Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-164/2024 20.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Ağsu Rayon X7 Hüquqi Şəxsi və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X14 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı(bundan sonra- iddiaçı) cavabdehlər Ağsu Rayon X7 Hüquqi Şəxsi və Cavabdeh2 qarşı “sağlamlığı pozulmaqla vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tаrixli qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı 02 yanvar 2022-ci il tarixdə “qida zəhərlənməsi” diaqnozu ilə Ağsu Rayon X7 Hüquqi Şəxsinə müraciət etmişdir. Aparılmış müvafiq müayinələrdən sonra ona “şəkərli diabet ağır forma, Diabetik koma.Hipertenziya” diaqnozu təyin edilmişdir. İddiaçıya tibbi yardım göstərilmiş və yardımlardan sonra həmin tarixdə evə buraxılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlığını pozmaqla ona vurulmuş zərərə görə sağlamlığının bərpası istiqamətində ümumi xərcləri (bura daxildir: xəstəxanalarda ambulator və stasionar müalicəyə gedib gəlmək üçün nəqliyyat xərci, dərman vasitələrinin alınması, tibbi xərclər, qalmaq və yemək), yəni 6.400 manat, şəxsi təsərrüfatından malik ola biləcəyi gəlirin toplam miqdarına görə 1.800 manat, itirdiyi qazanc olaraq baxım pulu 3.000 manat, mənəvi ziyana görə 8.000 manat, iddia tələbi üçün 150 manat məhkəmə rüsumu da daxil olmaqla, toplam 19.350 manat pul tələbi və əlavə olaraq sağ qolunun itirilmiş funksiyasının bərpasına görə müayinə və müalicə, əməliyyat, ümumilikdə tibbi və digər xərclər məhkəmə tərəfindən müəyyən olunmaqla cavabdehlər Ağsu Rayon X7 Hüquqi Şəxsi və həmin xəstəxananın həkim-cərrahı Cavabdeh2 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 01 yanvar 2022-ci il tarixdən 02 yanvar 2022-ci il tarixə keçən gecə üşütmə və qusma əlaməti ilə yaxınları tərəfindən Ağsu Rayon Mərkəzi xəstəxanasına gətirilmiş, həmin vaxt xəstəxanada cərrah Cavabdeh2 tərəfindən müayinə edilib resept yazılaraq qəbul şöbəsindəki palatada yerləşdirilmişdir. Həkimin yazdığı resept üzrə aptekdən dərmanlar alınıb gətirilmiş, tibb bacısı Ramilə adlı xanım tərəfindən həkim Cavabdeh2 göstərişi ilə ona səhv dərmanlar inyeksiya yolu ilə yeridilmişdir. Reseptdə yazılan iynələr vurulan zaman o, şok vəziyyətinə düşmüş, lakin vəziyyəti düzəldikdən sonra evə buraxılmışdır. Ertəsi gün sağ qolunda şişkinliklər olduğunu müəyyən etmiş və yenidən Fazil həkimin qəbuluna gəldikdə sonuncu ona araqla duz qarışdırıb qoluna sürtməsini, şişkinliyin keçib gedəcəyini bildirmişdir. O, bir neçə gün Fazil həkimin dediyi qaydada etsə də, qolundakı şişkinliklər daha da artmış və ağrılara dözə bilmədiyindən 08 yanvar 2022-ci il tarixdə yaxınları tərəfindən Bakı şəhərində yerləşən Respublika Kliniki Xəstəxanaya aparılmış, elə həmin gün qolundan əməliyyat olunmuşdur. Həkim Cavabdeh2 onun qoluna maqnezium sulfat əvəzinə, yanlış olaraq kalsi xlor iynəsi inyeksiya etmişdir. “Cinayət işinin başlanmasının rədd olunması” barədə 39C-22 saylı material üzrə xx.xx.2022-ci il tarixli qərarda həkim-cərrah Cavabdeh2 öz izahatında göstərmişdir ki, resept üzrə yazdığı dərmanları şəxsən özü alıb tibb bacısına təqdim etmişdir. Material üzrə məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, KEŞ- 320 saylı rəyində göstərilib ki, İddiaçı Ağsu Rayon Mərkəzi Xəstəxanasında göstərilmiş tibbi yardımlar zamanı dərman preparatlarının qüsurlu texniki inyeksiyası ilə əlaqədar sağ yuxarı ətrafı iltihablaşmış, yanaşı infeksiya qoşulmuş və bu fonda anaerob fleqmona inkişaf etmişdir. Bundan başqa araşdırma ilə əlaqədar izahatı alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” PHŞ-nin komisyon ekspertizalar şöbəsinin rəisi vəzifəsində işləyən X6 izahatında bildirmişdir ki, 39C-22 saylı material üzrə xx.xx.2022-ci il tarixli, 320/KEŞ saylı rəy onun rəhbərlik etdiyi məhkəmə tibb ekspert komissiyası tərəfindən tərtib olunub. Həmin rəydə sağlamlığa zərərvurmanın dərəcəsi təyin olunmayıb. Ekspert səbəb kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 09 saylı əmrinin 1 nömrəli əlavəsinə uyğun hərəkət etdiyini göstərib. Ekspert bildirib ki, “MTE-nin təşkili və keçirilməsi haqqında əsasnamənin İİİ bölməsinin 30cu bəndində” müxtəlif müayinə və müalicə tədbiri icra olunarkən yol verilmiş qüsurlar və bununla bağlı baş vermiş fəsadlar tibbi fəaliyyətlə əlaqədar olduğundan və tibb işçiləri tərəfindən qəsdən deyil, təsadüfən törədildiyinə görə sağlamlığa zərər vurma kimi qiymətləndirilmir. Tibbi müdaxilə və manipuliyasiyalar zamanı yol verilmiş qüsurlar həkim səhvi kimi qiymətləndirilə bilər və bu da aidiyyəti yüksək ixtisaslı klinisist mütəxəssislərin iştirakı ilə komisiyon MTE-nin keçirilməsi yolu ilə müəyyən edilə bilər”. 21 may 2022-ci il tarixli şikayəti əsasında ilkin araşdırma materialı Ağsu rayon Prokurorunun böyük köməkçisi X13 tərəfindən araşdırılmış, xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. 39C-22 saylı material üzrə xx.xx.2022-ci il tarixdə Ağsu rayon Prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X13 tərəfindən müəyyən edilib: “Aparılmış araşdırma zamanı müəyyən edilib ki, Ağsu rayonu Ağabəyli kənd sakini İddiaçı xx.xx.2022-ci il tarixdə ağır vəziyyətdə xəstəxananın qəbul şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra Ağsu Rayon Mərkəzi Xəstəxanasının cərrahı Cavabdeh2 tərəfindən İddiaçı “Şəkərli diabet ağır forma. Diabetik koma Hipertenziya” diaqnozu təyin edilərək sonuncunun göstərişi əsasında tibb bacısı Ramilə Mustafayeva tərəfindən İddiaçı dərman preparatlarının qüsurlu texniki inyeksiyası nəticəsində sağ yuxarı ətraf iltihablaşmış, yanaşı infeksiya qoşulmuş və bu fonda anaerob fleqmona inkişaf edib. Araşdırma zamanı dərman preparatlarının qüsurlu inyeksiyası nəticəsində İddiaçı sağ yuxarı ətrafının iltihablaşması müəyyən edilsə də, bununla bağlı sonuncunun sağlamlığına vurulmuş zərərin dərəcəsi ekspert tərəfindən müəyyən edilməyib. İddiaçı Ağsu Rayon Mərkəzi Xəstəxanasında yanlış müalicə nəticəsində vurulmuş maddi ziyanın ödənilməsilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə olunub”. Müalicə xərcləri: iddiaçı buna qədər öz şəxsi təsərrüfatında 6 baş inək, 3 baş buzov, 10 qoyun, 20 qaz və 80-dək toyuq saxlamış, 5 qutu arısı olmuşdur. O, səhhətində yaradılmış bu çatışmazlığa görə şəxsi təsərrüfatında olan bu heyvanları sataraq özünün müalicəsinə xərcləmişdir. Göstərilən bu heyvanlar vasitəsilə o, özünün dolanışığını təmin edir, həm də sataraq gəlir əldə edirdi. Hal-hazırda o, şəxsi təsərrüfatından əldə etdiyi gəlirlərdən də məhrumdur. Şəxsin aylıq olaraq 150 manat şəxsi təsərrüfatdan gəliri olduğu nəzərə alınsa, qolu əməliyyat olunduğu tarixdən indiyədək 1 ildən yuxarı müddətdə 1.800 manat gəlirdən məhrumdur. İddiaçı 08-xx.xx.2022-ci il tarixlərdə Respublika Kliniki Xəstəxanada qalmış və müalicə almışdır. Belə ki, xəstəxanada müalicə pulsuz da olsa da, orada tibb bacılarına “şirinlik” verməsən sənə gözünün ucu ilə də baxan yoxdur. Xəstənin özünün gündəlik dərman və tibbi baxım xərcləri minumum 40 manat təşkil etmişdir. Toplam 500 manat edir. xx.xx.2022xx.xx.2022-ci il tarixdə xəstə stasionar müalicə üçün Ağsu RMX PHŞ-yə köçürülmüşdür. Burada onun dərman vasitələrinə, tibb bacılarına və digər xərcləri ümumilikdə hər gün üçün 21 manat təşkil etmişdir. Toplam 800 manat edir. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər gün ambulator müalicə üçün yaşayış yeri olan Ağsu rayonu Ağabəyli kəndindən Ağsu RMX PHŞ-yə gedib gəlmişdir. Onun nəqliyyat, müalicə və yemək xərcləri hər gün üçün minimum 35 manat təşkil etmişdir. İş günləri nəzərə alınarsa toplam 2.100 manat məbləğ edir. Daha sonra qolundakı xəstəlik səbəbindən həmin tarixdən indiyə qədər ən azı 20 dəfə müayinə üçün Bakı şəhərinə gedib gəlmişdir ki, bunun da hər dəfəsi 150 manata başa gəlmişdir. Bura aiddir: yol pulu, qalmaq pulu, həkim qəbuluna çəkilən xərclər, həkimin tövsiyəsi ilə alınan dərman xərcləri. Toplam 3.000 manat edir. İddiaçının sağ qolu yanlış inyeksiya səbəbindən tam fəaliyyətsizdir və hal-hazırda özünün gündəlik ehtiyaclarını ödəyə bilmir. Ona gündəlik ehtiyaclarını qarşılamaqda köməklik göstərmək üçün başqa bir insan lazımdır ki, kənd yerində bu cür qulluq minimum aylıq olaraq 250 manat başa gəlir. Həmin dövrdən indiyədək ona başqa bir şəxs tərəfindən ödənişli qulluq edilmişdir. Həmin tarixdən indiyədək, yəni bir il müddətində 3.000 manatdan yuxarı məbləğ sərf edilib. Ona müalicə dövrü müddətində 2 dəfə qan köçüb. Hər dəfəsi 160 manat xərclə nəticələnib. Toplam olaraq 320 manat edir. Belə ki, o, araşdırmanın yekunundan da bəlli olduğu kimi yanlış müalicə nəticəsində qolunun tam fəaliyyətsiz vəziyyətinə düşməsi səbəbindən dərin sarsıntı keçirmiş, ciddi mənəvi iztiraba düçar olmuşdur. Belə ki, iddiaçı keçirdiyi mənəvi sarsıntı səbəbindən Bakı şəhərində yerləşən Psixoloji Mərkəzə maddi imkanı olmadığına görə müraciət edə bilməyib. Çünki bütün pulunu bioloji sağalması üçün xərcləmişdir. Onun qolunu əvvəlki kimi tam sağlam formaya gətirmək üçün tibbi xərcləri qarşılamağa nə maddi gücü qalıb, nə də mənəvi. Bundan başqa, iddiaçının qardaşı oğlu Rahib Məmmədov ona dəymiş maddi və mənəvi zərbəyə görə həkim-cərrah Cavabdeh2 etiraz etsə də müəyyən olunmayan səbəbdən iddiaçının qardaşı oğlu inzibati xəta törətməkdə günahlandırılmış və barəsində 15 gün inzibati həbs tənbeh qərarı seçilmişdir. O, bundan sonra sarsılmış və səhhəti həmin ərəfədə yenidən pisləşmişdir. Ağsu Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(016)-319/2023 nömrəli iş üzrə qəbul etdiyi 08 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Əsgərov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 mənəvi zərərə görə 1.500 manat və dövlət rüsumu olaraq ödənilmiş 12 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 137 manatının iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ağır vəziyyətdə Ağsu Rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra Xəstəxananın cərrahı Cavabdeh2 tərəfindən İddiaçı “Şəkərli diabet ağır forma. Diabetik koma Hipertenziya” diaqnozu təyin edilərək xəstəyə təcili olaraq tibbi yardım göstərilmiş və yaxşılaşmadan sonra evə buraxılmışdır. xx.xx.2023-cü il tarixdə sağ qolunda şişkinliklər yarandığından, yenidən xəstəxanaya gəlmiş, cərrahın müayinəsi aparılmış və ona “Sağ yuxarı ətrafın başlanan qanqrenası. Venaların tromboflebiti” təyin edilmişdir. Xəstəyə müvafiq təyinat verilərək ixtisaslı müalicə üçün ECM-yə göndərilməsi məsləhət görülmüşdür. Qolundakı şişkinliklər daha da artmış və ağrılara dözə bilmədiyindən, 08 yanvar 2022-ci il tarixdə Bakı şəhərində yerləşən Respublika Kliniki Xəstəxanasına gedərək qolundan əməliyyat olunmuşdur. Həmçinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarla müəyyən edilmişdir ki, İddiaçı Ağsu Rayon Mərkəzi Xəstəxanasında göstərilmiş tibbi yardımlar zamanı dərman preparatlarının qüsurlu texniki inyeksiyası nəticəsində sağ yuxarı ətrafı iltihablaşmış, yanaşı infeksiya qoşulmuş və bu fonda anaerob fleqmona inkişaf etmişdir. Lakin iddiaçının sağlamlığına vurulmuş zərərin dərəcəsi ekspert tərəfindən müəyyən edilməmişdir. Qərarda iddiaçıya zərər vurulduğu göstərilsə də, ona mühüm zərər vurulmadığı və vurulmuş zərərin dərəcəsini təyin etmək mümkün olmadığı üçün cinayət işinin başlanılması rədd edilmiş və ona yanlış müalicə nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə iddia tələbinin “sağlamlığını pozmaqla ona vurulmuş zərərə görə sağlamlığının bərpası istiqamətində çəkdiyi ümumi xərclərin ona ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, İddiaçı qolunun sağalması üçün nə qədər xərc çəkməsini və çəkdiyi təqdirdə, həmin xərclərin çəkilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “şəxsi təsərrüfatından malik ola biləcəyi gəliri itirdiyinə görə 1.800 manat məbləğində pulun ona ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1119.1-ci maddəsinə əsasən, zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Normanın tələbindən göründüyü kimi, zərərçəkənə əvəzi ödənilməli qazancın miqdarı onun əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq gəlirindən faizlər şəklində müəyyənləşdirilməlidir. Hazırki halda, iddiaçı ona dəymiş zərərdən əvvəl orta aylıq gəlirləri barədə məhkəməyə hər hansl bir sənəd təqdim etməmişdir. Bu səbəbdən, iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin “itirdiyi qazanc olaraq baxım pulunun ona ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, İddiaçı qolunun funksiyasının itirilməsinə görə ona kömək göstərilməsi ilə bağlı hər hansı bir şəxslə razılaşmasını və ona bunun müqabilində xidmət haqqı ödəməsini təsdiq edən sübutlar məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə də təmin edilməməlidir. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı Ağsu Rayon Mərkəzi Xəstəxanasında göstərilmiş tibbi yardımlar zamanı dərman preparatlarının qüsurlu texniki inyeksiyası nəticəsində sağ yuxarı ətraf iltihablaşmış, yanaşı infeksiya qoşulmuş və bu fonda anaerob fleqmona inkişaf etmişdir. İddiaçının sağlamlığına ziyan dəyməsi onun yüksək dərəcəli mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. İddiaçının sağlamlığına ziyan dəyməsi nəticəsində onun çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Məhkəmə hesab etmişdir ki, iddia tələbi Cavabdeh2 mənəvi zərərə görə pulun tutulması hissəsində qismən təmin edilməli və ondan 1.500 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “sağ qolunun itirilmiş funksiyasının bərpasına görə müayinə və müalicə, əməliyyat, ümumilikdə tibbi və digər xərclərin məhkəmə tərəfindən müəyyən olunmaqla ona ödənilməsi” hissəsi ilə bağlı hesab etmişdir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, tələbdən göründüyü kimi, iddiaçı qolunun sağalması üçün gələcəkdə çəkəcəyi xərclərin tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı nə qədər ki, qolunun sağalması üçün tibb müəssisəsinə müraciət edərək əməliyyat olunmamışdır, belə olan halda, həmin əməliyyat üçün çəkiləcək xərclərin dəqiq məbləğinin müəyyən etmək mümkün olmadığından, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Məhkəmə iddia tələbinin “cavabdehlər Ağsu Rayon X7 Hüquqi Şəxsi və Cavabdeh2 tutulması” hissəsi ilə bağlı hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmaqla, iddiaçının xeyrinə tutulmalı olan pul vəsaiti Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçının sağlamlığına vurulmuş zərər məhz Cavabdeh2 tərəfindən həyata keçirilmiş dərman preparatlarının qüsurlu texniki inyeksiyası nəticəsində yaranmışdır. Rayon Məhkəməsi mövqeyini “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1119.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və 19.000 manat maddi və mənəvi ziyanın ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçı apellyasiya şikayətinin dəlilləri İş materiallarında olan X11, X3, X5 və X9 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Ağsu rayonu Ağabəyli kəndində yaşayan və qonşuları olan İddiaçı şəxsi təsərrüfatında 2022-ci ilin fevral ayınadək 6 baş inək, 3 baş buzov, 5 qutu arı, 10 qoyun, təqribi olaraq 20 qaz və 80-dək toyuq olmuşdur. Səhhətində yaranmış problemlərdən xəbərdardırlar. Onlar təsdiq ediblər ki, İddiaçı həkim səhvi nəticəsində qolunda yaranan problemlərə görə təsərrüfatında olan gəlirlərdən məhrum olub. Çünki İddiaçı özünə və yeganə gəlir yeri olan təsərrüfatındakı heyvanlara qulluq etmək iqtidarında deyil. Amma Ağsu Rayon Məhkəməsi bu sübuta əhəmiyyət verməmiş və onu qiymətləndirməmişdir. Faktiki olaraq vizual şəkildə də görünür ki, İddiaçı sağ əli ilə heç nə edə bilmir. Əldən çıxmış fayda - hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdir. Amma Ağsu Rayon Məhkəməsi əsaslandırıb ki, orta aylıq gəliri təqdim edə bilmir. Orta aylıq gəlirin təqdim edilməsi heç bir kənd yerində yoxdur. Onda necə olmalıdı? Kəndli orta aylıq gəlirsiz yaşayır? Bundan başqa iddiaçının sağ qoluna çəkilmiş və çəkilməli olan xərclərlə bağlı məhkəməyə vəsatət təqdim edilsə də, məhkəmə onu təmin etməmiş və baxmamışdır. Həmin vəsatət ondan ibarət idi ki, iddiaçının qolunun hazırki vəziyyətində çəkilməli olan xərcləri müəyyən etmək üçün digər bir neçə xəstəxanaya sorğu göndərsin. Çünki iddiaçının vəkili tərəfindən 3 xəstəxanaya sorğu göndərilsə də, heç biri təmin edilməyib. Bundan başqa İddiaçı öz gündəlik sosial, məişət və fiziki tələbatlarını ödəyə bilmədiyinə görə ona aylıq 180 manat məbləğində qonşusu və həmkəndlisi baxır. Amma məhkəmə bunları da nəzərə almamışdır. Həkim səhvindən bir qolunun tam fəaliyyət qabiliyyətini itirdiyinə görə ona dəymiş mənəvi ziyanı isə cəm olaraq 1.500 manat dəyərləndirilib. Yuxarıdakı səbəblərə görə Ağsu Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, 19.000 manat maddi və mənəvi zərər təmin edilməklə qərar çıxarılmalıdır. İndiki halda İddiaçı səhhətinə dəymiş zərər faktiki olaraq həkim Cavabdeh2 təqsiri ucbatından dəymişdir. Belə olan halda isə Cavabdeh2 heç bir xərci qarşılamamaqla yanaşı İddiaçı öz büdcəsində 7.000 manata yaxın pul xərcləmişdir. Yenə də qolundakı problemlər qalmaqda davam edir. Amma məhkəmə bütün bunlara qiymət verməmişdir. Zərərçəkmiş İddiaçı qardaşı oğlu Rahib Məmmədov onu öz avtomobili ilə xəstəxanalara aparmış, zəruri xərclər isə onun yanında İddiaçı cibindən ödənilmişdir. Məhkəmə araşdırması obyektiv keçirilməyib. Çünki iddiaçının vəkili tərəfindən təqdim edilmiş vəsatət məhkəmə iclasında baxılıb rədd edilsə də bu barədə tərəflərə heç bir sənəd təqdim edilməyib. İddiaçı təqdim etdiyi sübutlar qiymətləndirilməmişdir. Məhkəmə qətnaməsində Ağsu rayon prokurorluğunun cinayət işinin başlanması ilə bağlı rədd etmə qərarında Cavabdeh2 qüsurlu inyeksiya etməsi nəticəsində İddiaçı qolunun ciddi fəsad görməsini təsdiq etsə də ancaq və ancaq mənəvi zərər hissəsində şəxsə 1.500 manat təzminat təmin edib. İnsan qolunun qiyməti 1.500 manatdırmı? Bundan başqa məhkəmə çəkilən xərclər,əldən çıxmış fayda və maddi zərər hisssəsində ümumiyyətlə münasibət bildirməyib. Sübutların təmin edilməsilə bağlı vəsatət məhkəmə tərəfindən təmin edilməyib. Həmin vəsatətin məzmunu İddiaçı qolunun müalicəsi ilə bağlı nə qədər xərcin lazım olması ilə bağlı digər xəstəxanalara Məhkəmə sorğusunun göndərilməsi olub. b) Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 tərəfindən heç bir səhlənkarlıq olmayıb. Xəstə(iddiaçı) 500-dən yuxarı şəkər göstəricisi ilə xəstəxanaya gətirilmiş və yüksək təzyiq olduğundan koma vəziyyətində olmuşdur. Xəstəxanaya gətirilən zaman xəstənin ağzından köpük gəlirdi və huşu özündə deyildi. İlkin yardım göstərildikdən sonra vəziyyəti yaxşılaşmışdır. Damar daxili iynə vurulduqdan sonra ona şəkər həkiminə müraciət etməsi tövsiyə olunmuşdur. Sonra gəlmiş və demişdir ki, qolunda vəziyyət yaxşı deyil və xəstəxanadan ona Bakı şəhərinə göndəriş verilmiş, amma onlar demişlər ki, özlərinin tanış həkimləri var onun yanına aparacaqlar. Əslində onu həyata qaytarmışlar, iynələr vurulmasaydı xəstə ölə bilərdi. Lakin, məhkəmə qeyri-qanuni, ədalətsiz, heç bir hüquq normalarına sığmayan əsassız bir qətnamə qəbul etmişdir. Belə ki, rayon prokurorluğunun cinayət işinin rədd edilməsi barədə qərarında və ekspert rəylərində Cavabdeh2 həkim kimi səhlənkarlıq etməsi və yaxud düzgün müayinə təyin etməməyi öz əksini tapmamışdır. Halbuki Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsin rəyindən görünür ki,“Şəkərli diabet ağır forma. Diabetik koma Hipertenziya” diaqnozu təyin edilərək xəstəyə təcili olaraq tibbi yardım göstərilmiş və yaxşılaşmadan sonra evə buraxılmışdır. xx.xx.2023-cü il tarixdə sağ qolunda şişkinliklər yarandığından, yenidən xəstəxnaya gəlmiş, cərrahın müayinəsi aparılmış və ona “Sağ yuxarı ətrafın başlanan qanqrenası. Venaların tromboflebiti” təyin edilmişdir. Xəstəyə müvafiq təyinat verilərək ixtisaslı müalicə üçün ECM-yə göndərilməsi məsləhət görülmüşdür. Qolundakı şişkinliklər daha da artmış və ağrılara dözə bilmədiyindən, 08 yanvar 2022-ci il tarixdə Bakı şəhərində yerləşən Respublika Kliniki Xəstəxanasına gedərək qolundan əməliyyat olunmuşdur. Göründüyü kimi cinayət işinin başlanmasının rədd edilməsi qərarı və ekspertiza rəyləri ilə Cavabdeh2 həkim kimi düzgün müayinə təyin etməsi, xəstənin sağlamlığının pozulması səbəbinin onun təyin etdiyi dərmanlar və müalicə ilə əlaqəli olmadığı öz təsdiqini tapmışdır. Xəstəyə müayinə təyin edilməsi həkimin vəzifəsi olsa da, ona təyin edilmiş dərman peraparatlarının verilməsi və sair hərəkətlərin edilməsi tibbi bacısının vəzifə səlahiyyətlərinə aiddir. Lakin məhkəmə göstərilənləri nəzərə almadan, ekpsertizaların nəticəsində, İddiaçı sağlamlığının pozulması səbəbi, qüsurlu texniki inyeksiya(yəni xəstəyə iynə vurularkən, qüsurlu vurulması və sair səbəblər) nəticəsində olsa da, iddiaçı iddiasında inyeksiyanı tibbi bacısının etdiyini qeyd etsə də, Cavabdeh2 xəstəyə heç bir tibbi manipulyasiya, cərrahi əməliyyat, inyeksiya etmədiyi halda, məhkəmə qətnaməsində xəstəyə qüsurlu texniki inyeksiyanın onun etdiyini qeyd edərək, qanunvericilyin tələblərinə zidd hüquqi nəticəyə gəlməklə, mənəvi ziyanın ödənilməsi hissəsinə əsaslandırmadan, səhv maddi və prosessual hüquq normalarını tətbiq etməklə, qismən təmin etmişdir. Tibb bacısının şahid kimi ifadəsinin alınmaması, zəruri dinlənilmələr və iş materiallarına əlavə olunan sənədlər düzgün araşdırılmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edilmişdir. c) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Tərəflər apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim etməmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cavabdeh2 verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Cavabdeh Ağsu Rayon X7 Hüquqi Şəxsi apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, verilmiş apellyasiya şikayətlərində məhkəmə aktı tam mübahisələndirildiyindən, Məhkəmə qətnamənin qanuniliyini və əsaslılığını tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə səhv hüquqi nəticəyə gəlmişdir. Belə ki, hazırki iddia tələbinin qanuni əsasını mülki hüquq pozuntusu (delikt) nəticəsində dəymiş ziyanın ödənilməsi təşkil edir. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bununla belə, iddianın həmin norma əsasında təmin edilməsi üçün cavabdehlərin iddiaçıya qarşı mülki hüquq pozuntusu (delikt) törətməsi sübuta yetirilməlidir. Deliktin şərtləri (ünsürləri) isə Mülki Məcəllənin 1096-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir. İşin mübahisələndirilməyən halı ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ağır vəziyyətdə Ağsu Rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra Xəstəxananın cərrahı, hazırki iş üzrə Cavabdeh2 tərəfindən iddiaçıya “Şəkərli diabet ağır forma. Diabetik koma Hipertenziya” diaqnozu təyin edilərək tibbi yardım göstərilmiş və iddiaçı yaxşılaşmadan sonra evə buraxılmışdır. İddiaçı sağ qolunda şişkinliklər yaranması ilə bağlı xx.xx.2023-cü il tarixdə yenidən xəstəxnaya gəlmiş, cərrahın müayinəsi aparılmış və ona “Sağ yuxarı ətrafın başlanan qanqrenası. Venaların tromboflebiti” təyin edilmişdir. Xəstəyə müvafiq təyinat verilərək ixtisaslı müalicə üçün ECM-yə göndərilməsi məsləhət görülmüşdür. İddiaçının qolundakı şişkinliklər və ağrılar artdığına görə, o, Respublika Kliniki Xəstəxanasına müraciət etmiş və xx.xx.2022-ci il tarixdə həmin xəstəxanada qol nahiyyəsindən əməliyyat olunmuşdur. İddiaçının şikayət əsasında Ağsu Rayon Prokurorluğunda aparılmış aradşdırma zamanı toplanmış 39-C-22 saylı material üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X8”nin verdiyi 69 saylı, xx.xx.2023-cü il tarixli rəydə göstərilir ki, “1. İddiaçı adına X1 şöbəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 320/KEŞ saylı rəyin nəticə hissəsi təsviri hissəsinə uyğun olmuşdur.
2. Ağsu Rayon Rayon X4 Məmmədovanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2022-ci il tarixdə ağır vəziyyətdə xəstəxananın qəbul şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Şəkərli diabet ağır forma. Diabetik koma. Hipertenziya” diaqnozu düzgün təyin edilmişdir. Xəstəyə təcili olaraq tibbi yardım göstərilmiş, göstərilmiş yardımlardan sonra həmin tarixdə yaxşılaşma ilə evə yazılmışdır. xx.xx.2022-ci il tarixdə xəstə yenidən xəstəxanaya müraciət etmiş, cərrahın müayinəsi aparılmış və ona “Sağ yuxarı ətrafın başlanan qanqrenası? Venaların tromboflebiti?” təyin edilmişdir. Xəstəyə müvafiq təyinat verilmiş, ixtisaslı müalicə üçün ECM-ə göndərilməsi məsləhət görülmüşdür. Respublika Klinik Xəstəxanasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə xəstəxananın İİ cərrahiyyə şöbəsinə daxil olmuş və ona “Sağ yuxarı ətrafın anaerob fleqmonası. Şəkərli diabet tip 2” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xəstənin üzərində “Fleqmonanın açılması. Nekroektomiya” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonra intensiv müalicə fonunda xəstənin vəziyyətində yaxşılaşma olmuş və xəstə sonrakı müalicəni davam etdirmək üçün xx.xx.2022-ci il tarixdə yaşayış yeri üzrə cərrahın və endokrinoloqun nəzarəti altında evə yazılmışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Ağsu Rayon Mərkəzi Xəstəxanasında göstərilmiş tibbi yardımlar zamanı dərman preparatlarının qüsurlu texniki inyeksiyası ilə əlaqədar sağ yuxarı ətraf iltihablaşmış, yanaşı infeksiya qoşulmuş və bu fonda anaerob fleqmona inkişaf etmişdir.
3. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvuranın dərəcəsinin təyini nəzərdə tutulmayıb”. Göründüyü kimi, Ağsu Rayon Mərkəzi Xəstəxanasına daxil olan iddiaçıya qoyulan diaqnozun düzgün olması, təyinatın və müalicənin düzgün aparılması yuxarıda qeyd olunan Məhkəmə Tibbi Ekspertiza və X2 69 saylı, xx.xx.2023-cü il tarixli rəyində öz təsdiqini tapmışdır. Həmin rəylə həmçinin təsdiq olunur ki, iddiaçının qolunun sağ yuxarı ətrafının iltihablaşması, yanaşı infeksiya qoşulması və bu fonda anaerob fleqmonanın inkişaf etməsi, bütün bunlar nəticəsində isə iddiaçının sağ qolunda cərrahiyyə əməliyyatı aparılması Ağsu Rayon Mərkəzi Xəstəxanasında göstərilmiş tibbi yardımlar zamanı dərman preparatlarının qüsurlu texniki inyeksiyası ilə əlaqədar olmuşdur. Göründüyü kimi, Cavabdeh2 iddiaçıya qoyduğu diaqnozla, apardığı müalicə ilə iddiaçının sağ yuxarı ətrafının iltihablaşması, yanaşı infeksiya qoşulması və bu fonda anaerob fleqmonanın inkişaf etməsi arasında hər hansı bir səbəbli əlaqə yoxdur. İddiaçının müayinə və müalicəsində Cavabdeh2 hər hansı səhvə yol verməmişdir, iddiaçıda həmin xəstəliyin yaranmasında cavabdehin qanunazidd əməlinin olması müəyyən edilməmişdir. Başqa sözlə, iddia əsassızdır. Belə olan halda hesab edilir ki, Cavabdeh2 iddiaçıya qarşı mülki hüquq pozuntusu törətməmişdir. Törətmədiyi əmələ görə isə o, mülki hüquq məsuliyyətinə cəlb oluna bilməz. İddiaçının dəlilləri və Rayon Məhkəməsinin işin müzakirə olunan hissəsində gəldiyi nəticəsi əsassız, Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri isə əsaslıdır. Yuxarıda qeyd olunduğu kimi, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının sağlamlığına vurulmuş zərər ona Ağsu Rayon Mərkəzi Xəstəxanasında göstərilmiş tibbi yardımlar zamanı dərman preparatlarının qüsurlu texniki inyeksiyası ilə əlaqədar olmuşdur. İddiaçıya dərman preparatlarının qüsurlu texniki inyeksiyasını Xəstəxananın tibb bacısı Ramilə Mustafayeva aparmışdır. Başqa sözlə Ramilə Mustafayeva iddiaçıya qarşı mülki hüquq pozuntusu (delikt) törətmişdir. Mülki Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Lakin iş materiallarından görünür ki, iddiaçı, Ramilə Mustafayevaya qarşı hər hansı tələb irəli sürməmiş, onu cavabdeh kimi işə cəlb etməmişdir. Lakin bununla yanaşı Məhkəmə bildirir ki, iddiaçının sağlamlığına vurulmuş zərər tibb bacısı Ramilə Mustafayevanın vəzifəsinin icrası zamanı iddiaçıya dərman preparatlarının qüsurlu texniki inyeksiyası nəticəsində baş vermişdir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçı qarşısında Ramilə Mustafayevanın həmin təqsirli hərəkətlərinə görə mülki hüquq məsuliyyəti işəgötürən, yəni cavabdeh Ağsu Rayon Mərkəzi Xəstəxanası daşımalıdır. İş materiallarından görünür ki, iddiaçı, ona vurulmuş maddi zərər olaraq (xəstəxanalarda ambulator və stasionar müalicəyə gedib gəlmək üçün nəqliyyat xərci, dərman vasitələrinin alınması, tibbi xərclər, qalması və qidalanması, habelə şəxsi təsərrüfatından malik ola biləcəyi gəlirindən məhrum olması, ona göstərilən qulluğa görə pulun ödənilməsi) 11.200 manat, mənəvi zərərə görə isə 8.000 manat məbləğində pulun ödənilməsini tələb edir. Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İş üzrə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin müzakirə edilən mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, maddi zərər çəkilmiş və ya çəkməli olan xərclərdə, əmlak itkilərində, habelə əldən çıxmış faydada ifadə edildiyi üçün, bu cür tələb irəli sürmüş şəxs ona məhz tələb etdiyi həcmdə maddi zərər dəydiyini təsdiq edən konkret sübutlarını məhkəməyə təqdim etməlidir. Belə ki, hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, onlardan istifadə etməlidir. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Lakin, iddiaçı, ona maddi zərərin vurulduğunu və həmin zərərin 11.200 manat məbləğində olmasını təsdiq edən mötəbər sübutları məhkəmələrə təqdim etməmişdir. Məhkəmə iddiaçının izahatını da maddi zərərin vurulması ilə bağlı sübut növü kimi qəbul etmir. Çünki iddiaçının həmin izahatı başqa obyektiv sübutlarla təsdiq edilmir. İşə apellyastiya qaydasında baxılması zamanı iddiaçının nümayəndəsi və vəkili iddiaçının sağlamlığının bərpa ediməsi üçün gələcəkdə çəkiləcək xərclər barədə məlumatı əks etdirən "xxxx" MMC-nin 52 saylı, xx.xx.2024-cü il tarixli məktubunu məhkəməyə təqdim etmişdir. Bununla bağlı Məhkəmə bildirir ki, dövlət tərəfindən sağlamlığı icbari qaydada sığortalanmış və dövlət tibb müəssisələrində müalicə olunmuş iddiaçı gələcəkdə sağlamlığının bərpası üçün zəruri müalicənin pulsuz almaq imkanının olmamasını sübuta yetirə bilməmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, maddi zərərin əvəzinin ödənilməsi barədə tələbi rədd edən Rayon Məhkəməsinin mövqeyi əsaslı, iddiaçı tərəfin bununla bağlı iddiasının və apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Bununla yanaşı Məhkəmə qeyd edir ki, maddi zərərdən fərqli olaraq mənəvi zərər qeyri-əmlak xarakterli olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur və adətən şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Belə zərər anadangəlmə və ya qanun əsasında şəxsə məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir, bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. İddiaçının sağ yuxarı ətrafının iltihablaşması, yanaşı infeksiya qoşulması və bu fonda anaerob fleqmonanın inkişaf etməsi, bunların aradan qaldırılması üçün iddiaçının sağ qolunda cərrahiyyə əməliyyatı aparılmasının Ağsu Rayon Mərkəzi Xəstəxanasında göstərilmiş tibbi yardımlar zamanı dərman preparatlarının qüsurlu texniki inyeksiyası nəticəsində baş verməsi işin mübahiəsiz halıdır. Belə olan vəziyyətdə iddiaçının mənəvi və fiziki iztirablara, mənfi psixoloji reaksiyaya məruz qalması da mübahisəsizdir və Məhkəmə iddiaçıdan mənəvi zərərə məruz qalması barədə başqa konkret sübutlar tələb etməsinə zərurət görmür. Bu baxımdan Məhkəmə hesab edir ki, hazırkı halda pozuntunun müəyyən olunması mənəvi zərəri tam əvəz etmir, ona görə də mənəvi zərərə görə müəyyən məbləğdə əvəzin ödənilməsi təmin olunmalıdır. İddiaçı birinci instansiya məhkəməsində mənəvi ziyanən əvəzi olaraq 8.000 manat təzminat tələb etsə də, Məhkəmə hesab edir ki, mənəvi zərərin əvəzi olaraq – 1.500 manat pulun cavabdeh Ağsu Rayon Mərkəzi Xəstəxanasından iddiaçının xeyrinə tutulması ədalətli və ağlabatandır. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddiaçının iddiası qismən, yəni mənəvi zərərin cavabdeh Ağsu Rayon Mərkəzi Xəstəxanasından tutulması hissəsində əsaslıdır. Lakin Rayon Məhkəməsi işin hallarına uyğun olmayan nəticəyə gələrək, iddiaçıya qarşı mülki hüquq pozuntusu törətmiş şəxsin, iş üzrə Cavabdeh2 olması və bu səbəbdən mənəvi zərərin də həmin cavabdehdən tutulması barədə iş üzrə səhv nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşımır, şikayətlərin dəlilləri qismən əsaslıdır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, cavabdeh Ağsu Rayon Mərkəzi Xəstəxanasından mənəvi zərərə görə 1.500 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı, iddia tələbinin qalan hissədə təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə MPM-nin 119-cu maddəsinin tələblərini nəzərə alaraq hesa edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 149 manat dövlət rüsumunun 35 manatı cavabdeh Ağsu Rayon Mərkəzi Xəstəxanasından iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin onu da qeyd etməyi vacib hesab edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə, cavabdehlər hazırki iş üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayəti verə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Hazırki iş üzrə Ağsu Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tаrixli qətnaməsi ləğv edilsin. Cavabdeh Ağsu Rayon X7 Hüquqi Şəxsindən mənəvi zərərə görə 1.500(bir min beş yüz) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 35(otuz beş) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun, iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, İddiaçı qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.