Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1586/2020 19.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əsassız varlanma nəticəsində cavabdeh tərəfindən əldə edilmiş pul, əldən çıxmış fayda, maddi ziyan və mənəvi zərər tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Abbas Əliyev) İddiaçı Cavabdeh qarşı “əsassız varlanma nəticəsində cavabdeh tərəfindən əldə edilmiş pul, əldən çıxmış fayda, maddi ziyan və mənəvi zərər” tələbinə dair iddiasının təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. işin halları: İddiaçı Cavabdeh qarşı “əsassız varlanma nəticəsində cavabdeh tərəfindən əldə edilmiş pul, əldən çıxmış fayda, maddi ziyan və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən Qəbələ şəhərində yerləşən obyektin tikintisi və obyektin yerləşdiyi torpaq sahəsinin alınması üçün göndərdiyi, cavabdeh tərəfindən əsassız varlanma nəticəsində əldə edilmiş 58000 manat məbləğində pulun və həmin vaxtdan hal-hazıradək 58000 manatdan istifadə edə bilməməsi nəticəsində əldən çıxmış fayda kimi 62.000 manat məbləğində pulun, banklardan götürdüyü kreditlərə görə ödədiyi 10.000 manat maddi ziyanın, 10.000 manat mənəvi zərərin və məhkəmə xərclərinə görə tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxx 2020-ci il tarixdə İddiaçı məhkəməyə dəftərxana vasitəsi ilə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Qəbələ rayonu “Qaraçay” adlanan ərazisində onun vəsaiti hesabına inşa edilmiş ticarət obyektinin 336 kv.m ibarət hissəsinin, onun yerləşdiyi torpaq sahəsi ilə birlikdə, bazar dəyəri olan 120 000 (bir yüz iyirmi min) manatın, cavabdeh tərəfindən əsassız varlanma nəticəsində əldə edilmiş 58 000 (əlli səkkiz min) manat pulun həmin vaxtdan halhazıradək istifadə edə bilməməsi nəticəsində əldən çıxmış fayda kimi 34800 (otuz dörd min səkkiz yüz) manatın, bankdan götürdüyü kreditlərə görə faiz şəklində ödədiyi 10 000 (on min) manat maddi və 10 000 (on min) manat mənəvi zərərin, məhkəmə xərclərinə görə tərəfindən ödənilmiş 30 (otuz) manat, ümumilikdə 174830 (bir yüz yetmiş dörd min səkkiz yüz otuz) manatın Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qardaşıdır. 2005-ci ildə qardaşı Cavabdeh israrlı təklifi ilə Qəbələ rayon Qaraçay deyilən ərazidən torpaq olaraq 8 sota yaxın, sahəsi 670 kv.m obyekt tikdirmişdir. Qonşuları Şəfiyev Möhsüm Şövkət oğlu da onunla ortaq olmuşdur. O, Bakı şəhərində yaşadığı üçün qardaşı Rahim və Möhsümün qardaşı Kərəm obyektin tikilməsi və sənədləşmə işləri ilə məşğul olmuşlar. Sənədləri də qardaşı öz adına almışdır (müəyyən yerlərdən icazələri, sərəncamları). Bu zaman qardaşının sənədləri öz adına almasına narahat olmuşdur. Qardaşı isə bildirmişdir ki, “rayon yerində qadının qapılarda dayanıb sənəd düzəltməsi yaxşı hal deyil. Burada belə şeylər ayıbdır. Onsuzda Möhsüm də sənədləri öz adına almalıdır”. Axırda özəlləşmədə onların adlarına özəlləşdirəsi imişlər. Sənəd hələ də sərəncam, torpaq isə dövlət aktdır. O, qardaşının bu sözünə inanmış və fikirləşmiş ki, Möhsüm, yəni ortaq olan da mütləq istəyəcək ki, Rahimin adında qalmasın. O, Bakı şəhərində Babək prospektində yerləşən internet klubu və bilyard zalını sataraq qardaşına 35.000 (otuz beş min) manat pul vermiş və obyekt tikilməyə başlamışdır. Əvvəl olan danışıqlarına əsasən yer tikilməli və hazır formada açarları ona təhvil verilməli imiş. Lakin Cavabdeh obyekt tikildikcə pulun qutardığını demiş və ordan-burdan pul tapmışdır. Bakıda evini, sonra Bakıda qardaşının evini, bacısının evini ardıcıllıqla banka qoyaraq bankdan pul götürüb vermişdir. Axırda bir otaq hazır olmuş və oranı kafe etmiş, içərisinin əşyalarını almışlar. Möhsüm əvvəl kafeni özü işlətmiş və deyirmiş ki, gəliri yaxşıdır. Sonra ondan pul istəyəndə “qaza verdim, işığa verdim, özümə lazım oldu” deyərək yüz bəhanə gətirmişdir. Möhsümün qardaşıda onunla işləmişdir. Beləliklə, yerin birini (70 kvm) cavabdeh və Möhsümün qardaşı işlətmiş və ona da pul verməmişlər. O biri yerlər isə təmirsiz olmuşdur. Baxmış ki, qardaşı düzgün yollarda deyil və onu obyektdən çıxartmaq qərarına gəlmişdir. Müəyyən təsirlərdən sonra qardaşı oradan çıxmış və yerinə başqa adamı qoymuşdur. Cavabdeh bir neçə ay sonra yalvarmağa başlamış ki, uşaqları acdır və obyekti o işlətsin. Qardaşıdır deyə ürəyi yanmış və obyekti yenidən ona işlətməyə vermişdir. Lakin bir-iki ay sonra Rahim yenə pul verməməyə başlamışdır. Obyekti adına keçirtmək üçün yenidən notariusa getmişdir. Notariusdan ona demişlər ki, özəlləşmə olmalıdır. Sonra özəlləşdirmək istəmiş, bu zaman isə istismar aktı lazım olduğunu bildirmişlər. Sonradan bilmiş ki, özləri özəlləşdirməyib ki, qardaşının adında qalsın. Bundan sonra Rahim ona bildirmiş ki, tanışları var və istismar aktı alacaqdır. Onun işin üstünə düşməyini görüb bildirmiş ki, əli ilə vərəqə yazsın ki, bu yer Almayanındır və şahidlər də qol çəksin. Böyük qardaşına yazdırıb özü isə qol çəkmişdir. O isə cavabdehə dolana bilmədiyinə görə 70 kv.m ona verdiyini bildirmişdir. Cavabdeh əvvəl razı olmasa da, sonra o dediyi kimi, yəni 70 kv.m vərəqə yazaraq öhdəlik götürmüşdür. Sonra özəlləşdirib satmaq qərarına gəlmişdir. Qapıya telefon nömrəsini yazaraq obyektin satılması barədə elan yerləşdirmişdir. Kim zəng edib istəyirmişsə, bir az sonra fikrindən daşınmışdır. Axırda bir nəfər ona bildirmişdir ki, o, obyekti almaq istəyir, lakin Rahim ona bildirmiş ki, obyekt onundur. Belə olub Rahimin yanına getmiş və Rahim üzünə dayanmışdır ki, “yer mənimdir, mənim adımadır, nə edə bilərsən”. Həmçinin kənddən o biri qardaşının adına mağaza almışdır. Sonra Rauf adlı qardaşıda bildirmişdir ki, mağazada onundur. Onun həmin torpaq sahəsinin alınmasına və obyektin tikintisinə ümumilikdə 58.000 manat xərci çıxmışdır. Banklardan götürdüyü kreditlərə görə ödədiyi faizlər həmin 58.000 manat məbləğinə aid deyil. Həmçinin qardaşı Cavabdehlə sözügedən mübahisə getdikcə böyüməyə başlamış və nəticədə onu öldürməklə və ya sağlamlığına ağır zərər vuracağı ilə real əsaslar olaraq hədələməklə, sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətdiyinə görə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 134-cü maddələri ilə cinayət işi başlanılmışdır. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 1(025)35/2018 nömrəli qərarı ilə zərərçəkmiş şəxslə, yəni onunla barışdığına görə cinayət işi üzrə icraata xitam verilmişdir. Lakin qardaşının ona etdiyi bu haqsızlıqları heç cür qəbul edə bilmir. Ona görə də, onun pulu hesabına tikilmiş obyektə qoyduğu xərcin Cavabdeh məhkəmə qaydasında almaq qərara gəlmişdir. Həmçinin cavabdeh tərəfindən imzalanmış etiraf haqqında ərizədən də görünür ki, Qəbələ şəhərində yerləşən obyekt ona məxsusdur. Həmçinin Qəbələ şəhərindəki tikilmiş obyektin tikintisə və həmin obyektin tikildiyi torpaq sahəsinə ümumilikdə 58.000 manat xərclənsə də, hal-hazırda həmin obyektin torpaq sahəsi ilə birlikdə real bazar qiyməti 120.000 manatdır. Qardaşı Cavabdeh etibarından suiistifadə etmə və aldatma yolu ilə Qəbələ şəhərində obyekt tikmək üçün göndərdiyi 58.000 manatı mənimsəmişdir. Buna görə də, Qəbələ şəhərində obyekt tikmək üçün və obyektin yerləşdiyi torpaq sahəsinin alınması üçün cavabdehə göndərdiyi, cavabdeh tərəfindən əsassız varlanma nəticəsində əldə edilmiş 58000 manatdan istifadə edə bilməməsi nəticəsində əldən çıxmış fayda kimi 62000 manat alınıb ona verilməlidir. Cavabdehə göndərdiyi pulların bir hissəsini Banklardan Bakıda evini, sonra Bakıda qardaşının evini, bacısının evini ardıcıllıqla banka qoyaraq əldə etmiş və banklara həmin kreditlərə görə 10.000 manata yaxın faiz ödəmişdir. Odur ki, həmin faizlərə görə ödədiyi puluda cavabdehdən alınıb ona verilməsini istəyir. Cavabdehin qanunsuz əməlləri nəticəsində mənəvi sarsıntı keçirmiş və buna görə də hesab edir ki, ona cavabdeh tərəfindən vurulan mənəvi zərərin məbləği, dəyəri ölçülməlidir və əvəzini başqa heç nə bərpa etmək mümkün deyildir. Bununla da, cavabdehin ona vurduğu mənəvi zərəri 10.000 manat məbləğində qiymətləndirir. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, eyni zamanda iddia ərizəsində qeyd olunanlara əlavə olaraq göstərdi ki, hələ 2005-ci ilin əvvəllərində cavabdeh-qardaşı Cavabdeh təkidi və təklifi ilə Bakı şəhər sakini, həmkəndliləri Şəfiyev Mövsüm Şövkət oğlu ilə şərikli şəkildə Qəbələ rayonu “Qaraçay” adlanan ərazidə torpağ sahəsi alınmasına və orada ümumi sahəsi 670 kv.m olan ticarət obyektinin inşasına razılıq vermiş və Rahimin maliyyə imkanları olmadığından, həmin torpaq sahəsinin alınması və orada tikiləcək obyektin inşasına çəkiləcək xərclərin tərəfindən ödənilməsini öz üzərinə götürmüşdür. Əvvəlcə aralarında olan razılığa əsasən torpaq sahəsi və inşa ediləcək obyekt bərabər paylarda onun və şərikləri Mövsüm Şəfiyevin adına sənədləşdirilməsi imiş, lakin hər ikisinin qeydiyyatı Bakı şəhərinə olduğundan və bunun Qəbələ Bələdiyyəsindən adlarına bilavasitə alqı-satqı qaydasında torpaq sahəsi alınmasını mümkünsüz etdiyindən, sözügedən torpaq sahəsi və inşa ediləcək obyektin ilkin olaraq Cavabdeh adına sənədləşdirilməsinə və mülkiyyət sənədi əldə edildikdən sonra qeyd edilən torpaq sahəsi və obyektin bərabər paylarda cavabdeh tərəfindən adlarına sənədləşdiriləcəyi barədə razılığa gəlmişlər. Eləcə də, onun qardaşının dolanışıq vəziyyətini nəzərə alıb ticarət obyektində özünün payına düşən 336 kv.m hissədən 72 kv.m ona verməyi vəd etmişdir. Sözügedən torpaq sahəsinin alınması və ticarət obyektinin tikilməsi üçün özünə aid hissəyə dair tələb olunan maliyyə vəsaitinin əldə edilməsi məqsədi ilə o, 2005-2008-ci illər ərzində ardıcıl olaraq özünə məxsus əmlakını da satmaqla yaxın qohumlarının adına müxtəlif kredit vəsaitləri almış və həmin borcları kredit faizləri ilə birlikdə biri digərinin hesabına bağlamış, bununla da ümumilikdə həmin vəsaitlərin hesabına cavabdeh Şahid1 58 000 (əlli səkkiz min) manat pul vermişdir. Belə ki, qardaşı X13 vasitəçiliyi ilə Bakı şəhərində yerləşən və mülkiyyətində olan qeyri-yaşayış obyektini 32 000 (otuz iki) min ABŞ dollarına xx.xx.2005-ci il tarixdə satmış, eləcə də “Bank Standard”-dan onun adına 5000 (beş min) manat məbləğində kredit alaraq cavabdehə vermişdir. İşin qeyd olunan halını qardaşı Rafiq Eliyevin məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli rəsmi ərizə və teleqrammıda təsdiq edir. Bundan əlavə bacısı qızı X10 vasitəsi ilə 2005-2006-ci illərin əvvəllərində cavabdehə tərəfindən 8000 (səkkiz min) ABŞ dollar məlbəğində pul verilmiş, bacısının həyat yoldaşı X11 adına xx.xx.2016-cı il tarixdə “AtaBank” ASKB-dən 10800 (on min səkkiz yüz) manat, xx.xx.2007-ci il tarixdə “Bank Standard”-dan öz adına 10000 (on min) manat və xx.xx.2008-ci il tarixdə “xxxxxxxxxxx” ASC-nin 15000 (on beş min) manat məbləğində kredit vəsaitləri götürülərək qeyd olunan obyektinin inşası üçün cavabdehə verilmişdir. Həmçinin Cavabdeh tərəfindən ona qəbz formasında verilmiş sadə yazılı öhdəlikdən görünür ki, obyektin 336 kv.mdən ibarət olan hissəsi və ona aid torpaq sahəsi iddiaçının vəsaiti hesabına inşa edilmiş və ona məxsusdur və cavabdeh həmin obyektin qeyrişərtsiz onun adına sənədləşdirilməsi, əks təqdirdə, qanunla məsuliyyət daşıyacağı barədə öz üzərinə öhdəlik götürmüş və həmin sənədi digər şəxslərin iştirakı ilə şəxsən imzalamışdır. Eyni zamanda sözügedən torpaq sahəsinin və ticarət obyektinin ona aid hissəsi onun şəxsi vəsaiti hesabına alındığından və inşa edildiyindən, bu sahə və obyektlə bağlı cavabdehin adına olan bütün hüquqmüəyyənedici sənədlərin əsilləri və surətləri Şahid1 tərəfindən ona təqdim olunmuşdur. Lakin sonradan cavabdeh həmin sənədlərin əsillərinin bir qismini obyektin özəlləşdirilməsi bəhanəsi ilə ondan almış və bu günədək geri qaytarmamışdır. İşin bu halı həmin obyektin onun vəsaiti hesabına inşa edildiyini təsdiq edən digər bir sübutdur. Cavabdeh Şahid1 onun vəsaiti hesabına əsassız varlanan şəxs olmaqla, rəsmi imzası ilə verdiyi öhdəliyin icrasından qəsdən yayınır. Həmçinin cavabdeh onun vəsaiti hesabına alınmış torpaq sahəsinin və üzərində inşa edilmiş ticarət obyektinin real bazar dəyəri olan 120 000 (bir yüz iyirmi) manat pulu əldən çıxmış fayda dəymiş ziyanla birlikdə ona geri qaytarılmalıdır. Sözügedən torpaq sahəsinin alınması və tikilinin inşası üçün cavabdehə verdiyi 58 000 manatı cavabdeh özündə qanunsuz saxlamaqla, bu vəsaitdən faydalandığına görə obyektin istismarına 2008-ci ildən başladığı nəzərə alsalar, illik 5 % dərəcəsi ilə 34800 əldən çıxmış fayda şəklində cavabdehdən tələb etməkdə haqlıdır. Bank kreditlərinə görə faiz şəkilində ödədiyi 10 000 manata yaxın pulu ona dəymiş maddi ziyan və ona vurulmuş mənəvi ziyanı şəklində 10 000 manat məbləğində qiymətləndirirək, həmin vəsaiti tələb etməkdə haqlıdır. Odur ki, iddianı müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iddiada qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq olunması barədə ərizə ilə razı olmadıqlarını, tərəflər arasındakı mübahisənin 2018-ci ildə yarandığını və müddətin buraxılmadığını bildirdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, iddiaçı onun bacısıdır. Lakin bu günə qədər o və digər qardaşları ailə üzvüdür deyə ondan şikayət edib rüsvay etməmişlər. Bu yaxınlarda iddiaçının əlindən əməliyyat keçirmişdir. İndi isə iddiaçı əməllərindən əl çəkmədiyinə görə səhhətində ciddi problemlər yaranmışdır. Hazırda səhhəti ilə əlaqədar Bakıya müalicəyə getməyi planlaşdırır. Artıq iddiaçının əlindən bezmişlər və bu adamın rayonda, Bakı şəhərində aldatmağı adam yoxdur. İddiaçının onun özünə, qardaşlarının başına açmadığı oyunlar yoxdur. Qardaşının qızıllarını almaqla ona yalan vədlər verərək qızıllarını mənimsəmişdir. Onların arasında mübahisə olduğundan cinayət işləri olmuş və orda da onu şərləmişdir. İddiaçı ilə Mirzəbəyli kəndində 12 ha torpaq sahələri olub. Həmin torpaq islahatdan əvvəl olmuşdur. Sonra islahatdan sonra həmin yerlər başqa adamlara paylanmışdır. O, şəxsən özü pul verməklə həmin torpaqlar Almayanın iştirakı olmadan və etibarnaməsiz onun adına keçirtmişdir. Lakin bu adam ondan xəbərsiz həmin yerləri satmışdır. Həmin torpaq sahəsini təxminən 180.000 manata satandan sonra onunla bu məsələyə görə söz-söhbətləri başlamışdır. Bacısı olduğuna görə və barəsində çoxlu şikayətlər olduğuna görə həmin sənədləri ləğv etməmişdir. Həmin torpaq sahəsinin alqı-satqısı ilə bağlı sənədlərdə ümumiyyətlə onun imzası olmamışdır. İndi isə İddiaçı onun özünün tikdiyi obyektə göz dikir. Yalandan yazır ki, ona pul vermişdir. Əslində isə ona pul verməmiş, əksinə olaraq torpaq satdığına görə ona pul borcludur. Təqdim etdiyi sənədlərdən də göründüyü kimi torpaq sahəsi, sərəncam bütün sənədlər onun adınadır. İddiaçı ərizəsində sənədləşmənin qeyri mümkün olmaması kimi yazdıqları hamısı yalandır. O dövrə görə bütün sənədlər qaydasında olmuşdur. Əgər Almaya 2006-cı ildə ona pul vermişdirsə niyə daha əvvəl yox, 16 ildən sonra həmin pulu tələb edir. Ümumiyyətlə iddiaçı haqlı olsa belə iddia müddətini keçirmişdir. İddia heç bu səbəbdən də təmin oluna bilməz. Bundan əlavə iddiaçı iddia tələbini əsaslandıran heç biri sübut məhkəməyə tədqim etməmişdir. Təqdim etdiyi sənədlərdə və ümumiyyətlə heç bir yerdə iddiaçıya onun borcu olması heç nə ilə sübuta yetirilmir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh eyni zamanda məhkəməyə iddia müddətinin tətbiq olunması barədə ərizə ilə müraciət edərək, iddiaçının guya ona 2006-cı ildə pul verdiyini və həmin müddətdən 15 il vaxt keçdiyini, hal-hazırki iş üzrə iddia müddətinin 3 il olduğunu, həmin müddəti və ümumi iddia müddəti olan on il iddia müddətini buraxdığını qeyd edib, həmçinin iddia müddətinin tətbiq olunması ilə iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. xx xxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında X10 şahid qismində verdiyi izahatında göstərmişdir ki, o, İddiaçı bacısı qızıdır. Xalası mərhum həyat yoldaşı ilə birgə onlara gələrək ona 8.000 ABŞ dolları məbləğində pul vermişdir ki, həmin pulu Qəbələ rayonunda yaşayan dayısı Cavabdeh çatdırsın. Xalası və onun mərhum həyat yoldaşı ona bildirmişlər ki, Qəbələ rayonunda obyekt tikirlər. Onlar Bakı şəhərində yaşadıqları üçün tikintiyə dayısı Cavabdeh başçılıq etmişdir. O, Qəbələ rayonuna gəlmiş və 8.000 ABŞ dollar məbləğində pulu Cavabdeh vermişdir. xx xxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında Şahid1 şahid qismində verdiyi izahatında göstərmişdir ki, o, İddiaçı və Cavabdeh qardaşıdır. İddiaçı iddiası tam əsassızdır. Çünki onun obyekt tikməyə pulu olmamışdır. Obyekti qardaşı Cavabdeh öz vəsaiti hesabına tikmişdir. O, İddiaçı həmişə maddi köməklik etmişdir. xx xxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında Şahid2 şahid qismində verdiyi izahatında göstərmişdir ki, iddiaçı baldızı, Rahim isə qaynıdır. 2006-ci ildə Almaya Qaraçayda tikdiyi obyekt yarımçıq qaldığı üçün evini banka qoyaraq 10.800 manat kredit götürmüşdür. Almayanın həmin pulu Rahimə vermək üçün onun evinə gəlimiş, lakin pulun verildiyini görməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı apellyаsiyа şikаyəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil qızı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan X13 məhkəməyə ünvanladığı ərizədə göstərmişdir ki, İddiaçı onun doğma bacısıdır. 2005-ci ilin əvvəlində bacısı ona müraciət edərək, Qəbələ rayonu ərazisində torpaq almaq və orada ticarət obyekti inşa etmək üçün pula ehtiyacının olduğunu bildirərək, mülkiyyətində olan Bakı şəhərində yerləşən qeyri-yaşayış binasının satılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. O da həmin obyektin satılmasında ona vasitəçilik etmişdir. Qeyd edilən obyekt xx.xx.2005-ci il tarixli ilkin müqavilə və xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ümumi satış qiyməti 32 000 (otuz iki min) ABŞ dollarının ödəniş gününə olan məzənnəsi ilə Azərbaycan manatı ifadəsində olan məbləğdə satılmışdır. Bacısı İddiaçı həmin dövrdə obyektin satışından əldə olunan vəsaitin yuxarıda qeyd olunan tikiliyə sərf edəcəyini bildirmişdir. Həmçinin İddiaçı 2007-ci ilin yanvar-fevral aylarında, qardaşı Cavabdeh adına Qəbələ rayonunun “Qaraçay” adlanan ərazisində aldığı torpaq sahəsində ticarət obyektinin tikintisində əlavə pula ehtiyacı olması ilə əlaqədar, ondan adına kredit götürməyi xahiş etmişdir. O da bacısının xahişini nəzərə alaraq “Bank Standard”dan 5000 (beş min) manat məbləğində kredit götürərək, Qəbələ rayonun Bum qəsəbəsinə gəlmiş, bacısı Almaya və qardaşı Rahimlə birlikdə görüşmüş və həmin məbləği bacısı Almayaya təqdim etmişdir. Bundan sonra bacısı ilə qardaşı Rahim ondan uzaqlaşaraq, kənarda söhbət etməyə başlamışlar və o da həmin yerdən uzaqlaşmışdır. Alınmış kredit məbləği hesablanmış faizlərlə birlikdə bacısı İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. İş materiallarında olan ərizədən görünür ki, Əliyev X12 yerləşən 336 kv.m yerüstü sahəni (padval) sənədlər onun adına olmasına baxmayaraq, onlara maneə gətirdiklərinə görə İddiaçı adına keçirə bilmədiyini, lakin öhdəlik götürərək 336 kv.m sahəni və tikilini 72 kv.m sahəsini ona qalmaq şərtilə qalan sahəni İddiaçı adına keçirməyə qedy-şərtsiz razı olduğunu, əks təqdirdə qanunla cavab verəcəyini, ərizəni öz xətti ilə yazmadığını, qardaşı Rauf yazdıdığını, öz imzası ilə təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan İddiaçı və X23 arasında xx xxxx 2005-ci il tarixdə Bakı şəhəri 1 saylı Dövlət notariat kontorunun Böyük Dövlət notariusu F.M.Sabitov tərəfindən 3M-02-164 reyetr nömrəsi ilə qeydə alınmış «ilkin müqavilə»nin 1.2-ci bəndindən görünür ki, «Birinci tərəf» Azərbaycan Respublikası iqtisadi İnkişaf Nazirliyi Dövlət X18 və Özəlləşdirilməsi Departamenti ilə bağladığı «Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında» xx xxxxxx 2004-cü il tarixli 1242 saylı İcarə müqaviləsi ilə icarəsində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 64 (registr N:**********7-014) ünvanında yerləşən, ümumi sahəsi 83,7m2 təşkil edən mənzil Kommunal X4 rayon MKTB-nin balansında olan qeyri-yaşayış sahəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin və «İcarə haqqında» Qanunun tələblərinə uyğun olaraq özünün xüsusi mülkiyyətinə keçirmək məqsədilə adı çəkilən Departamentlə alqı-satqı müqaviləsi bağlanmasını və özünün xüsusi mülkiyyətinə keçirməyi və bu müqavilənin bağlandığı andan 1 ay müddətində, «İkinci tərəf»ə alqı-satqı müqaviləsi əsasında satmağı öhdəsinə götürmüş, «İkinci tərəf» isə gələcəkdə alqı-satqı predmeti olacaq daşınmaz əmlakı həmin müqavilənin bağlanması anında sahiblik və istifadəsinə qəbul etməyi və gələcəkdə onun barəsində alqı-satqı müqaviləsi bağlamaqla bu müqavilə ilə müəyyən edilib şərtləşdirilmiş, həmçinin gələcəkdə bağlanılacaq alqı-satqı müqaviləsində göstəriləcək pul məbləğini «Birinci tərəf»ə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən həmin müqavilə ilə gələcəkdə barəsində alqı-satqı müqaviləsi bağlanması haqqında razılaşma əldə edilmiş qeyri-yaşayış sahəsinin ümumi satış qiyməti 32.000 (otuz iki min) ABŞ dollarının ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ifadəsində məbləğ müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı və X23 arasında xx xxxxx 2005-ci il tarixdə Bakı şəhəri 3-cü notariat kontorunun dövlət notariusu H.Ə.Orucov tərəfindən 4Ə-01-191 reyetr nömrəsi ilə qeydə alınmış AN-İ № ******* nömrəli «Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsi»ndən görünür ki, İddiaçı Bakı şəhəri Xətai rayonu Babək pr.64 ünvanında yerləşən, on mərtəbəli binanın birinci mərtəbəsindəki 83.7 kv.m qeyri-yaşayış sahəsini X21, X16 və X9 154.000.000 (yüz əlli dörd milyon) manata satmışdır. İş materiallarında olan QSC «Bank Standard» Kommersiya Bankı ilə X22 (sonradan kredit müqaviləsinə uyğun borc alan) arasında bağlanan xx.xx.2007-ci il tarixli, ********** saylı KMFŞ nömrəli kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 5.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan «Atlantbank» Açıq Səhmdar-Kommersiya Bankı ilə Şahid2 arasında xx.xx.2006-ci il tarixdə bağlanmış 05 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, sonuncu xx.xx.2006-ci il reyestr nömrəsi **********24-05101-093001, qeydəalma nömrəsi ********* nömrə ilə qeydiyyatdan keçən, ün: ünvan 3 mən 6 ünvanda yerləşən mənzili ipotekaya qoymuşdur. İpoteka verilən əmlak 65 000 (altmış beş min) AZN məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan QSC «Bank Standard» Kommersiya Bankı ilə İddiaçı (sonradan kredit müqaviləsinə uyğun borc alan) arasında bağlanan xx.xx.2007-ci il tarixli, ********** saylı KMFŞ nömrəli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 10.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan QSC «Bank Standard» Kommersiya Bankı ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə bağlanmış ********** nömrəli ipoteka müqaviləsindən görünür ki, sonuncu Bakı ş, Yasamal rayonu, Abdulla Şaiq küç, Dalan - 7, 13 nömrəli fərdi yaşayış evini ipotekaya qoymuşdur. İpoteka predmetinin dəyəri 45000 (qırx beş min) manat 00 qəpik məbləğində müəyyən edilmişdir. İş materiallarında olan «xxxxxxxxxxx” ASC ilə İddiaçı (sonradan kredit müqaviləsinə uyğun borc alan) arasında bağlanan xx.xx.2008-ci il tarixli, 42 №-li “təminatlı kredit müqaviləsi”nə əsasən ona 36 ay müddətinə illik 10 faiz dərəcəsi ilə 15 000 (on beş min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı və X5 arasında xx xxxxxx 2004-cü il tarixdə Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov tərəfindən 4Ə-04-62 reyetr nömrəsi ilə qeydə alınmış müqavilənin surətindən görünür ki, X2 rayonu AİK-nin 1998-ci il 25 iyun tarixli İİ saylı qərarına əsasən verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət aktına JN-1069, kod- 40600038 və Torpaqların Kadastrı və Monitorinqi, X19 şöbəsinin 3246 saylı arayışına əsasən ona məxsus olan, normativ qiyməti 12964726 on iki milyon doqquz yüz altmış dörd min yeddi yüz iyirmi altı manat Qanıx-Türyançay zonasına aid olan 1,29 ha torpaq sahəsini X1. İş materiallarında olan İddiaçı və X8, X14 arasında xx xxxxx 2005-ci il tarixdə Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov tərəfindən 4Ə-01-62 reyetr nömrəsi ilə qeydə alınmış müqavilənin surətindən görünür ki, X8 və X3 r. AİK-nın 25.06.98 tarixli, İİ saylı qərarı ilə verilmiş JN-1070, kod 40600038 dövlət aktını və DTKK-nın Qəbələ şöbəsinin 67 saylı arayışına əsasən normativ qiyməti ******* doqquz milyon altı yüz otuz səkkiz min altı yüz altmış iki manat olan Qanıx-Türyançay zonasında yerləşən 1,01 hektar torpaq sahəsini İddiaçı satmışdır. İş materiallarında olan Qəbələ Bələdiyəsinin xx xxx 2005-ci il tarixli 05 saylı İclas protokolundan “Çıxarış”dan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı fərmanı təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydalarına” və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 qərarı ilə təsdiq edilmiş torpaqların normativ qiymətlərinin müəyyən edilməsi barədə əsasnaməyə uyğun olaraq ünvan 4 sakini Cavabdeh tikinti tikmək üçün 672 m2 torpaq sahəsi satılması qərara satılmışdır. İş materiallarında olan Qəbələ şəhər şöbəsində xx xxxx 2005-ci il tarixdə 136 nömrə ilə qeydiyyata alınmış “Torpaqların Alqı-Satqısına dair” aktdan görünür ki, ünvan 4i ünvanında yaşayan Cavabdeh Qəbələ bələdiyyəsi ərazisində 672 m2 torpaq sahəsinin satılması barədə 2005-ci il 21 may tarixli 05 nömrəli qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ rayonu İcra Hakimiyyəti Başçısının xx xxxx 2005-ci il tarixli 87 nömrəli Sərəncamından “Çıxarış”dan görünür ki, Qəbələ rayonunun Bum kənd sakini Cavabdeh Qəbələ bələdiyyəsindən alqı-satqı yolu ilə aldığı 672 kv.metr torpaq sahəsində ticarət və xidmət obyektlərinin tikintisinə başlamağa icazə verilmişdir. İş materiallarında olan xx xxxx 2005-ci il tarixli “Tikinti altına torpaq sahəsinin seçilməsi barədə” aktdan görünür ki, Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 2005-ci il tarixli 34 saylı sərəncamına əsasən başçının müavini S.Səmədovun sədrliyi ilə yaradılmış komissiya üzvləri ünvan 4 sakini Cavabdeh müraciətinə ticarət və xidmət obyektlərinin tikintisi üçün torpaq sahəsi seçirlər və bu məqsədlə komissiya əraziyə naturada baxış keçirir və ən əlverişli variant olaraq şəhərin 28 may küçəsində 672 m2 torpaq sahəsi seçir. İş materiallarında olan JN-0762 (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» dövlət aktının surətindən görünür ki, Qəbələ rayonu Qəbələ Bələdiyyəsinin xx xxx 2005-ci il tarixli 05 nömrəli qərarına əsasən, Cavabdeh mülkiyyətinə Qəbələ şəhərində 0,0672 ha ticarət obyekti tikmək məqsədi ilə torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 saylı X27 tərəfindən Cavabdeh ünvanlanmış xx xxxx 2020-ci il tarixli, **********650800 nömrəli “vergi ödəyicisinin qeydiyyatı haqqında” arayışdan görünür ki, Cavabdeh (VÖEN **********) xx xxxxxx 2006-cı il tarixdə fiziki şəxs kimi ********** nömrəli şəhadətnamə ilə vergi uçotuna alınmışdır. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 1(025)- 35/2018 nömrəli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci və 134-cü maddələri ilə cinayət törətmiş şəxs Cavabdeh cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li Arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, X29 küçəsi, ev 2Q, mənzil 6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1970ci il tarixdə Qəbələ rayonu Bum qəsəbəsində doğulmuş, Qəbələ rayonu Bum qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2, 14.2.7-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmənin qənaətinə görə, iddiaçının cavabdehə qarşı tələbi əsassız varlanma müddəalarına uyğun təhlil edilə bilməz. İşin halları ilə müəyyən olunur ki, İddiaçı iddia edir ki, 2005-ci ilin əvvəllərində qardaşı Cavabdeh təkidi və təklifi ilə Bakı şəhər sakini, həmkəndliləri Şəfiyev Mövsüm Şövkət oğlu ilə şərikli şəkildə Qəbələ rayonu “Qaraçay” adlanan ərazidə torpaq sahəsi alınmasına və orada ümumi sahəsi 670 kv.m olan ticarət obyektinin tikintisinə qərar vermişlər. Əvvəlcə aralarında olan razılığa əsasən torpaq sahəsi və inşa ediləcək obyekt bərabər paylarda onun və şərikləri Mövsüm Şəfiyevin adına sənədləşdirilməli imiş, lakin hər ikisinin qeydiyyatı Bakı şəhərinə olduğundan və bunun Qəbələ Bələdiyyəsindən adlarına bilavasitə alqı-satqı qaydasında torpaq sahəsi alınmasının mümkünsüz etdiyindən, sözügedən torpaq sahəsi və inşa ediləcək obyektin ilkin olaraq Cavabdeh adına sənədləşdirilməsinə və mülkiyyət sənədi əldə edildikdən sonra qeyd edilən torpaq sahəsi və obyektin bərabər paylarda cavabdeh tərəfindən adlarına sənədləşdiriləcəyi barədə razılığa gəlmişlər. Eləcə də, iddiaçı ticarət obyektində özünün payına düşən 336 kv.m hissədən 72 kv.m Cavabdeh verməyi vəd etmişdir. Sözügedən torpaq sahəsinin alınması və ticarət obyektinin tikilməsi üçün iddiaçı 20052008-ci illər ərzində ardıcıl olaraq özünə məxsus əmlakını da satmaqla yaxın qohumlarının adına müxtəlif kredit vəsaitləri almış və həmin borcları kredit faizləri ilə birlikdə biri digərinin hesabına bağlamış, bununla da ümumilikdə həmin vəsaitlərin hesabına cavabdeh Şahid1 58 000 (əlli səkkiz min) manat pul vermişdir. Həmçinin cavabdehin onun vəsaiti hesabına alınmış torpaq sahəsinin və üzərində inşa edilmiş ticarət obyektinin real bazar dəyəri olan 120 000 manat pulu əldən çıxmış fayda və dəymiş ziyanla birlikdə ona geri qaytarılmalıdır. İddiaçı sözügedən torpaq sahəsinin alınması və tikilinin inşası üçün cavabdehə verdiyi 58 000 manatı cavabdeh özündə qanunsuz saxlamaqla, bu vəsaitdən faydalandığına görə obyektin istismarına 2008-ci ildən başladığı nəzərə almaqla, illik 5 % dərəcəsi ilə 34800 əldən çıxmış fayda şəklində cavabdehdən tələb etməkdədir. Bank kreditlərinə görə faiz şəkildə ödədiyi 10 000 manata yaxın pulu ona dəymiş maddi ziyan və ona vurulmuş mənəvi ziyanı şəklində 10 000 manat məbləğində qiymətləndirirək cavabdehdən alınıb ona verilməsini tələb edir. Cavabdeh isə iddiaçının göstərdikləri ilə razı olmayaraq bildirir ki, İddiaçı onun tikdiyi obyektə göz dikir və dedikləri həqiqəti əks etdirmir. İddiaçının ona pul verməmiş, əksinə olaraq torpaq satdığına görə ona pul borcludur. Mübahisəli torpaq sahəsi ilə bağlı bütün sənədlər onun adına olmuş və o dövrə görə bütün sənədlər qaydasında olmuşdur. Bundan əlavə iddiaçı iddia tələbini əsaslandıran heç biri sübut məhkəməyə tədqim etməmişdir. Təqdim etdiyi sənədlərdə və ümumiyyətlə heç bir yerdə iddiaçıya onun borcu olması heç nə ilə sübuta yetirilmir. Götürülmüş kredit borclarının hazırkı iddia tələbi ilə bağlılığına dair iddiaçı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bu eyni zamanda onun iddia ərizəsində və məhkəməyə verdiyi ifadəsində də öz əksini tapmışdır. Belə ki, təqdim olunan sənədlərdən də göründüyü kimi, bank kreditləri 2006-2009-cu illəri əhatə edir. İddiaçı isə qeyd edilən tikintinin 2006-cı ilə hazır olduğunu bildirir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Mübahisəni düzgün həll etməyə imkan verən yazılı sübutların, maddi sübutların, səs yazılarının və video yazıların olmamasının səbəbkarı tərəflər özləridir, onlar bir-birlərinə etibar ediblər, gələcəkdə mübahisənin yarana biləcəyini nəzərə almayıblar, ona görə də münasibətlərinin sübutlarda əks edilməsi üçün qabaqcadan heç bir tədbir görməyiblər. Odur ki, mübahisə yalnız tərəflərin izahatlarındakı məlumatlar əsas götürülməklə həll edilməlidir. Hazırkı iş üzrə iddiaçı Qəbələ rayonu “Qaraçay” adlanan ərazisində onun vəsaiti hesabına inşa edilmiş ticarət obyektinin 336 kv.m ibarət hissəsinin, onun yerləşdiyi torpaq sahəsi ilə birlikdə, bazar dəyəri olan 120 000 (bir yüz iyirmi min) manatın cavabdehdən alınıb ona verilməsini xahiş etsə də, cavabdehə göstərilən məbləğdə pul verməsi ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Eləcə də həmin obyektin qeyd olunan dəyərdə olması və ya belə bir dəyəri nə ilə müəyyən etməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçı “Qaraçay” adlanan ərazidə inşa edilmiş ticarət obyektinin onun vəsaiti hesabına tikilməsi, bununla bağlı cavabdehə 58 000 (əlli səkkiz min) manat pulun verilməsinə dair nə qanuni və nə də müqavilə üzrə əsasların olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. “Bank Standard”, “AtaBank” ASKB və “xxxxxxxxxxx” ASC ilə bağlanmış kredit müqavilələri sübut kimi məhkəməyə təqdim edilmişdir. Lakin həmin kredit müqavilələrinin cavabdehə verdiyini iddia edən 58 000 manatla səbəbli əlaqəsini göstərə bilməmişdir. Həmçinin iddiaçı və cavabdehin qardaşı Şahid1 tərəfindən yazılmış, Cavabdeh tərəfindən imzalanmış ərizə sübut kimi əlavə edilmiş, lakin cavabdeh məhkəmə zamanı verdiyi ifadəsində ərizənin onun tərəfindən imzalanmasını etiraf etməmiş, İddiaçı isə ərizənin onun tərəfindən imzalanmasını sübuta yetirə bilməmişdir. Həmçinin iddiaçının məhkəməyə dəvət etdiyi şahidlər Nigar Xəlilova və Şahid2 adlı şəxslərin məhkəmə iclasında verdikləri ifadəsində İddiaçı tərəfindən “Qaraçay” adlanan ərazisində ticarət obyektinin inşa edilməsi üçün Cavabdeh müxtəlif vaxtlarda pul verilməsini qeyd etsələr də, onların ifadələri digər sübutlarla ziddiyyət təşkil etmişdir. Beləliklə, məhkəmə, iddiaçının məhkəməyə gətirdiyi şahidlərin verdiyi ifadələrə tənqidi yanaşır. Həmçinin, iddiaçının dəvət etdiyi şahidlər iş üzrə maraqlı şəxslər olub onu dəvət etmiş şəxsin mövqeyinə uyğun ifadə vermişlər. Həmçinin iddiaçı tərəfindən məhkəməyə dəvət olunmuş şahidin ifadəsi cavabdeh tərəfindən məhkəməyə dəvət olunmuş şahidin ifadələri ilə təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh pul verməsi, “Qaraçay” adlanan ərazisində yerləşən ticarət obyektinin onun vəsaiti hesabına tikilməsi, nəticədə cavabdehin onun pulu hesabına əsassız varlanması barədə dəlillərini məhkəmədə sübut edə bilmədiyindən, onun əsassız varlanma tələbinə dair iddiası əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İddianın 34800 (otuz dörd min səkkiz yüz) manat məbləğində əldən çıxmış faydanın, cavabdehdən alınaraq İddiaçı verilməsinə dair hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İddiaçı tərəf 34800 (otuz dörd min səkkiz yüz) manat məbləğində əldən çıxmış fayda ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı sözügedən torpaq sahəsinin alınması və tikilinin inşası üçün cavabdehə verdiyi 58 000 manatı cavabdeh özündə qanunsuz saxlamaqla, bu vəsaitdən faydalandığına görə obyektin istismarına 2008-ci ildən başladığı nəzərə alsalar, illik 5 % dərəcəsi ilə 34800 əldən çıxmış fayda şəklində qiymətləndirmişdir. Lakin məhkəmə zamanı iddiaçı tərəfindən cavabdehə 58 000 manat məbləğində pulun verilməsi də sübut olunmamışdır. Bu səbəbdən iddia tələbi əldən çıxmış fayda hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı iş üzrə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbini, yəni cavabdeh tərəfindən subyektiv hüququn və qanunla qorunan obyektiv hüquqlarının (sosial və hüquqi aspektdə) pozulduğuna dair halları sübuta yetirə bilməmişdir. İddiaçı sözügedən torpaq sahəsinin alınması və tikilinin inşası üçün cavabdehə 58 000 manatın verilməsi üçün banklardan kredit aldığını, bank kreditlərinə görə faiz şəkildə ödədiyi 10 000 manata yaxın pulu ona dəymiş maddi ziyan kimi göstərmişdir. Bununla bağlı “Bank Standard”, “AtaBank” ASKB və “xxxxxxxxxxx” ASC ilə bağlanmış kredit müqavilələri sübut kimi məhkəməyə təqdim edilmişdir. Lakin həmin kredit müqavilələrinin cavabdehə verdiyini iddia edən 58 000 manatla səbəbli əlaqəsini göstərə bilməmişdir. Halbuki, iddia etdiyi maddi zərərə dair apardığı hesablamaların əsaslandığı faktlar haqqında, yəni bu rəqəmlərin hardan və necə əldə (faktiki mənbələri) olunması barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Buna görədə məhkəmə hesab edir ki, iddia cavabdehdən 10000 manat məbləğində maddi zərərin alınaraq iddiaçıya verilməsi hissəsində də əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə görə zərərçəkən fiziki şəxsin sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətlərin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» xx xxxxxx 2008-ci il tarixli qərarına əsasən, mənəvi ziyanın miqdarını müəyyən edərkən məhkəmələr hər bir işə fərdi yanaşmalı, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsini, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıları, xarakterini və ağırlığını, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (az yaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablarad özümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətə layiq hallarını nəzərə almalıdırlar. Bu zaman məhkəmələrin müəyyən etdiyi zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qərarın 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nə də ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğ də və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarın 11-ci bəndinə əsasən mənəvi zəzərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normalarıda nəzərə alınmalıdır. Cavabdehin qanunsuz əməlləri nəticəsində mənəvi sarsıntı keçirməsinə və buna görədə cavabdehin ona vurduğu mənəvi zərəri 10000 (on min) manat məbləğində qiymətləndirdiyini iddia edən İddiaçı iddia tələbinin əsaslandığı hallara - cavabdehin hansı hərəkətləri (və ya hərəkətsizliyi) və təqsiri ucbatından ona mənəvi zərərin dəyməsinə, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nə də ifadə olunmasına, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsinə dair heç bir mötəbər sütubu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.1373.3-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.4-ci maddəsi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001- ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2013-cü il tarixli qərarında qeyd olunur ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar, mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli Qərarında əks olunmuşdur. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000ci və xx xxxx 2004-cü il tarixli qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisələndirilən mübahisə 2005-2006-cı illərdə yaranmışdır. Həmin müddətdən on dörd il keçmişdir. İddiaçı qanunvericilikdə nəzərdə tutulan iddia müddətini ötürməklə məhkəmədə cavabdehə qarşı iddia qaldırmışdır. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədinin hüquqi müəyyənlik olduğunu, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratdığını, məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad etdiyini, mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyub, eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur etdiyini nəzərə alan məhkəmə hesab edir ki, iddiaçılar qanunla müəyyən olunmuş iddia müddətini buraxmaqla (ötürməklə) məhkəmədə iddia qaldırdıqları üçün həmin əsasla iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı əsassız varlanma nəticəsində cavabdeh tərəfindən əldə edilmiş pul, əldən çıxmış fayda, maddi ziyan və mənəvi zərər tələbi əsassızdır və birinci instansiya məhkəməsi də haqlı olaraq iddianı təmin etməməklə düzgün qərar qəbul etmişdir. Məhkəmə kollegiyası iddiaçının qanunvericilikdə nəzərdə tutulan iddia müddətini ötürməklə məhkəmədə cavabdehə qarşı iddia qaldırdığını nəzərə alaraq hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(025)-313/2020 nömrəli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(025)-313/2020 nömrəli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov.
Məhkəmə qərarları › İş №2(107)-1586/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1586/2020
19.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver