Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1687/2020 22.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X5 iclas katibliyi və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-28/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı nümayəndəsi və vəkili X8 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Zaqatala şəhəri F.Əmirov küçəsi ev 42-də yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 34,68 kv.m. yaşayış, 27,94 kv.m. yardımçı və 62,62 kv.m. ümumi sahədən ibarət 2 nömrəli mənzilin dəyəri olan 45000 manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-28/2020 nömrəli (hakim T.Həsənov) qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi, İddiaçı ödədiyi 30 (otuz) manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı nümayəndəsi və vəkili X8 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia İddiaçı nümayəndəsi və vəkili X8 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nümayəndəsi olduğu iş üzrə İddiaçı arasında sonuncunun mülkiyyətində olan Zaqatala şəhəri F.Əmirov küçəsi ev 42-də yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 34,68 kv.m. yaşayış, 27,94 kv.m. yardımçı və 62,62 kv.m. ümumi sahədən ibarət 2 nömrəli yaşayış mənzilinin 26400 manat (33000 ABŞ dolları) məbləğində alqı-satqısı ilə bağlı razılaşma olmuşdur. Ancaq Cavabdeh əlində nəğd pul olmadığı üçün İddiaçı təklif etmişdir ki, mülkiyyətində olan həmin mənzili girov qoysun və Cavabdeh bankdan kredit götürərək mənzilin dəyərinin bir qismini bu qaydada ödəsin. Belə də olur, "ipoteka verən" İddiaçı, "xxxxxxxxxxxxxxxx" ASC «xxxx» Bankı və "borcalan" Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə 012008/00066/09/09 nöməli ipoteka müqaviləsi bağlanır və xx.xx.2009-cu il tarixli **********209 nömrəli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ipoteka verən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Zaqatala şəhəri F.Əmirov küçəsi 0,02765 ha torpaq sahəsində yerləşən 42 nömrəli, 1 mərtəbəli binanın 2ci girişində 1 -ci mərtəbəsində yerləşən 62,62 kv.m. ümumi, 34,68 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 2 nömrəli mənzil ipoteka ilə yüklü edilir. Cavabdeh ASC «xxxx» Bankından götürdüyü krediti İddiaçı verir və sonuncuya məxsus əmlaka faktiki surətdə sahiblik və istifadə etməyə başlayır. Hətta gələcəkdə İddiaçı təkrar ehtiyac olmasın deyə iddiaçı Cavabdeh etibarnamə də götürür. Lakin, Cavabdeh xx.xx.2009-cu il tarixli **********209 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcu ödəyə bilmədiyi üçün Zaqatala Rayon Məhkəməsinə xx.xx.2010-cu il tarixli 2(033)-292/2010 iş nömrəli qətnaməsinə əsasən İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri F.Əmirov küçəsi 0,02765 ha torpaq sahəsində yerləşən 42 nömrəli, 1 mərtəbəli binanın 2-ci girişində 1-ci mərtəbəsində yerləşən 62,62 kv.m. ümumi, 34,68 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 2 nömrəli mənzilin hərracda satılması qərara alınmışdır. Bundan sonra xx xxxx 2014-cü il tarixdə keçirilmiş "Hərracın yekunları barədə" Y-232 nömrəli protokola, hərracın yekunları üzrə xx.xx.2014-cü il tarixdə "X2 Mərkəzi" MMC və ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2014-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən əmlak üzərində mülkiyyət hüququ ASC «xxxx» Bank-a keçmiş və sonuncunun həmin əmlak üzərində hüquqları xx xxxxxxx 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Hətta Cavabdeh İddiaçı ona vermiş olduğu etibarnaməyə əsasən cavabdehlər "X2 Mərkəzi" Məhdud Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə (bundan sonra-DƏDRX-in 18 saylı Ərazi İdarəsi), X9 "xxxx" Bankına (bundan sonra-ASC "xxxx" Bankı) və cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Zaqatala Rayon İcra Şöbəsinə qarşı hərracın nəticələri barədə protokolun, hərracın yekunları üzrə bağlanmış alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlak üzrə ipotekaya xitam verilməsi və ipoteka predmetinin ipoteka ilə yüklülükdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2014-cü il tarixdə keçirilmiş "Hərracın yekunları barədə" Y-232 nömrəli protokolun, hərracm yekunları üzrə xx.xx.2014-cü il tarixdə "X2 Mərkəzi" MMC və ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2014-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin, xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə ASC "xxxx" Bankın adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmasına dair RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə, xx.xx.2009-cu il tarixli 012008/00066/09/09 saylı ipoteka müqaviləsinə əsasən ASC "xxxx" Bankı Zaqatala filialının xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 2 ünvanında, 0,02765 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi üzrə ipotekaya xitam verilməsi və həmin ipoteka predmetinin ipoteka ilə yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(033)-20/2017 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, ünvan 2 ünvanmda, 0,02765 ha torpaq sahəsində yerləşən mənzillə bağlı hərracın təşkilatçısı cavabdeh "X2 Mərkəzi" X1 direktoru İ.Bayramov, cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs sifarişçi Zaqatala Rayon İcra Şöbəsinin rəisi H.Darçınov və alıcı cavabdeh X9 "xxxx" Bankının nümayəndəsi X7 arasında imzalanmış xx xxxx 2014-cü il tarixli «Hərracm yekunları barədə» Y-232 nömrəli protokolun və bununla əlaqədar satıcı cavabdeh "X2 Mərkəzi" X1 direktoru İ.Bayramovla alıcı cavabdeh X9 "xxxx" Bankının nümayəndəsi X7 tərəfindən imzalanmış "Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə" xx xxxx 2014-cü il tarixli müqavilənin etibarsız hesab edilmələri, Zaqatala şəhəri F.Əmirov küçəsi ev 42-də yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 34,68 kv.m. yaşayış, 27,94 kv.m. yardımçı və 62,62 kv.m. ümumi sahədən ibarət 2 nömrəli yaşayış mənzilinin daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ ilə cavabdeh X9 "xxxx" Bankının adına qeydiyyata alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli 012o08/o0o66/09/09 nöməli ipoteka müqaviləsinə əsasən, cavabdeh X9 "xxxx" Bankının xeyrinə ipoteka ilə yüklü edilmiş İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan Zaqatala şəhəri F.Əmirov küçəsi ev 42-də yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 34,68 kv.m. yaşayış, 27,94 kv.m. yardımçı və 62,62 kv.m. ümumi sahədən ibarət 2 nömrəli mənzil üzrə ipotekaya xitam verilməsi və həmin ipoteka predmetinin ipoteka ilə yüklülükdən azad edilməsi, İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(033)-20/2017 nömrəli qətnaməsindən cavabdeh X9 "xxxx" Bankın nümayəndəsi X4 tərəfindən apellyasiya şikayəti vermiş və Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(107)-1682/2017 iş nömrəli qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(033)-20/2017 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(107)-1682/2017 iş nömrəli qətnaməsindən Cavabdeh İddiaçı ona vermiş olduğu etibarnaməyə əsasən kassasiya şikayəti vermiş, lakin, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(102)-169/2018 iş nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(107)-1682/2017 iş nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(033)-844/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilərək cavabdehdən ödəniş vaxtı milli manata məzənnədə 32700 ABŞ dolları məbləğində pulun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(107)-2025/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(102)-7652/2019 iş nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(107)-2025/2019 iş nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin faktiki hallarından da göründüyü, Cavabdeh kredit borcunu ödəyə bilməməsi nəticəsində İddiaçı mülkiyyətində olan hazırda real bazar qiyməti 45.000 (qırx beş min) manat təşkil edən Zaqatala şəhəri F.Əmirov küçəsi 0,02765 ha torpaq sahəsində yerləşən 42 nömrəli, 1 mərtəbəli binanın 2-ci girişində 1-ci mərtəbəsində yerləşən 62,62 kv.m. ümumi, 34,68 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 2 nömrəli mənzil əlindən çıxır. İddiaçı hesab edir ki, Cavabdeh təqsiri ucbatından mülkiyyətində olan Zaqatala şəhəri F.Əmirov küçəsi 0,02765 ha torpaq sahəsində yerləşən 42 nömrəli, 1 mərtəbəli binanın 2-ci girişində 1 -ci mərtəbəsində yerləşən 62,62 kv.m. ümumi, 34,68 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 2 nömrəli mənzil əlindən çıxdığı üçün, həmin mənzilin dəyəri cavabdeh tərəfindən ona ödənilməlidir. Ona görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, iddia əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri : Apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, Cavabdeh ilə iş üzrə İddiaçı arasında sonuncunun mülkiyyətində olan Zaqatala şəhəri F.Əmirov küçəsi ev 42də yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 34,68 kv.m. yaşayış, 27,94 kv.m. yardımçı və 62,62 kv.m. ümumi sahədən ibarət 2 nömrəli yaşayış mənzilinin 26400 manat (33000 ABŞ dolları) məbləğində alqı-satqısı ilə bağlı razılaşma olmuşdur. Ancaq AtayevMustafa İsmayıl oğlunun əlində nəğd pul olmadığı üçün İddiaçı təklif etmişdir ki, mülkiyyətində olan həmin mənzili girov qoysun və AtayevMustafa İsmayıl oğlu bankdan kredit götürərək mənzilin dəyərinin bir qismini bu qaydada ödəsin. Belə də olur, "ipoteka verən" İddiaçı, "xxxxxxxxxxxxxxxx" ASC «xxxx» Bankı və "borcalan" AtayevMustafa İsmayıl oğluarasında xx.xx.2009-cu il tarixdə 012008/00066/09/09 nöməli ipoteka müqaviləsi bağlanır və xx.xx.2009- cu il tarixli **********209 nömrəli kredit müqaviləsi üzrə borcalan öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ipoteka verən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Zaqatala şəhəri F.Əmirov küçəsi 0,02765 ha torpaq sahəsində yerləşən 42 nömrəli, 1 mərtəbəli binanın 2-ci girişində 1 - ci mərtəbəsində yerləşən 62,62 kv.m. ümumi, 34,68 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 2 nömrəli mənzil ipoteka ilə yüklü edilir. Cavabdeh ASC «xxxx» Bankından götürdüyü krediti İddiaçı verir və sonuncuya məxsus əmlaka faktiki surətdə sahiblik və istifadə etməyə başlayır. Hətta gələcəkdə İddiaçı təkrar ehtiyac olmasın deyə iddiaçı AtayevMustafa İsmayıl oğlu etibarnamə də götürür.Lakin, AtayevMustafa İsmayıl oğlu xx.xx.2009- cu il tarixli **********209 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcu ödəyə bilmədiyi üçün Zaqatala Rayon Məhkəməsinə xx.xx.2010-cu il tarixli 2(033)-292/2010 iş nömrəli qətnaməsinə əsasən İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri F.Əmirov küçəsi 0,02765 ha torpaq sahəsində yerləşən 42 nömrəli, 1 mərtəbəli binanın 2-ci girişində 1 -ci mərtəbəsində yerləşən 62,62 kv.m. ümumi, 34,68 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 2 nömrəli mənzilin hərracda satılması qərara alınmışdır. Bundan sonra xx xxxx 2014-cü il tarixdə keçirilmiş "Hərracın yekunları barədə" Y-232 nömrəli protokola, hərracın yekunları üzrə xx.xx.2014-cü il tarixdə "X2 Mərkəzi" MMC və ASC "xxxx” Bankı arasında bağlanmış xx.xx.2014-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən əmlak üzərində mülkiyyət hüququ ASC «xxxx» Bank-a keçmiş və sonuncunun həmin əmlak üzərində hüquqları xx xxxxxxx 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir.İşin faktiki hallarından da göründüyü, Cavabdeh kredit borcunu ödəyə bilməməsi nəticəsində İddiaçı mülkiyyətində olan hazırda real bazar qiyməti 45.000 (qırx beş min) manat təşkil edən Zaqatala şəhəri F.Əmirov küçəsi 0,02765 ha torpaq sahəsində yerləşən 42 nömrəli, 1 mərtəbəli binanın 2-ci girişində 1 -ci mərtəbəsində yerləşən 62,62 kv.m. ümumi, 34,68 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 2 nömrəli mənzil əlindən çıxmışdır.İddiaçı da bu səbəbdən, Cavabdeh təqsiri ucbatından mülkiyyətində olan Zaqatala şəhəri F.Əmirov küçəsi 0,02765 ha torpaq sahəsində yerləşən 42 nömrəli, 1 mərtəbəli binanın 2-ci girişində 1 -ci mərtəbəsində yerləşən 62,62 kv.m. ümumi, 34,68 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 2 nömrəli mənzil əlindən çıxdığı üçün, həmin mənzilin dəyəri cavabdeh tərəfindən ona ödənilməlidir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinə etiraz edərək bildirdi ki, apelyasiya şikayətinin heç bir hüquqi əsası yoxdur. Ona görə də şikayətin təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı nümayəndəsi və vəkili X8 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. İddiaçı nümayəndəsi və vəkili X8 və cavabdeh X11 rəsmi poçt vasitəsilə yanaşı, həmçinin istifadələrində olan müvafiq olaraq 050 *** ** ** və 055 *** ** ** mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşlar. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)- 28/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(033)20/2017 nömrəli qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilmiş, ünvan 2 ünvanmda, 0,02765 ha torpaq sahəsində yerləşən mənzillə bağlı hərracın təşkilatçısı cavabdeh "X2 Mərkəzi" X1 direktoru İ.Bayramov, cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs sifarişçi Zaqatala Rayon İcra Şöbəsinin rəisi H.Darçınov və alıcı cavabdeh X9 "xxxx" Bankının nümayəndəsi X7 arasında imzalanmış xx xxxx 2014-cü il tarixli «Hərracm yekunları barədə» Y-232 nömrəli protokolun və bununla əlaqədar satıcı cavabdeh "X2 Mərkəzi" X1 direktoru İ.Bayramovla alıcı cavabdeh X9 "xxxx" Bankının nümayəndəsi X7 tərəfindən imzalanmış "Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə" xx xxxx 2014-cü il tarixli müqavilənin etibarsız hesab edilmələri, Zaqatala şəhəri F.Əmirov küçəsi ev 42-də yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 34,68 kv.m. yaşayış, 27,94 kv.m. yardımçı və 62,62 kv.m. ümumi sahədən ibarət 2 nömrəli yaşayış mənzilinin daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ ilə cavabdeh X9 "xxxx" Bankının adına qeydiyyata alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli 012o08/o0o66/09/09 nöməli ipoteka müqaviləsinə əsasən, cavabdeh X9 "xxxx" Bankının xeyrinə ipoteka ilə yüklü edilmiş İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan Zaqatala şəhəri F.Əmirov küçəsi ev 42-də yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 34,68 kv.m. yaşayış, 27,94 kv.m. yardımçı və 62,62 kv.m. ümumi sahədən ibarət 2 nömrəli mənzil üzrə ipotekaya xitam verilməsi və həmin ipoteka predmetinin ipoteka ilə yüklülükdən azad edilməsi, İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2(107)- 1682/2017 nömrəli qətnaməsindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(033)-20/2017 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(102)-169/2018 nömrəli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(107)1682/2017 iş nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(033)844/2018 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilərək cavabdehdən ödəniş vaxtı milli manata məzənnədə 32700 ABŞ dolları məbləğində pulun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-7652/2019 nömrəli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(107)2025/2019 iş nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azad-lıq-la-rının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci mad-də-sinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hü-qu-quna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxxxx hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məh-rum edilə bilməz». Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə öhdəlikləri olmadığından iddiaçının ziyanın əvəzinin ödənilməsi barədə tələblərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində mülki hüquq pozuntualrı (deliklər) üçün nəzərdə tutulmuş hüquq normalarına istinad edilməlidir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin təfsirindən göründüyü kimi, qanunvericilik mülki hüquq məsuliyyətinin yaranması üçün mülki hüquq pozuntusunun tərkibini təşkil edən zərərin vurulması, borclunun (zərərvuranın) hüquqa zidd, yəni qeyriqanuni davranışı, borclunun (zərərvuranın) hüquqa zidd davranışı ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri olması kimi elementləri ilə şərtləndirmişdir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər əsassızdır və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun deyildir. Çünki, iddiaçı cavabdehdən maddi zərərə və digər tələblərə görə pul tələb edir. Bu tələblərə dair iddiaçının izahatından başqa iş materiallarında hər hansı bir mötəbər sübut mövcud deyildir. İddiaçının izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübutlar da iddiaçı tərəfindən təqdim edilməmiş və apelyasiya şikayətində də təqdim ediləcəyinin mümkünlüyü barədə hər hansı bir dəlil irəli sürülməmişdir. Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyasının araşdırması zamanı tədqiq olunmuş sənədlər əsasında müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan evi banka ipoteka ilə yüklü edib, bankdan pulu götürmüş, bundan sonra 2008-ci ildə İddiaçı özünə məxsus evini satmaq, Cavabdeh də həmin evi almaq qərarına gəlmiş və tərəflər evin qiymətini 33000 ABŞ dollarına razılaşmışlar. Cavabdeh evin dəyərini İddiaçı ödəmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(033)-844/2018 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilərək cavabdehdən ödəniş vaxtı milli manata məzənnədə 32700 ABŞ dolları məbləğində pulun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı mülkiyyətində olan evi ipoteka qoyduqdan sonra əldə etdiyi pulu banka qaytarmalı olduğundan, cavabdehin isə ona evin dəyərini ödəməli olmasını qeyd edir və evinin bankın balansına keçdiyini əsas gətirərək ona maddi zərər dəydiyini iddia edir. Halbuki, qeyd olunan hallar cavabdeh tərəfin əsassız varlanması kimi və ya iddiaçı tərəfə hər hansı maddi zərər dəyməsi kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdir. Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. q ə t e t d i: İddiaçı nümayəndəsi və vəkili X6 apelyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-28/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1687/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1687/2020
22.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver