Məhkəmə qərarları › İş №2(107)-1611/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1611/2021

28.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1611/2021 28.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, Cavabdeh (sonuncu prosesdə iştirak etmir), onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı pul tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli 2(046)-24/2020 nömrəli qiyabi qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Novruz oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiаçı İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cаvаbdeh Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qаrşı, üçüncü şəxs X6 cəlb edilməklə, iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək Göyçay şəhəri H.Əliyev prospekti 87 saylı evin 36 saylı mənzilinin alınmasına görə onun tərəfindən ödənilmiş 52000 ABŞ dolları məbləğində pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarımasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim Z.Quliyev) 29 yanvar 2020-ci il tarixli 2(046)- 24/2020 nömrəli qiyabi qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair iddiası təmin edilərək Cavabdeh 52000 (əlli iki min) ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 10 (on) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(107)-217/2021 nömrəli qətnaməsi ilə (hakimlər- G.Abbasov (sərlik edən və məruzəçi), M.Hüseynov və E.Hüseynov ) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş; Göyçay Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli 2(046)-24/2020 nömrəli qiyabi qətnaməsi dəyişdirilmiş; Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmiş 52000 (əlli iki min) ABŞ dolları məbləğində pulun məbləği azaldılaraq 32000 (otuz iki min) ABŞ dolları məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(107)-217/2021 nömrəli qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil2 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 iyun 2021-ci il tarixli, 2(102)-3414/2021 nömrəli qərarı ilə cаvаbdeh Cavabdeh kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-217/2021 nömrəli, 28 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 2011-ci ilin may ayından faktiki nikah münasibətlərində olmuşdur. Həmin müddətdə onların uşaqları doğulmamışdır. Cavabdehlə Göyçay şəhərində kirayə götürdüyü evdə yaşamış, 2012-ci ildə isə mənzil almaq qərarına gəlmiş və bununla bağlı yaşayış sahəsi axtarmağa başlamışdır. Göyçay şəhəri H. Əliyev prospekti 87 saylı evin 36 saylı mənzilinin satılması barədə ona məlumat verilmişdir. Cavabdehlə bu ünvana gedərək mənzilin şəraitinə baxmışlar. Mənzil 3 otaqlı və normal təmirli olmaqla, yaşamaq üçün çox əlverişli şəraitdə olmuşdur. Bir həyat yoldaşı olaraq cavabdehin də həmin mənzili bəyənməsini və alınmasını arzu etdiyini görüb, sözügedən mənzili almaq qərarına gəlmişdir. Mənzilin mülkiyyətçisi olan X3 mənzili neçəyə satmasını soruşduqda sonuncu mənzili 52000 ABŞ dollara satdığını bildirmişdir. X6 mənzili almaq niyyətini gördükdən sonra ondan müqavilə bağlananadək borcunu qaytarmaq üçün ona 52000 ABŞ dollarından 32000 ABŞ dolları pulun verilməsini xahiş etmişdir. Qalan məbləği, yəni 20000 dollar pulu isə notariat kontorunun məktubu əsasında "xxxx" ASC-nin Göyçay filialında notariat kontorunun hesabına qoymuşdur. Mənzilin rəsmiləşdirilməsi ərəfəsində səhhətində olan ciddi xəstəliklə əlaqədar yataqdan qalxa biləcək imkanı olmadığından, mənzilin cavabdehin adına rəsmiləşdırılməsinə razılıq vermişdir. 05 noyabr 2012-ci il tarixdə Göyçay rayon notariat kontorunda bağlanmış alqısatqı müqaviləsi əsasında mənzili cavabdehin adına rəsmiləşdirilməklə almış və mənzil cavabdehin mülkiyyətinə keçmişdir. Cavabdehlə münasibəti əvvəllər normal olsa da, 28 noyabr 2013-cu il tarixdən bu vaxta qədər kəskin surətdə münasibətlər dəyişməyə başlamışdır. Cavabdeh heç bir əsaslı səbəb olmadan onunla münasibətləri kəsmiş, hətta onun vəsaiti hesabına alınmış mənzilə daxıl olmağa belə imkan verməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Novruz oğlu apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə prosesdə onun iştirakını təmin etməmiş, iddia müdətinin ötürülməsi ilə verilən tələbə müddətin tətbiq olunması barədə ərizə vermək imkanından məhrum edilmişdir. Şahid ifadələrtinə düzgün hüquqi qiymət verilməmişdir. Mənzilin dəyərinin iddiaçı tərəfindən ödənilməsinə dair heç bir sübut yoxdur. Əksinə notariusun depozit hesabına keçirilmiş 15700 manat pul məbləği onun tərəfindən ödənilməsi təsdiq olunur. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının 21.09.2021-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, sonda şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. İddiaçı rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 055 975 15 03 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. (iddiaçı həmçinin məhkəmə iclas katibi tərəfindən zəng edilməklə də xəbərdar olunmuşdur ***-***-**-** –dan 055 975-15-03) Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir . Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı ərazi vergilər idarəsinin 18.03.2019-cu il tarixli məktubuna əsasən fiziki şəxs İddiaçı 9 saylı Ərazi Vergilər İdarəsində 28.11.2004-cü il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotuna alınaraq 01.01.2011-ci il tarixdən 18.03.2019-cu il tarixədək dövlət büdcəsinə 5784,65 manat vəsait ödəmişdir. Cavabdeh vergi ödəcəyəcisi kimi 9 saylı ərazi vergilər idarəsində qeydiyyatdan keçməmişdir. X6 ilə Cavabdeh arasında 05.11.2012-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X1 şəhəri, H.Əliyev prospekti, 87 saylı ev, 36 saylı mənzili 15700 manata Cavabdeh satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX, ******* nömrəli, 30.10.2012-ci il tarixli çıxarışa əsasən Göyçay şəhəri, H.Əliyev prospekti, 87 saylı ev, 36 saylı mənzil X2 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 09.04.2019-cu il tarixli məktubuna əsasən Göyçay şəhəri, H.Əliyev prospekti, 87 saylı ev, 36 saylı mənzil 11.07.2013-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası isə 17.04.2009-cu il tarixli ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır Bank Techniquenin 31.10.2012-ci il tarixli Kassa məxaric/mədaxil orderindən görünür ki, Cavabdeh 15700 (on beş min yeddi yüz) manat məbləğində pulu əmlak alqı-satqısı ilə əlaqədar depozitə vermişdir. Göyçay rayon xüsusi notariusu X12 Technique ASC-nin 14 saylı Göyçay şöbəsinə ünvanladığı 31.10.2012-ci il tarixli məktubundan görünür ki, Göyçay şəhər sakini Cavabdeh notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 15700 (on beş min yeddi yüz) manat məbləğində pulun müvafiq müqavilə təsdiq edildikdən sonra notariusun məktubu əsasında Göyçay şəhər sakini X3 verilməsi üçün bankda olan notariusun depozit hesabına qəbul olunması xahiş edilmişdir Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş; X7 bildirmişdir ki, o, daşınmaz əmlakların alqı-satqısında vasitəçilik xidmətləri göstərir. Göyçay şəhəri, H.Əliyev prospekti, 87 saylı evin, 36 saylı mənzilin alqı-satqısı da onun vasitəçiliyi ilə baş tutmuşdur. Həmin mənzilin alınması üçün İddiaçı ona müraciət etmişdir. Mənzilin pulunu, yəni 52000 ABŞ dolları vəsaiti İddiaçı X3 ödəmişdir. İddiaçı 500 ABŞ dolları məbləğində behi də X3 onun iştirakı ilə vermişdir. X4 bildirmişdir ki, onun anası X6 Göyçay şəhəri, H.Əliyev prospekti, 87 saylı evin, 36 saylı mənzilin mülkiyyətçisi olmuşdur. Mənzil 52000 ABŞ dollar satılmışdır. Həmin mənzilin pulunu iddiaçı vermişdir. İddiaçı da 32000 ABŞ dolları pulu ona ödəmişdir. Bu pul cavabdehin atasının evində iddiaçı tərəfindən ona verilmişdir. Qalan məbləğ, yəni 20000 dolları pulu isə alqı-satqı müqaviləsi bağlandıqdan sonra ödənilmişdir. Həmin pulu da iddiaçı ödəmişdir. Lakin mənzil iddiaçı ilə cavabdehin qarşılıqlı razılığına əsasən cavabdehin adına rəsmiləşdirilmişdir. İddiaçı cavabdehlə birgə mənzilinə baxmağa gəlmişlər. İddiaçı qızıl əşyalarının alqı-satqısı məşğul olur və maddi imkanı yaxşıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 iyun 2021-ci il tarixli, 2(102)-3414/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2021-ci il tarixli, 2(107)-217/2021 nömrəli qətnaməsi ləğv edilib, mülki iş yeni apellyasiya baxışına qaytarılarkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən Qərarında göstərilmişdir ki, Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırkı işdə cavabdehin mənzil əldə etməsi mülkiyyətçi X6 ilə bağlanmış alqısatqı müqaviləsi əsasında baş vermişdir. Apelyasiya Məhkəməsi təsdiq etmişdir ki, həmin müqavilə üzrə ödənilmiş rəsmi ödənişi cavabdeh etmişdir. Müqavilə mübahisələndirilməmiş və hazırda da qüvvədədir. Deməli, cavabdehin mənzili əldə etməsi yox, onun dəyəri olaraq pulun (əşyanın) əsassız əldə edilməsindən söhbət gedə bilər. Çünki, bir daha qeyd olunmalıdır ki, əsassız varlanma o halda baş verir ki, bunun üçün müqavilə əsası olmur, mənzilin əldə edilməsi müqavilə əsasında baş vermişdir. Pul vəsaiti də əşya olduğundan (Mülki Məcəllənin 135.1. maddəsi) əsassız varlanmanın obyekti ola bilər. Ona görə hazırkı işdə məhkəmələrin araşdırmalı olduğu məsələ-iddiaçının cavabdehə mənzil almaq üçün 32.000 ABŞ dolları pul verib-verməməsi, vermişdirsə onu hansı əsasla verməsi ilə bağlı məsələlər olmalı idi. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çaışmışdır. Apellyasiya instansiya məhkəməsi yuxarıda göstərilən hallarla bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də Ali Məhkəmənin yuxarıda göstərilən tövsiyyə və göstərişlərini nəzərə alan apellyasiya məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Bu halda xüsusilə qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən hazırki vəziyyətdə işə baxarkən apellyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1, 135.2, 157.2, 1091.2, 1092.1, 1093.1ci maddələrinə istinad etməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçının pul vəsaiti hesabına əmlak əldə etmişdir. Buna görə də iddiaçı cavabdehin qanunsuz sahibliyində olan pul vəsaitini tələb edə bilər, cavabdeh də öz növbəsində iddiaçının tələb etdiyi pul məbləğini ona qaytarmağa borcludur. Beləliklə cavabdeh iddiaçının hesabına əsassız varlanmış və buna görə də 52000 ABŞ dolları məbləğində pul pul iddiaçının tələbi ilə cavabdehdən alınıb ona qaytarmalıdır. Cavabdeh mənzilin atasının vəsaiti hesabına əldə olunduğunu qeyd etsə də, bu fakt məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, məhkəmə kollegiyasının iclasında işdə iştirak edən şəxslərin izahatlarından, eləcə də işin faktiki hallarından da göründüyü kimi işin mübahisəsiz halları bundan ibarətdir ki, iddiaçı və cavabdeh 2011-2012-ci illərdə rəsmi nikah bağlamadan faktiki ərarvad münasibətlərində olmuşlar. Həmin müddət ərzində Göyçay şəhəri H. Əliyev prospekti 87 saylı evin 36 saylı mənzili cavabdehin adına rəsmiləşdirilməklə satın alınmışdır. 2013-cü ildən tərəflərin münasibətləri pozulmuşdur. İddiaçı mənzilin dəyərinin onun tərəfindən ödənilməsi əsası ilə hazırkı iddianı irəli sürmüşdür. Birinci instansiya məhkəməsi tərəflər arasında olan hüquq münasibətlərinə qiymət verərkən məhkəmə tələbinin qanuni əsası kimi əsassız varlanmadan irəli gələn maddi hüquq normalarına istinad etmişdir. Hazırkı işdə cavabdehin mənzil əldə etməsi mülkiyyətçi X6 ilə bağlanmış alqı-satqı müqaviləsi əsasında baş vermişdir. Həmin müqavilə üzrə ödənilmiş rəsmi ödənişi cavabdeh etmişdir. Müqavilə mübahisələndirilməmiş və hazırda da qüvvədədir. Deməli, cavabdehin mənzili əldə etməsi yox, onun dəyəri olaraq pulun (əşyanın) əsassız əldə edilməsindən söhbət gedə bilər. Çünki, bir daha qeyd olunmalıdır ki, əsassız varlanma o halda baş verir ki, bunun üçün müqavilə əsası olmur, mənzilin əldə edilməsi müqavilə əsasında baş vermişdir. Deməli, cavabdehin mənzili əldə etməsi yox, onun dəyəri olaraq pulun (əşyanın) əsassız əldə edilməsindən söhbət gedə bilər. Çünki, bir daha qeyd olunmalıdır ki, əsassız varlanma o halda baş verir ki, bunun üçün müqavilə əsası olmur, mənzilin əldə edilməsi müqavilə əsasında baş vermişdir. Pul vəsaiti də əşya olduğundan (Mülki Məcəllənin 135.1. maddəsi) əsassız varlanmanın obyekti ola bilər. Ona görə hazırkı işdə məhkəmənin araşdırmalı olduğu məsələ-iddiaçının cavabdehə mənzil almaq üçün 32.000 ABŞ dolları pul verib-verməməsi, vermişdirsə onu hansı əsasla verməsi ilə bağlı məsələlər olmalı idi. Bundan başqa, tərəflərin faktiki nikahda yaşadıqları müddət ərzində iddiaçının cavabdehə mənzil almaq üçün pul vəsaiti verməsi halının təsdiq olunduğu təqdirdə həmin vəsaitin cavabdehə bağışlaması, yoxsa həmin pul vəsaiti başqa məqsəd üçün veridiyini iddiaçı sübut edə bilməmişdir. Bu halı sübutetmə yükü iddiaçının üzərinə düşür. Onda iddiaçı sübut etməlidir ki, pul vəsaitini cavabdehə bağışlamamışdır, onu müəyyən müddətdən sonra qaytarmaq şərti ilə vermişdir. Lakin, iddiaçı tələbində belə bir dəlili irəli sürməmişdir. Məhkəmə kollegiyası sonda Ali Məhkəmənin göstərişləri baxımından qeyd edir ki, iddiaçı 32.000 ABŞ dolları birgə yaşadıqları üçün cavabdehə bağışlanmışdır (ounun mənzil alması üçün, və.s. başqa məqsədlər üçün), iddiaçının bağışlamadan imtinası üçün də müddət buraxılmışdır. Bağışlamadan imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. İddiaçı özü etiraf edir ki, onların münasibətləri 2013-cü ildən pozulmuş, cavabdeh onu mənzilə buraxmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 668.1.3-ci maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlama etibarlıdır. 673.3-ci maddəsinə əsasən bağışlamadan imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Beləliklə yuxarıda sadalanan maddi hüququ normalarının məzmunundan görünür ki, tərəflər arasında olan hüquq münasibətləri daşınar əşyaların bağışlanmasına uyğundur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir. Birincisi ona görə ki, iddiaçı cavabdehdən tələb etdiyi pul məbləğini hansı əsaslı verdiyini iddia tələbini qeyd etməmiş, yalnız Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX, ******* nömrəli, 30.10.2012-ci il tarixli çıxarışa əsasən Göyçay şəhəri, H.Əliyev prospekti, 87 saylı ev, 36 saylı mənzil X2 xüsusi mülkiyyətində olan evin alınmasına verdiyi pulu geri tələb etmişdir. Əgər həmin pul vəsaiti başqa məqsəd üçün verilmişdirsə, bu halı sübutetmə yükü iddiaçının üzərinə düşür. Onda iddiaçı sübut etməlidir ki, pul vəsaitini cavabdehə bağışlamamışdır, onu müəyyən müddətdən sonra qaytarmaq şərti ilə vermişdir. Lakin, iddiaçı tələbində belə bir dəlili irəli sürməmişdir. Həmin vaxtadan xeyli vaxt keçdikdən sonra, 03 sentyabr 2018-ci il tarixdə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləki Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Həmçinin bağışlamadan imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Göründüyü kimi iddiaçı hər iki halda iddia müddətini ötürmüşdür. İkincisi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Üçüncüsü, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun deyildir. Çünki, iddiaçı cavabdehdən mənzilin alınmasına ödədiyi 32.000 ABŞ dolları pulu tələb edir. Bu tələblərə dair iddiaçının iddia ərizəsində qeyd etdiyindən başqa iş materiallarında hər hansı bir mötəbər sübut mövcud deyildir. İddiaçının izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübutlar da iddiaçı tərəfindən təqdim edilməmiş və apellyasiya şikayətində də təqdim ediləcəyinin mümkünlüyü barədə hər hansı bir dəlil irəli sürülməmişdir. Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin; 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli 2(046)-24/2020 nömrəli qiyabi qətnaməsi tamamilə ləğv edilərək, iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli 2(046)-24/2020 nömrəli qiyabi qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı “Göyçay şəhəri H.Əliyev prospekti 87 saylı evin 36 saylı mənzilinin alınmasına görə onun tərəfindən ödənilmiş 52000 ABŞ dolları məbləğində pulun cavabdehdən alınıb ona verilməsinə dair” iddia tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar