Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1698/2020 27.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2 (075)-1150/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikаyətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X1 Şəki ŞRPŞ DYPB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2019-cu il tarixli, AR-0093215 İXP nömrəli protokolundan şikayət vermə müddətini bərpa edərək, Şəki ŞRPŞ DYPB-nin kapitanı M.C.Tağıyev tərəfindən şahidlər olduğu halda, bir tərəfli və qərəzli qaydada tərtib olunmuş və təzyiq altında burada ona etiraf yazdırılmış xx xxxxx 2019-cu il tarixli AR-00933215 İX nömrəli qanunsuz protokolun ləğv edilməsi haqqında qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2 (075)-1150/2020 nömrəli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X1 Şəki ŞRPŞ DYPB-nə qarşı Şəki ŞRPŞ DYPB-nin xx xxxxx 2019-cu il tarixli, AR-0093215 İXP nömrəli protokolundan şikayət vermə müddətini bərpa etmək və onun ləğv edilməsi tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı xx xxxxxx 2020-ci il tarixdə şikayəti məhkəməyə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2 (075)-1150/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apelyаsiyа Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər heç bir üzürlü səbəblər göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2 (075)-1150/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, İddiaçı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərardan məhkəməyə şikayət vermək hüququ olduğu halda, o, həmin tələblə bağlı məhkəməyə iddia qaydasında müqaciət etmişdir. Buna görə də İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X1 Şəki ŞRPŞ DYPB-nə qarşı Şəki ŞRPŞ DYPB-nin xx xxxxx 2019-cu il tarixli, AR0093215 İXP nömrəli protokolundan şikayət vermə müddətini bərpa etmək və onun ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2 (075)-1150/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2 (075)-1150/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1698/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1698/2020
27.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver