Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1580/2020 25.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Qax rayon Notariat Ofisi, Cavabdeh3 qarşı “əsassız varlanma nəticəsində əldə olunmuş pulun ödənilməsinə dair” tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(024)-165/2020 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qax Rayon Məhkəməsinin(hаkim Malik Qarayev) xx xxxx 2020-ci il tarixli 2(024)- 165/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 bağlanılmış xx.xx.2018-ci il tarixli, 4Ə-887 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 0.10 hektar torpağın satışından əldə olunmuş 18.500 manat pulun ½ hissəsini təşkil edən 9.250 (doqquz min iki yüz əlli) manat pulun Cavabdeh3 tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddia tələbi təmin edilməməsi qət edilmişdir. İşin hаllаrı : İddiaçı cavabdehlər Qax rayon Notariat Ofisi, Cavabdeh3, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X3rşı “Qax rayonu, Daniyal Sultan küçəsində yerləşən 0.10 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair Qax rayon DNK-nin xx.xx.2018-ci il tarixli, 4Ə-887 saylı “daşınmaz əmlakın alqı-satqısına dair” müqavilənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş RX № ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının ləğv edilməsi və həmin torpaq sahəsinin əvvəlki hüquqi vəziyyətinə qaytarılması" haqqında iddia ərizəsi ilə Qax rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda iddiaçı birinci instansiya məhkəməsinə vəsatət verərək Cavabdeh1 “cavabdeh” qismində iştirakına və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X4 “müstəqil tələb irəli sürməyən üçüncü şəxs” qismində iştirakına xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, cavabdehlər Qax rayon Notariat Ofisinin notariusu və Cavabdeh3 məhkəməyə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Birinci instansiya məhkəməsi işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlər Qax rayon Notariat Ofisinin notariusunun və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş Qax rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(024)-832/2018 saylı qətnaməsinə əsasən Cavabdeh2 xx xxxxxxxx 2010-cu il tarixli 2V-162 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi etibarsız hesab edilmiş və həmin şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, ölümünə qədər mərhum X1 mülkiyyətində olmuş Qax rayon Əmircan kənd “Qələbə” kolxozunun x xxxxxx 1993-cü il tarixli, 3 saylı protokolundan çıxarışa əsasən verilmiş ünvan 1 ünvanında yerləşən 0.10 hektar torpaq üzərində İddiaçı ½ hissə və Qax rayonu, İlisu kəndində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olan (Çıxarış nömrəsi RX M 1060247) 0,577 hektar torpaq sahəsinin üzərində ½ hissə qanun üzrə payı müəyyən olunmuşdur. Buna baxmayaraq qətnamənin icrası prosesində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X9, mübahisələndirilmiş ünvan 1 ünvanında yerləşən 0.10 hektar torpaq alqı-satqı müqaviləsinə əsasən xx.xx.2018 tarixində Cavabdeh1 adlı şəxsin mülkiyyətinə keçmişdir. Bu səbəbdən də qətnamənin həmin hissədə icrası mümkün olmamışdır. Qalan hissədə qətnamə icra olunmuşdur. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək Cavabdeh2 bağlanılmış xx.xx.2018-ci il tarixli, 4Ə-887 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 0.10 hektar torpağın satışından əldə olunmuş 18.500 manat pulun ½ hissəsini təşkil edən 9.250 (doqquz min iki yüz əlli) manat pulun Cavabdeh3 və mənəvi zərərə görə 1.000 (bir min) manat pulun cavabdeh Qax rayon Notariat Ofisindən tutularaq İddiaçı ödənilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək Cavabdeh2 bağlanılmış xx.xx.2018-ci il tarixli, 4Ə-887 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 0.10 hektar torpağın satışından əldə olunmuş 18.500 manat pulun ½ hissəsini təşkil edən 9.250 (doqquz min iki yüz əlli) manat pulun Cavabdeh3 və mənəvi zərərə görə 1.000 (bir min) manat pulun cavabdeh Qax rayon Notariat Ofisindən tutularaq İddiaçı ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X4 xx.xx.2020 tarixli 392 saylı məktubundan görünür ki, Qax rayon Əmircan kənd "Qələbə" kolxozunun xx.xx.1993cü il tarixli, 3 saylı protokoluna əsasən X2 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qax rayon DNK-nın xx.xx.2010-cu il tarixli, 2V-162 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Cavabdeh3 adına qeydiyyata alınmış, xx.xx.2010-cu il tarixdə Xidmətin 12 saylı X6 dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Qax rayon DNK-nın xx.xx.2018-ci il tarixli, 4Ə-887 saylı müqaviləsinə əsasən Cavabdeh3 sözügedən torpaq sahəsini Cavabdeh1 satmışdır. ünvan 1 ünvanında yerləşən 0.10 hektar həyətyani torpaq sahəsi xx.xx.2018-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Qax rayon DNK-nun xx xxxxxxxx 2018-ci il tarixli 4Ə-887 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 ünvan 1ndə yerləşən, tam mülkiyyət üzrə ona məxsus ümumi sahəsi 1000 kv/m olan torpaq sahəsini Cavabdeh1 mülkiyyətinə vermişdir. Həmin müqavilənin 4-cü bəndinə əsasən Alıcı Cavabdeh1 satıcı Cavabdeh3 satdığı tam hissəni (1000 kv/m) ondan 18500 manat 00 qəpik (on səkkiz min beş yüz manat sıfıq qəbik) qiymətinə almışdır. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Cavabdeh3 Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(024)-165/2020 saylı qətnaməsindın apelyasiya şikayəti vermişdir. Аpellyаsiyа şikаyətinin dəlilləri : Cavabdeh3 apelyasiya şikayətində göstərmişdir ki, İddiaçı cavabdehlər Qax rayon Notariat Ofisinə, ona, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X3rşı ünvan 1 ünvanında yerləşən 0,10 hektar torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair Qax rayon DNK-nin xx.xx.2018-ci il tarixli, 4Ə-887 saylı “daşınmaz əmlakın alqı-satqısına dair” müqavilənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş RX № ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsinin əvvəlki hüquqi vəziyyətinə qaytarılması” haqqında iddia ərizəsi ilə Qax rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəməyə vəsatət verərək Cavabdeh1 “cavabdeh” qismində iştirakına və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X4 “müstəqil tələb irəli sürməyən üçüncü şəxs” qismində iştirakına xitam verilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-887 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 0,10 hektar torpağın satışından əldə olunmuş 18.500 manat pulun ½ hissəsini təşkil edən 9.250 manat pulun ondan və mənəvi zərərə görə 1000 manat pulun cavabdeh Qax rayon Notariat Ofisindən tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Qax rayon məhkəməsinin 2(024)-165/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-887 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 0,10 hektar torpağın satışından əldə olunmuş 18.500 manat pulun ½ hissəsini təşkil edən 9.250 manat pulun məndən tutularaq İddiaçı qızma ödəniləsi qət edilmişdir. Qətnamə çıxarılarkən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Ona görə də qətnamə ləğv olunaraq iddia rədd edilməlidir. Bundan əvvəl İddiaçı mənə və qeyrilərinə qarşı “vərəsəlik üzrə payların müəyyən edilməsinə dair” iddia ərizəsi ilə, o, da İddiaçı qarşı “ləyaqətsiz vərəsə hesab edilməsinə dair” qarşılıqlı iddia ərizəsi ilə Qax rayon məhkəməsinə müraciət etmişdik. Həmin məhkəmənin (hakim Malik Qarayev) 2(024)- 832/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, Cavabdeh2 xx xxxxxxxx 2010-ci il tarixli 2V-162 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ölümünə qədər mərhum X1 mülkiyyətində olmuş Qax rayon Əmircan kənd “Qələbə’' kolxozunun x xxxxxx 1993-cü il tarixli, 3 saylı prokotolundan çıxarışına əsasən verilmiş ünvan 3 ünvanında yerləşən 0,10 hektar torpaq üzərində İddiaçınm ½ hissə və Qax rayonu İlisu kəndində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olan (Çıxarışın nömrəsi RX M 1060247) 0,577 hektar torpaq sahəsi üzərində iddiaçının ½ hissə qanun üzrə payının müəyyən edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Məhkəmə hazırki iddia üzrə müəyyən etmişdir ki, Qax rayon məhkəməsinin 2(024)-832/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının ünvan 4 ünvanında yerləşən 0.10 hektar torpaq üzərində ½ qanun üzrə payı müəyyən olunmuş, lakin qətnamədən öncə həmin torpaq Cavabdeh3 tərəfindən başqa şəxsin xeyrinə özgəninkiləşdirilmişdir. Beləliklə, mübahisəli torpağı tam özgəninkiləşdirmək hüququ əvvəllər Cavabdeh3 olmuş və sonuncu bu hüquqa əsaslanmaqla tam özününkü bildiyi əmlak üzərində sərəncam vermiş, lakin sonradan bu əsas qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə aradan qalxmışdır. Beləliklə, Cavabdeh3 İddiaçı hesabına varlandığına görə məhkəmə hesab edir ki, torpağın satış qiymətini təşkil etmiş 18.500 manat pulun ½ hissəsi, yəni 9.250 manmat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə MPM-nin 82.3-cü maddəsinə istinad etmişdir MPM-nin 82.3-cü maddəsində göstərilir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məlum olduğu kimi Qax rayon məhkəməsinin 2(024)-832/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən 0,10 hektar torpaq üzərində İddiaçı ½ hissə payı müəyyən edilmişdir. İddiaçı 0,10 hektar torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair Qax rayon DNK-nin xx.xx.2018-ci il tarixli, 4Ə-887 saylı “daşınmaz əmlakın alqı-satqısına dair" müqavilənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş RX № ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsinin əvvəlki hüquqi vəziyyətinə qaytarılması” haqqında iddia qaldırmışdı. Sonradan iddia tələbini dəyişərək 0,10 hektar torpağın satışından əldə olunmuş 18.500 manat pulun ½hissəsini təşkil edən 9.250 manat pul ondan tələb edir. Ona görə də MPM-nin 82.3-cü maddəsinin tətbiqinin yeri yoxdur. İş materiallarından görünür ki, o, ünvan 4 ünvanında yerləşən 0.10 hektar torpaq sahəsini Qax rayonu dövlət notariat kontorunda bağlanaraq reyestrdə 4Ə-887 nömrə ilə qeydə alınmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmışam. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X9 tərəfindən Avdm Rəcəbovun adına "Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, ona xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Çıxarışa əsasən 0,10 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətimdədir. Alqı-satqı müqaviləsi mübahisələndirilməmişdir torpağın satışından əldə etdiyi pulun hüquqi əsası mövcuddur və o əsassız varlanan şəxs deyil. Ona görə də iddia rədd edilməlidir. Odur ki, Qax rayon məhkəməsinin 2(024)-165/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsini ləğv edib iddianın rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş edir. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı : Tərəflər işə bаxılmаsının vаxtı və yeri bаrədə lаzımi qаydаdа xəbərdаr edilməsinə bаxmаyаrаq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpelyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları ilə yoxlayıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında mübahisə ilə bağlı işin faktiki halları araşdırılarkən müəyyən olunmuşdur ki, Qax rayon Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli 2(024)-832/2018 saylı qətnaməsi ilə iddiaçının ünvan 1 ünvanında yerləşən 0.10 hektar torpaq üzərində ½ qanun üzrə payı müəyyən olunmuş, lakin qətnamədən öncə həmin torpaq Cavabdeh3 tərəfindən başqa şəxsin xeyrinə özgəninkiləşdirilmişdir. Beləliklə, mübahisəli torpağı tam özgəninkiləşdirmək hüququ əvvəllər Cavabdeh3 olmuş və sonuncu bu hüquqa əsaslanmaqla tam özününkü bildiyi əmlak üzərində sərəncam vermiş, lakin sonradan bu əsas qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə aradan qalxmışdır. Beləliklə, Cavabdeh3 İddiaçı hesabına əsassız varlandığına görə məhkəmə hesab edir ki, torpağın satış qiymətini təşkil etmiş 18.500 manat pulun ½ hissəsi, yəni 9.250 (doqquz min iki yüz əlli) manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası Cavabdeh3 apelyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya iddia tələbini qismən təmin etməklə haqlı olmuşdur. Göründüyü kimi hazırkı iş üzrə iddiaçının iddia tələbi əsassız varlanma nəticəsində əldə olunmuş pulun ödənilməsindən ibarətdir. Cavabdeh isə apelyasiya şikayətində qətnamənin iddia tələbinin qismən təmin edilmiş hissəsinin ləğv edilməsini xahiş edir. İş materiallarında olan qanuni qüvvəsini almış Qax rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(024)-832/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 xx xxxxxxxx 2010-cu il tarixli 2V-162 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi etibarsız hesab edilmiş və həmin şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, ölümünə qədər mərhum X1 mülkiyyətində olmuş Qax rayon Əmircan kənd "Qələbə" kolxozunun x xxxxxx 1993-cü il tarixli, 3 saylı protokolundan çıxarışa əsasən verilmiş ünvan 1 ünvanında yerləşən 0.10 hektar torpaq üzərində İddiaçı ½ hissə və Qax rayonu, İlisu kəndində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olan (Çıxarış nömrəsi RX M 1060247) 0,577 hektar torpaq sahəsinin üzərində ½ hissə qanun üzrə payı müəyyən olunmuşdur. İşin mübahisəsiz halıdır ki, Qax rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(024)-832/2018 saylı qətnaməsi ilə iddiaçının ünvan 1 ünvanında yerləşən 0.10 hektar torpaq üzərində ½ qanun üzrə payı müəyyən olunmuş, lakin qətnamədən öncə həmin torpaq Cavabdeh3 tərəfindən başqa şəxsin xeyrinə özgəninkiləşdirilmişdir. Beləliklə, mübahisəli torpağı tam özgəninkiləşdirmək hüququ əvvəllər Cavabdeh3 olmuş və sonuncu bu hüquqa əsaslanmaqla tam özününkü bildiyi əmlak üzərində sərəncam vermiş, lakin sonradan bu əsas qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə aradan qalxmışdır. Beləliklə, Cavabdeh3 İddiaçı hesabına əsassız varlandığına görə məhkəmə dügün hesab etmişdir ki, torpağın satış qiymətini təşkil etmiş 18.500 manat pulun ½ hissəsi, yəni 9.250 (doqquz min iki yüz əlli) manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasənbir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qax rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(024)-832/2018 saylı qətnaməsi qanuni qüvvəsini aldığına görə həmin iş üzrə müəyyən olunmuş hallar hazırki mübahisədə yenidən araşdırılmır və sübut olunmur. Həmin qətnamə məcburi (preyudisial) əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. AzərbаycаnRespublikаsıMülki-ProsessuаlMəcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kоllegiyаsı birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs müəyyən etmədi və bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə əsаsən, həmin qətnаmə iddiaçıya münаsibətdə dəyişdirilmədən, аpelyаsiyа şikаyəti isə təmin edilmədən sаxlаnmаlıdır. Yuxаrıdа göstərilənlərə əsаsən, məhkəmə kollegiyаsı qət etdi: Cavabdeh3 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(024)-165/2020 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1580/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1580/2020
25.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver