məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi və iddiaçının məhkəmə iclasında verdiyi izahatında göstərdiyi xüsusatları, habelə iş materiallarını sübut kimi qəbul etmiş və hesab etmişdir ki, iddiaçının dəlilləri iddia tələbini tamamilə təsdiq edir. Qeyd olunan əsaslara görə birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 15600 manat əsas borc və 1500 manat avtomaşının təmiri üçün sərf olunan məbləğ tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddia tələbinin dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin cavabdehdən tutulmasına dair hissəsi də təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin avtomaşının təmiri üçün sərf olunan 1500 manatına aid hissəsində gəldiyi qənaəti düzgün deyildir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı tam təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla apelyasiya şikayətinin qismən təmin edilməsinə və qətnamənin qismən ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərini işin faktiki hallarına qismən uyğun olduğu üçün qismən inandırıcı qəbul edir. İddiaçının iddia tələbi işin faktiki halları ilə tam təsdiq edilmədiyindən tam inandırıcı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir. 1092.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2-ci maddəsinə əsasən əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası iddia tələbinin avtomaşının təmiri üçün sərf olunan məbləğ- 1500 manatına aid hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, İddiaçı həmin hissədə iddia tələbini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən məhkəmə kollegiyasına ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli ərizəyə əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli mədaxil qəbzində Kia Cerato markalı **- KP-*** nömrəli avtomobildə dəmirçi, rəngsaz işlərinin görülməsinin 1500 manat təşkil etdiyi göstərilmişdir ki, həmin dəmirçi, rəngsaz işlərinin nədən ibarət olması, avtomobilin hansı hissələrində təmin bərpa işlərinin aparılması öz əksini tapmamışdır. Həmçinin hal-hazırda qüvvədə olan Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)-5548/2018 nömrəli qətnaməsindən müəyyən edilmişdir ki, 2017–ci ilin dekabr ayında “Kia Cerato” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh və Asif İsmayılov tərəfindən, 15600 manat müqabilində etibarnamə ilə İddiaçı verilmişdir. İddiaçı da öz növbəsində 2017-ci ilin dekabr ayında həmin avtomobili 17100 manat müqabilində etibarnamə ilə Orxan Tağıyevə vermişdir. Yəni iddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi xx xxxxxx 2018-ci il tarixli mədaxil qəbzi verilərkən “Kia Cerato” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırki iş üzrə İddiaçı istifadəsində olmamışdır. Onun özündə olmayan avtomobili təmir etdirməsi, onun təmiri üçün vəsait xərcləməsi məhkəmə kollegiyası tərəfindən inandırıcı qəbul edilməmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi həm milli, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə tam şəkildə təqdim etməli olduğu halda bunu edə bilmədiyindən, iddia tələbinin qanuni əsası tam şəkildə müəyyən edilmədiyindən iddia tam təmin edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi digər hallara münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları qismən də olsa birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri tam əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin cavabdehin apelyasiya şikayətində məhkəmə proseslərinin onun iştirakı olmadan baxılması barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, həmin hallar mülki işin materialları ilə təkzib edildiyindən qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı tam təmin etməklə düzgün nəticəyə gəlmədiyindən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar tam sübut edilmədiyindən, qətnamə qəbul edərkən qətnamənin qismən ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-314/2020 nömrəli qətnaməsi qismən- Cavabdeh cəmi 17130 (on yeddi min bir yüz otuz) manat məbləğinin tutularaq İddiaçı ödənilməsi hissəsinin 1500 (bir min beş yüz) manata aid hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı 15600 manat avtomobilə görə verdiyi borcun, 1500 manat təmir üçün sərf etdiyi xərcin və 30 manat dövlət rüsumunun, cəmi 17130 manatın alınıb ona verilməsi tələbinə dair iddiasının avtomaşının təmiri üçün sərf olunan 1500 (bir min beş yüz) manatına aid hissəsi rədd edilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-314/2020 nömrəli qətnaməsi qismən-Cavabdeh cəmi 17130 (on yeddi min bir yüz otuz) manat məbləğinin tutularaq İddiaçı ödənilməsi hissəsinin 1500 (bir min beş yüz) manata aid hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı 15600 manat avtomobilə görə verdiyi borcun, 1500 manat təmir üçün sərf etdiyi xərcin və 30 manat dövlət rüsumunun, cəmi 17130 manatın alınıb ona verilməsi tələbinə dair iddiasının avtomaşının təmiri üçün sərf olunan 1500 (bir min beş yüz) manatına aid hissəsi rədd edilsin. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1576/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1576/2020
07.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver