Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1607/2020 17.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X1 ibarət tərkibdə, X2katibliy, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması və vurulmuş maddi, mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-528/2020 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus torpaq sahəsindən çıxarılması və onların üzərinə sahiblik hüququnun həyata keçirilməsinə qanunsuz müdaxilələrin dayandırılması vəzifəsinin qoyulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 maddi ziyana görə 200000 manat, mənəvi zərərin əvəzi olaraq 50000 manat, o cümlədən vəkillə bağlanmış müqaviləyə əsasən ödənilmiş 200 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 250230 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-528/2020 nömrəli (hakim E.Mehdiyev) qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması və vurulmuş maddi, mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işin aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə verilməsi qərara alınmışdır. İddiaçı məhkəmənin həmin qərardadından da şikayət vermiş, lakin Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-528/2020 nömrəli qərаrdаdı ilə şikayət təmin edilməmiş və şikayət mülki işin materialları ilə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil mülki işin məhkəmə aidiyyəti ilə bağlı yaranmış fikir ayrılılğının müəyyən edilməsi məqsədilə kassasiya instansiya məhkəməsinə göndərilməsi üçün Şəki Rayon Məhkəməsinə qaytarılmasını məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası şikayət ərizəsini mülki işin mаteriаllаrı ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə verilmiş şikayət məhkəmə aidiyyəti ilə bağlı olduğundan və yaranmış fikir ayrılığı da məhz məhkəmə aidiyyəti ilə əlaqədar olduğundan həmin fikir ayrılığı apelyasiya instansiyası məhkəmələri tərəfindən deyil, kassasiya instansiya məhkəməsi tərəfindən həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 2.1-ci maddəsinə görə mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, iqtisadi mübahisələrə mülki, inzibati və digər hüquq münasibətlərindən irəli gələn mübahisələr aid edilir. Lakin hansı hüquq münasibəti növünə aid olmasından asılı olmayaraq, iqtisadi mübahisələrin fərqləndirici cəhətləri aşağıdakılardır: • sahibkarlıq və ya digər iqtisadi sahədə yaranırlar; • işlərin görülməsi, istehsal, xidmətlərin göstərilməsində iştirak edən xüsusi sahibkarlıq subyektlərinin fəaliyyətinə aiddirlər; • əmlak xarakterli nəticələr yaradırlar. Ümumilikdə, iqtisadi mübahisə dedikdə, iştirakçısı istər fərdi sahibkarlar, istərsə də dövlət olan, təsərrüfat (iqtisadi) fəaliyyəti sahəsində yaranan hüquqi mübahisə başa düşülür. Mübahisənin iqtisadi xarakterli olması hüquq münasibətinin məzmununu əks etdirir və mübahisə tərəflərinin qarşılıqlı münasibətinin mahiyyətini xarakterizə edir. Bu mübahisə iqtisadi subyektlər arasında yaranır və azad sahibkarlıq fəaliyyətindən irəli gəlir. X3 Məhkəməsi xüsusi ilə qeyd etmişdir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya inzibatiiqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. MPM-in 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. MPM-in 32.6-cı maddənin təbinə görə iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Qeyd olunan Məcəllənin 32.7-ci (xx xxxx 2019-cu il tarixli dəyişikliyə əsasən) maddəsinin tələbinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləlilkə qanunvericiliyin yuxarıda qeyd olunmuş müddəalarından göründüyü kimi apelyasiya instansiya məhkəmələrinin məhkəmə aidiyyəti ilə bağlı yaranmış fikir ayrılığına münasibət bildirmək üçün qanunla məyyən edilmiş səlahiyyəti yoxdur. Şərh оlunаnlаrа əsаsən məhkəmə kоllegiyаsı bu nəticəyə gəlir ki, hazırki mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-528/2020 nömrəli qərаrdаdı ləğv edilməli, məhkəmə aidiyyəti ilə bağlı yaranmış fikir ayrılılğının müəyyən edilməsi məqsədilə kassasiya instansiya məhkəməsinə göndərilməsi üçün Şəki Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və MPM-in 32-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması və vurulmuş maddi, mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-528/2020 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Şikayətin mülki işin materialları ilə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-528/2020 nömrəli qərаrdаdı ləğv edilsin. Mülki iş məhkəmə aidiyyəti ilə bağlı yaranmış fikir ayrılılğının müəyyən edilməsi məqsədilə kassasiya instansiya məhkəməsinə göndərilməsi üçün Şəki Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1607/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1607/2020
17.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziya
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver