Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1657/2021 22.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili X1 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “həyətyanı torpaq sahəsinin naturada dəyişdirilməsi tələbinə dair” Oğuz Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(054)-168/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(054)-168/2021 nömrəli qətnaməsi ilə (hakim Kamran Süleymanov) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı cavabdehin JN – 292B (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,10 hektar həyətyanı torpaq sahəsindəki 125 kv.metrdən ibarət torpaq payı ilə iddiaçıların ailə üzvlərinin JN – 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,02 hektar həyətyanı torpaq sahəsindəki 175 kv.metrdən ibarət torpaq payının dəyişdirilməsi və mülkiyyət sənədlərində müvafiq dəyişiklik edilməsinə dair iddia tələbinin təmin edilməməsi, məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu məbləğinin İddiaçı1 aid edilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin JN – 292B (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,10 hektar həyətyanı torpaq sahəsindəki 125 kv.metrdən ibarət torpaq payı ilə iddiaçıların ailə üzvlərinin JN – 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,02 hektar həyətyanı torpaq sahəsindəki 175 kv.metrdən ibarət torpaq payının dəyişdirilməsi və mülkiyyət sənədlərində müvafiq dəyişiklik edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar öz tələblərini onunla əsaslandırmışlar ki, Oğuz şəhəri ərazisində yerləşən fərdi yaşayış evi və evə aid olan, JN – 292B (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,10 hektar həyətyanı torpaq sahəsinə dair mülkiyyət sənədi əldə etmişlər. Həmin sənədə əsasən 0,10 hektar həyətyanı torpaq sahəsi hazırki iş üzrə cavabdeh də daxil olmaqla 8 nəfərin ümumi birgə mülkiyyətindədir. Həmin 0,10 hektar həyətyanı torpaq sahəsində cavabdehin 125 kv.metrdən ibarət torpaq payı vardır. Həmin 8 nəfərin ümumi birgə mülkiyyətində olan, JN – 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,02 hektar həyətyanı torpaq sahəsində isə cavabdehin cəmi 25 kv.metrdən ibarət torpaq payı vardır. Cavabdeh 2008-ci ildə X2 boşanandan sonra onun 0,02 hektar həyətyanı torpaq sahəsində yerləşən, İddiaçı2 adına olan fərdi yaşayış evindən istifadə hüququ tanınmış və cavabdeh həmin evə köçmüşdür. Sonradan cavabdeh qeyd olunan evi sökərək yerində yeni yaşayış evi inşa etdirmişdir. Hazırda da JN – 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,02 hektar həyətyanı torpaq sahəsində cavabdehin cəmi 25 kv.metrdən ibarət torpaq payı olmasına baxmayaraq 0,02 hektar həyətyanı torpaq sahəsi bütövlükdə cavabdehin faktiki istifadəsindədir. 0,10 hektar həyətyanı torpaq sahəsi isə onların özlərinin faktiki istifadəsindədir. Oğuz Rayon Məhkəməsinin 25.01.2021-ci il tarixli 2 (054) - 27 / 2021 nömrəli qətnaməsi ilə onların iddia tələbi təmin edilərək Oğuz şəhəri ərazisində yerləşən, JN - 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasında onların ailə üzvlərinin və cavabdehin ümumi birgə mülkiyyətində olan 0,02 hektar həyətyanı torpaq sahəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işlərinin aparılmasına və mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törədilməsi Cavabdeh qadağan edilmişdir. Onlarla cavabdeh arasında uzun müddətdən bəri davam edən məhkəmə çəkişmələri və mübahisələr mövcuddur. Onlar həmin mübahisəyə son qoyulması üçün 0,02 hektar həyətyanı torpaq sahəsində onların ailə üzvlərinə məxsus olan 175 kv.metr torpaq payı ilə 0,10 hektar həyətyanı torpaq sahəsində cavabdehə məxsus olan 125 kv.metr torpaq payının naturada dəyişdirilməsini ədalətli hesab edirlər. Bununla da, cavabdehə öz payının miqdarından əlavə olaraq 50 kv.metr həyətyanı torpaq sahəsi verilməsinə də razıdırlar. Ona görə də onlar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə etdiklərini bildirmiş və məhkəmə baxışı iclasında ayrı-ayrılıqda həmin tələbin məzmununa uyğun izahatlar verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Digər İddiaçı3 sonuncu məhkəmə iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş və məhkəmə iclasında izahat verərək göstərmişdir ki, hazırki iddianın predmetinə aid olan hər iki həyətyanı torpaq sahəsində onun payı vardır. Lakin qeyd olunan həyətyanı torpaq sahələrində hər bir mülkiyyətçinin payının naturada hansı hissədə yerləşdiyi müəyyən edilməmişdir. Ona görə də o, JN – 292B (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,10 hektar həyətyanı torpaq sahəsindəki 125 kv.metrdən ibarət torpaq payının iddiaçıların ailə üzvlərinin JN – 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,02 hektar həyətyanı torpaq sahəsindəki 175 kv.metrdən ibarət torpaq payı ilə dəyişdirilməsinə razı deyildir. Qeyd etdiklərinə əsasən iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Oğuz Rayon Məhkəməsi qeyd olunan maddələrin tələblərini pozmuş, iş üzrə mübahisəli hüquq münasibətlərini tənzimləyən hüquq normalarına dəqiq riayət etməmiş, tətbiq edilməli olan qanun və normativ aktları tətbiq etməmişdir. Onların şikayətinin, iş üzrə verdikləri izahatların və irəli sürdükləri dəlillərin, o cümlədən apellyasiya şikayətinin müəyyən edilməsi ilə əlaqədar təqdim etdikləri əlavə sübutların əsasını onların mülkiyyətlərində olan torpaq sahələrinin dəyişdirilməsi təşkil edir. Oğuz Rayon Məhkəməsi nəinki mübahisələndirilən torpaq sahələrinin yerini və Ölçüsünü müəyyən etməmiş, cavabdehin özünün bizim ümumi birgə (7 nəfər ailə üzvümüz və cavabdeh olmaqla cəmi 8 nəfərin) mülkiyyətimizdə olan 0.02 ha həyətyanı torpaq sahəsində yerləşən evi sökərək yerində hazırda yaşadığı qanunsuz tikili olan yaşayış binasını inşa etdirdiyini görməzdən gəlmişdir. Məhkəmənin gəldiyi qənaətdən belə çıxır ki, biz də iddia qaldıraraq Cavabdeh məxsus qanunsuz tikilinin {fərdi yaşayış evinin) sökülməsini tələb etməiiyik. Bildiririk ki, cavabdehlə aramızda uzun illərdir məhkəmə mübahisələri davam edir. Həmin məhkəmə çəkişmələrinin böyük əksəriyyəti Oğuz Rayon Məhkəməsində olmuşdur. Xüsusilə qeyd etmək İstəyirik ki, Oğuz Rayon Məhkəməsinin icraatında həmin mübahisəli torpaq sahələri barədə dəfələrlə məhkəmə mübahisələri olmuşdur. Oğuz Rayon Məhkəməsi cavabdehlə aramızda olan uzun sürən mübahisə ilə bağlı dəfələrlə işə baxmasına, yerində baxış keçirməsinə, mübahisə ilə bağlı iddiaçının qərəzli olduğu barədə, bilərəkdən və qəsdən mübahisəni uzatması, hüquqdan sui-istifadə etməsi barədə ətraflı məlumatlı olmasına baxmayaraq, həzırki iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, təqdim etdiyimiz sübutları qiymətləndirməmişdir. Məhkəmə iddia tələbinin əsaslı və qanuni olmasına hüquqi qiymət verməmiş, təqdim etdiyimiz sübutları tam və hərtərəfli araşdırmamış, qiymətləndirməmiş, torpaq sahələrinin yerini müəyyənləşdirməmiş, dəqiq araşdırma aparmadan, qanun və normativ aktları səhv təfsir edərək hazırda şikayət etdiyimiz qanunsuz və əsassız qətnaməni qəbul etmişdir. Məhkəmə qətnaməni Özünün mülahizələri və iş üzrə hüquqi əhəmiyyət kəsb etməyən hüquq normaları ilə əsaslandırmağa çalışmışdır. Ən maraqlısı isə odur ki, məhkəmə yalnız cavabdehin iddianı qəbul etmədiyinə və torpaq sahələrinin dəyişdirilməsinə razı olmadığına görə iddianı təmin etməmişdir. Təbii ki, əgər cavabdeh torpağın dəyişdirilməsinə razı olsaydı məhkəməyə müraciət etməzdilər. Ona görə də, Oğuz Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(054)-168/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(054)-168/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(054)-168/2021 nömrəli qətnaməsi iddianın cavabdehin JN – 292B (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,10 hektar həyətyanı torpaq sahəsindəki 125 kv.metrdən ibarət torpaq payı ilə iddiaçıların ailə üzvlərinin JN – 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,02 hektar həyətyanı torpaq sahəsindəki 175 kv.metrdən ibarət torpaq payının dəyişdirilməsinə dair təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 153.3, 153.4, 155.5, 215.3, 215.5 və 220.1-ci maddələrinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 155.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. Həmin Məcəllənin 215.3-cü maddəsinə əsasən paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Oğuz şəhəri ərazisində yerləşən 0,10 hektar və 0,02 hektar həyətyanı torpaq sahələri iddiaçılar, onların ailə üzvləri və cavabdeh də daxil olmaqla 8 nəfərin paylı mülkiyyətindədir. Hazırda iddiaçılar cavabdehin JN – 292B (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,10 hektar həyətyanı torpaq sahəsindəki 125 kv.metrdən ibarət torpaq payı ilə iddiaçıların ailə üzvlərinin JN – 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,02 hektar həyətyanı torpaq sahəsindəki 175 kv.metrdən ibarət torpaq payının dəyişdirilməsi və mülkiyyət sənədlərində müvafiq dəyişiklik edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər. İddiaçılar öz iddia tələblərinin əsası olaraq 0,10 hektar və 0,02 hektar həyətyanı torpaq sahələrinin onların ailə üzvlərinin və cavabdehin paylı mülkiyyətində olmasına dair tərtib edilmiş hüquqmüəyyənedici sənədə istinad edirlər və həmin torpaq sahələrindən istifadə edilməsi ilə bağlı onlarla cavabdeh arasında uzun müddətdən bəri davam edən məhkəmə çəkişmələri və mübahisələr mövcud olduğunu bildirirlər. Cavabdeh iddia tələbini qəbul etmir, 0,10 hektar və 0,02 hektar həyətyanı torpaq sahələrindəki paylarının dəyişdirilməsinə razı deyildir. Mübahisə predmetinə aid olan 0,10 hektar və 0,02 hektar həyətyanı torpaq sahələri iddiaçılar, onların ailə üzvləri və cavabdehin ümumi birgə mülkiyyətindədir. 0,10 hektar həyətyanı torpaq sahəsi hazırda faktiki olaraq iddiaçıların ailə üzvləri, 0,02 hektar həyətyanı torpaq sahəsi isə cavabdeh tərəfindən istifadə edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hüquq normalarının məzmunundan göründüyü kimi heç kəs qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadan mülkiyyətindən, o cümlədən, ümumi birgə mülkiyyətdə olan payından məhrum edilə, həmin əmlaka (paya) dair mülkiyyət hüquqları bu və ya digər şəkildə məhdudlaşdırıla bilməz. Mübahisə predmetinə aid olan 0,10 hektar həyətyanı torpaq sahəsi hazırda faktiki olaraq iddiaçıların ailə üzvləri, 0,02 hektar həyətyanı torpaq sahəsi isə cavabdeh tərəfindən istifadə edilsə də, iş materiallarından görünür ki, həmin torpaq sahələrinin hər ikisi ümumi birgə mülkiyyətindədir və həmin torpaq sahələrində iddiaçıların ailə üzvləri ilə birgə cavabdehin də payı vardır. Hazırki vəziyyətdə cavabdeh özünün 0,10 hektar həyətyanı torpaq sahəsindəki 125 kv.metrdən ibarət payının iddiaçıların ailə üzvlərinin 0,10 hektar həyətyanı torpaq sahəsindəki 175 kv.metrdən ibarət payı ilə əvəz edilməsinə razı deyildir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, hazırki iş üzrə cavabdeh həm 0,10 hektar, həm də 0,02 hektar həyətyanı torpaq sahələrinin ümumi birgə mülkiyyətçilərindən olmaqla, həmin torpaq sahələrindəki payının dəyişdirilməsinə razı olmadığından, belə bir dəyişdirilmə üçün qanunvericilikdə nəzərdə tutulmuş hər hansı əsas, maddi hüquq norması da müəyyən edilmədiyindən iddiaçıların həyətyanı torpaq sahəsinin naturada dəyişdirilməsi və mülkiyyət sənədlərində müvafiq dəyişiklik edilməsinə dair hazırki iddia tələbinin heç bir hüquqi əsası olmadığından həmin iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən iddianın cavabdehin JN – 292B (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,10 hektar həyətyanı torpaq sahəsindəki 125 kv.metrdən ibarət torpaq payı ilə iddiaçıların ailə üzvlərinin JN – 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,02 hektar həyətyanı torpaq sahəsindəki 175 kv.metrdən ibarət torpaq payının dəyişdirilməsinə dair təmin edilməmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddianın cavabdehin JN – 292B (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,10 hektar həyətyanı torpaq sahəsindəki 125 kv.metrdən ibarət torpaq payı ilə iddiaçıların ailə üzvlərinin JN – 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,02 hektar həyətyanı torpaq sahəsindəki 175 kv.metrdən ibarət torpaq payının dəyişdirilməsinə dair təmin edilməmiş hissəsində əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçılar da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən iddianın cavabdehin JN – 292B (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,10 hektar həyətyanı torpaq sahəsindəki 125 kv.metrdən ibarət torpaq payı ilə iddiaçıların ailə üzvlərinin JN – 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,02 hektar həyətyanı torpaq sahəsindəki 175 kv.metrdən ibarət torpaq payının dəyişdirilməsinə dair təmin edilməmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(054)-168/2021 nömrəli qətnaməsi iddianın cavabdehin JN – 292B (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,10 hektar həyətyanı torpaq sahəsindəki 125 kv.metrdən ibarət torpaq payı ilə iddiaçıların ailə üzvlərinin JN – 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,02 hektar həyətyanı torpaq sahəsindəki 175 kv.metrdən ibarət torpaq payının dəyişdirilməsinə dair təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(054)-168/2021 nömrəli qətnaməsi iddianın cavabdehin JN – 292B (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,10 hektar həyətyanı torpaq sahəsindəki 125 kv.metrdən ibarət torpaq payı ilə iddiaçıların ailə üzvlərinin JN – 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,02 hektar həyətyanı torpaq sahəsindəki 175 kv.metrdən ibarət torpaq payının dəyişdirilməsinə dair təmin edilməmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. İddianın mülkiyyət sənədlərində müvafiq dəyişiklik edilməsinə dair hissəsində icraata xitam verilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 22 sentyabr 2021-ci il tarixli 2(107)-1657/2021 nömrəli qərardadı nəzərə alınsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1657/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1657/2021
22.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver