Məhkəmə qərarları › İş №2(107)-1661/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1661/2020

01.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1661/2020 01.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X5 iclas katibliyi, İddiaçı оğlu (bundan sonra iddiaçı), üçüncü şəxs “xxxxxxxxxx” X4 nümаyəndəsi X3 iştirakı ilə iddiaçının cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və üçüncü şəxs «xxxxxxxxxx» X2rşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(033)-724/2018 nömrəli qətnaməsindən Cavabdeh2 MMC və üçüncü şəxs «xxxxxxxxxx» QSC tərəfindən verilmiş apelyasiya şikayətlərinəaçıq məhkəmə iclasında bаxаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə (bundan sonra-Cavabdeh2 Cavabdeh2 MMC) qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi iləməhkəməyə müraciət edərək, Zaqatala şəhəri, Füzuli küçəsi, 15 saylı ünvanda yerləşən mənzillə bağlı Cavabdeh2 MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim A. İsmayılov) xx xxxxxxx 2018-ci il tarixli, 2(033)-724/2018 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, İddiaçı tam xüsusi mülkiyyətində olan ünvan 2 saylı ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 74,05 kv m, ümumi sahəsi 105,05 kv m olan fərdi yaşayış evi ilə bağlı Cavabdeh2 MMC-nin və cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs «xxxxxxxxxx» QSC-nin iştirakı ilə xx xxxxx 2018-ci il tarixdə keçirilmiş hərracın, həmin tarixdə onlar tərəfindən imzalanmış “hərracın yekunları barədə” 41 nömrəli protokolun və Cavabdeh2 MMC-nin direktoru Y.N.Əliyev və cavabdehlərin tərəfində mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs «xxxxxxxxxx» QSC-nin nümayəndəsi X6 arasında xx xxxxx 2018ci il tarixdə bağlanmış «Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə» müqavilənin etibarsız hesab edilməsi, İddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Qətnamədən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs «xxxxxxxxxx» QSC-nin nümayəndəsi X7 və Cavabdeh2 MMC-nin nümayəndəsi X9 tərəfindən apelyasiya şikayətləri verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyаsının xx xxx 2019-cu il tarixli 2(107)- 1227/2019 saylı qətnaməsi ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs «xxxxxxxxxx» QSC və Cavabdeh2 MMC tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(033)-724/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 MMC-yə və cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs «xxxxxxxxxxx» QSC-yə qarşı Zaqatala şəhəri, Füzuli küçəsi, 15 saylı ünvanda yerləşən mənzillə bağlı Cavabdeh2 MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(102)-6512/2019 saylı qərarı ilə İddiaçı оğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyаsının xx xxx 2019-cu il tarixli 2(107)-1227/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyаsının xx xxxxxx 2020-ci il tarixli 2(107)- 367/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(033)-724/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs «xxxxxxxxxx» QSC-nin nümayəndəsi X7 və Cavabdeh2 MMC-nin nümayəndəsi X9 tərəfindən kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(102)-3483/2020 nömrəli qərarı ilə kassasiya şikayətləri təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyаsının xx xxxxxx 2020-ci il tarixli 2(107)-367/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə qaytarılmışdır. İşə baxılarkən iddiаçı məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək iddia tələbindən imtina etdiyini, cavabdehlə məhkəmədən kənar razılıq əldə etdiyini bildirərək mülki iş üzrə icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin nümayəndəsi Vüsal Həsənli ərizənin təmin olunmasına və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 384.0.4cü mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsiqətnаməni tаmаmilə və yа qismən ləğv edə bilər, iş üzrə icrааtа xitаm verə və yаxud ərizəni bаxılmаmış sаxlаyа bilər. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iddiaçının ərizəsini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, MPM-in 47 və 52.1-ci maddələrinə əsasən, iddiaçının iddiadan imtina etmək hüququ vardır. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər (mad.14.3). İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir (mad. 261.0.4). İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır (mad. 262.1). Apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır (mad. 370.1). Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (mad. 370.2). İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər (mad. 191.1). Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir (mad. 191.2). O da qeyd olunmalıdır ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir (mad.262.4). Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının iddiadan imtinası qanunvericiliyin tələbinə uyğundur, eləcə də iddiadan imtina digər şəxslərin qanunla qorunan hüquq və mənafelərinə toxunmur Şərh olunаnlаrа əsаsən və MPM-in 261-264, 370, 391, 400, 402-404 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçıiddia tələbindən imtina etməsinə dair ərizəsi təsdiq edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(033)-724/2018 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar