Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1639/2021 22.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı1 və cavabdeh "xxxx" Bank ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankı, "X6" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) və üçüncü şəxs DƏDRXnin 9 saylı Ərazi İdarəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab olunması tələbinə dair” mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(037)- 408/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(037)-408/2021 nömrəli qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankı, "X6" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) və üçüncü şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı cavabdeh "X6" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) tərəfindən X3 məxsus İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması üçün keçirdiyi hərracın yekunları barədə 14 dekabr 2017-ci il tarixli 108 saylı protokolun etibarsız hesab edilməsi və Xəlil Əhmədova məxsus İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ünvanında 0,13 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin ipotekadan azad edilməsinə dair iddia tələblərinin rədd edilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankı, "X6" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) və üçüncü şəxs DƏDRXnin 9 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdeh "X6" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) tərəfindən X3 məxsus İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması üçün keçirdiyi hərracın yekunları barədə 14 dekabr 2017-ci il tarixli 108 saylı protokolun etibarsız hesab edilməsi və Xəlil Əhmədova məxsus İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ünvanında 0,13 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin ipotekadan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 birinci instansiya məhkəməsinin iclasında iddia tələbini müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, 20 sentyabr 2013-cü il tarixdə onunla cavabdeh ASC "xxxx" Bankı arasında **********0013/1 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 19 % dərəcəsi ilə 45000 manat məbləğində pul ayrılmışdır. Həmin tarixdə ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsi əsasında X7, İddiaçı2, X13, X10 və X8 ümumi mülkiyyətlərində olan İsmayıllı rayon İsmayıllı kəndində yerləşən 0,13 hektar həyətyanı torpaq sahəsi və 238,8 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi və X5 xususi mülkiyyətində olan İsmayıllı şəhəri, Q.Əsədov küçəsi 15 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi və 111,4 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi girov qoyulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli 2(037)-2015/2016 nömrəli qətnaməsinə əsasən kredit müqaviləsi üzrə yaranmış ümumilikdə 37775,74 manat məbləğinin ondan alınaraq ASC "xxxx" Bankına ödənilməsi, ipoteka müqaviləsi ilə yüklü edilmiş, Xəlil Əhmədovun adına qeydə alınmış 0,13 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 35500 manat, Əliyar Səmədovun adına İsmayıllı şəhəri, Q.Əsədov küçəsi 15 ünvanda xüsusi mülkiyyətdə olan 0,06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 29220 manat müəyyən edilməsi qət edilmişdir. Qeyd olunan qətnamə 09 mart 2017-ci il tarixdə icra olunması üçün Cavabdeh1nə göndərilmişdir. Xəlil Əhmədovun adına qeydə alınmış 0,13 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 35500 manat göstərilməklə satılması üçün hərraca çıxarılmış, əmlak təkrar hərracda satılmadığı üçün ilkin satış qiymətindən 25% aşağı qiymətə 22631,25 manata, Əliyar Səmədovun adına qeydə alınmış İsmayıllı şəhəri,Q.Əsədov küçəsi 15 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi 29220 manata hərraca çıxarılmış, əmlak təkrar hərracda satılmadığı üçün ilkin satış qiymətindən 25 % aşağı qiymətə 18627,75 manata cavabdeh ASC "xxxx" Bankına təklif edilmiş və sonuncu əmlakı qəbul edərək balansına keçirmişdir. Bundan sonra "ASC "xxxx" Bankı DƏDRX-nin 9 saylı Ərazi İdarəsində 22 yanvar 2018-ci il tarixli RX seriyalı ******* və ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlak dövlət reyestrindən çıxarışlar əldə edərək fərdi yaşayış evləri xüsusi mülkiyyət hüququ əsasında adına rəsmiləşdirmişdir. 04 iyul 2018-ci il tarixdə "ASC "xxxx" X18 mülkiyyətində olmuş İsmayıllı şəhəri, Q.Əsədov küçəsi 15 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini sonuncu ilə alğı-satqı edərək 18627,75 manata deyil, daha yuxarı qiymətə 23400 manata satmış və 4772,25 manat qazanc əldə etmişdir. Həmin fərdi yaşayış evi cavabdeh "ASC "xxxx" Bankı tərəfindən alğısatqı edilərkən əldə olunan 23400 manat qətnamə üzrə müəyyən olunmuş 37775,74 manatdan çıxarılmamışdır. Belə ki, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 37775,74 manat borca 23400 manat ödənildikdə 14375,74 manat borc qalır. Bundan başqa cavabdeh "ASC "xxxx" Bankı tərəfindən Xəlil Əhmədova məxsus İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndi) yerləşən adına qeydə alınmış 0,13 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini 22631,25 manata balansına götürülmüşdür. Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş Xəlil Əhmədova məxsus İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndi) yerləşən 0,13 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hərracda satılması üçün cavabdeh "X6" Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx" MMC) sifariş verilmiş və təkrar hərracda ipoteka predmeti satılmadığı üçün həmin əmlak ilkin satış qiymətindən 25 % aşağı qiymətə, yəni 22631,25 manata cavabdeh ASC "xxxx" Bankına təklif edilmiş və sonuncu, təklifi qəbul edərək təkrar hərracın keçirilməsindən sonra Cavabdeh1 nümayəndəsi həmin əmlakın dəyərini cavabdeh ASC "xxxx" Bankı tərəfindən Cavabdeh1 depozit hesabına köçürülməsini tələb etməmiş və hərracın keçirilməsinə dair 14 dekabr 2017-ci il tarixli hərracın yekunları barədə 108 saylı protokolu imzalamışdır. İpoteka predmeti olan fərdi yaşayış evi 14 dekabr 2017-ci il tarixli hərracın yekunları barədə 108 saylı protokol əsasında ASC "Xalq” Banknın balansına keçirildikdən sonra ipoteka saxlayan ipoteka predmetinin satışından əldə edilmiş 22631,25 manatın 14375,74 manatını borcun ödənilməsinə yönəltməsindən artıq qalmış 8255,51 manatı ipoteka qoyana qaytarmamışdır. Fərdi yaşayış evinə hərracın keçirilməsi və nəticəsi barədə ipoteka qoyana heç bir məlumat verilməmişdir. İpoteka ilə yüklü edilmiş fərdi yaşayış evi hərraca çıxarılsa da qalib olmadığından həmin ev daha aşağı qiymətə 22631,25 manata tələbkara təklif olunmuş və hərracın yekunları barədə 14 dekabr 2017-ci il tarixli 108 saylı protokol tərtib edilmişdir. Halbuki, cavabdeh ASC "xxxx" Bankı tərəfindən həmin əmlak düzgün qiymətləndirilməmişdir. Məhkəmənin 29 dekabr 2016-ci ildə tarixli 2(037)- 2015/2016 nömrəli qətnaməsində ümumilikdə borc məbləği 37775,74 manat müəyyən olunmuş və həmin vəsait ondan alınıb cavabdeh "ASC "xxxx" Bankına ödənilməsi qət edilsə də sonuncu buna əhəmiyyət verməyərək əlavə vəsait tələb edir. Cavabdeh "ASC "xxxx" Bankı ödənilmiş vəsait barədə ona hər hansı açıqlama verməkdən yayınır. O, ötən dövr ərzində cavabdeh ASC "xxxx" Bankından aldığı 45000 manat məbləğinin əvəzinə, ümumilikdə 94199,56 manat məbləğində vəsait ödəmişdir. İsmayıllı rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli 2(037)-730/2018 nömrəli qətnaməsinə əsasən ipoteka predmeti olan İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ə razisində 0,13 hekta r həyətyanı torpaq sahəsində yerləşən, 2 mərtəbəli 4 otaqlı 238,8 kv.metr ümumi sahəsi, 110,8 kv.metr yaşayış sahəsi və 123 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evindən Xəlil Əhmədov, İddiaçı2, Şəlalə Əhmədli, Məhsəti Əhmədli, Xətai Əhmədli, Pəri Əhmədli və Ayla Rəhimlinin fə rdi yaşayış evindən çıxarılması qət edilmişdir. Şamaxı rayon İcra və Probasiya şöbəsi və Şamaxı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 01 aprel 2021ci il tarixdə icra sənədi icra edilərək qeyd olunan fərdi yaşayış evi boşaldılmış və evdə olan əşyalar çölə atılaraq yararsız vəziyyətə salınmışdır. Hazırda həmin ev mühafizə altında saxlanılır. Həmin evdə qalmış şəxsi əmlaklarının oradan götürmə tələbləri rədd olunmuşdur. Xəlil Əhmədov 06 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Cavabdeh ASC "Xalq” Bankı onlara qarşı qərəzli yanaşaraq hüquqlarını kobud surətdə pozmuş və qanuna zidd hərəkətlər etmişdir. Hərrac təşkilatının hərracın yekunları barədə 108 saylı Protokolu və hərrac təşkilatı arasında 14 dekabr 2017-ci il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə etibarsız hesab edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Xəlil Əhmədova məxsus İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ərazisində 0,13 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi ipotekadan azad edilməlidir. Cavabdeh "X6" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) tərəfindən X3 məxsus İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması üçün keçirdiyi hərracın yekunları barədə 14 dekabr 2017-ci il tarixli 108 saylı protokolun etibarsız hesab edilməsi və Xəlil Əhmədova məxsus İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ünvanında 0,13 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin ipotekadan azad edilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 birinci instansiya məhkəməsinin iclasında iddia tələbini müdafiə etdiyini bildirmiş və İddiaçı1 izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbini qəbul etmədiyini bildirmiş və məhkəmə iclasında iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli 2(037)-2015/2016 nömrəli qətnaməsi ilə 37775,74 manat borc məbləğinin cavabdeh İddiaçı1 alınaraq iddiaçı ASC "xxxx" Bankına ödənilməsi, tutmanın X7, İddiaçı2, X13, X10 və X8 ümumi mülkiyyətlərində olan İsmayıllı rayon İsmayıllı kəndində yerləşən 0,13 hektar həyətyanı torpaq sahəsi və 238,8 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi və X5 xususi mülkiyyətində olan İsmayıllı şəhəri, Q.Əsədov küçəsi 15 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi və 111,4 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərracda satılması, birinci ipoteka predmetinin ilkin satış qiymətinin 35500 manat və ikinci ipoteka predmetinin ilkin satış qiymətinin 29220 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Xəlil Əhmədovun adına qeydə alınmış İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndi) yerləşən 0,13 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 35500 manat göstərilməklə satılması üçün hərraca çıxarılmış, əmlak təkrar hərracda satılmadığı üçün ilkin satış qiymətindən 25% aşağı qiymətə 22631,25 manata, Əliyar Səmədovun adına qeydə alınmış İsmayıllı şəhəri, Q.Əsədov küçəsi 15 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi 29220 manata hərraca çıxarılmış, əmlak təkrar hərracda satılmadığı üçün ilkin satış qiymətindən 25 % aşağı qiymətə 18627,75 manata cavabdeh ASC "xxxx" Bankına təklif edilmiş və sonuncu əmlakı qəbul edərək balansına keçirmişdir. Cavabdeh ASC "xxxx" X20 adına qeydə alınmış fərdi yaşayış evini 22631,25 manata, Əliyar Səmədovun adına qeydə alınmış fərdi yaşayış evini 18627,75 manata olmaqla, ümumlikdə 41259 manata hər iki əmlakı satın almışdır. Həmin məbləğdən 37775,74 manat borcun ödənilməsinə yönəldilmişdir. Qalan 3483,26 manat isə 2600 manat icra ödənişi və hər iki əmlakın digər xərclərinə tutulmuşdur. Qeyd olunan yaşayış evlərinin alğı-satqısı “X6" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC), Cavabdeh1 və ASC "xxxx" Bankının nümayəndələri tərəfindən imzalanmış, hərrac təşkilatının hərracın yekunları barədə 108 nömrəli protokolu və ASC "xxxx" Bankı ilə “X6" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) arasında 14 dekabr 2017-ci il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. ASC "xxxx" Bankı tərəfindən həmin yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınması üçün DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müracət edilmiş və həmin idarə tərəfindən ASC "xxxx" Bankının mülkiyyət hüququnun qeydiyyata alınmasına dair 22 yanvar 2018-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Qeyd olunan fərdi yaşayış evinin alğı-satqısı barədə müqavilənin imzalanması və Çıxarışın verildiyi tarixdən 3 ildən artıq müddət keçmişdir. Bundan başqa İsmayıllı Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli 2(037)-730/2018 nömrəli qətnaməsi ilə İddiaçı2 və digərlərinin həmin yaşayış evindən çıxarılması qət edilmişdir. Həmin qətnamə İddiaçı2 təqdim edilmiş və bu məsələlərdən xəbərdar olmuşdur. İddiaçı1 həmin fərdi yaşayış evinin keçmiş mülkiyyətçiləri sırasına daxil deyil və ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. İddiaçılar hərracın nəticələrinin ləğv edilməsinə dair iddia tələblərini 2021-ci ilin aprel ayının sonunda irəli sürmüşdür. İddiaçılar hərracın nəticələrinin etibarsız sayılmasının əsası kimi istinad etdiyi halları bildikləri və ya bilməli olduqları gündən 3 ildən çox müddət keçirmiş və hazırki mübahisə üzrə iddia müddətini buraxmışlar. İddia tələbini əsassız hesab edir və iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etmişdir. Cavabdeh "X6" Məhdud Məsuliyyətli Cəmiyyətinin ("xxxx" MMC) nümayəndəsi birinci instansiya məhkəməsinin iclasına gəlməmiş, nümayəndəsi ərizə göndərək hərracın yekunları barədə protokol və müqavilənin 14 dekabr 2017-ci il tarixində imzalandığı, iddiaçılar hərracın nəticələrinin etibarsız hesab olunması tələbi ilə məhkəməyə 3 il sonra müraciət etdiklərini və bununla da qanunvericiliklə nəzərdə tutulmuş 1 il müddəti ötürdüklərini bildirərək iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 və üçüncü şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndələri birinci instansiya məhkəməsinin iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini qərara almışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlu аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış, qəbul olunmuş həmin qətnamə qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, 14 dekabr 2017-ci il tarixdə “X6” Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilmiş hərracda Xəlil Əhmədova məxsus İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ünvanda 0,13 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli,4 otaqlı fərdi yaşayış evin,ilkin satış qiyməti 35.500 (otuz beş min beş yüz) manat məblğ göstərilməklə bank ilkin satış qiymətindən 25 % aşağı qiymətə 22.631.25 (iyirmi iki min altı yüz otuz bir) manat 25 (iyirmi beş) qəpik məbləğə əldə etsə,ipoteka qoyana çatacaq 8255.51 (səkkiz min iki yüz əlli beş min ) manat 51 (əlli bir) qəpik bu günədək icra şəbəsinin depozit hesabına ödənilməmişdir. Halbuki, ”İpoteka haqqında "Azərbaycan Respubikası Qanunun 42.7-cı maddəsində qeyd edilir ki,hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci yeddi təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir.”İpoteka haqqında "Azərbaycan Respubikası Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konustitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014- cü il tarixli qərarında tələbkarın ipoteka predmetini əldə etməməsi əsası və ona xitam verilməsi proseduru şərh edilmiş və həmin şərhdə qeyd edilmişdir ki,ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə ipoteka qovanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. ”Xalq Bank”ASC ikinci hərracda ipoteka predmeti satılmadığından, hərracın keçirilməsindən sonra ipoteka predmetinin dəyərinin 22.631.25 manat məbləğini İsmayıllı rayon İcra Şöbəsinin depozit hesabına ödəmədən balansa keçirmişdir. “İpoteka haqqında "Qanunun tələblərindən görünür ki,heç bir hüquqi əsası olmadan 14 dekabr 2017-ci il tarixli hərracın yekunları barədə 108 saylı protokola əsasən "xxxx"ASC DƏDRX-nin 9 saylı Ərazi İdarəsi ilə razılaşaraq,protokolda qeyd edilən ödəniş sənədləri tələb edilmədən sonuncu tərəfindən Xəlil Əhmədova məxsus fərdi yaşayış sahəsini öz adına sənədləşdirmişdir. Heç bir hüquqi əsası olmadan protokola əsasən "xxxx" ASC-nə qanunsuz olaraq verilmiş çıxarışın ləğv edilməsi barədə DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət olunmuş və sonuncu tərəfindən bizə pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Ona görə də kobud qaydada pozulmuş hüququn bərpası üçün məhkəməyə müraciət etməli olmuşlar. Lakin məhkəmə müraciətə biganə münasibət göstərmiş fərdi yaşayış evinin alqı-satqsı barədə müqavilənin imzalanması və çıxarışın verildiyi tarixdən 3 ildən artıq müddət keçdiyini əsas gətirərək iddia tələbi əsassız hesab edilmiş və iddia müddəti tətbiq edilməklə iddia rədd edilmişdir. Ötən dövr ərzində borclu İddiaçı1 tərəfindən bankdan alınmış 45000 (qırx beş min) manat məbləğin əvəzinə ümumilikdə 117.599.56 (bir yüz on yeddi min beş yüz doxsan doqquz manat 56 qəpik) manat məbləğində banka vəsait ödəmişdir. Hesab etmişlər ki,İsmayıllı rayon Məhkəməsinin 29 dekabr 2016-ci il tarixli 2(037)- 2015/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş 37775 (otuz yeddi min yeddi yüz yetmiş beş) manat 74 (yetmiş dörd) qəpik məbləğ ödənilmiş və ötən dövr ərzində onlardan bank ödənişləri tələb olunmamışdır. İpoteka predmetini balansına götürdükdən sonra 2018-ci ildə "xxxx" ASC məhkəməyə müraciət edərək borclu İddiaçı1 20 sentyabr 2013-cü il tarixli **********0013/1 saylı kredit müqaviləsi üzrə 6449.43 manat məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc kreditin qaytarma müddətinin bitdiyi tarixdən əsas borcun tam şəkildə qaytarıldığı 19 fevral 2018-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 19 % dərəcəsi ilə hesablanmış 1.427.9 manat məbləğdə əldən çıxmış faydanın əvəzi, həmçinin əsas borcun tam şəkildə qaytarıldığı 19 fevral 2018-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğdə illik 15% dərəcəsi ilə hesablanmış 5.646.02 manat məbləğində peniya, cəmi 13.523.35 manat məbləğdə pul vəsaiti və ödənilmiş 30 manat xərcin və 30 manat dövlər rüsumun ödənilməsini tələb edilmişdir. Lakin,İsmayıllı rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli 2(037)-704/2018 saylı qətnaməsi ilə "xxxx" ASC-nin iddiası haqlı olaraq təmin edilməmişdir.”Xalq Bank” ASC-i tərəfindən verilmiş apellyasiya və kassasiya şikayəti təmin olunmamış və İsmayıllı rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli 2 (037)-704/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bütün saxtakarlıq və mənimsəmə prosesi də bundan sonra başlamışdır. Həmin mənzillə bağlı hərracın keçirilməsi və nəticələri barədə borclu tərəfə heç bir məlumat verilməyib. "xxxx"ın İsmayıllı filialının əməkdaşı Elçin Zalovun vasitəsilə borclu İddiaçı1 Cavabdeh1nə icra hərəkətlərin həyata keçirilməsi ilə ipoteka ilə yüklü edilmiş 2 ədəd fərdi yaşayış evinin hərraca çıxarılması və həmin əmlakların ilkin satış qiymətinin 7% həcmində icra ödənişi ödənilməsi tələb olunmuşdur. Tələb olunmuş ümumilikdə 2290 (iki min iki yüz doxsan) manat məbləğ olmuşdur ki,həmin məbləğ "xxxx"ın İsmayıllı fılalın əməkdaşı Elçin Zalovun vasitəsilə Cavabdeh1 rəisi Taleh Quliyevə ödənilmişdir.Ödənilmiş həmin vəsaitə dair hər hansı bir ödəniş qəbizi borcluya təqdim edilməmişdir. Beləliklə, ”XalqBank”bizimlə bazar metodları ilə davranmışdır. Lakin bu qanusuzluqlara dur deyən olmamışdır. Ətraflarında baş verənlərdən xəbərsiz olmuşlar. Beləliklə,İddiaçı1 tərəfindən bank qarşısında olan borcu qaytara bilmədiyini əsas gətirərək 2018-ci ilin avqust ayında təkrar "xxxx" ASC İsmayıllı rayon məhkəməsinə müraciət edərək, ipoteka predmeti olan İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ərazisində 0,13 ha həyətyanı torpaq sahəsində yerləşən,2 mərtəbəli 4 otaqlı 238,8 kv.metr ümumi sahəsi, 110,8 kv.metr yaşayış sahəsi və 123 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evindən X7,İddiaçı2,X13,X10,X15,X16,X11 fərdi yaşayış evindən çıxarılmasını xahiş etmişdir. İsmayıllı rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli 2 (037)-730 /2018 saylı qətnaməsi ilə iddiaçının iddiası təmin olunmuş və Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən 01 aprel 2021-ci il tarixdə icra edilərək fərdi yaşayış evdə olan ev əşyaları çölə atılmış,ev əşyalarının bir qismi həmin evdə saxlanılaraq yararsız vəziyyətə salnmışdır. Bank tərəfindən Xəlil Əhmədovun fərdi yaşayış evinin əlindən alınması barədə Ölkə Prezidentinə müraciət olunmuşdur. Etdikləri müraciətdən sonra "xxxx" Mərkəzi Bankın sorğusuna cavab verərək bildirmişdir ki, 10 mart 2021-ci il tarixdə Bankın İsmayıllı filalında kreditin ödənişi ilə bağlı güya borcalanla görüş keçirildiyini,lakin kreditin ödənilməsi ilə bağlı borcalan tərəfindən heç bir təklif irəli sürülmədiyini,ödənişlərin davam etdirilməsindən imtina etdiyini göstərmişdir.Bundan sonra 05.05.2021-ci tarixə borcalanın Bank qarşısında ümumi borcu 16017.70 manat təşkil edir ki,bunun 8509.33 manatının kredit üzrə adi faizlər üzrə borc məbləği,6991.25 manatını cərimə faizi üzrə borc məbləği, 517.12 manatını isə məhkəmə işi ilə bağlı Bank tərəfindən ödənilmiş qaytarılmamış rüsum və xidmət haqqları üzrə məbləği təşkil etdiyi bildirilmişdir. Halbuki, İsmayıllı rayon Məhkəməsinin 29 dekabr 2016-ci il tarixli 2(037)- 2015/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş məbləğdən sonra hər hansı bir məbləğin hesablanması qanuna müvafiq deyildir.Belə ki,həmin qətnamə ilə 20 sentyabr 2013-cü il tarixli **********0013/1 saylı bağlanmış kredit müqaviləsi ləğv edilmişdir.Lakin “XalqBank” ləğv olunmuş müqavilə üzrə hesablamaları davam etməkdədir. Hesab edirlər ki, "xxxx" ASC tərəfindən göstərilən rəqəmlər həqiqəti əks etdirmir. Mübahisəli məsələnin həlli baxımdan və əhəmiyyət kəsb etdiyini nəzərə alaraq mühasibatlıq ekspertizası təyin olunmalı, Bank qarşısında toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(037)- 408/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və "xxxx" ASC-nin tələblərinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" Bank ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(037)-408/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı2, cavabdehlər Cavabdeh1 nümayəndəsi, "X6" Məhdud Məsuliyyətli Cəmiyyətinin ("xxxx" MMC) nümayəndəsi və üçüncü şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(037)-408/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan İsmayıllı rayon Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli 2(037)-2015/2016 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, iddiaçı ASC "xxxx" Bankı tərəfindən irəli sürülmüş iddia tələbi qismən təmin edilərək cəmi 37775,74 manat borc məbləğinin cavabdeh İddiaçı1 alınaraq iddiaçı ASC "xxxx" Bankına ödənilməsi, tutmanın birinci və ikinci ipoteka predmetlərinə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərracda satılması, birinci ipoteka predmetinin ilkin satış qiymətinin 35500 manat və ikinci ipoteka predmetinin ilkin satış qiymətinin 29220 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. İşdə olan 14 dekabr 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin surətindən görünür ki, birinci ipoteka predmeti olan X3 məxsus İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ünvanında yerləşən 0.13 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair hərrac təşkilatçısı “X6” MMC ilə tələbkar ASC "xxxx" Bankının nümayəndəsi arasında hərracın keçirilməsi məqsədi ilə müqavilə bağlanmış və müqaviləyə əsasən fərdi yaşayış evinin ilkin əldə olunma qiyməti 22631,25 manat məbləğində müəyyən edilmişdir. İşdə olan 14 dekabr 2017-ci il tarixli 108 nömrəli hərracın yekunları barədə protokolun surətindən görünür ki, birinci ipoteka predmeti olan X3 məxsus olan İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ünvanında yerləşən 0.13 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi hərraca çıxarılmış və tələbkar ASC "xxxx" Bankı tərəfindən ipoteka predmetinin ilkin satış dəyəri olan 35500 manat məbləğindən 25% aşağı qiymətə 22631,25 manat məbləğinə əldə edilmişdir. İşdə olan 22 yanvar 2018-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu, İsmayıllı kəndi ünvanında yerləşən ümumi sahəsi 238.8 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ASC "xxxx" Bankının adına rəsmiləşdirilmişdir. İşdə olan 14 dekabr 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinin surətindən görünür ki, ikinci ipoteka predmeti olan X12 məxsus İsmayıllı şəhəri Q.Əsədov küçəsində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 15 nömrəli fərdi yaşayış evinə dair hərrac təşkilatçısı “X6” MMC ilə tələbkar "xxxx" Bank ASC-nin nümayəndəsi arasında hərracın keçirilməsi məqsədi ilə müqavilə bağlanmış və müqaviləyə əsasən fərdi yaşayış evinin ilkin əldə olunma qiyməti 18627,75 manat məbləğində müəyyən edilmişdir. İşdə olan 14 dekabr 2017-ci il tarixli 107 nömrəli hərracın yekunları barədə protokolunun surətindən görünür ki, ikinci ipoteka predmeti olan X12 məxsus İsmayıllı şəhəri Q.Əsədov küçəsində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 15 nömrəli fərdi yaşayış evi hərraca çıxarılmış və tələbkar ASC "xxxx" Bankı tərəfindən ipoteka predmetinin ilkin satış dəyəri olan 29220 manat məbləğindən 25% aşağı qiymətə 18627,75 manat məbləğinə əldə edilmişdir. İşdə olan 22 yanvar 2018-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İsmayıllı şəhəri, Q.Əsədov küçəsi, ev 15 ünvanında yerləşən ümumi sahəsi 111.4 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ASC "xxxx" Bankının adına rəsmiləşdirilmişdir. İşdə olan 05 dekabr 2017-ci il tarixli 207 və 208 nömrəli hesab fakturaların surətlərindən görünür ki, ASC "xxxx" Bankı tərəfindən 931,99 manat və 1131,56 manat – cəmi 2063,55 manat xidmət haqqı olaraq ulğotəyaḋıH"xxxx" MMC-nin hesabına köçürülmüşdür. İşdə olan 25 dekabr 2017-ci il tarixli ödəniş tağşırığının təsdiq edilmiş surətindən görünür ki, ASC "xxxx" Bankı tərəfindən İddiaçı1 kredit borcuna dair 7% icra ödənişi olmaqla, 2642,06 manat İsmayıllı rayonu İcra və Probasiya Şöbəsinin hesabına köçürülmüşdür. İşdə olan 04 iyul 2019-ci il tarixli AN-İ №0705638 nömrəli Daşınmaz əmlakın alğısatqı müqaviləsinin surətindən görünür ki, ASC "xxxx" Bank tərəfindən İsmayıllı şəhəri, Q.Əsədov küçəsi 15 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi və 111,4 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi 22414,5 manata X1. İşdə olan İsmayıllı rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli 2(037)-730/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdehlər X7, İddiaçı2, X13, X10, X15, X16 və X11 ASC "xxxx" Bankının mülkiyyətində olan İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ərazisində 0.13 hektar həyətyanı torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı 110.8 kv.m yaşayış,123 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evi cavabdehlərin qanunsuz sahibliyindən alınaraq ASC "xxxx" Bankına təhvil verilməsi qət edilmişdir. İşdə olan İsmayıllı rayon Qeydiyyat şöbəsinin 14 dekabr 2020-cu il tarixli 140592 nömrəli şəhadətnaməsinin surətindən görünür ki, X7 11 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1 və 354.2-ci maddələrinə və İpoteka haqqında Azərbaycan Respublikası qanunun 10.4, 34.1.1 və 34.1.2-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İpoteka haqqında Azərbaycan Respublikası qanunun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. İpoteka haqqında Azərbaycan Respublikası qanunun 33, 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi, hüququnun yaranması anından biri əsas öhdəliyinin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, habelə əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulmasıdır. Həmin qanunun 48-ci maddəsinə əsasən ipotekaya ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda, ipoteka predmeti məhv olduqda və bu qanunda nəzərdə tutulmuş digər hallarda xitam verilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli 2(037)-2015/2016 nömrəli qətnaməsi ilə 37775,74 manat borc məbləğinin cavabdeh İddiaçı1 alınaraq iddiaçı ASC "xxxx" Bankına ödənilməsi, tutmanın X7, İddiaçı2, X13, X10 və X8 ümumi mülkiyyətlərində olan İsmayıllı rayon İsmayıllı kəndində yerləşən 0,13 hektar həyətyanı torpaq sahəsi və 238,8 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi və X5 xususi mülkiyyətində olan İsmayıllı şəhəri, Q.Əsədov küçəsi 15 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi və 111,4 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərracda satılması, birinci ipoteka predmetinin ilkin satış qiymətinin 35500 manat və ikinci ipoteka predmetinin ilkin satış qiymətinin 29220 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Xəlil Əhmədovun adına qeydə alınmış İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndi) yerləşən 0,13 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 35500 manat göstərilməklə satılması üçün hərraca çıxarılmış, əmlak təkrar hərracda satılmadığı üçün ilkin satış qiymətindən 25% aşağı qiymətə 22631,25 manata, Əliyar Səmədovun adına qeydə alınmış İsmayıllı şəhəri, Q.Əsədov küçəsi 15 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi 29220 manata hərraca çıxarılmış, əmlak təkrar hərracda satılmadığı üçün ilkin satış qiymətindən 25 % aşağı qiymətə 18627,75 manata cavabdeh ASC "xxxx" Bankına təklif edilmiş və sonuncu əmlakı qəbul edərək balansına keçirmişdir. Cavabdeh ASC "xxxx" X20 adına qeydə alınmış fərdi yaşayış evini 22631,25 manata, Əliyar Səmədovun adına qeydə alınmış fərdi yaşayış evini 18627,75 manata olmaqla, ümumlikdə 41259 manata hər iki əmlakı satın almışdır. Həmin məbləğdən 37775,74 manat borcun ödənilməsinə yönəldilmişdir. Bundan sonra 3483,26 manat artıq vəsait qalmışdır. Bank tərəfindən 2642,06 manat icra ödənişi, 2063,55 manat xidmət haqqı olaraq ödənilmiş və nəticədə hazırki iş üzrə iddiaçılara ödəniləcək vəsait qalmamışdır. Qeyd olunan yaşayış evinin alğı-satqısı cavabdehlər “X6" MMC ("xxxx" MMC), Cavabdeh1 və ASC "xxxx" Bankının nümayəndələri tərəfindən imzalanmış, hərrac təşkilatının hərracın yekunları barədə 108 nömrəli protokolu və ASC "xxxx" Bankı ilə “X6" MMC ("xxxx" MMC) arasında 14 dekabr 2017-ci il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alğısatqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. ASC "xxxx" Bankı həmin yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınması üçün DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müracət edərək qeyd olunan yaşayış evinə dair 22 yanvar 2018-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışdır. Mübahisəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilən zaman hazırkı iş üzrə iddiaçıların məlumatları olmuş və həmin evin ipoteka ilə yüklü edilməsinə razılıq vermişlər. Mübahisəli fərdi yaşayış evi keçirilmiş hərracda ASC "xxxx" Bankı tərəfindən satın alınarkən ipoteka haqqında Azərbaycan Respublikası qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə riayət edilmişdir. Bundan əlavə, iddiaçılar hərracın nəticələrinin etibarsız sayılmasının əsası kimi istinad etdiyi halları bildikləri və ya bilməli olduqları gündən 3 ildən çox müddət ötürmüşlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçılar da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(037)-408/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 oğlu tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(037)-408/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1639/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1639/2021
22.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver