Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1581/2021 15.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya tələbinə dair” mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(019)-58/2021 nömrəli qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(019)-58/2021 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia təmin olunmuş, cavabdehlər Cavabdeh2 və mərhum Cavabdeh1 hüquq varisi X4 (mirasdan aldığı paya uyğun) müştərək qaydada 3950 (üç min doqquz yüz əlli) manat sığorta ödənişi məbləği və 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu xərci, cəmi 3980.40 (üç min doqquz yüz səksən manat 40 qəpik) manatın alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən rayon Məhkəməsinə müraciət edərək “VAZ- 21725” markalı 10 EE-844 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3950 ( üç min doqquz yüz əlli) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat qırx qəpik) dövlət rüsumu, cəmi 3980,40 (üç min doqquz yüz səksən manat qırx qəpik) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 26.11.2018-ci il tarixdə öldüyündən Balakən Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qərardadı ilə X7 onun hüquq varisi tanınmışdır. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 24.08.2017-ci il tarixdə idarə etdiyi “Kamaz-5320” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkət edərkən “VAZ-21725” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh1 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. İcbari sığortalar haqqında Qanunun 25-ci maddəsinə əsasən Cavabdeh1 avtomobili sürməyə hüququ olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Balakən DYPB-nin 20.10.2017-ci il tarixli KYP365694 saylı Protokolunda və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 05 sentyabr 2017-ci il tarixli qərarında öz əksini tapmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən “VAZ-21725” markalı 10EE844 dövlət qeydiyyat nişanlı avtomobilə 3950 manat ziyan dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin 043864 saylı sığorta aktına əsasən İddiaçı sığorta şirkəti 3950 manat sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş 3950 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 birinci instansiya məhkəməsinin iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 birinci instansiya məhkəməsinin iclasında iddianı etiraf etməyərək göstərmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, "Kamaz 5320” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı yük avtomobili 25 aprel 2015-ci il tarixdən Cavabdeh2 istifadəsində və sahibliyində olmamışdır. Cavabdeh2 həmin avtomobili satdığına görə 25.04.2015-ci il tarixdə etibarnamə əsasında 25.12.2015-ci il tarixədək X1 və istifadəsinə vermiş, 16.03.2016-cı il tarixdən 16.03.2017-ci il tarixədək etibarnamə əsasında X1 və istifadəsinə, 25.08.2017-ci il tarixdən 25.08.2018-ci il tarixədək etibarnamə əsasında X1 və istifadəsinə vermiş, 23.07.2020-ci il tarixdə isə həmin avtomobil X2 adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. İş materiallarında olan 043864 nömrəli Sığorta Aktından da görünür ki, "Kamaz 5320” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı yük avtomobili 07.07.2017-ci il tarixdən 07.07.2018-ci il tarixədək X2 adına sığortalanmışdır. Avtomobilin mülkiyyətçisi olmuş Cavabdeh2 həmin avtomobili cavabdeh X3 qanuni əsasla (etibarnamə üzrə) istifadəyə vermişdir, etibarnamə əsasında X2 istifadəsində olan avtomobili Cavabdeh1 nəqliyyat vasitəsinin etibarnaməsi olmadan idarə etdiyinə və yol nəqliyyat hadisəsi törətdiyinə görə bu əsasla sonuncu həmin avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsinin nəticələri üçün hüquqi məsuliyyəti təkcə özü daşımalıdır. Bundan əlavə Cavabdeh1 əməlində MM-nin 1096.1 və 1097.1-ci maddələrinin bütün tərkib elementləri vardır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Balakən DYPB-nin 20.10.2017-ci il tarixli, KYP 365694 saylı inzibati tənbehvermə haqqında qərarında və Cinayət işinin başlanmamasının rədd edilməsi haqqında 05 sentyabr 2017-ci il tarixli Qərarında öz əksini tapmışdır. Balakən DYPB-nin 20.10.2017-ci il tarixli, KYP 365694 saylı inzibati tənbehvermə haqqında qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.2-ci maddələri ilə təqsirli bilinib İXM-nin 327.2-ci maddəsi ilə 60 manat cərimə olunmuşdur. Cavabdeh2 isə həmin işdə təqsirli olmasına dair hər hansı hüquqi sənəd mövcud deyildir. Cavabdeh2 həmin hadisədən sonradan xəbəri olmuşdur. Ona görə də məhkəmədən İddiaçı Sığorta Şirkətinin iddiasının qismən, yəni təkcə Cavabdeh1 münasibətdə təmin edilməsi, digər Cavabdeh2 isə mülki-hüquqi məsuliyyətdən azad etməklə ona qarşı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 hüquq varisi X7 birinci instansiya məhkəməsinin iclasında iddianı etiraf etməyərək göstərmişdir ki, mərhum Cavabdeh1 əri olmuşdur. Eldar 24.08.2017-ci il tarixdə “Kamaz-5320” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili idarə edərkən “VAZ-21725” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Əgər Eldarın etibarnaməsi yox idisə maşın sahibi onun yola çıxmasına icazə verməyəydi. Bütün təqsir maşın sahibindədir, ziyanı da o ödəməlidir. Cavabdeh1 ona heç bir miras qalmamışdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, "Kamaz 5320” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı yük avtomobili 25 aprel 2015-ci il tarixdən Cavabdeh2 istifadəsində və sahibliyində olmamışdır. Belə ki, Cavabdeh2 həmin avtomobili satdığına görə 25.04.2015-ci il tarixdə etibarnamə əsasında 25.12.2015-ci il tarixədək X1 və istifadəsinə vermiş, 16.03.2016-cı il tarixdən 16.03.2017- ci il tarixədək etibarnamə əsasında X1 və istifadəsinə, 25.08.2017-ci il tarixdən 25.08.2018-ci il tarixədək etibarnamə əsasında X1 və istifadəsinə vermiş, 23.07.2020-ci il tarixdə isə həmin avtomobil X2 adma mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. İş materiallarında olan 043864 nömrəli Sığorta Aktından da görünür ki, "Kamaz 5320” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı yük avtomobili 07.07.2017-ci il tarixdən 07.07.2018- ci il tarixədək X2 adma sığortalanmışdır. Avtomobilin mülkiyyətçisi olmuş Cavabdeh2 həmin avtomobili cavabdeh X3 qanuni əsasla (etibarnamə üzrə) istifadəyə vermişdir, etibarnamə əsasında X2 istifadəsində olan avtomobili Cavabdeh1 nəqliyyat vasitəsinin etibarnaməsi olmadan idarə etdiyinə və yol nəqliyyat hadisəsi törətdiyinə görə bu əsasla sonuncu həmin avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsinin nəticələri üçün hüquqi məsuliyyəti təkcə özü daşımalıdır. Eyni zamanda hadisə 24 avqust 2017-ci il tarixdə baş vermiş, 25 avqust 2017-ci il tarixdə X9 Heydanova müraciət edərək yenidən etibarnamə verməsini xahiş etmiş, lakin hadisə barədə məlumat verməmiş, sonradan bildirmişdir ki, həmin avtomobillə avtoqəza törətmişdir. Cavabdeh2 həmin hadisədən sonradan xəbəri olmuşdur. Ümumiyyətlə avtomobil 25.04.2015-ci il tarixdən Baxdiyar Mustafazadənin sahiblik və istifadəsində olmuşdur. Ona görə də, Balakən Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(019)-58/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın yalnız cavabdehlər Cavabdeh1 hüquqi varislərinə münasibətdə təmin olunması, Cavabdeh2 isə mülki-hüquqi məsuliyyətdən azad edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh1 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, Cavabdeh2 nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(019)-58/2021 nömrəli qətnaməsi iddianın təmin edilmiş Cavabdeh2 aid mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 043864 nömrəli sığorta aktından görünür ki, “Atəşgah" Sığorta Şirkəti X10 3950 (üç min doqquz yüz əlli) manat sığorta ödənişi həyata keçirmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 20 oktyabr 2017-ci il tarixli KYP365694 nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.1-ci maddələri ilə təqsirli bilinib 60 manat məbləğində cərimə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 05 sentyabr 2017-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki,daxil olmuş məlumat əsasında toplanılmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Cavabdeh1 barəsində inzibati tədbir görülməsi üçün Rayon Polis Şöbəsininin DYPB-nə göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 dekabr 2018-ci il tarixli AZ-İ seriyalı 971449 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 26 noyabr 2018-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X12 Xidmət Mərkəzində Notariat ofisi tərəfindən verilmiş 20 aprel 2021-ci il tarixli 403 nömrəli məktubdan görünür ki, 26.11.2018-ci il tarixdə vəfat etmiş mərhum Cavabdeh1 adına X12 Xidmət Mərkəzində vərəsəlik işi açılmış və 02.03.2021-ci il tarixdə Balakən rayonu Hənifə kəndində yaşayan arvadı X6 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 936.2, 1096.1, 1096.2, 1108.1 və 1108.2-ci maddələrinə və İcbari sığorta haqqında Azərbaycan Respublikası Qanununun 13.1, 23.1.6 və 25.1.3-cü madddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1 və 1108.2-ci maddələrinə əsasən ətrafdıkılar üçün təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İcbari sığorta haqqında Azərbaycan Respublikası Qanununun 13.1-ci madddəsinə görə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 23.1.6-cı maddəsinə görə sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 etibarnamə olmadan Cavabdeh2 mülkiyyətində olan “KAMAZ-5320” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri 28 may küçəsindən Heydər Əliyev prospektinə çıxarkən baş yolda hərəkətdə olan VAZ-21725 markalı, 10EE844 dövlət nömrə nişanı avtomaşının hərəkət yoluna çıxaraq onunla toqquşmuş , nəticədə VAZ-21725 markalı 10EE-844 dövlət qeydiyyat nişanlı avtomobilə 3950 manat ziyan dəymişdir. PAT********** nömrəli sığorta müqaviləsinin 043864 saylı sığorta aktına əsasən İddiaçı Sığorta şirkəti tərəfindən VAZ-21725 markalı, 10EE844 dövlət nömrə nişanı avtomaşının sahibi X10 3950 manat sığorta ödənişi edilmişdir. Hazırda iddiaçı “Atəşgah" Sığorta Şirkəti sığorta hadisəsinə görə ödədiyi pulu subroqasiya qaydasında cavabdehlərdən geri tələb edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 “KAMAZ-5320” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili satdığına görə həmin avtomaşını 25.04.2015ci il tarixdən 25.12.2015-ci il tarixədək,16.03.2016-cı il tarixdən16.03.2017-ci il tarixədək, 25.08.2017-ci il tarixdən 25.08.2018-ci il tarixədək etibarnamə əsasında X1 və istifadəsinə verməsi, bu səbəbdən təqsirli olmaması barədə Cavabdeh2 nümayəndəsinin etirazı ilə bağlı məhkəmə qeyd edir ki, etirazın özündən də görünür ki, sözügedən avtomaşın 25.04.2015-ci il tarixdən 25.12.2015-ci il tarixədək,16.03.2016-cı il tarixdən 16.03.2017-ci il tarixədək, 25.08.2017-ci il tarixdən 25.08.2018-ci il tarixədək etibarnamə əsasında X1 və istifadəsinə verilmişdir. Yol nəqliyyat hadisəsi 24 avqust 2017-ci ildə baş vermişdir. Həmin tarixdə isə avtomaşın heç kimə etibar edilməmiş, Cavabdeh2 mülkiyyətində olmuşdur.Ona görə də iddiaçı haqlı olaraq Cavabdeh1lə yanaşı Cavabdeh2 qarşı da iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 hüquq varisi X5 etirazı ilə bağlı məhkəmə qeyd edir ki, hüquq varisi Diləfruz Şindiyeva mirasdan aldığı pay həcmində iddiaçı qarşısında məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və mərhum Cavabdeh1 hüquq varisi X4 (mirasdan aldığı paya uyğun) 3950 (üç min doqquz yüz əlli) manat sığorta ödənişi məbləği və 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu xərci, cəmi 3980.40 (üç min doqquz yüz səksən manat 40 qəpik) manat alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən iddianın Cavabdeh2 aid mübahisələndirilən hissədə hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Cavabdeh2 aid mübahisələndirilən hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası Cavabdeh2 nümayəndəsi və vəkilinin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehin nümayəndəsi və vəkili də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən Cavabdeh2 aid mübahisələndirilən hissədə düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(019)-58/2021 nömrəli qətnaməsi iddianın təmin edilmiş Cavabdeh2 aid mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(019)-58/2021 nömrəli qətnaməsi Cavabdeh2 aid mübahisələndirilən hissədə dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1581/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1581/2021
15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver