Məhkəmə qərarları › İş №2(107)-1657/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1657/2020

24.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1657/2020 24.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X12 ibarət tərkibdə, məhkəmə iclas katibi X13, iddiaçı Balakən rayon X2 Heyyətinin sədri Nümayəndə iştirakı ilə, İddiaçı Balakən rayon İstehsal-İstehlak Kooperativinin cavabdeh Bayramova (Emçiyeva) Xanım Umaxan qızına qarşı sənədlər tələbi və sair tələbinə dair Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-155/2020 nömrəli qətnaməsindən iş üzrə cavabdeh Bayramova (Emçiyeva) Xanım Umaxan qızı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Balakən rayon İstehsal-İstehlak Kooperativi cavabdeh Bayramova (Emçiyeva) Xanım Umaxan qızına qarşı iddia ərizəsi ilə cavabdeh Balakən rayon İctimai X11 baş mühasibi Bayramova (Emçiyeva) Xanım Umaxan qızı tərəfindən Balakən rayon İctimai X11 bütün sənədlərinin-əmr kitabları, işçilərin şəxsi qovluqları, əmək kitabçaları, əmək haqqı kitabları, kassa kitabları, əmək haqqı cədvəlləri, balans, dövriyyə cədvəlləri, baş kitab, əsas vəsait, invertar mal və tara hərəkəti uçot kitabları və sair bütün mühasibat və arxiv sənədlərinin təhvil verilməsi və idarənin boşaldılıb açarının Balakən rayon İstehsal- İstehlak Kooperativinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Balakən rayon İstehsal-İstehlak Kooperativinin nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tələbi dəqiqləşdirib, 1) Əmr kitabı-1969-2020-ci illər; 2) Əmək kitabçaları -1960-2020-ci illər; 3) Əmək haqqı kitabları -1960-2020-ci illər; 4) Şəxsi qovluqlar -1960- 2020-ci illər; 5) Baş kitab -1960-2020-ci illər; 6) Dövriyyə cədvəlləri -1960- 2020-ci illər; 7) Uçot koitabları- 1960-2020-ci illər; 8) Əsas vəsait və invertarların hesab kitabı- 1960-2020ci illər; 9) Kassa kitabları -1960-2020-ci illər; 10) Kassa hesabatları və əmək haqqı ödəniş cədvəlləri- 1960-2020-ci illər; 11) Maddi məsul şəxslərin mal-material hesabı-1960-cı ildən 2020-ci ilədək cavabdeh Bayramova (Emçiyeva) Xanım Umaxan qızından alınıb Balakən rayon İstehsal-İstehlak Kooperativinə verilməsinə və idarənin boşaldılıb açarının Balakən rayon İstehsal-İstehlak Kooperativinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-155/2020 nömrəli (hakim Z.Tahirov) qətnaməsi ilə iddiа tələbi təmin edilmiş, Ləğv edilmiş Balakən rayon X16 Birliyinə məxsus 1) Əmr kitabı1969-2020-ci illər; 2) Əmək kitabçaları -1960-2020-ci illər; 3) Əmək haqqı kitabları -1960- 2020-ci illər; 4) Şəxsi qovluqlar -1960-2020-ci illər; 5) Baş kitab -1960-2020-ci illər; 6) Dövriyyə cədvəlləri -1960-2020-ci illər; 7) Uçot kitabları- 1960- 2020-ci illər; 8) Əsas vəsait və invertarların hesab kitabı- 1960-2020-ci illər; 9) Kassa kitabları -1960-2020-ci illər; 10) Kassa hesabatları və əmək haqqı ödəniş cədvəlləri- 1960- 2020-ci illər; 11) Maddi məsul şəxslərin mal-material hesabı-1960-cı ildən 2020-ci ilədək, Balakən rayon İctimai X11 açarı və binası boşaldılmış vəziyyətdə cavabdeh Bayramova (Emçiyeva) Xanım Umaxan qızından alınıb iddiaçı Balakən rayon İstehsal-İstehlak Kooperativinə verilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan cavabdeh Bayramova (Emçiyeva) Xanım Umaxan qızı oğlu Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-155/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, X14 xx xxxxxxxx 2019-cu il tarixli, 46 saylı qərarı ilə Balakən rayon X16 Birliyi ləğv edilərək, təşkilatlarına birləşdirilmişdir. xx.xx.2019cu il tarixdə Azərittifaqın nümayəndəsi Hidayət Mehdiyev və Balakən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ramazan Saramanovun iştirakı ilə İİMB-nin direktoru X17 ərizəsinə əsasən işdən çıxdığı üçün müəssisənin bir ədəd möhür və bir ədəd künc ştampını akt tərtib edilməklə Balakən rayon X2 Heyətinin sədri Nümayəndə təhvil verilmişdir. Lakin, həmin gündən bu günə kimi Balakən rayon İctimai X11 baş mühasibi Bayramova (Emçiyeva) Xanım Umaxan qızı dəfələrlə müraciət etmələrinə baxmayaraq, müəssisəyə aid heç bir sənədi onlara təhvil vermir. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh Bayramova (Emçiyeva) Xanım Umaxan qızı apelyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi qanunazidd qərar qəbul etmişdir. Belə ki, iş üzrə icraat dayandırılmasına baxmayaraq işin icraatı təzələnmədən yekun məhkəmə qərarı qəbul edilmişdir. O, X18 Birliyinin səlahiyyətli nümayəndəsi deyil, baş mühasib vəzifəsində çalışmışdır. Səlahiyyətli nümayəndə olmadığı üçün ona qeydiyyat orqanı tərəfindən müəssisəsinin ləğvi ilə bağlı 5 nömrəli bildiriş verilməyib, qeydiyyat məlumatlarında dəyişiklik edilməsinə dair kitabda da imza etməmişdir. Bundan başqa Balakən rayon X5 ləğv prosesi düzgün aparılmamışdır. Əgər düzgün aparılsaydı belə bir iddianın qaldırılmasına ehtiyac qalmazdı. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Bayramova (Emçiyeva) Xanım Umaxan qızı məhkəmənin iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə, eləcə də təxirə salınmasına dair məhkəməyə məlumat verməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Balakən rayon X2 Heyyətinin sədri Nümayəndə bildirdi ki, X14 xx xxxxxxxx 2019-cu il tarixli, 46 saylı qərarı ilə Balakən rayon X16 Birliyi ləğv edilərək, təşkilatlarına birləşdirilmişdir. xx.xx.2019-cu il tarixdə Azərittifaqın nümayəndəsi Hidayət Mehdiyev və Balakən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ramazan Saramanovun iştirakı ilə İİMB-nin direktoru X17 ərizəsinə əsasən işdən çıxdığı üçün müəssisənin bir ədəd möhür və bir ədəd künc ştampını akt tərtib edilməklə Balakən rayon X2 Heyətinin sədri kimi ona təhvil verilmişdir. Lakin, həmin gündən bu günə kimi Balakən rayon İctimai X11 baş mühasibi Bayramova (Emçiyeva) Xanım Umaxan qızı dəfələrlə müraciət etmələrinə baxmayaraq, müəssisəyə aid heç bir sənədi onlara təhvil vermir. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.2-ci maddəsinə əsasən, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)- 155/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Çünki, məhkəmə kollegiyasının fikrincə, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, işdə olan X9 xx xxxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, ticarətkommersiya fəaliyyətinin günün tələbləri səviyyəsində təşkil olunmamasına, istifadəsiz qalmış şəbəkə və digər əsas vasitlərin fəaliyyətlərinin bərpa olunması üçün əsaslı tədbirlərin görülməməsinə, uçot hesabat işlərinin günün tələblər səviyyəsində qurulmamasına, fəaliyyətin qeyri-rentabelli olmasına, büdcə və s. borclarla vaxtında hesablaşılmadığına, keçən ilki təftişin nəticələri barədə olan qərar verilmiş bir sıra tapşırıqların yerinə yetirilməməsinə və s. nöqsanlara görə RİİK-nin idarə heyətinin sədri Nümayəndə və baş mühasibi T.Bayramovaya töhmət elan edilməsi, fəaliyyətin qeyrirentabelli olmasına, səlahiyyət həddini aşaraq bir sıra obyektləri Azərittifaqın razılığı olmadan öz qərarı ilə balansdan sildiyinə, hesablarında mal-tara qalmış olan işdən çıxıb getmiş şəxslərin barəsində lazımi tədbirlərin görülməməsinə, vergi borcunun ödənilməsi barədə məhkəmə qətnaməsini vaxtında icra etmədiyinə və s. nöqsanlara görə İİMB-nin direktoru E.Şirinov və baş mühasibi Cavabdeh ciddi cəzaya layiq olması, lakin Elçin Şirinovun işdən çıxmaq üçün verdiyi ərizə və İİMB-nin vergi borcunun ödənildiyi nəzərə almaraq, E.Şirinovun verdiyi ərizə əsasında öz xahişi ilə İİMB-nin direktoru vəzifəsindən azad edilməsi, Balakən RİİK müvəkkillərinin xx.xx.2019-cu il tarixli (pr.№5, m.l) qərarı ilə razılaşılması, İİMB-nin ləğv edilərək balans qalıqlarının RİİK-nin balansına birləşdirilməsi, RİİK-nin idarə heyətindən müvafiq komissiyanın yaradılaraq İİMB-nin ləğvinin başa çatdırılması, İİMB-nin ləğvi başa çatdıqdan sonra onun işçilərinin, o cümlədən baş mühasibi Cavabdeh müvafiq qaydada işlə təmin edilməsi məsələsini həll edilməsi, işin təşkilində olan nöqsan və geriliklərin aradan qaldırılması, istifadəsiz qalmış şəbəkələrin və digər əsas vəsitlərin fəaliyyətlərinin bərpa olunması, ticarət-kommersiya fəaliyyətinin günün tələbləri səviyyəsində təşkil olunması, bütün proqnoz göstəricilərin yerinə yetirilməsi, artıq xərclərin qarşısının alınması, maliyyə vəziyyətinin yaxşılışdırılması üçün əsaslı tədbirlərin görülməsi, kassa nizam-intizamına əməl edilməsi, lüzumsuz xərclərə yol verilməməsi, əmlakın satışı və silgisi işinin müvafiq qaydada sənədləşdirilməsi və vaxtında uçota alınmasının təmin edilməsi, keçən illərdən fəaliyyəti dayanmış şəbəkələrdə və işdən çıxıb getmiş şəxslərdə qalmış mal və taralar barəsində müvafiq tədbirlərin görülməsi, maddiməsul şəxslərdə uçota alınan 9809 manat mal və tara qablarının mövcudluğunu təsdiq edən inventarizasiyaların keçirilməsinin təmin edilməsi, ödənilməsi ümidsiz olan debitor borclarının və dövrü keçmiş kreditor borclarının müəyyən olunmuş qaydada silinib uçotdan çıxarılması məsələsinə baxılıb həll edilməsi, ödənilməsi ümidli olan debitor borclarının alınması və kreditor borclarının ödənilməsi üçün mövcud imkanlardan səmərəli istifadə edilməsi, RİİK-nin və İİMB-nin balansında olan, bu qərarın təsviri hissəsində göstərilən, hüquqi və fiziki şəxslər tərəfindən zəbt edilmiş, sökülüb dağıdılmış və tabeçilik göstərməyən hər bir obyekt üzrə onların qaytarılması, icarə müqavilələrinin bağlanması, sökülüb dağıdılmış obyektlər üzrə zərərin müəyyənləşdirilib konkret günahkarlardan tələb olunması üçün mümkün olan bütün tədbirlərin görülməsi və lazım gələrsə məhkəmə qaydasında iddia qaldırılması, görülmüş tədbirlərin müsbət nəticəsi olmadıqda və ya konkret günahkar şəxslər müəyyən edilmədikdə onların müəyyən olunmuş qaydada təlimat üzrə silinməsi məsələsinə baxılıb həll edilməsi, keçən ilki təftişin nəticələri barədə olan X14 qərarının tam yerinə yetirilməsi, uçot-hesabatın təşkilində olan nöqsan və geriliklərin aradan qaldırılması, idarəetmə, icra və nəzarət orqanlarının fəaliyyətlərinin nizamnamə tələblərinə uyğun təşkil edilməsi, Azərittifaqa olan borcun tam şəkildə ödənilməsinin təmin edilməsi, ictimai iaşə fəaliyyətinə diqqətin artırılması, bu sahədə olan nöqsan və geriliklərin aradan qaldırılması və fəaliyyətinin genişləndirilməsi üçün lazımi tədbirlərin görülməsi, İİMB-nin balansından çıxarılmış 18190 manat dəyərində əmlakın balansa bərpa edilərək müvafiq qaydada Azərittifaqın razılığı olduqdan sonra onun həllinə baxılması, İİMB-nin vergi borcunun ödənilməsi barədə vergi orqanları və məhkəmə qərarlarının icrası idarəsinə məlumat verilməsi, bu qərarın icrası barədə X10 arayış təqdim edilməsi, qərarın icrasına nəzarətin X14 sədr müavininə, X19, müvafiq idarə rəhbərlərinə həvalə edilməsi qərara alınmışdır. İşdə olan xx xxxxxxxx 2019-cu il tarixli aktdan görünür ki, X9 xx xxxxxxxx 2019-cu il tarixli, 46 saylı qərarına əsasən Balakən rayon X16 Birliyi Balakən rayon İstehsal-İstehlak Kooperativinə birləşdirilməsi ilə əlaqədar bir ədəd möhür və künc ştampı Balakən rayon X2 Heyətinin sədri Nümayəndə təhvil verildi. İşdə olan Balakən rayon İstehsal-İstehlak Kooperativi üzrə xx.xx.2019-cu il tarixli, 6№-li sərəncamdan çıxarışda göstərilmişdir ki, X1 İdarə Heyətinin xx xxxxxxxx 2019-cu il tarixli, 46 saylı qərarına əsasən Balakən rayon X16 Birliyi Balakən rayon İstehsal-İstehlak Kooperativinə birləşdiyi üçün dəfələrlə müraciət edilməsinə baxmayaraq, münasib işlə təmin edilməsinə ərizə vermədiyinə görə xx.xx.2019-cu il tarixdən işdən azad edilmişdir. İşdə olan Azərittifaqın xx xxxxxxxx 2019-cu il tarixli k-46/a sərəncamında göstərilmişdir ki, Balakən Rayon İctimai X11 direktoru Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq xx xxxxxxxx 2019-cu il tarixdən ərizəsinə əsasən öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmişdir. İşdə olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)- 1575/2019 saylı qərardadından görünür ki, iddiaçı Balakən rayon X3 Balakən rayon İctimai X11 cavabdeh Balakən rayon İstehsal-İstehlak Kooperativinə qarşı “xx.xx.2019-cu il tarixli, 05 nömrəli müvəkkillər iclasının qərarının ləğv edilməsi, qanunazidd olaraq götürülmüş möhür və ştampın cavabdehdən alınaraq geri qaytarılması, cavabdeh tərəfindən işçilərdən toplanmış aidiyyəti üzrə təqdim edilməmiş 8100 manat miqdarında vəsaitin cavabdehdən alınaraq müəssisəyə qaytarılması” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışıdır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-2(107)-15/2020 saylı qərardadından görünür ki, iddiaçı Balakən rayon X3 Balakən rayon X16 Birliyi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(117)-73/2020 saylı qərardadının ləğv edilməsi, iddiaçı Balakən rayon X3 Balakən rayon İctimai X11 cavabdeh Balakən rayon İstehsalİstehlak Kooperativinə qarşı “xx.xx.2019-cu il tarixli, 05 nömrəli müvəkkillər iclasının qərarının ləğv edilməsi, qanunazidd olaraq götürülmüş möhür və ştampın cavabdehdən alınaraq geri qaytarılması, cavabdeh tərəfindən işçilərdən toplanmış aidiyyəti üzrə təqdim edilməmiş 8100 manat miqdarında vəsaitin cavabdehdən alınaraq müəssisəyə qaytarılması” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanması qərara alınmışıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. MM-in 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. MM-in 55.1-ci maddəsinə əsasən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. MM-in 56.1, 56.2 və 56.3-cü maddələrinə əsasən hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir; hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir; hüquqi şəxs bölündükdə onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq yeni yaranmış hüquqi şəxslərə keçir. MM-in 57.1-ci maddəsinə əsasən təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır. MM-in 60.1, 60.2, 60.3 və 60.4-cü maddələrinə əsasən hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır; ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır; hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir; ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) borcların ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi üçün hüquqi şəxsin əmlakını iqtisadi cəhətdən səmərəli, qiymət baxımından sərfəli və tez bir zamanda satılması, borcların ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi, məqsədilə onun işini davam etdirir. Qeyri-kommersiya təşkilatı ləğv edildikdə onun borclarının ödənilməsindən sonra qalan əmlakın hüquqi müqəddəratı bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq həll edilir. Birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə məhkəmə kollegiyası razılaşmır və apellyasiya şikayətində qeyd edilmiş məsələlərlə münasibət bildirərək, aşağıdakıları qeyd edir. Belə ki, apelyasiya şikayəti tədqiq edilərkən müəyyən olunur ki, onun əsas dəlillərindən biri məhz işin icraatı təzələnmədən yekun məhkəmə qərarının qəbul edilməsidir. Lakin, məhkəmə kollegiyası hesab edir ki, həmin dəlil əsassızdır. Belə ki, iş materialından göründüyü kimi Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat dayandırılmış və xx xxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək işin baxılması davam etdirilmişdir. Bundan başqa apelyasiya şikayətində göstərilmiş cavabdehin X18 Birliyinin səlahiyyətli nümayəndəsi olmaması, eyni zamanda Balakən rayon X5 ləğv prosesinin düzgün aparılmamasına dair dəlliləri də əsassızdır. Belə ki, cavabdehin X18 Birliyinin səlahiyyətli nümayəndəsi olmaması, eyni zamanda Balakən rayon X5 ləğv prosesinin düzgün aparılıb-aparılmaması iş materiallarından göründüyü kimi iddiaçıya məxsus olan lakin cavabdehdə olan həmin sənədlərin cavabdeh tərəfindən qaytarılmaması üçün əsas deyildir. MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «X4rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Apellyasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə iclasında tədqiq olunan sübutları məcmu halda qiymətləndirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(019)-155/2020 saylı qətnaməsi cavabdeh Bayramova (Emçiyeva) Xanım Umaxan qızına münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq və MPM-in 372, 384, 387, 392, 393-cü maddələrini rəhbər tutaraq q ə t e t d i: Cavabdeh Bayramova (Emçiyeva) Xanım Umaxan qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-155/2020 nömrəli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar