Məhkəmə qərarları › İş №2(107)-1674/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1674/2020

30.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1674/2020 30.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, cavabdehlər X8 və X2 iştirakları ilə, İddiaçı cavabdehlər X10 və X3 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-588/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-588/2020 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddia qismən təmin edilmiş, cavabdeh X5 maddi ziyanın əvəzi olaraq 79 manatın və mənəvi ziyanın əvəzi olaraq 300 manatın alınaraq İddiaçı verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, İddiaçı dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun 20 manatının onun özünə aid edilməsi, 10 manatının isə cavabdeh X5 tutularaq İddiaçı qaytarılması qət edilmişdir. İşin halları İddiaçıcavabdehlər X10 və X3 qarşıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X10 və X1 5000 manat maddi zərər və 1000 manat mənəvi zərərin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş İddiaçı izahatında göstərmişdir ki, o, 2014-cü ildə Şəki şəhəri, Oğuz yolu adlanan ərazidən 0,06 hektar torpaq sahəsi almışdır. Hazırda həmin torpaq sahəsi öz adınadır. Həmin torpaq sahəsini aldığı vaxt həmin torpaq sahəsində 27 ədəd meyvə ağacları olmuş və o özü də həmin torpaq sahəsinə sonradan 12 ədəd meyvə ağacları əkmişdir. Həmçinin, il ərzində, əsasən də yay aylarında həmin ağaclara qulluq etmişdir. O, xx xxxxxx 2019-cu il tarixdə mülkiyyətində olan həmin torpaq sahəsinə baxmağa getdikdə həmin torpaq sahəsində olan albalı, gilas, əncir, ərik, tut, şaftalıvə zoğal ağaclarının kəsildiyini görmüşdür. Həmin ağacların kim tərəfindən kəsildiyini araşdırdıqda həmin ağacların qonşuluqda yaşayan cavabdehlər X10 və X4 tərəfindən kəsildiyini müəyyən etmişdir. O, bununla bağlı Şəki ŞRPŞ-nə də şikayət etmiş və şikayəti üzrə araşdırma aparılarkən həmin ağacların həqiqətən də cavabdehlər tərəfindən kəsildiyi öz təsdiqini tapmışdır. Həmçinin, onun iştirakı ilə kəsilmiş ağacların sayının 34 ədəd olduğu müəyyən edilmişdir. Həmin ağaclar 15 ilin ağacları olmuşlar. Həmin ağaclardan 27-si kəsilmiş, 7-si isə kökündən çıxarılmışdır. Cavabdehlər öz qanunsuz hərəkətləri ilə ona öz torpaq sahəsində yetişmiş meyvə ağaclarının meyvəsini yığmağa maneəçilik törədirlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona 5000 manat maddi zərər və 1000 manat mənəvi zərər dəymişdir.Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Hazırda iddiasını müdafiə edir. İddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X10 izahatında göstərmişdir ki, İddiaçı məxsus torpaq sahəsi ilə onun torpaq sahələrini ayıran hasar ona məxsusdur. O, öz hasarının dibini təmizləmək, özünü və ailəsini iddiaçının mülkiyyətində olan qonşu sahədən daxil ola biləcək ilan və sair həşəratlardan qorumaq məqsədi ilə həmin ərazidə olan böyürtkən kollarını kəsmişdir. Buna görə də hasarın o biri tərəfinə, yəni İddiaçı məxsus torpaq sahəsinə keçmişdir. Həmin vaxt kolların içərisində olan bir neçə ədəd qara tut və albalı ağacını da kəsmişdir. Halbuki, həmin ağaclar ona məxsus hasarın altından boy atmış ağaclar olmuşdur. Həmçinin, iddiaçı almamışdan əvvəl qeyd edilən torpaq sahəsi onun istifadəsində olmuş və o, həmin torpaq sahəsində göyərti əkmişdir. O, İddiaçı dörddüncü dəfədir ki, görür. Lakin, İddiaçı qardaşı ilə 20 ildən artıqdır ki, münasibətləri yaxşıdır. Onun budama apararaq kəsdikləri 5- 6 ədəd tut ağacı, 1 ədəd incil ağacı, qalanı isə albalı ağacları olmuşdur. Həmin ağaclar da nazik ağaclar olmuşlar. O, ağacları kəsməmişdən əvvəl iddiaçının qabaqcadan bununla bağlı razılığını almamışdır. Lakin, cavabdeh X4 iddiaçıya məxsus torpaq sahəsindən ağac kəsməmişdir. O, kəsdiyi ağacların əvəzinə iddiaçının torpaq sahəsində eyni sayda peyvənd (calaq) ağaclar yetişdirməyə razıdır. Bu səbəbdən iddiaçıya dəydiyi bildirilən maddi və mənəvi ziyan tələbi ilə razı deyildir. Buna görə də iddianı qəbul etmir və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X8 vəkili X13 da cavabdeh X10 ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh X4 birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işəonun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, işə baxan hakim tərəfindən verilmiş sübutlara heç bir məhəl qoymadan, cavabdehin məhkəmə iclasında qeyd etdikləri və məhkəməyə təqdim etdiyi sənədlər əsasında qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən sözügedən hərəkətin cavabdeh X10 tərəfindən törədilməsi tam sübuta yetir. İddia tələbində göstərilən ağacların dəyəri cavabdeh tərəfindən təqdim edilmiş qiymətləndirilmə rəyinə əsasən hesablanmışdır. Halbuki onun mülkiyyətində olan torpaq sahəsində olan ağaclar həmin rəydə qeyd olunan təzə ştillərin dəyəri ilə hesablamalı deyildir. Çünki necə ola bilər ki, azı 20 kq bar verən 15 illik ağacın dəyəri 3, 4 və ya 8 manat dəyərində hesablansın. O ağacların üzərində yığılmış barın qiyməti elə azı 100 manat dəyərindədir. Bundan başqa məhkəmə göstərdiyi xüsusatların (34 ağacın kəsilib-kəsilməməsi və neçə illik olması) düzgün olub-olmaması barədə yerli baxış keçirməmiş və 15 illik ağacların hansı dəyərdə olması barədə ekspertiza təyin etməmişdir. Qətnamədən də göründüyü kimi məhkəmə Şəki ŞRPŞ-nin araşdırma materiallarına istinad etmiş və həmin materialları əsas götürərək qətnamə qəbul etmişdir Hesab edir ki, Şəki Rayon Məhkəməsi tərəfindən araşdırma düzgün aparılmamışdır. Çünki sözügedən materiallarda ağacların sayı barəsində düzgün olmayan saydan söhbət getsə də, həmin ağacların neçə illik olması barədə heç bir fikir ifadə edilməmişdir. Belə ki, məhkəmə həmin ağacların calaq qiymətin hesablayaraq cavadehdən tutulması qərarına gəlmişdir. Bundan başqa o, həmin ağaclara 6 ilə yaxın bir müddətdə qulluq edərək önlərin böyüməsi üçün zəhmət çəkmiş, onların böyüyüb ərsəyə çatması üçün həyətinə gələn sudan hər ay su vermişdir. Məhkəmə bütün bunların hamısını 3, 4 və 8 manat qiymətində qiymətləndirərək hesablamışdır. Cavabdehlərin ucbatından o, bağ kimi aldığı torpaq sahəsini əkə bilmir. Belə ki, sözügedən torpaq sahəsini almağa gələn orada bağdan əsər-əlamət qalmadığını görüb, bağın bu hala qonşuları tərəfindən salındığını bildikdən sonra belə bir adamlarla qonşu olmaq istəmədikərindən onun torpağını almayıb geri qayıdırlar. Cavabdehlər təkcə onun torpaq sahəsində olan ağacları kəsərək ona maddi ziyan vurmamış, eləcə də ona gözdağı verərək nələr edə biləcəyini ona bildirmək istəmişdir. Hesab edir ki, o bu hərəkətləri ilə cəzalandırılmalı və onun iddia tələbi təmin edilməlidir. Məhkəmə tərəfindən onun iddia etdiyi mənəvi ziyan çox hesablansa da onun və uşaqlarının çəkdiyi mənəvi istirab, necə illik zəhmətinin hədər olması və müxtəlif hüquqmühafizə orqanlarına və ya təşkilatlara gedib-gələrkən çəkdiyi sıxınıtların və xərclədiyi pulların qarşısında 1000 manat mənəvi ziyan nədir ki? Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-588/2020 nömrəli qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər X10 və X4 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-588/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-588/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Şəki şəhəri, 98-ci kvartalda yerləşən 0,06 hektar torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Şəki ŞRPŞ-nin TB-nin icraatında olmuş HK-1/309 saylı material üzrə xx xxxx 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, İddiaçı şikayəti əsasında ağacları kəsildiyi torpaq sahəsinə baxış zamanı həmin torpaq sahəsinin ətrafının mişar daşı ilə bağlandığı, torpaq sahəsinə iki taylı yaşıl darvazadan daxil olduqda içəridə sağ tərəfdə kəsilmiş ağacların köklərinin görünməsinin mümkün olduğu, sol tərəfdə isə həmin ağacların budaqlarının və onların kəsilmiş hissələrinin olduğu qeyd edilmişdir. Baxış zamanı 16 ədəd kəsilmiş ağacların kökləri olduğu müəyyən edilmişdir. İşdə olan Şəki ŞRPŞ-nin TB-nin icraatında olmuş HK-1/309 saylı material üzrə Şəki Bazar ASC tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş 93 nömrəli arayışdan görünür ki, albalı ağacının satış qiyməti 3 manat, gilas ağacının satış qiyməti 3 manat, əncir ağacının satış qiyməti 4 manat, ərik ağacının satış qiyməti 3 manat, tut ağacının satış qiyməti 8 manat, şaftalı ağacının satış qiyməti 2 manat və zoğal ağacının satış qiyməti 3 manat təşkil edir. İşdə olan Şəki ŞRPŞ-nin TB-nin icraatında olmuş HK-1/309 saylı material üzrə 7 saylı Regional Ekologiya və X11 tərəfindən 06dekabr 2019-cu il tarixdə verilmiş 1436 nömrəli arayışdan görünür ki, idarənin əməkdaşları tərəfindən İddiaçı məxsus torpaq sahəsinə baxış keçirilmişdir. Məlumat üçün bildirilmişdir ki, mövcud qanunvericiliyə əsasən xüsusi mülkiyyətdə olan, həyətyanı torpaq sahəsində yerləşən ağacların kəsilməsi nəticəsində vurulmuş ziyanın hesablanması üçün normativ hüquqi sənəd müəyyən edilməmişdir. İşdə olan Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X9 HK-1/309 saylı material üzrə qəbul etdiyi cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, İddiaçı xx xxxx 2019-cu il tarixdə ərizə ilə ŞRŞP-nə müraciət edərək, özünə məxsus Şəki şəhəri, 98- ci kvartalda yerləşən 0,06 hektar torpaq sahəsində əkdiyi ağacların Osman və Qərənfil adlı qonşuları tərəfindən onun icazəsi olmadan kəsilməsi və ona maddi ziyan vurması barədə məlumat verib həmin şəxslər barəsində tədbir görülməsini xahiş etmişdir. İddiaçı şikayət ərizəsi ilə bağlı toplanmış təhqiqat materialı üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, 68-ci maddəsinin 1-ci bəndinə, 71-ci maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxx 2002-ci il tarixli qərarına, “İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvriciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarın 2 və 10-cu bəndlərinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə edilir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 68-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin ona dəymiş zərərin əvəzi tələb etmək hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxx 2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəalarının yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutduğunu qeyd etmişdir. Qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. “İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvriciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarın 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və X12 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin Qərarın 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri, habelə işin diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx xxxx 2019-cu il tarixdə ərizə ilə ŞRŞP-nə müraciət edərək, özünə məxsus Şəki şəhəri, 98-ci kvartalda yerləşən 0,06 hektar torpaq sahəsində əkdiyi ağacların Osman və Qərənfil adlı qonşuları tərəfindən onun icazəsi olmadan kəsilməsi və ona maddi ziyan vurması barədə məlumat verib həmin şəxslər barəsində tədbir görülməsini xahiş etmişdir. İddiaçı şikayət ərizəsi ilə bağlı Şəki ŞRPŞ-nin TB-nin icraatında HK-1/309 saylı material toplanmışdır. Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X9 HK-1/309 saylı material üzrə qəbul etdiyi cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərarına əasən İddiaçı şikayət ərizəsi ilə bağlı toplanmış təhqiqat materialı üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İddiaçıda hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdehlər X10 və X4 tərəfindən ona məxsus torpaq sahəsində yetişdirdiyi ağacların kəsilməsi nəticəsində ona dəymiş 5000 manat maddi zərər və 1000 manat mənəvi zərərin cavabdehlərdən alınaraq ona verilməsini tələb edir. Cavabdehlərdən X10 iddiaçıya məxsus torpaq sahəsində 5-6 ədəd tut ağacı, 1 ədəd incil ağacı, qalanı isə albalı ağacları olmaqla, müəyyən sayda ağacı kəsdiyini təsdiq etsə də, iddianı qəbul etmir. İş üzrə digər cavabdeh X4 isə məhkəmə baxışı iclaslarına gəlməmiş və iddiaya qarşı hər hansı bir münasibət bildirməmişdir. Lakin məhkəmə hazırlıq iclasında iştirak edərək verdiyi izahatında cavabdeh X4 iddianı qəbul etmədiyini bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə öhdəlikləri olmadığından iddiaçının ziyanın əvəzinin ödənilməsi barədə tələblərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində mülki hüquq pozuntualrı (deliklər) üçün nəzərdə tutulmuş hüquq normalarına istinad edilməlidir. Şəki ŞRPŞ-nin TB-nin icraatında olan HK-1/309 saylı material üzrə baxış keçirilməsi barədə xx xxxx 2019-cu il tarixli protokolla cavabdeh X8 İddiaçı məxsus Şəki şəhəri, 98-ci kvartalda yerləşən 0,06 hektar torpaq sahəsində 16 ədəd ağacı kəsdiyi müəyyən edilmişdir. Cavabdeh X8 özü də məhkəmə iclasında verdiyi izahatında həqiqətən də iddiaçının mülkiyyətində olan torpaq sahəsindən nazik ağacları kəsdiyini, kəsdiyi ağaclardan 5-6 ədədinin qara tut, 1 ədədinin incil, qalanlarının isə albalı ağacları olduqlarını göstərmişdir. Bununla da cavabdeh X8 həmin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi və ya mənəvi ziyan dəymişdir. Lakin, cavabdeh X4 tərəfindən iddiaçıya məxsus torpaq sahəsində yerləşən hər hansı bir ağacın kəsildiyini, ümumiyyətlə iddiaçıya dəymiş maddi və ya mənəvi ziyanla bağlı cavabdeh X2 hər hansı bir təqsirli hərəkətinin olması müəyyən edilməmişdir. Buna görə də məhkəmə iddia tələbinin cavabdeh X3 qarşı olan hissəsini əsaslı hesab etmir. Birinci instansiya məhkəməsi bununla yanaşı iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab etmişdir ki, İddiaçı məxsus torpaq sahəsində 16 ədəd ağacın kəsilməsi nəticəsində İddiaçı dəymiş zərərlə əlaqədar cavabdeh X8 təqsirli hərəkətlərinin olduğu müəyyən edilir və işin bu halları işdə olan sənədlərlə və tərəflərin izahatları ilə sübut edilir.Buna görə də İddiaçı məxsus torpaq sahəsində 16 ədəd ağacın kəsilməsi nəticəsində ona dəymiş ziyanı cavabdeh X5 tələb etməkdə haqlıdır. Lakin, İddiaçı cavabdeh tərəfindən onun mülkiyyətində daha çox sayda ağacın kəsildiyini, ona dəymiş maddi ziyanın məbləğinin 5000 manat həddində olduğunu göstərsə də, təhqiqatçı tərəfindən tərtib edilmiş protokolla kəsilmiş ağacların sayının 16 ədəd olması, Şəki Bazar ASC tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş 93 nömrəli arayışla İddiaçı məxsus torpaq sahəsində kəsilmiş 6 ədəd tut ağacının hər biri 8 manat, 1 ədəd əncir ağacının 4 manat və 9 ədəd albalı ağacının hər biri 3 manat olmaqla, ümumilikdə İddiaçı dəyən maddi zərərin 79 manat olduğu müəyyən edilir. İddiaçı ona maddi ziyan olaraq dəydiyini bildirdiyi 5000 manatın 79 manat hissəsi istisna olmaqla, qalan hissəsinin əsaslı olmasını təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də İddiaçı dəymiş maddi ziyan olaraq 79 manat cavabdeh X5 alınaraq İddiaçı verilməli, İddiaçınun iddia tələbinin maddi ziyanla bağlı qalan hissəsi əsaslı olmadığında təmin edilməməlidir. Göründüyü kimi İddiaçı məxsus torpaq sahəsində becərdiyi ağacların cavabdeh X10 tərəfindən kəsilməsi nəticəsində ona maddi ziyan dəymiş, iddiaçı bununla bağlı təhqiqat orqanına, məhkəməyə müraciət etməli olmuş və iştirak etmiş, ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin məhkəmə iddiaçının torpaq sahəsinin mülkiyyətçisi olmaqla onun öz əmlakından maneəsiz istifadə etmək hüququnun olmasını, onun hər hansı bir razılığı olmadan cavabdeh X8 onun mülkiyyətində olan əmlaka müdaxilə etməsinin iddiaçının şüurunda mənfi-psixi reaksiyaya səbəb olmaqla, iddiaçının mənəvi sarsıntı keçirməsinə səbəb olmasını qəbul edir. Bu hallar, o cümlədən iddiaçının ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət etməsi onun mənəvi sarsıntı keçirtməsini təsdiq edir. Bu səbəbdən də iddiaçı cavabdehdən ona vurulmuş mənəvi ziyanın ödənilməsini də tələb etməkdə haqlıdır. Lakin məhkəmə tələb edilən mənəvi ziyan məbləğini işin hallarını nəzərə alaraq yüksək hesab edir və onun ağlabatan həddə azaldılmasının məqsədəmüvafiq olması qənaətinə gəlir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilərək cavabdeh X5maddi ziyanın əvəzi olaraq 79 manat və mənəvi ziyanın əvəzi olaraq 300 manat alınaraq İddiaçı verilməli, əsaslı olmadığından iddia tələbinin qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən İddiaçı dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun 20 manatı onun özünə aid edilməli, 10 manatı isə cavabdeh X5 tutularaq İddiaçıqaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-588/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-588/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar