Məhkəmə qərarları › İş №2(107)-1625/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1625/2020

27.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1625/2020 27.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X12 iclas katibliyi, İddiaçı, onun vəkili X13 və üçüncü şəxs X3 iştirakı ilə Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(024)-117/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qax Rayon Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi və üçüncü şəxs X1rşı iddia qaldıraraq, “DƏDRX-nin 12 saylı X18 tərəfindən verilmiş **********05-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin (hakim M. Qarayev) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddia tələbi onunla əsaslandırılmışdır ki, DƏDRX-nın 12 saylı X18 tərəfindən verilmiş **********05-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyati haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, bacısı İamze Poladaşvilinin mülkiyyətinə verilmiş ev onların ata evidir və o, həmin evdə doğulmuş, orada yaşamışdır. O, mübahisəli evin bir nümayəndəsi olmaqla həmin evdə paya malikdir. Ev isə onun məlumatı olmadan tam qanunsuz əsaslarla tək bacısının adına sənədləşdirilmişdir. Son 20 ildə həmin evdə əsaslı təmir aparmış və evi tam təmir etdirmişdir. Həyətdə böyük fındıq bağı salmışdır. Ona görə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X18 tərəfindən verilmiş **********05-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyati haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti isə belə əsaslanıdırılmışdır ki, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qəthaməsi ilə iddia tələbi tam əsassız olaraq rədd edilmişdir. O, həmin qətnamədən narazıdır və hesab edir ki, həmin qətnamə kobud hüquq pozuntularına yol verilməklə çıxarıldığından ləğv edilməlidir. Belə ki, Qax Rayon Məhkəməsi işə baxarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar məhkəmə tərəfindən sübut olunmamış, qeyri-mötəbər, ziddiyyətli və aid olmayan sübutlarla əsaslandırılmış və nəticədə tamamilə qanunsuz olan qətnamə çıxarılmışdır. O, mübahisəli evin bir nümayəndəsi olmaqla bacısı İamze Poladaşvili ilə bərabər həmin evdə paya malikdir və onun razılığı olmadan həmin ev heç bir əsasla bacısı İamze Poladaşvilinin adına rəsmiləşdirilə bilməzdi. Ev onların valideyinlərinə məxsus olmuş və əvvəlcə onların adına qeydiyyata alınmalı və sonradan vərəsəlik qaydadsında onlara keçməli idi. Qeyd edilən xüsusat Qax Rayon Məhkəməsi tərəfindən araşdırılmamışdır. O, həmin mübahisəli evdə anadan olmuş və o, ərə getdənəcən həmin evdə yaşamışdır. Ərə getdikdən sonra bir-neçə il ər evində yaşadıqdan sonra yenidən 1998-ci ildə həmin evə qayıdaraq indiyədək həmin evdə yaşayır. Ev onun məlumatı olmadan bacısı İamze Poladaşvili tərəfindən qeyri-qanuni əsaslarla öz adına rəsmiləşdirilmişdir. Odur ki, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi əsassız olduğu üçün ləğv edilsin və Azərbyacan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 12 saylı Ərazi idarəsi tərəfindən verilmiş **********05-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında izahat verən İddiaçı bildirmişdir ki, Qax Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, 3 bacım var. DƏDRX-nin 12 saylı X18 tərəfindən verilmiş çıxarışa əsasən, bacım İamze Poladaşvilinin mülkiyyətinə verilmiş ev ata evimizdir. Mən həmin evdə doğulmuşam və yaşayıb böyümüşəm. 1998-ci ildən isə daimi olaraq orada yaşayıram. Orada yaşamağıma bacım İamze özü razılıq verib. İamze ərə gedənə qədər isə mənimlə qalıb. Mən mübahisəli evin nümayəndəsi olmaqla, həmin evdə paya malikəm. Ev isə məlumatım olmadan tam qanunsuz əsaslarla təkcə İamzenin adına sənədləşdirilib. Son 20 ildə həmin evdə əsaslı təmir aparmışam və evi tam təmir etdirmişəm, həyətdə böyük fındıq bağı salmışam. Digər iki bacım ərə gedib başqa yerdə yaşayırlar. Ata evimizdə məndən başqa heç kim yaşamır. Ata mülkiyyətindən pay istəmədiyimi heç vaxt deməmişəm və məndən bunu heç kim heç vaxt soruşmayıb. 1984-cu ildə ailə qurub ər evinə köçmüşəm, 1998-ci ildə isə mübahisəli evə qayıtmışam. Anam 1973-cü ildə, atam 1980-ci ildə, nənəm isə 1984-cü ildə vəfat etmişlər. Nənəmin ölümündən sonra da mübahiləli evdə yaşamışıq və özümdən kiçik olan bacılarım da mənimlə yaşayıblar. Nənəmin ölümündən təxminən iki-üç ay sonra ailə qurub elə həmin kənddə olan ər evinə köçmüşəm. Ancaq yenə də öz evimizə gəlib-getmişəm və kiçik bacım İamzeni də mən saxlamışam, oxutdurmuşam, ərə vermişəm. Nənəm ölən vaxtdan 1998-ci ilə qədər mübahisəli evdə heç kim yaşamayıb. İamze həmin evi kirayə verirdi. Ərimdən boşanmamışam, lakin öz evim yoxdur, orada qayınanam yaşayır. Nənəmin ölümündən və ailə qurandan sonra İamzeni uşaq evinə aparmışam. İamze orada oxuyurdu, həftə sonları isə mənimlə qalırdı. Tələbə olanda da İamze ərimin evində mənimlə qalırdı. Nənəmin ölümündən 1998-ci ilə qədər mübahisəli evdə heç kim yaşamayıb. Nənəmin ölümündən sonra İamze mənimlə birlikdə yaşayırdı. Mübahisəli evə isə mənimlə birlikdə gedirdi. Bir müddət keçdikdən sonra isə İamze ərə getdi. Atam həmin evi 1965-ci ildə tikib. 2014-cü ildən mübahisəli evlə bağlı İamze ilə aramızda mübahisə var. Bunu qonşular da bilir. Mən evdən pay istəyirəm. Torpaqdan da mənə pay düşürsə, onu da istəyirəm. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Tahir Şamxalov apelyasiya şikayətinə uyğun çıxış edərək bildirmişdir ki, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi kobud hüquq pozuntularına yol verilməklə çıxarılmışdır və bu səbəbdən də ləğv edilməlidir. Belə ki, Qax Rayon Məhkəməsi işə baxarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamış, qeyri-mötəbər, ziddiyyətli və aid olmayan sübutlarla əsaslandırılmış və nəticədə tamamilə qanunsuz olan qətnamə çıxarılmışdır. İddiaçı mübahisəli evin bir nümayəndəsi olmaqla bacısı İamze Poladaşvili ilə bərabər həmin evdə paya malikdir. Onun razıllığı olmadan həmin ev heç bir əsasla ancaq bacısı İamze Poladaşvilinin adına rəsmiləşdirilə bilməzdi. Ev onların valideynlərinə məxsus olmuş, əvvəlcə onların valideynlərinin adına qeydiyyata alınmalı və sonradan vərəsəlik qaydasında onlara keçməli idi. Qeyd edilən xüsusat Qax Rayon Məhkəməsi tərəfindən araşdırılmamışdır. İddiaçı mübahisəli evdə anadan olmuş və ərə gedənə qədər həmin evdə yaşamışdır. Ərə getdikdən sonra bir neçə il ər evində yaşadıqdan sonra yenidən 1998-ci ildə həmin evə qayıdaraq indiyədək həmin evdə yaşayır. Ancaq ev iddiaçının məlumatı olmadan qeyri-qanuni əsaslarla İamze Poladaşvili tərəfindən öz adına rəsmiləşdirilmişdir. Bu səbəbdən Qax RİH başçısının Qax-İngiloy İƏD-nin arayışına etiraz edirik. Həmin arayışda qeyd olunur ki, mübahisəli əmlak üzərində İamze Poladaşvilinin ailə üzvləri və vərəsələri arasında mübahisə yoxdur. Amma bu yazı əsassızdır, İddiaçı 20 ildən çox mübahisəli evdə yaşayır. Bunu nümayəndəlik də bilir. Hesab edirik ki, iddiaçının vərəsəlik hüquqları pozulmuşdur. Çıxarışın evə aid hissədə ləğv edilməsini xahiş edirik. Ona görə də apelyasiya şikayətimin təmin edilməsiniməhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında izahat verən üçüncü şəxs X9 bildirmişdir ki, iddiaçının öz evi var. Bacılarım ərə getdikdən sonra nənəmlə qaldığım üçün nənəm mübahiləli evi mənə miras buraxıb. Bu ev yalnız mənim adımdadır. Hal-hazırda iddiaçıya görə mənə miras qalan evə daxil ola bilmirəm. Marine ya məni döyür, ya da söyür. İddiaçı digər bacılarımı da mübahisəli evə qoymur. Evi fermaya döndərib, orada donuz saxlayır. Oranı təmir etməyi. 22 ildir ki, zorla mübahilə evdə yaşayır. Mən onu qəbul etməmişəm. 1998-ci ildə mübahiləli evdə yaşayırdım və kolxozda işləyirdim. İddiaçı uşaqları ilə gəlib dedi ki, uşaqlarım bir az böyüsün, mən gedəcəm, ona görə onu evə buraxdım, sonra isə evdən çıxmadı və məni evə buraxmadı. Həmin kənddə ərimin də evi var. Mən orada yaşayıram. Ancaq nənəm vəfat etdikdən sonra mübahisəli evdə mən yaşayırdım. 1986-cı ildə instituta daxil oldum. İnstitutu bitirdikdən sonra həmin evə qayıtdım. Nənəmin ölümündən sonra mübahisəli evdə mən yaşayırdım. Mənim 16 yaşım var idi, 10-cu sinifdə oxuyurdum. Bir müddət bibimin qızı da mənimlə qalıb, iddiaçı özü də gəlirdi. İstitutu bitirdikdən sonra mübahisəli evə qayıtmışam və kolxozda işləmişəm. Nənəm vəfat etdikdən sonra mübahisəli evdə təkcə mən yaşayırdım. Marine isə öz ərinin evində yaşayırdı. Mən mübahisəli evdə 1998-ci ilə, yəni ailə qurana qədər yaşamışam. 1998-ci ildə Marine azyaşlı uşaqları ilə həmin evə gəlib ərinin evində qalmaq istəmədiyini bildirdi. Marine yalan danışır, onun evində 1998-ci ilə qədər yaşamamışam. Ona görə də apelyasiya şikayətinin təmin edilməməsini xahiş edirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh DƏDRX-nin 12 saylı X14 nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümüknün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində vəona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmetibölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan sübutlardan, yəni: DƏDRX-nin 12 saylı X14 məhkəməyə ünvanladığı məktubundan görünür ki, sözügedən Qax rayonu, Qaxbaş kəndində yerləşən fərdi yaşayış evi X3 xx xxx 2018-ci il tarixli ********** saylı ərizəsi əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax Rayon Şöbəsindən Poladaşvili (Bayramaşvili) İamze Nikolayevnanın adına verilimış Kod 40309028, JN-490A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, Qax Rayon İcra Hakimiyyətinin Qaxingiloy kənd ərazi dairəsinin xx xxxx 2015-ci ıl tarixli, 1496 saylı təsərrüfatbaşına kitabdan çıxarışı təqdim edilməklə “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 8.0 9.1 2-ci maddəsinin məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 439 saylı fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” da fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair 2.3-cü bənddə kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış əsasında qeydiyyata alınmışdır. DƏDRX-nin X14 verdiyi qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********05- 10301 olan, xx.xx.2006-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və eyni reyestr nömrəli, inventar nömrəsi 1566 olan, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş texniki pasportun surətlərindən görünür ki, Qax rayonunun Qaxbaş kəndində 0,31 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X3 adına daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydə alınmışdır və texniki pasportun verilməsinə əsas DTXK-nin Qax Rayon Şöbəsinin xx.xx.2006-cı il tarixli JN-490 A saylı şəhadətnaməsi olmuşdur. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəziqəsinin surətindən görünür ki, İddiaçı Qax rayonunun Qax-İngiloy kəndində qeydiyyatdadır. AZE seriyalı 18091509 nömrəli şəxsiyyət vəziqəsinin surətindən görünür ki, X9 Qax rayonunun Qax-İngiloy kəndində qeydiyyatdadır. JN-490A nömrəli 40309028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qax Rayon Aqrar İslahat Komissiyasının xx xxxx 2000-ci il tarixli 07 nömrəli qərarına əsasən Qax rayonunun Qaxbaş kəndində yerləşən 0,31 ha həyətyanı torpaq sahəsi Poladaşvili (Bayramaşvili) İamze Nikolayevnanın mülkiyyətinə verilmişdir. Qax RİH başçısının Qax-İngiloy kənd inzibati ərazi dairəsinin DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə təqdim etmək üçün verdiyi xx.xx.2015-ci il tarixli arayışından görünür ki, Qax rayonunun Qax-İngiloy kənd sakini X3 nümayəndəliyin Qaxbaş kəndinə aid 9 saylı təsərrüfatbaşına kitabın 749-cu səhifəsində onun adına 1965-ci ildə tikilmiş 93,6 kv m ümumi sahəsi olan fərdi yaşayış evi və 0,31 ha həyətyanı torpaq qeydə alınmışdır. Həmin əmlak üzərində onun ailə üzvləri və vərəsələri arasında mübahisə yoxdur. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-147/2020 nömrəli qətnaməsindən görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-490A nömrəli 40309028 kodlu şəhadətnamədə göstərilən X9 ilə X6 eyni şəxsdir. Birinci instansiya məhkəməsinin sorğusu əsasında DƏDRX-nin 12 saylı X14 məhkəməyə ünvanlanmış məktubla müəyyən edilmişdir ki, sözügedən Qax rayonu, Qaxbaş kəndində yerləşən fərdi yaşayış evi X3 xx xxx 2018-ci il tarixli ********** saylı ərizəsi əsasında ləğv edilmiş DTXK Qax rayon şöbəsindən X2 adına verilimış Kod 40309028, JN-490A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, Qax rayonu, icra hakimiyyətinin Qaxingiloy kənd ərazi dairəsinin xx xxxx 2015-ci ıl tarixli, 1496 saylı təsərrüfatbaşına kitabdan çıxarışı təqdim edilməklə-“Daşınmaz əmlakın dövlət reyestri haqqında “Azərbaycan Respublikası Qanununun 8.0 9.1 2.-ci maddəsinin məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 439 saylı fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” da fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair 2.3-cü bənddə kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış əsasında qeydiyyata alınmışdır. AZ-İİ seriyalı 115424, 115425 və 115426 nömrəli ölüm haqqında şəhadətnamələrdən görünür ki, X7 xx.xx.1973-cü ildə, X8 xx.xx.1980-ci ildə, X11 isə xx.xx.1984-cü ildə vəfat etmişlər. Qax RİH başçısının Qax-İngiloy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxxxxx 1994-cü ildə verilmiş 2794 nömrəli arayışda göstərilmişdir ki, X3 adına Qax rayonunun Qaxbaş kəndində ümumi sahəsi 70 kv m, yaşayış sahəsi 40 kv m olan bir ev vardır. Qax Rayon Dövlət Arxivinin Qax rayonunun Qaxbaş kəndi üzrə 1986-1990 və 1991- 1995-ci illərə aid XDS İK təsərrüfat başına kitablardan çıxarışdan görünür ki, kitabın şəxsi hesab nömrəsi 416 və 535 olan sıralarında ailə başçısı kimi İamze Poaldaşvili göstərilmişdir. Digər ailə üzvləri göstərilməmişdir. Həmin kitablarda İamze Poladaşvilinin adına qaytanlanmış torpaq kitabında 0,25 ha torpaq sahəsinin olması göstərilmişdir. Beləliklə, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı nənəsi Tamro Poladaşvilinin yaşadığı Qax rayonunun Qaxbaş kəndində xx xxxxxx 1962-ci ildə anadan olmuş, orada böyümüş, anası X7 xx xxxx 1973-cü ildə, atası X8 xx xxxx 1980-ci ildə, nənəsi X10 isə xx xxxx 1984-cü ildə vəfat etmişlər. İddiaçı nənəsinin vəfatından sonra da həmin evdə yaşamış, xx xxxxxxx 1984-cü ildə ailə qurub həmin kənddə olan ər evinə gəlin köçmüş, 1998-ci ildə isə mübahisəli evə qayıtmış və bu gün də həmin ünvanda yaşayırlar. xx.xx.2018-ci ildə üçüncü şəxsin adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********05-10301 nömrəli çıxarış verilmiş və üçüncü şəxs həmin çıxarışı əldə etdikdən sonra cavabdehə qarşı həmin evdən çıxarılma barədə iddia qaldırmış, iddiaçı isə hazırki iddia tələbi ilə çıxış etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, xx.xx.2006-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qax rayonunun Qaxbaş kəndində 0,31 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X3 adına daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydə alınmışdır. İddiaçı həmin çıxarışın ləğvinə dair dəlillərini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də həmin çıxarışın ləğvindən söhbət gedə bilməz. İddiaçı isə apelyasiya şikayətində əsas dəlil kimi göstərmişdir ki, o, mübahisəli evin bir nümayəndəsi olmaqla bacısı İamze ilə bərabər həmin evdə paya malikdir və onun razılığı olmadan həmin ev heç bir əsasla bacısı İamze Poladaşvilinin adına rəsmiləşdirilə bilməzdi. Ev onların valideyinlərinə məxsus olmuş və əvvəlcə onların adına qeydiyyata alınmalı və sonradan vərəsəlik qaydadsında onlara keçməli idi. Qeyd edilən xüsusat Qax Rayon Məhkəməsi tərəfindən araşdırılmamışdır. O, həmin mübahisəli evdə anadan olmuş və o, ərə gedənə kimi həmin evdə yaşamışdır. Ərə getdikdən sonra bir-neçə il ər evində yaşadıqdan sonra yenidən 1998-ci ildə həmin evə qayıdaraq indiyədək həmin evdə yaşayır. Ev onun məlumatı olmadan bacısı İamze Poladaşvili tərəfindən qeyri-qanuni əsaslarla öz adına rəsmiləşdirilmişdir. Apelyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki hallarını araşdırmamış, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Halbuki, MPM-in 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin mübahisə edilməyən halıdır ki, İddiaçı və üçüncü şəxs İamze Poladaşvili bacıdırlar. Onlar Qax rayonunun Qaxbaş kəndində anadan olmuş, valideynləri tərəfindən 1965-ci ildə inşa edilmiş fərdi yaşayış evində böyümüş və sonradan ailə quraraq ər evinə köçmüşlər və hazırda da həmin kənddə yaşayırlar. İşin əsas mübahisələndirilən faktiki halı isə ondan ibarətdir ki, iddiaçı və üçüncü şəxsin nənəsi X11 xx.xx.1984-cü ildə vəfat etdikdən sonra mübahisəli ev üçüncü şəxs İamze Poladaşviliyə qalmış, iddiaçı Marine ər evində yaşamış, həmin evlə heç bir əlaqəsi olmamış, tərəflərin yaşadıqları və mübahisəli evin yerləşdiyi Qax rayonunun Qax-İngiloy kənd inzibati ərazi dairəsinin Qaxbaş kəndinə aid təsərrüfat başına kitabın 749-cu səhifəsində İamze Poladaşvilinin adına qeydə alınmış və Qax Rayon Aqrar islahat Komissiyasının xx xxxx 2000-ci il tarixli 07 nömrəli qərarı ilə həmin evin yerləşdidiyi 0,31 ha torpaq sahəsi X3 mülkiyyətinə verilmiş, bundan sonra isə 93,6 kv m sahədən ibarət mübahisəli ev yerləşdiyi 0,31 ha torpaq sahəsi ilə birlikdə İamze Poladaşvilinin adına mülkiyyət hüququ ilə qeydə alınmış, lakin iddiaçı 1998-ci ildən həmin evdə yaşamasına baxmayaraq, evin bacısı İamzenin adına qeydə alınmasından xəbəri olmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, mübahisənin qanuni və ədalətli həlli baxımından bir qədər əvvələ gedib sonuncu miras qoyan, yəni iddiaçı və üçüncü şəxsin nənəsi X5 xx.xx.1984-cü ildə vəfatından sonra miras qalmış evdə kimlərin yaşaması və miras qalmış əmlakı faktiki olaraq qəbul etməsi məsələsini araşdırmaq lazım gəlir. Bu məsələ araşdırılarkən həm tərəflərin izahatlarından, həm də Qax Rayon Dövlət Arxivinin Qax rayonunun Qaxbaş kəndi üzrə 1983-1985-ci illərə aid XDS İK təsərrüfat başına kitabdan çıxarışdan görünür ki, kitabın şəxsi hesab nömrəsi 377 olan sırasında ailə başçısı kimi X10 göstərilmişdir. Marine və İamze Poladaşvili onun ailə üzvü, nəvəsi kimi yazılmışdır. X10 xx.xx.1984-cü ildə vəfat edərkən iddiaçı Marine 22 yaşında, üçüncü şəxs İamze isə 16 yaşında olmuşdur. İşin bu halı onu göstərir ki, iddiaçı yetkinik yaşına çatmış tam fəaliyyət qabiliyyətli şəxs kimi vərəsə olaraq valideynlərindən, sonda isə nənəsindən miras qalmış evi faktiki olaraq qəbul etmiş, orada yaşayıb təsərrüfatı idarə etməklə miras əmlak üzərində sahibliyi aşkar surətdə həyata keçirdiyini nümayiş etdirmişdir. Həm iddiaçının izahatından, həm də istinad olunan kitabın 25-ci qrafasındakı qeyddən görünür ki, İddiaçı xx xxxxxxx 1984-cü ildə ailə qurub ərə getmişdir. MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsində göstərilir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Göründüyü kimi, iddiaçı nənəsinin ölümündən sonra digər vərəsələrlə bərabər miras əmlakı qəbul edərək faktiki surətdə idarə etməyə başlamış, mirasa yiyələnmiş, bundan sonra elə mirasın olduğu Qaxbaş kəndində ailə qurub ərə getmiş, daim mübahisəli evə gedib-gəlmiş, 1998-ci ildən isə uşaqları ilə həmin evdə daimi məskunlaşaraq indiyədək yaşamışdır. Belə bir vəziyyətdə, yəni tərəflərin izahatlarından aydın göründüyü kimi, bacısı İamze ilə aralarında kəskin narazılıq olduğu halda Qax RİH başçısının Qax-İngiloy inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə təqdim etmək üçün verilmiş xx.xx.2015-ci il tarixli arayışında yazılmışdır ki, Qax rayonu Qax- İngiloy kənd sakini X3 nümayəndəliyin Qaxbaş kəndinə aid 9 saylı təsərrüfat başına kitabın 749 səhifəsində onun adına 1965-ci ildə tikilmiş 93,6 kv m ümumi sahəsi olan fərdi yaşayış evi və 0,31 ha həyətyanı torpağın olması qeyd edilmişdir. Qeyd edilmiş daşınmaz əmlka üzərində ailə üzvləri və vərəsələr arasında mübahisə yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə, miras qalmış evlə bağlı vərəsələr arasında dərin mübahisənin olduğu halda səlahiyyətli icra hakimiyyəti orqanının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə təqdim etdiyi arayışda daşınmaz əmlk üzərində ailə üzvləri və vərəsələr arasında mübahisənin olmaması barədə yanlış məlumatın verilməsi bu günkü mübahisənin yaranmasına səbəb olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə gözlənilən mülkiyyət hüququ ilə iddiaçı və üçüncü şəxsin valideynlərinə məxsus olmuş, sonra isə miras qalmış mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində o zaman vərəsələrdən birinin adına qeydə alına bilər ki, bu digər vərəsələrin hüquqlarnı və qanunla qorunan mənafelərini pozmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (həmin əcəllənin 180.3-cü maddəsi). “Daşınmaz ımlakın dövlət reyestri haqqında” zərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 9.1-ci maddəsində göstərilir ki, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. İstinad olunan Qanunda (maddə 22.2) o da qeyd olunmuşdur ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Şərh olunan maddi hüquq normalarının məna və mahiyyətinə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mübahisəli ev və onun yerləşdiyi torpaq sahəsi iddiaçı və üçüncü şəxsin valideynlərinə məxsus əmlak olduğundan və valideynlərin vəfatından sonra onların uşaqları həmin əmlaklardan istifadə etməkdə davam edərək ona yiyələndiklərini aşkar surətdə nümayiş etdirdiklərindən, bundan sonra iddiaçı ailə qurub həmin kənd sakini ilə yaşasa da, o 1998-ci ildə uşaqları ilə qayıdıb həmin evdə bu günə qədər yaşamaqda davam etdiyindən üçüncü şəxs İamze Poladaşvilinin həmin evin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətində olmasını əsas gətirərək və bunula bağlı heç bir mübahisənin olmamasını göstərməklə həm torpaq sahəsini, həm də həmin torpaq sahəsində yerləşən mübahisəli evi vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydiyyata aldırması zamanı bəyan olunan hüquqla qeydiyyata alınmış hüquq arasında ziddiyyətin olub-olmamasının müəyyən edilməsi zərurətini yaratsa da, bu ziddiyyət kifayət qədər dərindən araşdırılmamış, həm mübahisəli evə, həm də həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarış yalnız üçüncü şəxs İamze Poladaşvilinin adına rəsmiləşdirilmişdir. Ancaq işin həqiqi halı ondan ibarətdir ki, bu zaman digər vərəsə olan iddiaçının bundan məlumatı olmamışdır ki, bu da onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri ilə qismən razılaşan məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs İamze Poaldaşviliyə verilmiş xx xxx 2018-ci il tarixli **********05-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyati haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mübahisəli fərdi yaşayış evinə münasibətdə ləğv edilməli və bundan sonra mübahisəli evlə bağlı məsələ vərəsələr arasında həll edildikdən sonra yenidən həmin daşınmaz əmlakın qeydiyyatı ilə bağlı DƏDRX-nin 12 saylı X16 müraciət edilməlidir. MPM-ə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (mad. 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (mad. 77.1). Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur (mad. 88). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarm Çex Respublikasına qarşı” işi üzrə xx xxxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. MPM-in 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası tədqiq etdiyi sübutlara əsasən, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğundan, qəbul etdiyi qətnamə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən apelyasiya şikayəti qismən təmin olunmalı, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin olunmalıdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi qismən, yəni üçüncü şəxs X4 DƏDRX-nin 12 saylı X18 tərəfindən verilmiş xx xxx 2018-ci il tarixli **********05-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Qax rayonunun Qaxbaş kəndində yerləşən, ümumi sahəsi 93,6 kv m olan fərdi yaşayış evinə aid hissədə ləğv edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar