Məhkəmə qərarları › İş №2(107)-1631/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1631/2020

20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1631/2020 20.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X2 ibarət tərkibdə, X3katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı «İddiaçı Sığorta Şirkəti» ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dairiş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı «İddiaçı Sığorta Şirkəti» ASC tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı «İddiaçı Sığorta Şirkəti» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hyundai Accent markalı, H028486 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2461 manat sığorta ödənişi və bu ərizənin verilməsi ilə bağlı 30.40 manat dövlət rüsumu olmaqla, cəmi 2491.40 manatın Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx xxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş, xx xxxx 2020-ci il tarixdə iddia ərizəsinin geri qaytarılması haqqında qərardad qəbul edilmiş, qərardadın surəti poçt vasitəsi ilə iddiaçıya göndərilmişdir. İddiaçı «İddiaçı Sığorta Şirkəti» ASC Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-1061/2020 saylı iddia ərizəsinin geri qaytarılması haqqında qərardadından narazı qalmış, onun şikayəti xx xxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-1061/2020 saylı qərardadı ilə məhkəmənin xx xxxx 2020-ci il tarixli, 2(075)-1061/2020 nömrəli iddia ərizəsinin geri qaytarılması haqqında qərardadından iddiaçı «İddiaçı Sığorta Şirkəti» ASCnin verdiyi şikayət müzakirə olunması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı «İddiaçı Sığorta Şirkəti» ASC məhkəmə iclasına nümayəndəsini göndərməmiş, göndərməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahat verərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarına baxaraq hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması ilə bağlı düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-1061/2020 saylı qərardadı ləğv edilməli və baxılması üçün Şəki Rayon Məhkəməsinə qaytarılmalıdır . Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı «İddiaçı Sığorta Şirkəti» ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hyundai Accent markalı, H028486 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2461 manat sığorta ödənişi və bu ərizənin verilməsi ilə bağlı 30.40 manat dövlət rüsumu olmaqla, cəmi 2491.40 manatın Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsini xahiş etsə də, iddia ərizəni imzalamış Nümayəndə «İddiaçı Sığorta Şirkəti» ASC adından iddia ərizəsini imzalama səlahiyyətinin olmasına dair xx xxxxxx 2020-ci il tarixli etibarnaməni imzalamış Azər Əliyevin «İddiaçı Sığorta Şirkəti» ASC-nin İdarə heyətinin sədri vəzifəsini icra etməsini təsdiq edən hər hansı bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş çıxarışda isə X1 «İddiaçı Sığorta Şirkəti» ASC-nin İdarə heyətinin sədri deyil, qanuni təmsilçisi olduğu göstərilmişdir. İşin sənədlərinə iddiaçının nizamnaməsi əlavə edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən şikayətin dəlilləri işin faktiki halları ilə birlikdə araşdırılarkən müəyyən edildi ki, hazırkı iş üzrə iddia ərizəni imzalamış Nümayəndə «İddiaçı Sığorta Şirkəti» ASC adından iddia ərizəsini imzalama səlahiyyətinin olmasına dair xx xxxxxx 2020-ci il tarixli etibarnaməni imzalamış Azər Əliyevin «İddiaçı Sığorta Şirkəti» ASC-nin İdarə heyətinin sədri vəzifəsini icra etməsini təsdiqilə bağlı qeyd olunmalıdır ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddia ərizəsini imzalamış Nümayəndə əsas iş yeri «İddiaçı Sığorta Şirkəti» ASC olmaqla (mailto:atesgah@atesgah.comElektron ünvan ) internet səhifəsindən çıxarış iddia ərizəsinə əlavə edilmişdir), onun Bankı təmsil etmək və iddia ərizəsini imza etmək səlahiyyəti adına verilmiş etibarnamə ilə təsdiq olunmuşdur. Sonuncunun adına verilmiş etibarnamə isə müəssisənin rəhbərinin imzası və həmin hüquqi şəxsin möhürü vurulmaqla təsdiq edilmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, iddia ərizəsini imzalamış Nümayəndə imza səlahiyyəti adına verilmiş etibarnamə ilə təsdiq edilmiş və ərizədə xlidməti vəzifəsi göstərilmişdir. Birinci instansiya məhkəməsinin öz qərardadında qeyd etdiyi, yəni Azər Əliyevin«İddiaçı Sığorta Şirkəti» ASC-nin İdarə heyətinin sədri vəzifəsini icra etməsini təsdiq edən sənədlərin iddia ərizəsinə əlavə edilməməsi, məsələsinə münasibətdə qeyd edilməlidir ki, iddia ərizəsinə əlavə edilməli olan sənədlərin siyahısı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-ci maddəsində dəqiq olaraq göstərilmişdir. Həmin maddənin 0.3-ci bəndinə görə iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənədin əlavə edilməli olduğu öz əksini tapmışdır. Hesab edir ki, X7 heyətinin sədri vəzifəsini icra etməsi barədə sənədin o halda məhkəməyə təqdim edilməsi zəruridir ki, sonuncu şəxsən məhkəmədə hüquqi şəxsi təmsil etmiş olsun və həmin zaman onun səlahiyyətləri xidməti vəzifəsini bildirən sənəd və zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunsun (MPM maddə 69.3). Bununla yanaşı, o da qeyd edilməlidir ki, mailto:atesgah@atesgah.comElektron ünvan ) internet səhifəsinin “Kommersiya hüquqi səxslərin axtarışı” bölməsində hər bir kommersiya qurumu barədə məlumatlar qeyd olunmuş və kommersiya qurumunun “qanuni təmsilçisi” barədə məlumatlar hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmişdir. Ona görə məhkəmə kollegiyası hesab edir ki,apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli, birinci instansiya məhkəməsi iddiaçı «İddiaçı Sığorta Şirkəti» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hyundai Accent markalı, H028486 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2461 manat sığorta ödənişi və bu ərizənin verilməsi ilə bağlı 30.40 manat dövlət rüsumu olmaqla, cəmi 2491.40 manatın Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla düzgün nəticəyə gəlməmişdir. Ona görə də Şəki Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli 2(075)-1061/2020 nömrəli qərardadı ləğv edilməli və mülki iş mahiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsаsən məhkəmə kollegiyаsı qərаrа аldı: İddiaçı «İddiaçı Sığorta Şirkəti» ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Şəki Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli 2(075)-1061/2020 nömrəli qərardadı ləğv edilsin. Mülki iş mahiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn şikаyət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar