Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1692/2021 28.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh qarşı mənzilin təmirinə xərclənmiş pulun alınıb verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- maddi və mənəvi ziyanın ödənilməsi, pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı X2 və Cavabdeh iştirakları ilə, Göyçay Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tаrixli, 2(046)-32/2021 saylı qətnaməsindən iddiaçı X3 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikah dövründə, cavabdehin mülkiyyətində olan Göyçay şəhəri M.Hüseynzadə küçəsi ev 29-da yerləşən 2 otaqlı 51 saylı mənzilin təmirinə xərclədiyi 20000 manat pulun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 oktyabr 1996-cı il tarixdə Cavabdeh ilə Göyçay rayon Qeydiyyat şöbəsində nikah qeyd etdirməklə evlənmiş, birgə nikahlarından 12 oktyabr 1997-ci il tarixdə Gülnar adlı qızları anadan olmuşdur. Cavabdehlə evlənərkən qaynanasının mülkiyyətində olan Göyçay şəhəri M.Hüseynzadə küçəsi ev 29-da yerləşən 2 otaqlı 51 saylı mənzilə gəlin köçmüşdür. Cavabdehlə nikahları Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 avqust 2017-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Göyçay Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli 2(046)- 1292/2018 saylı qətnaməsinə əsasən onun hazırki iş üzrə cavabdehə qarşı birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi tələbinə dair iddiası qismən təmin edilmiş, iddia tələbi yuxarıda qeyd edilən mənzilin, qarajın və daxmanın ½ hissədə bölünməsinə aid hissədə rədd edilmişdir. Həmin mənzildə cavabdehlə birlikdə tam 22 il ərzində yaşamışdır. Cavabdehin mülkiyyətində olan mənzili 22 il ərzində dəfələrlə öz maddi vəsaiti hesabına təmir etdirmişdir. Usta kimi cavabdeh özü işləyir və qəsdən təmir işlərini keyfiyyətsiz görərək eyni yeri bir neçə dəfə təmir etdirməyə, material almağa onu vadar etmişdir. 22 il ərzində mənzilin otaqları ilə yanaşı vanna otağını, mətbəxi və ayaqyolunu da əsaslı təmir etdirmiş, bu əsaslı təmirdən başqa mənzilin otaqları vaxtaşırı təmir edilmiş, qapı və pəncərələr dəyişdirilmişdir. Dəyişdirilən köhnə qapı-pəncərələri və digər avadanlıqları cavabdeh sataraq özü xərcləmişdir. Bu təmir işlərinə 22 il ərzində 20000 manat vəsait xərcləmişdir. Həmin mənzilin təmirinə cavabdeh bir manat da olsun vəsait xərcləməmişdir. Mənzil cavabdehin mülkiyyətindədir və hazırda həmin mənzilin təmir edilmiş vəziyyətindən cavabdeh istifadə edərək yararlanır. Bundan başqa ünvan 1 ünvanda yerləşən binanın həyətində birgə nikah dövründə inşa etdikləri 6X24 ölçüdə mişar daşından inşa edilmiş qaraj tikilisinə və həmin binanın girişində zirzəmidə kərpicdən inşa edilmiş yardımçı sahənin tikintisinə 6000 manat pul xərcləmişdir. Buna görə də Göyçay şəhəri M.Hüseynzadə küçəsi ev 29-da yerləşən 2 otaqlı 51 saylı mənzilin təmirinə xərclədiyi 20000 manat pulun və ünvan 1 ünvanda yerləşən binanın həyətində birgə nikah dövründə inşa etdikləri 6X24 ölçüdə mişar daşından inşa edilmiş qaraj tikilisinə və həmin binanın girişində zirzəmidə kərpicdən inşa edilmiş yardımçı sahənin tikintisinə sərf edilmiş 6000 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tаrixli, 2(046)-32/2021 saylı qətnaməsi ilə (hakim İ.Fəttahov) iddia rədd edilmiş, iddiaçı X2 Cavabdeh ilə birgə nikah dövründə Göyçay şəhəri M.Hüseynzadə küçəsi ev 29-da yerləşən 2 otaqlı 51 saylı mənzilin təmirinə və ünvan 1 ünvanda yerləşən binanın həyətində birgə nikah dövründə inşa etdikləri 6X24 ölçüdə mişar daşından inşa edilmiş qaraj tikilisinə və həmin binanın girişində zirzəmidə kərpicdən inşa edilmiş yardımçı sahənin tikintisinə xərclədiyi pulun Cavabdeh alınaraq ona verilməsini dair tələbi təmin edilməməsi, iş üzrə ekspertiza xərcləri olan 200 manat pulun, 100 manatı iddiaçı X1, 100 manatı isə Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı X3 Cavabdeh ilə birgə nikah dövründə olarkən Göyçay şəhəri M.Hüseynzadə küçəsi ev 29-da yerləşən 2 otaqlı 51 saylı mənzilin təmirinə 20.000 manat pul və ünvan 1 ünvanda yerləşən binanın həyətində birgə nikah dövründə inşa etdikləri 6X24 ölçüdə mişar daşından inşa edilmiş qaraj tikilisinə və həmin binanın girişində zirzəmidə kərpicdən inşa edilmiş yardımçı sahənin tikintisinə xərclədiyi 6000 manat pulun alınaraq ona verilməsini xahiş edir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, iddiaçı öz vəsaiti hesabına pul xərcləyərək sözügedən mənzili təmir etdiyi, Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən ev 29, 51 saylı mənzilin və ünvan 1 ünvanda yerləşən binanın həyətində birgə nikah dövründə inşa etdikləri 6X24 ölçüdə mişar daşından inşa edilmiş qaraj tikilisinə və həmin binanın girişində zirzəmidə kərpicdən inşa edilmiş yardımçı sahənin tikintisinə xərc çəkdiyi təsdiq olunmur. Məhkəmə yalnız iddiaçının sözlərinə əsaslanaraq onun təmirə xərc çəkdiyini müəyyən edə bilməz. İddiaçı tərəfindən mənzilin təmiri üçün xərc çəkilmişdirsə, bu xərcin çəkilməsi ilə əlaqədar tərəflərin (ər-arvadın) arasında öhdəlik hüquq münasibəti yaranmamışdır. Pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəlləsinin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlmişdir ki, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. İddiaçı ilə cavabdeh arasında mənzildə təmir işlərinin aparılması və ünvan 1 ünvanda yerləşən binanın həyətində birgə nikah dövründə inşa etdikləri 6X24 ölçüdə mişar daşından inşa edilmiş qaraj tikilisinə və həmin binanın girişində zirzəmidə kərpicdən inşa edilmiş yardımçı sahə ilə bağlı öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmamışdır. Bu qənaətini məhkəmə aşağıdakılarla izah edir: Müqavilənin bağlanmadığı şəksizdir. Tərəflərin heç biri müqavilənin bağlandığını iddia etmir. Digər tərəfdən, təmir işlərinin görüldüyü zaman mənzil cavabdehə aid olan mənzil olub, arvadın öz ərinə aid olan mənzildə təmir işləri görməsi üçün əri ilə podrat, tapşırıq və ya digər müqavilə bağlaması ağlabatan deyil. İddiaçı özgə işlərini tapşırıqsız aparan şəxs sayılmayıb. İddiaçı təmir xərcini öz ailəsinin maraqları naminə çəkib. Belə ki, təmir işlərinin görüldüyü zaman mənzil cavabdehə aid olan mənzil olub, iddiaçı ər-arvad münasibətlərinə əsaslanaraq əri ilə birlikdə yaşayacağı mənzilin təmiri üçün xərc çəkib, belə vəziyyətdə ər arvadı üçün “özgə”, arvadı isə əri üçün “özgə işlərini tapşırıqsız aparan şəxs” hesab edilə bilməz. Cavabdeh əsassız varalanmayıb. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Ər-arvad münasibətlərinin xoş olduğu dövrdə ailə maraqları naminə çəkilən xərc ər-arvad münasibətlərinin korlanmasından sonra əsassız varlanma anlayışı ilə əhatə oluna bilməz. Əgər arvad mənzilin təmiri üçün çəkdiyi xərcin əvəzini münasibətlərin korlanmasından sonra ərindən tələb edirsə, onda eyni məntiqlə ər də arvadı üçün çəkdiyi xərclərin əvəzini tələb etməlidir. Belə tələblər yolverilməzdir. Ailə münasibətlərinin xoş olduğu dövrdə ər-arvadın bir-birinin mənafeyi naminə çəkdiyi xərclər mənəvi-əxlaqi borcun icrası sayılır. Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətməmişdir. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386-cı, 1091.1-ci, 1096-cı maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsi qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, o 11 oktyabr 1996-cı il tarixdə Cavabdeh ilə Göyçay rayon Qeydiyyat şöbəsində nikaha daxil olmuş, cavabdehlə evlənərkən qaynanasının mülkiyyətində olan Göyçay şəhəri M.Hüseynzadə küçəsi ev 29da yerləşən 2 otaqlı 51 saylı mənzilə gəlin köçmüş, cavabdehlə nikahı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 avqust 2017-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, Göyçay rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli 2(046)-1292/2018 saylı qətnaməsinə əsasən onun hazırki iş üzrə cavabdehə qarşı birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi tələbinə dair iddiası qismən təmin edilmiş, iddia tələbi yuxarıda qeyd edilən mənzilin, qarajın və daxmanın 1/4 hissədə bölünməsinə aid hissədə rədd edilmiş, həmin mənzildə cavabdehlə birlikdə tam 22 il ərzində yaşamışdır. Cavabdehin mülkiyyətində olan mənzili 22 il ərzində dəfələrlə öz maddi vəsaiti hesabına təmir etdirmiş, usta kimi cavabdeh özü işləyib və qəsdən təmir işlərini keyfiyyətsiz görərək eyni yeri bir neçə dəfə onu təmir etdirməyə, material almağa vadar etmiş, 22 il ərzində mənzilin otaqları ilə yanaşı vanna otağını, mətbəxi və ayaqyolunu da əsaslı təmir etdirmiş, bu əsaslı təmirdən başqa mənzilin otaqları vaxtaşırı təmir edilmiş, qapı və pəncərələr dəyişdirilmiş, Dəyişdirilən köhnə qapı- pəncərələri və digər avadanlıqları cavabdeh sataraq özü xərcləmiş, bu təmir işlərinə 22 il ərzində 20000 manat vəsait xərcləmiş, həmin mənzilin təmirinə cavabdeh bir manat da olsun vəsait xərcləməmiş, Bundan başqa ünvan 1 ünvanda yerləşən binanın həyətində birgə nikah dövründə inşa etdikləri 6X24 ölçüdə mişar daşından inşa edilmiş qaraj tikilisinə və həmin binanın girişində zirzəmidə kərpicdən inşa edilmiş yardımçı sahənin tikintisinə 6000 manat pul xərcləmişdir.Mənzil cavabdehin mülkiyyətindədir.Mənzilin təmiri üçün xərc yalnız onun tərəfindən çəkilmişdirsə, bu xərcin çəkilməsi ilə əlaqədar tərəflərin (ər- arvadın) arasında öhdəlik hüquq münasibəti yaranmadığını, pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsi olduğunu bildirir. öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yaranmadığını,digər tərəfdən, təmir işlərinin görüldüyü zaman mənzil cavabdehə aid olan mənzil olduğunu, arvadın öz ərinə aid olan mənzildə təmir işləri görməsi üçün əri ilə podrat, tapşırıq və ya digər müqavilə bağlaması ağlabatan olmadığını bildirir. Göyçay rayon Məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, təmirə çəkilmiş xərcin müəyyən edilməsi məqsədi ilə iş üzrə ekspertiza təyin etmiş və ekspert rəyi almışdır. Ekspert rəyi də həmçinin öz-özlüyündə əsassızdır. Həmin ekspert rəyinin hansı meyarlar əsasında həyata keçirilməsi məlum deyildir. Cavabdeh onun hesabına əsassız olaraq varlandığını və onun vəsaiti hesabına təmir edilmiş mənzildən faktiki sahiblik və istifadə etdiyini bildirir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tаrixli, 2(046)-32/2021 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X3 apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tаrixli, 2(046)-32/2021 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tаrixli, 2(046)- 32/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə ( zərərçəkənə ) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd ( mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Ailə Məcəlləsi 35.Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tаrixli, 2(046)-32/2021 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb qətnamənin ləğvinə yönəldiyindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tаrixli, 2(046)-32/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı 11 oktyabr 1996cı il tarixdə Cavabdeh ilə Göyçay rayon Qeydiyyat şöbəsində nikah qeyd etdirməklə evlənmiş, birgə nikahlarından 12 oktyabr 1997-ci il tarixdə Gülnar adlı qızları anadan olmuşdur. Cavabdehlə evlənərkən qaynanasının mülkiyyətində olan Göyçay şəhəri M.Hüseynzadə küçəsi ev 29-da yerləşən 2 otaqlı 51 saylı mənzilə gəlin köçmüşdür. Cavabdehlə nikahları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2017-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Göyçay Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli 2(046)-1292/2018 saylı qətnaməsinə əsasən onun hazırki iş üzrə cavabdehə qarşı birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi tələbinə dair iddiası qismən təmin edilmiş, iddia tələbi yuxarıda qeyd edilən mənzilin, qarajın və daxmanın ½ hissədə bölünməsinə aid hissədə rədd edilmişdir. Həmin mənzildə cavabdehlə birlikdə tam 22 il ərzində yaşamışdır. Mənzil cavabdehin mülkiyyətindədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı tərəf qeyd edilən məbləğdə təmir üçün xərcləndiyini bildirsə də buna dair hər hansı bir sübut təqdim etməmişdir. İş materiallarında olan ekspert rəyindən görünür ki, təmirin hansı tarixdə aparıldığı müəyyən edilmir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı təmin etməməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Bundan başqa iş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı 10000 manat xərcləyərək sözügedən mənzili öz vəsaiti hesabına təmir etdiyini, Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən 29 saylı binanın həyətində 6000 manat xərcləyərək qaraj və tikili inşa etdirdiyini bildirmişdir. Həmin qətnamədə qeyd edirlir ki, “Birincisi, mənzilin təmirinə iddiaçının xərc çəkdiyi təsdiq olunmur. Belə ki, iddiaçı bildirir ki, mənzilin təmir xərci bütünlüklə özü tərəfindən çəkilmişdir. İddiaçı isə onun tərəfindən təmirə xərc çəkildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə yalnız iddiaçının sözlərinə əsaslanaraq onun təmirə xərc çəkdiyini müəyyən edə bilməz.” Göründüyü kimi artıq qnuni qüvvədə olan qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçının mübahisəli mənzilə və qaraja xərc çəkdiyi müəyyən edilmir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Beləliklə Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tаrixli, 2(046)-32/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tаrixli, 2(046)-32/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1692/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1692/2021
28.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver