Məhkəmə qərarları › İş №2(107)-1650/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1650/2021

12.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1650/2021 12.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, Göyçay Rayon Məhkəməsinin iddia ərizəsinin geri qaytarılması barədə 2(046)- 1436/2021 saylı, 18 iyun 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiаçı X4 Cavabdeh ASC-yə qarşı “vərəsəlik əmlakına tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 məxsus əmlakın hesabına cavabdehə qarşı 104.362 ABŞ dolları məbləğində tələbi məcburi icra etmək barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-1436/2021 saylı, 18 iyun 2021-ci il tarixli qərardadı ilə iddiаçı X2 Cavabdeh ASC-yə qarşı “vərəsəlik əmlakına tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər gеri qаytаrılmışdır. İddiaçı Göyçay Rayon Məhkəməsinin 2(046)1436/2021 saylı 18 iyun 2021-ci il tarixli qərardadının ləğv edilməsi və iddia ərizəsini icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətində tələbini belə əsaslandırmışdır ki, Məmmədov Vaqif ilə heç vaxt bizneslə məşğul olmamışdır. Həm də gələcəkdə Məmmədov Vaqif ilə iş görmək məqsədi olmamışdır. Məmmədov Vaqif ilə qohumu Sosunov Mişa bizneslə məşğul olurdu. X9 Federasiyasının vətəndaşıdır. Zavodun direktoru və hüquqi şəxs olaraq, Cavabdeh ilə bağlanmış müqavilə əsasında 2007-ci ildən Məmmədov Vaqiflə rəsmi işləmişdir. Bu günə qədər “GöyçayKonyak Zavodu” Sosunov Mişaya böyük miqdarda pul qaytarmalıdır. Rusiya Federasiyasının Arbitraj Məhkəməsinin Qərarları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq İdarəsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Vaqif Məmmədovla 2014-cü ildə Mişa Sosunov gələndə nahar zamanı tanış olmuş, həmin vaxt restoranda qohumu Sosunov Mişa ilə söhbət edərkən Məmmədov Vaqif söhbətində öyrəndi ki, tezliklə onun toyu olmalıdır və onun pulu var ki, bu pulu özünə mənzil almalıdır. Sosunov Mişa gedişindən bir müddət sonra Mamedov Vaqif onu kafeya dəvət etdi. 2014-cü ilin iyun ayında mən Məmmədov Vaqif ilə görüşüb söhbət edərkən Məmmədov Vaqif ona təklif etdi ki, hazırda əlində xammal hazırlamaq üçün pul olmadığından Sosunov Mişaya xammal göndərə bilmir. Həmin vaxt Məmmədov Vaqif mənə dedi ki, əgər ona pul veriləcəyi halda o zavodda Sosunov Mişaya göndərmək üçün xammal hazırlayacaq və həmin xammalı Sosunov Mişaya satacaqdır. Konyak spirti istehsalı üçün xammal əldə etmək, eləcə də bu xammalın kiməsə satılması onu heç vaxt maraqlandırmamışdır. Şifahi razlaşmaya əsasən Məmmədov Vaqifə nəğd pul vermiş və Məmmədov Vaqif konyak spirt üçün bu xammal istehsal etməli və satmalı idi. Məmmədov Vaqif ona bir ay ərzində pulunu qaytarmağı vəd etmiş və toyuna hədiyyə olaraq 5000-6000 manat mükafat verəcəyinə söz vermişdir. Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında cinayət işinə baxılmasının başlandığı ilk gündən Məmmədov Vaqifin ona qarşı cinayətkar hərəkətlərinin qiymətləndirilməsi dərhal müəyyən edilmişdir. Məmmədov Vaqifi bir məqsədi vardır, konyak spirti üçün xammalın istehsalı adı ilə, fırıldaqçılıq və dələduzluq yolu ilə ondan külli miqdarda nağd pulumu mənimsəmək və ələ keçirtmək. Məmmədov Vaqif dəfələrlə istintaqa gəlməkdən qəsdən boyun qaçırmış və axtarışda olmuşdur. 2011-ci ildən mən Vergilər Nazirliyində sahibkar kimi qeydiyyatdan keçmiş və bizneslə məşğul olmaq istəmişdir. Bu biznes tamamilə başqa fəaliyyət növü ilə bağlıdır. Heç vaxt konyak spirtinin istehsalı və satışı ilə məşğul olmamışdır. Sahibkar kimi qeydiyyatdan keçəndən sonra böyük biznes planları yox idi və keçdiyi gündən heç nə qazanmamışdır. 25.12.2012-ci il - 25.12.2017ci il tarixlərində mən sahibkarlıq fəaliyyətimi dayandırmış, 16.04.2018-ci ildən 16.04.2023-cü ilədək sahibkarlıq fəaliyyətinin dayandırılması haqqında yenidən ərizə yazmışdır. 2012-ci ildən bəri sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. X6 verəndə bunu hüquqi şəxs yox, fiziki şəxs kimi tmişdir. Məmmədov Vaqif ilə heç bir biznes müqaviləsi və kontrakt imzalamamışlar. Vaqif Məmmədova verdiyi pulu spirt istehsalına sərmayə qoyub və bu spirt Cavabdeh ASC-də idi. 28 avqust 2018-ci il tarixdə Məmmədov Vaqif Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində ifadə verəndə etiraf etdi ki, o, bu spirti satmış və bildirmişdir ki, o, aldığı pulu öz ehtiyaclarına xərcləmişdir. Bu spirtin bir hissəsi zavodda ola bilər. Mümkündür ki, bu spirtin bir hissəsi hazırda Cavabdeh ASC-də yerləşir. Bu, iddiasında Cavabdeh ASC cavabdeh kimi təqdim edilməsinin səbəblərindən biridir. Məmmədov Vaqif Cavabdeh ASC direktoru və sahibi idi və bu zavod X5 mülkiyyəti idi. Məhz buna görə də qanuna görə iddia ərizəsində mərhum Məmmədov Vaqifin əmlakı cavabdeh qismində çıxış edir. X5 varislərini tanımır. Cavabdeh ASC-dən başqa mərhum Məmmədov Vaqifin başqa varisi əmlakını da bilmirəm. Həmçinin mərhum Məmmədovun Vaqifin varisləri var ki, onlar mərhumun vərəsəlik hüququna daxil olacaqlar. Məlum səbəblərə görə bütün əmlak mirası və mərhum Məmmədov Vaqifin varisləri haqqında məlumat ala bilməmişdir. Buna görə də şikayətinin təmin edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-1436/2021 saylı, 05 iyul 2021-ci il tarixli qərardadı ilə ərizə və şikayət təmin edilməmiş, qərardaddan verilmiş şikayət işlə birlikdə baxılması üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2 maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini əlaqəli şəkildə tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 2(046)-1436/2021 saylı, 18 iyun 2021-ci il tarixli qərardadı ləğv edilərək, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-cü madəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Kollegiya qeyd etməyi lazım bilir ki, məhkəmə iddia ərizəsini icraata götürdükdən sonra iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini izah etməklə iddiaçıya hüquq və vəzifələrini izah edə bilərdi. Eyni zamanda prosessual qənaət prinsipinə riayət etmiş olardı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Göyçay Rayon Məhkəməsinin 2(046)- 1436/2021 saylı, 18 iyun 2021-ci il tarixli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, şikayət təmin edilməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin 2(046)-1436/2021 saylı, 18 iyun 2021-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Göyçay Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiаçı X4 tərəfindən verilmiş şikayət təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 2(046)-1436/2021 saylı, 18 iyun 2021-ci il tarixli qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. İddiаçı X2 Cavabdeh ASC-yə qarşı “vərəsəlik əmlakına tutmanın yönəldilməsi” tələbinə dair sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki iş Göyçay Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar