Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1578/2020 25.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış binası olan mağazadan çıxarılma tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(019)-234/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(019)-234/2020 saylı qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X6 tərəfindən verilmiş Seriya MA ******* saylı Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla X2 xüsusi mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində Balakən Bazarı ərazisində yerləşən ümumi sahəsi 57 kv.metr olan birmərtəbəli qeyri-yaşayış binası-mağaza binasından çıxarılması, Cavabdeh 10 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşin hаllаrı : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, ƏMDK yanında DƏDRX-nin Zaqatala ərazi İdaərsi tərəfindən verilmiş Seriya MA ******* saylı Çıxarışa əsasən Balakən şəhəri, S.Gözəlov küçəsində Balakən Bazarı ərazisində yerləşən şəxsi mülkiyyətində olan ümumi sahəsi 57 kvm, 1 mərtəbəli qeyriyaşayış binası-mağaza binasından Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 40000 manat pulun alınaraq, onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-234/2020 saylı qərardadı ilə Cavabdeh İddiaçı qarşı 40000 manat pul tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, Balakən şəhərində yaşayır. Balakən şəhəri, S.Gözəlov küçəsində Balakən Bazarı ərazisində şəxsi mülkiyyətində ümumi sahəsi 57 kv.m olan mağaza binası vardır. Bu barədə ƏMDK yanında DƏDRX-nin X6 tərəfindən adına Seriya MA ******* sayla hüquqmüəyyənedici sənəd olan Çıxarış verilmişdir. Həmin mağaza binasını müvəqqəti istifadə etmək üçün Balakən şəhər sakini Cavabdeh və qızı X3 vermişdir. Laikn bu barədə heç bir müqavilə bağlanmamışdır. Cavabdeh qızı X1 əridir. Onlar 2000-ci ildə evlənmişlər. xx xxxxxx 2019-cu ildə aralarında baş vermiş münaqişələr səbəbində ayrılmışlar. X8 halhazırda onunla yaşayır. Dəfələrlə cavabdehə mağazadan çıxmasını tələb etsə də, cavabdeh mağazadan çıxmır. Onu mağazadan çıxararsa, mağazanı yandıracağı ilə onu hədələyir, orada ticarətlə məşğul olmaqda davam edir. Zahidin mağazadan çıxarılması, həmçinin qanunsuz hərəkətləri barədə polis şöbəsinə müraciət etmişdir. Orada ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Ona görə də göstərilən tələblə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh 40000 manat almamışdır və Zahidə heç bir borcu yoxdur. İddianın təmin olunmasını xahiş etmişdir. xx xxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixlərdə birinci instansiya məhkəməsinin məhkəmə proseslərində iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, verdiyi izahatında iddia üzrə mübahisə predmetini təşkil edən mağaza binasının onun puluna alındığını, buna görə İddiaçı 40000 manat pul verdiyini, lakin Elmiranın həmin pulu qaytarmadığını, mağazanın istifadəsi, icarəsi və sahibliyi ilə bağlı onunla İddiaçı arasında hər hansı yazılı müqavilənin bağlanmadığını və mağaza ilə əlaqədar hər hansı hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığını, mağaza binasının Elmiranın adına dövlət qeydiyyatına əsassız alındığını bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir. xx xxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixlərdə birinci instansiya məhkəməsinin məhkəmə proseslərində iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə da iddianı qəbul etməyərək, təmsil etdiyi Cavabdeh izahatına uyğun izahat vermiş və iddianın təmin olunmamasını xahiş etmişdlir. İş üzrə sonrakı birinci instansiya məhkəməsinin iclaslarının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh və onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* №li, reyestr nömrəsi **********69 olan, ********** qeydiyyat nömrəli xx.xx.2012-ci il tarixli Çıxarışdan görünür ki, Balakən şəhəri, S.Gözəlov küçəsi (bazar ərazisi) qeyri yaşayış binası (mağaza) 2 №li reyestr kitabının 63 №li vərəqində xx.xx.2012-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmədə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apelyаsiyа şikаyəti verilmişdir. Аpelyаsiyа şikаyətinin dəlilləri : Cavabdeh аpelyаsiyа şikаyətində göstərmişdir ki, İddiaçı ona qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X6 tərəfindən verilmiş Seriya MA ******* saylı Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində Balakən Bazarı ərazisində yerləşən ümumi sahəsi 57 kv.metr olan birmərtəbəli qeyri-yaşayış binası mağaza binasından çıxarılması və 10 manat dövlət rüsumunun məndən alınaraq iddiaçıya ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsi (hakim Zamin Tahirovun sədrliyi ilə) xx xxx 2020-ci il tarixdə işə baxaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarmışdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi alınan və təqdim edilən gündən bir ay müddətində verilə bilər. Qətnamənin surətini xx xxxx 2020-ci il tarixdə almışdır. Məhkəmənin qətnaməsindən narazıdır və ləğv edilməsini xahiş edir. Belə ki, mülki işdən göründüyü kimi iddiaçının qızı X5 onun sabiq həyat yoldaşıdır. X9 ilə 2000-2019-cu illərdə rəsmi ailə münasibətində olmuşuq. Lakin, sonradan ailə münasibətlərimiz pozulmuşdur. Qeyd etmək istəyir ki, həmin mağaza binasını o, almış. O, iddiaçıya 40000 manat pul vermişdir. Göründüyü kimi həmin daşınmaz əmlaka dair çıxarış 2012- ci ildə verilmişdir. O, iddiaçı ilə qohumluq münasibətlərində olduğundan aralarında fərq görməmiş. Ona görə də iddiaçı ilə aralarında nə icarə, nə də alqı-satqı müqaviləsi olmuşdur. Məhkəmə işə baxarkən tərəflərin ailə münasibətlərini nəzərə almamış. Yalnız iddiaçının təqdim etdiyi sübutlara əsaslanaraq qətnamə çıxarmışdır. Bundan başqa qeyd etmək istəyir ki, həmin mağaza binası Balakən rayon məhkəmə icraçıları tərəfindən üzərinə həbs qoyularaq satışa çıxarılmış bina olmuşdur. Alqı-satqı zamanı qanunun tələbləri pozularaq bizə satılıb. Həmin icra işini məhkəmə tələb edib araşdırmış olsaydı qeyd etdiklərim təsdiq olunardı. Ona görə də iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il 2(019)-234/2020 nömrəli qətnaməsini ləğv edib, yeni qətnamə çıxarılmasını xahiş edir. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı : İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq digər İddiaçı və Cavabdeh heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpelyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, prosesdə iştirak edən tərəflərin izahatını dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(019)-234/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı Balakən şəhəri, S.Gözəlov küçəsində Balakən Bazarı ərazisində xüsusi mülkiyyətində ümumi sahəsi 57 kvm olan birmərtəbəli mağaza binası vardır. Bu barədə ona ƏMDK yanında DƏDRX-nin X6 tərəfindən adına Seriya MA ******* sayla hüquqmüəyyənedici sənəd olan Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. İddiaçı həmin mağaza binasını müvəqqəti istifadə etmək üçün Balakən şəhər sakini Cavabdeh və qızı X3 vermişdir. Cavabdeh iddiaçının qızı X1 əridir. Onlar 2000-ci ildə evlənmiş, xx xxxxxx 2019-cu ildə isə aralarında baş vermiş münaqişələr səbəbində ayrılmışlar. Nüşabə Xanlayeva hal-hazırda iddiaçı ilə yaşayır. İddiaçı ilə cavabdeh arasında mağaza binasının icarəyə və ya sahiblik və istifadəyə verilməsi barədə yazılı müqavilə bağlanmamış və cavabdehin həmin mağaza binasına hər hansı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan sözügedən mağaza binasına sahib olması və oradan istifadə etməsi üçün heç bir hüquqi əsası və ya müqavilə əsası yoxdur. İddiaçı dəfələrlə cavabdehdən mağaza binasından çıxmasını tələb etsə də, cavabdeh mağazadan çıxmır. İddiaçı ƏMDK yanında DƏDRX-nin X6 tərəfindən verilmiş Seriya MA ******* saylı Çıxarışa əsasən Balakən şəhəri, S.Gözəlov küçəsində Balakən bazarı ərazisində yerləşən xüsusi mülkiyyətində olan ümumi sahəsi 57 kvm, 1 mərtəbəli qeyriyaşayış binası-mağaza binasından Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, hazırki iddia vindikasiya iddiasıdır ki, onun da hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahiblyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasının mənasına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün üç dispozitiv şərtin mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyriqanuni olmalıdır. Vindikasiya termini vim dicere latın sözündən götürülmüşdür. Vindikasiya iddiası birinci növbədə əmlaka sahiblik və mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir. Vindikasiya iddiasının şərtləri aşağıdakılardır:1) tələbin predmeti fərdi əşya və ya fərdiləşdirilmiş əşya olmalı, həmin əşya başqa əşyalardan xüsusi əlamətləri ilə seçilməlidir; 2) tələb olunan əşya həqiqətdə, yəni naturada mövcud olmalıdır; 3) bu iddianı həmi əşyanın mülkiyyətçisi, həm də həmin əşyanın qanuni sahibi qaldıra bilər; 4) əşyanın mülkiyyətçisi və ya titul sahibi həmin əşyaya mülkiyyət və sahiblik hüququnu təsdiq etməli və bununla bağlı müvafiq sübut təqdim etməlidir; 5) bu iddia üzrə cavabdeh qismində əşyanın faktiki sahibliyində olduğu şəxs çıxış etməlidir; 6) cavabdehin həmin əşyaya sahibliyi qanunsuz və vicdansız olmalıdır; 7) iddiaçı əmlakını geri tələb etməklə bərabər, həmin əmlakdan istifadə nəticəsində alınmış gəlirləri, həmçinin vurulmuş ziyanı da tələb edə bilər; 8) cavabdeh tələb olunan əmlakın yaxşılaşdırılması üçün çəkdiyi xərcləri tələb edə bilər. Vindikasiya inddiasının mənası əmlakın naturada tələb edilməsi, yəni onun alınıb sahibinə qaytarılması mümkünlüyündən ibarətdir. Əgər bunu etmək mümkün deyildirsə, belə iddianın qaldırılması mənasızdır. Bu zaman vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürülməlidir. Vindikasiya iddiasında iddia tələbini sübut etmə yükü iddiaçının üzərinə düşür. Həmin əşyalar cavabdehdə olduğu təqdirdə isə cavabdeh həmin əşyalara olan sahibliyinin qanuni və vicdanlı olmasını sübut etmə vəzifəsi daşıyır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi” nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasnıda təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İş materiallarından görünür ki, Cavabdeh iddia predmetini təşkil edən qeyri-yaşayış binasına-mağaza binasına mülkiyyət hüququ, icarə hüququ, sahiblik və istifadə hüququ və ya hər hansı digər bir hüququ yaranmamış və bu daşınmaz əmlakla bağlı Cavabdeh hər hansı bir hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Halbuki qanun (Mülki Məcəllənin 139.1-ci maddəsi) daşınmaz əmlakla bağlı hər hansı hüququn əmələ gəlməsi üçün bu hüququn dövlət qeydiyyatına alınmalı olmasını imperativ bir tələb kimi təsbit edir. Eyni zamanda Cavabdeh sözügedən həmin qeyri-yaşayış binasının vicdanlı sahibi hesab edilə bilməz. Belə ki, həmin bina İddiaçı xüsusi mülkiyyətindədir və Cavabdeh bunu, eyni zamanda həmin binaya heç bir hüququnun olmamasını bilmişdir və hazırda da bilir. İddiaçı da cavabdehdən dəfələrlə həmin binadın çıxmasını tələb etmişdir, lakin cavabdeh bu tələbi yerinə yetirməkdən imtina edir. Belə olan halda sözügedən mağaza binasına heç bir qanuna və müqaviləyə əsaslanan hüququ olmadığı halda, Cavabdeh həmin mağaza binasını qeyri-qanuni sahibliyində saxlamaqla və ondan qanunsuz istifadə etməklə İddiaçı həmin mağazaya mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olur və onun mülkiyyət hüquqlarını qanuni əsas olmadan məhdudlaşdırır ki, bu da yolverilməzdir. Belə ki, mülkiyyət hüququ konstitusion hüquq olmaqla dövlət onun müdafiə edir və hər cür qanunsuz qəsdlərdən qoruyur. Ona görə də iddiaçının həmin qeyri-yaşayış binasına olan hüquqlarının məhdulaşdırılması halı aradan qaldırılmalı və cavabdeh həmin mağaza binasından çıxarılmaqla, iddiaçının pozulmuş mülkiyyət hüquqları bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə Cavabdeh daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla iddia predlmetini təşkil edən mağaza binasına mülkiyyət hüququ, icarə hüququ, sahiblik və istifadə hüququ və ya hər hansı digər bir hüququnun yaranmasını, həmin binanının onun qanuni sahiblik və istifadəsində olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Göstərilənlər iddia tələbinə etirazın əsassız olmasını göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(019)-234/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(019)-234/2020 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1578/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1578/2020
25.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver