Məhkəmə qərarları › İş №2(107)-1646/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1646/2021

19.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1646/2021 19.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X7 iclas katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qarşı “əsassız varlanma nəticəsində əldə olunmuş əmlakın dəyərinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Balakən Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(019)-633/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qızından Balakən rayonu Şərif kəndində yerləşən 1,0833 ha torpaq sahəsindən əsassız olaraq əldə etdikləri əmlakın dəyəri olan 38700 (otuz səkkiz min yeddi yüz) manatın , məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 40 (qırx) qəpik xidmət haqqının müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin (hakim H.Səlimov) 16 iyun 2021-ci il tarixli, 2(019)- 633/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 qarşı əsassız varlanma nəticəsində əldə olunmuş əmlakın dəyərinin qaytarılması tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarına əsasən, X6 və onun ailə üzvlərinin mülkiyyətinə Balakən rayonu Şərif kəndində yerləşən 1,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Onlar həmin torpaq sahəsinin 1,0833 ha hissəsini 26 avqust 2004-cü il tarixdə notarial qaydada X2, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi reyestrdə 4-Ə 142 nömrə ilə qeydə alınmışdır. Həmin torpaq sahəsində 110 ədəd fındıq toması mövcuddur və qeyd olunan ərazidə fındığın 1 hektara olan məhsuldarlığı 10 sentnerdir (1000 kq) (əsas: Balakən rayon Statistika İdarəsinin 13 aprel 2021-ci il tarixli, 2 nömrəli və Şərif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02 may 2021-ci il tarixli, 21 nömrəli arayışları). X8 14 sentyabr 2009-cu il tarixdə özünə məxsus bütün əmlakını ona vəsiyyət etmiş, 29 oktyabr 2009-cu il tarixdə vəfat etmişdir. İddiaçı anasının ölümündən sonra ondan qalmış miras əmlakı vərəsə olaraq qəbul etmişdir. Balakən rayonu Şərif kəndində yerləşən həmin 1,0833 ha torpaq sahəsi X5 notarial qaydada satılmasına, iddiaçıya vəsiyyət olunmasına baxmayaraq onların adına dövlət qeydiyyatına alınmamış, iddiaçı 12 aprel 2011-ci il tarixdə Balakən rayonu Şərif bələdiyyəsində təsdiq etdirməklə alqı-satqı müqaviləsi bağlayıb sözügedən torpaq sahəsini Cavabdeh2 7000 ABŞ dollarına satmış, torpaq sahəsini sonuncunun istifadəsinə vermişdir. Tərəflər arasında alqı-satqı müqaviləsi notarial qaydada bağlanmamışdır. Cavabdeh2 digər Cavabdeh1 qızının anası olmaqla 2011-ci ildən hazırki tarixədək sözügedən torpaq sahəsi Cavabdeh2 və Cavabdeh1 qızı tərəfindən istifadə olunmuş, orada olan fındıq tomalarından əldə olunan fındıq məhsulu onlar tərəfindən yığılmış, ot yemi biçilmiş, həmin məhsulun satışından əldə olunmuş vəsait onlar tərəfindən istifadə olunmuşdur. Mübahisəli torpaq sahəsi əvvəlki mülkiyyətçilərin adında qaldığından Cavabdeh2 xahişi ilə X6 və onun ailə üzvləri 12 noyabr 2018-ci il tarixdə mübahisəli 1,0833 ha torpaq sahəsinə öz adlarına RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Daha sonra, 20 noyabr 2018-ci il tarixdə iddiaçı ilə Cavabdeh2 arasındakı alqı-satqı müqaviləsini rəsmiləşdirmək məqsədi ilə sözügedən torpaq sahəsi formal olaraq 5000 manata Cavabdeh1 qızına satılmış, torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan məlumatlı olduqdan sonra, iddiaçı sözügedən hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsi ilə bağlı Balakən Rayon Məhkəməsinə iddia ilə müraciət etmiş, həmin məhkəmənin 07 avqust 2019-cu il tarixli, 2(019)-685/2019 nömrəli qətnaməsinə əsasən, iddiaçının iddia tələbi qismən təmin edilərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 12 noyabr 2018-ci il tarixdə X1 adına verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, 20 noyabr 2018-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Cavabdeh1 qızının adına 26 fevral 2019- cu il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Həmin məhkəmə qətnaməsi ilə iddiaçının sahibliyində olmuş, Balakən rayonu Şərif kəndində yerləşən 1,0833 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin cavabdehlərdən alınıb onun sahibliyinə qaytarılması, iddiaçıdan 7000 ABŞ dollarının qətnamə icra olunduğu günə Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla alınıb cavabdehlərə qaytarılması, torpaq sahəsinin qaytarılması ilə pulun qaytarılmasının eyni vaxta icra olunması qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 07 avqust 2019-cu il tarixli, 2(019)-685/2019 nömrəli qətnaməsi hazırda qanuni qüvvəyə minmişdir. Əqdin etibarsızlığı nəticəsində tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı olmasına baxmayaraq cavabdehlər 2011-ci il tarixdən hazırki vaxtadək həmin torpaq sahəsindən əldə olunmuş fındıq məhsulunun və ot yeminin dəyərini iddiaçıya qaytarmamış, əsassız varlanma nəticəsində əldə olunmuş əmlakın dəyərinin ödənilməsi sonunculardan tələb olunmasına baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, 2011-2020-ci illər üzrə fındığın 1 hektara olan məhsuldarlığı orta hesabla 10,7-11,3 sent olmuş, Respublika üzrə orta illik istehlak qiyməti 4,35-5,59 manat arasında dəyişmişdir. Mübahisə predmeti olan 1,0833 ha torpaq sahəsində 110 ədəd fındıq toması mövcuddur ki, onun yerləşdiyi Balakən rayonu Şərif kəndində fındığın 1 hektar sahəyə olan orta məhsuldarlığı 10 sentner olmuşdur. Şərif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin rəsmi məlumatına əsasən, bir il ərzində mübahisəli torpaq sahəsindən 120-130 ədəd ot presinin əldə olunması mümkündür. Rəsmi elanlarla müəyyən olunur ki, ot presinin ortalama qiyməti təxminən 5-6 manat arasında dəyişməkdədir. Minimum 3 manatdan hesabladıqda cavabdehlər mübahisəli torpaq sahəsindən əldə olunmuş ot presindən (100 ədədə münasibətdə) illik 300 manat qazanc əldə etmişdirlər. Həmin torpaq sahəsində əkilmiş fındıq topalarından bir il ərzində minimum 1 ton fındıq məhsulunun əldə olunması mümkündür ki, minimum fındığın kilosunun 4 manatdan (fındığın yığılmasına çəkilmiş xərclər çıxılmaqla) nəzərə alındıqda cavabdehlər fındıq məhsulunun satışından il ərzində 4000 manat qazanc əldə etmişlər. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi 12 aprel 2011-ci il tarixdə Balakən rayonu Şərif bələdiyyəsində təsdiq etdirməklə alqı-satqı müqaviləsi bağlanaraq cavabdehlərin istifadəsinə verildiyi vaxtdan bir il sonra, yəni 2012-ci ildən 2020-ci ilədək olan 9 il müddətində cavabdehlər həmin torpaq sahəsindən 2700 manat ot presindən, 36000 manat isə oradan əldə olunmuş fındıq məhsulundan olmaqla, ümumilikdə 38700 manat əsassız olaraq qazanc əldə etmişlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Ona görə də Balakən Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(019)-633/2021 nömrəli qətnaməsinin ləğv olunmasına və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı tərəf məhkəməyə teleqram ünvanlayaraq işin yenə də təxirə salınmasını xahiş etmiş, lakin üzrlü səbəb barədə məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(019)- 633/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Balakən Rayon İcra Hakimiyyəti Başçısının Şərif kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə2 ünvanlanmış 07 may 2021-ci il tarixli 21 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı olduğu 2(019)- 685/2019 nömrəli mülki iş üzrə Balakən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 07 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən onun iddia tələbi qismən təmin olunmuş, 12 noyabr 2018-ci il tarixdə X1 adına verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, AN-İ seriyalı ******* nömrəli 20 noyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh1 qızının adına 26 fevral 2019-cu il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması, İddiaçı sahibliyində olmuş, Balakən rayonu Şərif kəndində yerləşən 1,0833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh1 qızından və Cavabdeh2 alınıb onun sahibliyinə qaytarılması, İddiaçı 7000 (yeddi min) ABŞ dollarının qətnamə icra olunduğu günə Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla alınıb cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qaytarılması, torpaq sahəsinin qaytarılması ilə pulun qaytarılmasının eyni vaxtda icra olunması qət edilmişdir. Həmin sahədə fındıq bağı yerləşir. Fındıq sahəsindən fındıq məhsulu qarşılıqlı razılaşma yolu ilə alqı-satqı aparıldıqdan, yəni 2011- ci ilin yazından 2020-ci ilə qədər 10 il ərzində Yeni-Şərif kənd sakini Cavabdeh2 və onun ailəsi tərəfindən yığılmışdır. Sahədə 110 toma fındıq vardır.Kəndə hər hektardan orta məhsuldarlıq 10 sentnerdir. Bağ sahəsində çöl sahəsinə nisbətən ot yemi az olur. Bir il ərzində bağ sahəsindən təxmini 120-130 ədəd ot bağlaması yığmaq mümkündür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən 07.08.2020-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən rayon Şərif kəndi ərazisindən yerləşən 1.0833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 adına daşınmaz əmlakın dövlət reyestrində 89 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydiyyata alınmışdır. Balakən rayon Şərif kənd soveti tərəfindən 15 fevral 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 126663 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X9 arasında 04 yanvar 1997-ci il tarixli 01 nömrə ilə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Hədisova soyadı verilmişdir. Balakən Rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli 2(019)-685/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 12 noyabr 2018-ci il tarixdə X1 adına verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, AN-İ seriyalı ******* nömrəli 20 noyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh1 qızının adına 26 fevral 2019-cu il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı sahibliyində olmuş, Balakən rayonu Şərif kəndində yerləşən 1,0833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh1 qızından və Cavabdeh2 alınıb onun sahibliyinə qaytarılması, İddiaçı 7000 (yeddi min) ABŞ dollarının qətnamə icra olunduğu günə Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla alınıb cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qaytarılması, torpaq sahəsinin qaytarılması ilə pulun qaytarılmasının eyni vaxtda icra olunması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin qərara əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin göstərilən müddəalarının mənasına görə hər hansı bir şəxsin mülki hüquq pozuntusu (delikt) ilə bağlı məsuliyyətinin yaranması üçün ziyan vurulmasına gətirib çıxarmış hərəkətlə (hərəkətsizliklə) bağlı onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada müəyyən olunmalıdır. Məhkəmə kоllegiyаsı hesаb edir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi və iddiа tələbinin təmin edilməsi üçün əsаs оlа bilməz. Kollegiya işin hallarını, İddiaçı, anasından ona miras qalmış, Balakən rayonu Şərif kəndində yerləşən 1,0833 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2011-ci ildə 7000 ABŞ dolları alaraq cavabdehlər Cavabdeh1 qızının və Cavabdeh2 istifadəsinə və sahibliyinə verməsini, bu səbəbdən cavabdehlərin həmin torpaq sahəsindən istifadə etmələrini, Balakən Rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli 2(019)-685/2019 nömrəli qətnaməsinə əsasən İddiaçı sahibliyində olmuş, Balakən rayonu Şərif kəndində yerləşən 1,0833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona qaytarılmasının onun cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qaytarmalı olduğu 7000 ABŞ dolları ilə eyni vaxtda icra edilməli olmasını, lakin İddiaçı həmin icra sənədini icra etməməsini, bu səbəbdən torpaq sahəsinin cavabdehlərin istifadəsində qalmasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi və apellyasiya şikayətinin dəlilləri əsassızdır Kollegiyanın qənaətinə görə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Çünki sübutetmə vəzifəsi prinsipcə pozitiv və baş vermiş halların təsdiq olunmasına yönəlmiş fəaliyyətdir, ona görə də, bir qayda olaraq olmayan şeyləri yox, baş vermiş olan hadisələri sübut etmək mümkündür. Bu səbəblərdən də birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. q ə t e t d i: İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(019)-633/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar