Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1697/2020 30.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı1, iddiaçı, eyni zamanda digər İddiaçı3 nümayəndəsi İddiaçı2 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı mülkiyyətə edilən maneələrin aradan qaldırılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin x xxxx 2020-ci il tarixli, 2(051)-30/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin x xxxx 2020-ci il tarixli, 2(051)-30/2020 nömrəli qətnaməsi ilə (hakim Hüseyin Mirzəliyev) iddia tələbi təmin edilməmiş, idiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «mülkiyyətə edilən maneələrin aradan qaldırılması» tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilmiş, iş üzrə 300 manat məbləğdə ekspertiza xərci iddiaçılar və cavabdehdən müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilmişdir. İşin halları İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı2 iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarış əsasında paylı mülkiyyət hüququ ilə ona, İddiaçı1, İddiaçı3 və mərhum X6 məxsus olan, Mingəçevir şəhəri, M.Abdullayev küçəsi 8 ünvanında yerləşən 0,3803 ha torpaq sahəsində Cavabdeh tərəfindən aparılmış tikintinin (ev tikmiş və qarşısında əlavələr etmiş) onun hesabına sökülərək torpaq sahəsində Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı2 iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsinə əsasən Mingəçevir şəhəri, M.Abdullayev küçəsi 8 ünvanda yerləşən 0,3803 ha torpaq sahəsindən İddiaçı1 payı torpağın 1/4 hissəsi, özünün payı torpağın 1/4 hissəsi, İddiaçı3 payı torpağın 1/4 hissəsi və X3 payı torpağın 1/4 hissəsi müəyyən edilmişdir. Həmin qətnamədən Vaqif Əliyevin nümayəndəsi şikayət vermiş, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi qismən, yəni birgə mülkiyyətdə olan, Mingəçevir şəhəri, M.Abdullayev küçəsi 8 ünvanda yerləşən 0.3803 ha torpaq sahəsində X3 payının müəyyən edilməsi hissəsində ləğv edilmiş və hissə qətnamədən xaric edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və həmin qətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışda İddiaçı1, onun və İddiaçı3 ¼ hissə payları göstərilsə də, Vaqif Əliyevin sadəcə adı qeyd edilmiş, lakin payı göstərilməmişdir. Həmçinin digər iddiaçılar ilə birlikdə sözügedən torpaq sahəsində olan paylarının naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etmişlər, lakin payların naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından, iddia tələbləri təmin edilməmişdir. Mingəçevir şəhəri, M.Abdullayev küçəsi 8 ünvanda yerləşən 0.3803 ha torpaq sahəsi onun, İddiaçı1, İddiaçı3 vəX3 paylı mülkiyyəti olaraq qalmışdır. Hazırda X7 rəhmətə getmişdir. Onun oğlu Cavabdeh özü və digər iddiaçıların mülkiyyətində olan, Mingəçevir şəhəri, M.Abdullayev küçəsi 8 ünvanda yerləşən 0.3803 ha torpaq sahəsində heç bir hüququ olmadan qanunsuz tikinti işləri aparmışdır. Özü və digər mülkiyyətçilər Cavabdeh onlara məxsus torpaq sahəsində aparılmış tikintinin sökülməsini və torpaq sahəsinin boşaldılmasını tələb etsələr də, Cavabdeh qanunsuz hərəkətlərindən əl çəkməmişdir. Buna görə də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarış əsasında paylı mülkiyyət hüququ ilə ona, İddiaçı1, İddiaçı3 və mərhum X6 məxsus olan, Mingəçevir şəhəri, M.Abdullayev küçəsi 8 ünvanında yerləşən 0,3803 ha torpaq sahəsində Cavabdeh tərəfindən aparılmış tikintinin (ev tikmiş və qarşısında əlavələr etmiş) onun hesabına sökülərək torpaq sahəsində Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirərək verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhərinin M.Abdullayev küçəsində yerləşən torpaq sahəsində rəhmətlik atası X7 tərəfindən iki fərdi yaşayış evi inşa edilmişdir. Fərdi yaşayış evlərinin birində hazırki iş üzrə iddiaçılar, digərində isə özü ailə üzvləri ilə birlikdə yaşayır. Həmin ünvanda atasına məxsus fərdi yaşayış evi qəza vəziyyətində olduğundan sökülərək yerində atası tərəfindən Mingəçevir şəhəri, Memarlıq və Tikinti şöbəsinin xx xxxxxxx 2009-cu il tarixli, 237 saylı icazəsinə əsasən iki mərtəbəli fərdi yaşayış evi tikilmişdir. Fərdi yaşayış evi razılaşdırılmış layihəyə uyğun tikilmiş və heç bir kommunikasiya xətlərinə maneçilik törətməmişdir. Buna görə də iddia tələbi tam qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 аpellyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasındakı izahatlarının dəlilləri ilə əsaslandıraraq Mingəçevir Şəhər Məhkəməsinin x xxxx 2020-ci il tarixli, 2(051)-30/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı1, iddiaçı, eyni zamanda digər İddiaçı3 nümayəndəsi İddiaçı2 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin x xxxx 2020ci il tarixli, 2(051)-30/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasın xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin x xxxx 2020-ci il tarixli, 2(051)-30/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(051)-608/2016 saylı qətnaməsinin surətindən görünür ki, Mingəçevir şəhəri, M.Abdullayev küçəsi 8 ünvanda yerləşən 0,3803 ha torpaq sahəsindən İddiaçı1 payı torpağın 1/4 hissəsi, İddiaçı2 payı torpağın 1/4 hissəsi, İddiaçı3 payı torpağın 1/4 hissəsi və X3 payı torpağın 1/4 hissəsi müəyyən edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(107)- 862/2016 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X3 nümayəndəsi X4 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi qismən, yəni birgə mülkiyyətdə olan, Mingəçevir şəhəri, M.Abdullayev küçəsi 8 ünvanda yerləşən 0,3803 ha torpaq sahəsində cavabdeh X3 payının müəyyən edilməsi hissəsində iddia tələbindən kənara çıxıldığına görə ləğv edilmiş və həmin müdəa qətnamədən xaric edilmiş, qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(051)-349/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X6 qarşı torpaq paylarının naturada bölünməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0.3803 ha torpaq sahəsi xx xxxxxx 2017-ci il tarixdə İddiaçı1 adına qeydə alınmışdır. Çıxarışda torpaq sahəsindən İddiaçı1 payı ¼ hissə, İddiaçı2 payı ¼ hissə və İddiaçı3 payı ¼ hissə qeyd olunmuşdur. X3 payı isə açıq saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Mingəçevir şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin xx xxxxxxx 2009-cu il tarixli, 237 saylı tikintiquraşdırma işlərinin başlanmasına icazənin surətindən görünür ki, Mingəçevir şəhəri, M.Abdullayev küçəsi 8 ünvanda fərdi yaşayış evinin tikintisinə X6 icazə verilmişdir. Məhkəməyə təqdim olunmuş Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar E.Abdullayevin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Yevlax rayon ərazi idarəsinə ünvanladığı rəyin surətindən görünür ki, Mingəçevir şəhəri, M.Abdullayev küçəsi, 8 saylı ünvanda X6 məxsus ev qəza vəziyyətində olduğundan sökülərək Memarlıq və tikinti şöbəsinin xx xxxxxxx 2009-cu il tarixli, 237 saylı icazəsinə əsasən yeni fərdi yaşayış evi tikilmişdir. Razılaşdırılmış layihəyə uyğun tikilmiş iki mərtəbəli fərdi ev heç bir kommunikasiya xətlərinə maneçilik törətmir və dayanıqlıdır. Evin dövlət qeydiyyatına alınmasına Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2011-ci il tarixli, 113 saylı sərəncamının 2-ci bəndinə uyğun olaraq etiraz edilməmişdir. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında xx xxxxxxxx 2018-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2018-ci il tarixdə ölmüş X3 vərəsəsi Cavabdehdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı X8 Mingəçevir şəhər məhkəməsinə ünvanlandığı xx xxxxxxx 2018-ci il tarixli cavab məktubundan görünür ki, Mingəçevir şəhəri, M.Abdullayev küçəsi 8 ünvanda yerləşən 0.3803 ha torpaq sahəsinə Mingəçevir şəhər şöbəsinin özəl mərzçəkəni X5 iştirakı ilə yerində baxış keçirilmiş və Cavabdeh tərəfindən hasara alınmış 455 kv.metr torpaq sahəsində tikintialtı sahəsi 160 kv.metr olan fərdi yaşayış evi inşa edilmişdir. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının xx xxxx 2019-cu il tarixli, 30990 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Yerquluşu X1 LTİnin mütəxəssis rəyinə əsasən, ünvan 1 ünvanda iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 vəX6 məxsus olan, RX seriyalı, ******* nömrəli çıxarışla verilmiş 0.3803 ha torpaq sahəsində Cavabdeh Tapdıq oğlu tərəfindən 0.0188 ha (188 kv.m) sahədə bir mərtəbəli ev ikildiyi və 0.0256 ha (256 kv.m) ərazidə bağ salındığı müəyyən olunmuşdur. ünvan 1 ünvanda Cavabdeh Tapdıq oğlu tərəfindən 0.0188 ha (188 kv.m) sahədə inşa olunmuş yaşayış evi Mingəçevir İHB Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memarı tərəfindən xx xxxxxxxx 2013-cü il tarixdə verilmiş 425 saylı rəyə əsasən razılaşdılmışdır. Lakin, tikilinin qanunsuz olub-olmamasının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid olmadığı üçün və bu məsələ hüquqi xarakter daşıdığından son nəticədə bu məsələ məhkəmə tərəfindən müəyyən oluna bilər. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 13555 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli, ******* saylı çıxarışa əsasən, tədqiq olunan ünvanda yerləşən 0.3803 ha torpaq sahəsində Cavabdeh tərəfindən fərdi yaşayış evi inşa olunduğu müəyyən olunmuşdur. Lakin, İddiaçı1, İddiaçı2, İddiaçı3 payları ümumi sahədən ayrılmadığını və sərhəd hasarı olmadığını nəzərə alaraq, Cavabdeh tərəfindən inşa olunmuş fərdi yaşayış evinin İddiaçı1 payına düşən ¼ hissədə, İddiaçı2 payına düşən ¼ hissədə və İddiaçı3 payına düşən ¼ hissədə inşa edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 27095 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Malik Abdullayev küçəsi 8 ünvanda yerləşən 0.3803 ha torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinə bitişik sahəsi 68.2 kv.metr, (2.3x2.7m, 4.0x4.5m və 5.5x8.0m) talvar və həyətyanı torpaq sahəsinin qarşısında sahəsi 12.5 kv.metr (1.9x1.9m, 2.0x3.0m və 1.5x1.9m) yardımçı tikililər inşa olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli, ******* saylı çıxarışa əsasən, tədqiq olunan ünvanda yerləşən 0.3803 ha torpaq sahəsində Cavabdeh tərəfindən fərdi yaşayış evi inşa olunduğu müəyyən olunmuşdur. Lakin, İddiaçı1, İddiaçı2, İddiaçı3 payları ümumi sahədən ayrılmadığını və sərhəd hasarı olmadığını nəzərə alaraq, Cavabdeh tərəfindən inşa olunmuş fərdi yaşayış evinin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 torpaq sahələrinin öz paylarına düşən hissəsindən istifadə etməsinə maneçilik yaradıb-yaratmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 43-cü maddələrinə, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1, 14.2.1, 152.1, 157.2, 158.1, 158.1.2, 158.2, 158.4, 180.1, 180.2 və 239.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 1, 2, 48, 49, 50, 56, 67 maddəsinin 4-cü bəndinə, 84-cü maddəsinin 1-ci hissəsinə, 111-ci maddəsinin 1-ci bəndinə, 111-ci maddəsinin 3-cü bəndinə, «İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçilərin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 43-cu maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim başqa məsələlərlə yanaşı tərəflərin hansı hüquqi münasibətdə olmalarını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 152.1-ci maddəsi mülkiyyət hüququnu subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ kimi müəyyənləşdirmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinin mənasına görə, torpağın istifadəçisi və ya icarəçisi özgənin qanunsuz sahibliyindən torpaq sahəsini geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan torpağa dair özünün icarə və ya istifadə hüququnun olduğunu, bundan sonra torpağın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin torpağa sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Həmin Məcəllənin 158.1 və 158.1.2-ci maddələrinin tələblərinə görə əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2 və 158.4-cü maddələrinə görəəmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 180.1-ci maddəsinin tələbinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinin tələbinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhər salma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi bu Məcəllədən, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativhüquqi aktlardan ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Həmin Məcəllənin 48-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən, torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 50-ci maddəsinin birinci hissəsinə görə torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Həmin Məcəllənin 56-cı maddəsinin göstərişinə əsasən, torpaqların icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Həmin Məcəllənin 67 maddəsinin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü bəndinin tələbinə görə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsidə daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya on larınhesabına həyata keçirilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanununla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0.3803 ha torpaq sahəsi xx xxxxxx 2017-ci il tarixdə İddiaçı1 adına qeydə alınmışdır. Çıxarışda torpaq sahəsindən İddiaçı1 payı ¼ hissə, İddiaçı2 payı ¼ hissə və İddiaçı3 payı ¼ hissə qeyd olunmuşdur. X3 payı isə açıq saxlanılmışdır. Eyni zamanda iş üzrə keçirilmiş məhkəmə texniki-tikinti ekspertizasının rəyində İddiaçı1, İddiaçı2, İddiaçı3 payları ümumi sahədən ayrılmadığını və sərhəd hasarı olmadığını nəzərə alaraq, Cavabdeh tərəfindən inşa olunmuş fərdi yaşayış evinin İddiaçı1 payına düşən ¼ hissədə, İddiaçı2 payına düşən ¼ hissədə və İddiaçı3 payına düşən ¼ hissədə inşa edilib-edilməməsini müəyyən etməyin mümkün olmadığı qeyd olunmuşdur. Belə olan halda, Cavabdeh tərəfindən ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin və əlavələrin tikilməsi qənaətinə gəlmək mümkün deyildir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə 300 manat məbləğdə ekspertiza xərci iddiaçılar və cavabdehdən müştərək qaydada alınmalıdır Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki qətnaməni qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi hazırki qətnaməni qəbul etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçıların apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçılar da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları yuxarıda şərh olunan maddi və prosessual hüquq normaları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin x xxxx 2020-ci il tarixli, 2(051)-30/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin x xxxx 2020-ci il tarixli, 2(051)-30/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1697/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1697/2020
30.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver