Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-17/2021 10.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Oktay oğluna və DƏDRX-nin 17 sayli Ərazi İdarəsinə qarşı mülkiyyətində olan torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(039)-227/2019 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(039)-227/2019 nömrəli qətnaməsi ilə (hakim Toğrul Əliyev) İddiaçı cavabdehlər Cavabdeh1 Oktay oğluna və Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 17 saylı Ərazi İdarəsinə qarşı onun mülkiyyətində olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, ******* nömrəli çıxarışla Yevlax rayonu Kövər kəndində yerləşən, kənd təsərrüfatlı təyinatı üçün nəzərdə tutulan 4,1882 ha torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair iddiası təmin edilməmiş, mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş xərc – 87 manat 68 qəpiyin İddiaçı “xxxx” MMC-nin xeyrinə tutulması qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və DƏDRX 17 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək onun mülkiyyətində olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, ******* nömrəli çıxarışla Yevlax rayonu Kövər kəndində yerləşən, kənd təsərrüfatlı təyinatı üçün nəzərdə tutulan 4,1882 ha torpaq sahəsindən cavabdehin çıxarılmasına dair məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* saylı çıxarışa əsasən Yevlax rayonu Kövər kəndində yerləşən ********** qeydiyyat nömrəli kənd təsərrüfatı təyinatlı 4,1882 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə onun əmlakıdır. Qeyd olunan torpaq sahəsinin əsasını Yevlax rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 12 iyun tarixli 05 nömrəli qərarı təşkil edir ki, həmin qərarla JN-290, Kod 90108028 sayla torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Onun torpaq sahəsi əvvəlcədən ona verildiyi halda torpağa dair yer quruluşu xəritəsində, döngələrdə onun adı qeyd edildiyi təqdirdə mülkiyyətində olan torpaq sahəsinin üzərində Yevlax rayon Kövər kənd sakini Cavabdeh1 mülkiyyətinə verilmiş **********61 reyestr nömrəli torpaq sahəsi də vurulmuşdur. Süni surətdə aparılan bu əməliyyat nəticəsində onun mülkiyyətinə aid olan torpaq sahəsi eyni nöqtədə 2 mülkiyyətçiyə vurulmuşdur. Bu torpaq sahəsi 1998-ci il tarixində ona vurulduğu halda 2002-ci il islahatında isə digər şəxsə hazırkı cavabdehin torpaq sahəsi üzrə onun mülkiyyətində olan torpaq sahəsinin yerləşdiyi nöqtəyə vurulmuşdur. Bu səbəbdən DƏDRX 17 saylı Ərazi İdarəsinə rəsmi müraciət edərək qeyd olunan vəziyyətə dair bu halın, bu idarənin bilavasitə səhlənkarlığından yarandığını bildirərək rəsmi cavab istəmişdir. Həmin idarəsinin xx xxxxxxxx 2018-ci il tarixdə məktubunda sözügedən torpaq sahəsinin Cavabdeh1 mülkiyyətinə verilmiş **********61 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşdüyü bildirilmişdir. Burada onun torpaq sahəsinin üzərinə bu şəxsin torpaq sahəsinin vurulması hansı əsasdan və səbəbdən doğur. O, əmlakının rəsmi çıxarış üzrə mülkiyyətçisidir. Mülkiyyətindən sərbəst istifadə etmək onun üzərində sərəncam vermək hüququ vardır. Ancaq işin faktiki halı onu göstərir ki, həmin torpaq sahəsinə yəni onun mülkünə o, həmin mülkiyyətin sahibi olduqdan 4 il sonra Cavabdeh1 mülkiyyətinin koordinat nöqtələri vurulur. Bu baxımdan da o, mülkiyyətinin faktiki vəziyyətini nəzərə alaraq rəsmi vəziyyətinin, onun hazırkı döngələr üzrə, hazırkı nöqtələr üzrə yerində olmasına əsaslanaraq şəxsin onun əmlakında, yəni mövcud çıxarış üzrə əmlakının naturada yerləşdiyi nöqtə üzrə faktiki vəziyyətini nəzərə alaraq onun yerinə sonradan qanunsuz olaraq vurulub mülkiyyət hüquqlarını idarə etməyə maneə yaradan Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasını istəyir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, xx xxxx 2013-cü il tarixli alqı-satqı müqavilələri əsasında Yevlax rayonu Kövər kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahələri almış və bundan sonra onun müraciəti əsasında qeyd edilən torpaq sahələri, cəmi 3.9880 ha daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmış və bu barədə ona Dövlət reyestrindən çıxarış verilmişdir. Bu zaman ona ər hansı pozuntu olması barədə məlumat verilməmişdir. Sonradan qonşu torpaq sahəsinin mülkiyyətçisi İddiaçı bildirmişdir ki, onun torpaq sahəsi tərəfindən zəbt edilmişdir. Belə ki, çıxarışda qeyd edilən torpaq sahəsindən istifadə edir və İddiaçı məxsus torpaq sahəsini zəbt etməmişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh DƏDRX 17 saylı Ərazi İdarəsinin nümayəndəsi Şahin Paşayev bildirmişdir ki, İddiaçı müraciəti əsasında İdarədə araşdırılma aparılmış və müəyyən edilmişdir ki, İddiaçı Yevlax şəhər Notariat Kontorunun xx.xx.2018-ci tarixli 4Ə44 reyestr saylı alqı-satqı müqaviləsi əsasında xx.xx.2012-ci il tarixində ********** nömrəli dövlət reyestrindən çıxarışın verilmiş, həmin çıxarışa əsasən onun mülkiyyətində olan Yevlax rayon Kövər kəndində yerləşən 4,1882 ha torpaq sahəsində müayinə işləri aparılaraq torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının təyin edilmişdir. Torpaq sahəsinin elektron baza xəritəsində düzgünlüyü yoxlanılarkən həmin döngə nöqtələrinin koordinatlarının Cavabdeh1 məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü məlum olmuşdur. İddianın həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Çıxarılmış qətnamə qanunun tələblərini pozmaqla çıxarıldığından əsaslı hesab edilə bilməz. Yevlax Rayon Məhkəməsinin işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv edərək düzgün olmayan qərar qəbul etmiş, nəticədə Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci, 385.1.3-cü, 385.1.4-cü maddələrinin tələbləri və ədalətli məhkəmə baxışı hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Yevlax rayon Məhkəməsi bütün bu halların zəminində əsassız qətnamə qəbul edərək çıxarmış olduğu qətnamənin əsası kimi qətnamədə qeyd etmişdir ki, Yevlax rayonu Kövər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 4.1882 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı adına, Yevlax rayonu Kövər kəndində yerləşən kənd təsərrüfatlı təyinatlı 3.9880 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın Dövlət reyestrində Cavabdeh1 adına qeydə alınmışdır. Həmin zaman torpaq sahələrinin koordinatları müəyyən edilərək daşınmaz əmlakın dövlət reyestrinin elektron baza xəritəsinə daxil edilmişdir. Elektron baza xəritəsində göstərilən koordinatları ilə faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. İddiaçı məxsus torpaq sahəsi döngə nöqtələrinin koordinatları Cavabdeh1 Oktay oğluna məxsus torpaq sahəsinin döngə koordinatlarının 3.29 ha hissəsində üst- üstə düşür. Yevlax rayon Məhkəməsi qətnamə qəbul edərkən işin faktiki halları tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* saylı çıxarışa əsasən Yevlax rayonu Kövər kəndində yerləşən ********** qeydiyyat nömrəli kənd təsərrüfatı təyinatlı 4,1882 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə onun əmlakıdır. Qeyd olunan torpaq sahəsinin əsasını Yevlax rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 12 iyun tarixli 05 nömrəli qərarı təşkil edir ki, həmin qərarla JN- 290, Kod 90108028 sayla torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Yevlax Rayon Məhkəməsinə müraciət etməyinin əsası ondan ibarətdir ki, onun torpaq sahəsi əvvəlcədən ona verildiyi halda torpağa dair yer quruluşu xəritəsində, döngələrdə onun adı qeyd edildiyi təqdirdə mülkiyyətində olan torpaq sahəsinin üzərində Yevlax rayon Kövər kənd sakini Cavabdeh1 mülkiyyətinə verilmiş **********61 reyestr nömrəli torpaq sahəsi də vurulmuşdur. Süni surətdə aparılan bu əməliyyat nəticəsində onun mülkiyyətinə aid olan torpaq sahəsi eyni nöqtədə 2 mülkiyyətçiyə vurulmuşdur. Maraqlı cəhət ondan ibarətdir ki, bu torpaq sahəsi 1998-ci il tarixində ona vurulduğu halda, 2002-ci il islahatında isə digər şəxsə hazırkı cavabdehin torpaq sahəsi üzrə onun mülkiyyətində olan torpaq sahəsinin yerləşdiyi nöqtəyə vurulmuşdur. O, bu səbəbdən Daşınmaz Əmılakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə rəsmi müraciət edərək qeyd olunan vəziyyətə dair bu halın, bu idarənin bilavasitə səhlənkarlığından yarandığını bildirərək rəsmi cavab istəmişdir. Həmin idarənin xx xxxxxxxx 2018-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı Yevlax şəhər Notariat Kontorunun xx.xx.2012-ci il tarixli 4Ə-44 reyestr saylı alqı-satqı müqaviləsi əsasında xx.xx.2012-ci il tarixində ********** nömrəli dövlət reyestrindən çıxarışın verildiyi, həmin xarışa əsasən onun mülkiyyətində olan Yevlax rayon Kövər kəndində yerləşən 4,1882 ha torpaq sahəsində müayinə işləri aparılaraq torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının təyin edildiyi və onun elektron baza xəritəsində düzgünlüyünün saxlanıldığı, həmin döngə nöqtələrinin koordinatlarının məlumat bazasında dəqiqləşdirərkən sözügedən torpaq sahəsinin Cavabdeh1 mülkiyyətinə verilmiş **********61 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşdüyü bildirilmişdir. Yəni ərazi idarəsi rəsmi olaraq mülkiyyətində olan torpaq sahəsinin hazırkı cavabdehin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü bildirilir. Burada onun torpaq sahəsinin üzərinə bu şəxsin torpaq sahəsinin vurulması hansı əsasdan və səbəbdən doğur. O, əmlakının rəsmi çıxarış üzrə mülkiyyətçisidir. Mülkiyyətindən sərbəst istifadə etmək onun üzərində sərəncam vermək hüququ vardır. Ancaq işin faktiki halı onu göstərir ki, həmin torpaq sahəsinə yəni onun mülkünə o, həmin mülkiyyətin sahibi olduqdan 4 il sonra Cavabdeh1 mülkiyyətinin koordinat nöqtələri vurulur. Bu baxımdan da o, mülkiyyətinin faktiki vəziyyətini nəzərə alaraq rəsmi vəziyyətinin, onun hazırkı döngələr üzrə, hazırkı nöqtələr üzrə, yerində olmasına əsaslanaraq şəxsin onun əmlakında yəni mövcud çıxarış üzrə əmlakının naturada yerləşdiyi nöqtə üzrə faktiki vəziyyətini nəzərə alaraq onun yerinə sonradan qanunsuz olaraq vurulub mülkiyyət hüquqlarını idarə etməyə maneə yaradan Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasını istəmişdir. O, bu barədə dövlət torpaq kadastrı idarəsinin qeyd olunan torpaq sahələrinin əvvəlki vəziyyətini müəyyən edən sənədləri, həmçinin həmin idarənin aidiyyatı mütəxəssislərinin məhkəməyə dəvət edilməsini, işin real vəziyyətinin tam aydınlaşdırılması üçün obyektiv qərarın qəbul edilməsi üçün həmin idarələrin mövcud vəziyyətə dair rəsmi məlumatlarının alınmasını istəmişdir. Onda DƏDRX-nin çoxsaylı məktubları vardır. Hər birində iddia edilən torpaq sahəsinin üzərində Cavabdeh1 istifadə etdiyi torpaq sahəsinin də yerləşdiyi bildirilir. Ancaq həmin şəxsin mənim mülkiyyətimdəki torpaq sahəsindən sonra mübahisələndirdiyi torpağın üzərində onun torpaq sənədlərinin vurulduğunu heçnə ilə müəyyən edə bilmirlər. Eləcə də Yevlax Rayon Məhkəməsinin qərardadı əsasında mütəxəssis rəyi məhkəməyə daxil olsada bu işdə maraqlı şəxslər həmin rəyi formalaşdırmışlar. Çünki, mühəndis Silyan Abbasov onun qaldırdığı halları öz mövqeyi ilə qeyri-rəsmi əsaslandırma ilə ortaya qoymuşdur. O, Daşınmaz Əmlakın Dövlət Reyestində olmuşdur onlar tərəfindən onun torpağı üzərində cavabdehin torpaq sahəsinin vurulmasını saxta əsaslarnan həyata keçirdiklərini bildirmişlər. Bu baxımdanda o, vəsatətiylə 17 saylı Ərazi İdarəsainin rəsmi nümayəndələrini məhkəməyə çağırılmasını və dinlənsilməsini istəmişdir. Burada aydın olub ki, torpaq paylan bölündüyü halda hər bir tərəfin dövlət aktına müvafiq olaraq paylarının mıiəyyənləşdirilməsinə baxmayaraq hansısa qondarma, 2-ci islahat keçirilərək onun istifadəsində olan torpaq sahəsinə hazırkı cavabdehin döngələri vurulmuşdur. Nəticədə də hazırkı vəziyyət yaranmışdır. Bütün bunları Ərazi Bələdiyyəsi ilə Kadastr Xidməti bu şəkilə salaraq görünməmiş, cinayətlər etmişlər. O, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədrinin qəbulunda olmuşdur. Bütün bu məsələləri izah etmişdir. Qeyd olunan məsələlərin nizamlanması üçün tədbirlər görülməsini istəmişdir. Əlində dövlət aktı ola-ola 4 ildən sonra onun torpağı üzərinə hazırkı cavabdehin torpaq döngələrinin vurulması və onun torpağının hamısını həmin şəxsin ələ keçirməsi və istifadə etməsi bütün bunlara qeyri-obyektiv münasibət onu bir insan kimi hiddətləndirir. Burada onlar sadə insanların nədir təqsiri? Ərazi Bələdiyyəsi və Kadastr İdarəsi müəyyən olunmuş islahatları kölgə altına alaraq ərazidə torpaq sahəsi mövcud olmasına baxmayarq 2-ci islahat adı altında hazırkı cavabdehi mülkiyyətində olan torpaq sahəsinin döngələrinə vurur. Nəticədə o, bütöv bir mülkiyyətindən məhrum olmuşdur. Bu özbaşınalığın sonu olaraq məhkəmə ədalətini istəmişdir. Torpağından həmin şəxslərin çıxarılmasını istəmişdir. Məhkəmə isə həmin halları elektron baza xəritəsində göstərilən koordinatlar ilə faktiki yerləşdirmək vəziyyəti arasında uyğunsuzluqla bu halı sənədləşdirməyə çalışmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* nömrəli çıxarışına əsasən Yevlax rayonu Kövər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 4.1882 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın Dövlət reyestrində JN-290 , Kod 90108028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Aqrar İslahat Komissiyasının 1998ci il 12 iyun tarixli 05 nömrəli qərarı əsasında rəsmiləşdirilməklə, müvafiq çıxarışla İddiaçı dövlət reyestrində adına qeydə alınmışdır. Göründüyü kimi həmin dövlət aktına müvafiq olaraq o, öz yerindədir. Hazırkı torpaq koordinatları həm Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, həm də Kadastr və Yer Quruluşu Layihə Təhqiqat Mərkəzi MMC-nin xx xxx 2019-cu il tarixli 630 nömrəli rəyində də torpaq sahəsinin öz koordinatında olduğu eynilə dövlət aktına əsasən məkan göstəricilərinin akta müvafiq olaraq öz yerində yerləşməsi tam olaraq təsdiqini tapır. Ancaq bu cür uydurma, ağıla batmayan versiya ilə elektron bazada uyğunsuzluq olması adı ilə mülkiyyətçinin mülkiyyət hüquqlarını əlindən almaq olarmı? Onun təqsiridir ki, elektron bazada hansısa məmurun bilərəkdən bu işləri görməsi, insanlara ciddi əziyyət verməklə bərabər torpaq üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinin qarşısının alınması kimi real hallar vardır. Bu barədə ən azı xüsusi qərardad qəbul ediləcəkdir. Ancaq əlində dövlət aktı ola-ola torpağı üzərinə cavabdehin 2-ci islahat adı altında torpaq döngələrinin vurulması açıq cinayətdir və bunu edən insanlar məsuliyyətə cəlb edilməlidir. O, aylardır ki, iş gücünü ataraq dövlət idarlərində, qəbullardadır. Bütün bunları İcra Başçısından tutmuş, Komitə və İdarə rəhbərləri bilir. Tələbi zəbtdə olan torpağından şəxsin çıxarılmasıdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(039)-227/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni məhkəmə qətnaməsi çıxarılması xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı hüquqi varisi X6, iddiaçının vəkili Məmmədov Fərhad Möhübbət oğlu, Cavabdeh1 Oktay oğlu və cavabdehin vəkili X7 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh1 Oktay oğlu, cavabdehin nümayəndəsi X8 və vəkili X7 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(039)- 227/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı nümayəndəsi X3 və iddiaçının vəkili Məmmədov Fərhad Möhübbət oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. İddiaçı öldüyündən onun əri X3 hüquqi varisi kimi tanınmış, daha sonra isə X3 da öldüyündən onların qızı X6 hüquqi varis kimi tanınmışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(039)-227/2019 nömrəli qətnaməsi qismən-iddia tələbinin təmin edilməmiş 0,8982 ha hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə İddiaçı cavabdehlər Cavabdeh1 Oktay oğluna və DƏDRX-nin 17 sayli Ərazi İdarəsinə qarşı mülkiyyətində olan torpaq sahəsindən çıxarılma tələbinə dair iddiasının 0,8982 hektarına aid hissəsi təmin edilməli, Cavabdeh1 Oktay oğlu İddiaçı məxsus torpaq sahəsinin 0,8982 ha hissəsindən çıxarılmalı, qətnamənin mübahisələndirilən digər hissələri dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Torpağa mülkiyyət hüququna dair JN-2xx xxx 90108028 Dövlət aktının surətindən görünür ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 12 iyun tarixli 5 nömrəli qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində Kövər kəndində 4.19 ha torpaq sahəsi Şirinovlar ailəsinə verilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* nömrəli çıxarışının surətindən görünür ki, Yevlax rayonu Kövər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 4.1882 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı adına qeydə alınmışdır. İşdə olan AN-İ ******* nömrəli xx xxxx 2013-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 Kövər kəndində özünə məxsus 0.698 ha torpaq sahəsini Cavabdeh1 Oktay oğluna satmışdır. İşdə olan AN-İ ******* nömrəli xx xxxx 2013-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X4 və digərləri Kövər kəndində özlərinə məxsus 3.29 ha torpaq sahəsini Cavabdeh1 Oktay oğluna satmışlar. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışının surətindən görünür ki, Yevlax rayonu Kövər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 3.9880 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın Dövlət reyestrində Cavabdeh1 Oktay oğlunun adına qeydə alınmışdır. İşdə olan DƏDRX 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli mütəxəssis rəyində qeyd edilir ki, Cavabdeh1 Oktay oğlunun istifadə etdiyi (mülkiyyətində olan) 3.9880 ha torpaq sahəsi Yevlax Dövlət Notariat Kontorunun xx.xx.2013-cü il tarixli, 4Ə-260 reyestr nömrəli və eyni tarixli, 4Ə-259 nömrəli alqı-satqı müqavilələri əsasında 3.29 və 0.6980 ha (cəmi 3.9880 ha) torpaq sahələrini satın almış və torpaq sahəsi birləşmiş halda xx.xx.2015-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı məxsus torpaq sahəsi döngə nöqtələrinin koordinatları Cavabdeh1 Oktay oğluna məxsus torpaq sahəsinin döngə koordinatlarının 3.29 ha hissəsində üst-üstə düşür. İşdə olan “xxxx” MMC-nin xx xxx 2019-cu il tarixli 630№-li mütəxəsis rəyindən görünür ki, Yevlax rayon Kövər kəndi ərazisində yerləşən, İddiaçı mülkiyyətində olan ******* saylı, ********** nömrəli çıxarışla qeydiyyata alınmış 4.19 ha torpaq sahəsinin məkan göstəricilərini əks etdirən sənəd təqdim edilmədiyi üçün sərhədlərinin döngə nöqtələrinin koordinatlarını təyin etmək mümükün deyildir. Cavabdeh1 Oktay oğlunun mülkiyyətində olan, ******* saylı, ********** nömrəli çıxarışla qeydiyyata alınmış 3.988 ha torpaq sahəsinin elektron baza xəritəsində göstərilən koordinatları ilə faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. İddiaçı məxsus torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümükün deyil. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi Silyan Abbasov verilmiş mütəxəssis rəyini müdafiə edərək bildirmişdir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin koordinatları birinci torpaq islahatı zamanı mövcud olan qaydalara əsasən müəyyən edilmiş və həmin torpaq sahəsi qeyd edilən koordinatlar üzrə onun adına qeydə alınmışdır, Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinin koordinatları isə ikinci torpaq islahatı zamanı mövcud olan qaydalara uyğun müəyyən edilmiş və onun adına qeydə alınmışdır. Bu səbəbdən uyğunsuzluq mövcuddur. Bundan başqa, yerində ölçülər aparılan zaman Cavabdeh1 İddiaçı məxsus torpaq sahəsini zəbt etməsini müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 140 və 157.2-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əassən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Yevlax rayonu Kövər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 4.1882 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı adına, Yevlax rayonu Kövər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 3.9880 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın Dövlət reyestrində Cavabdeh1 adına qeydə alınmışdır. Həmin zaman torpaq sahələrinin koordinatları müəyyən edilərək daşınmaz əmlakın dövlət reyestrinin elektron baza xəritəsinə daxil edilmişdir. Elektron baza xəritəsində göstərilən koordinatları ilə faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. İddiaçı məxsus torpaq sahəsi döngə nöqtələrinin koordinatları Cavabdeh1 Oktay oğluna məxsus torpaq sahəsinin döngə koordinatlarının 3.29 ha hissəsində üst-üstə düşür. Birinci instansiya məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, həm iddiaçıya, həm cavabdehə məxsus torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində onların adına qeydə alınmış və həmin qeyd qüvvədədir. Hazırda iddiaçı iddia tələbində cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydi mübahisələndirmədiyindən həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bu səbəbdən birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddia tələbi təmin edilə bilməz. İddia təmin edilmədiyindən mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası iddia tələbinin tam təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tаrixli, 2(107)- 2537/2019 nömrəli qərаrdаdı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmiş və ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Məhkəmənin qərardadına müvafiq olaraq xx xxxxxx 2020-ci ildə Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 10/492 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyi Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. İş üzrə icraat təzələnmişdir. Həmin rəydə göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxx 2020ci il tarixli, **********98 №-li mütəxəssis rəyinə əsasən, ******* nömrəli çıxarışda göstərilən torpaq sahəsinin məkan göstəricilərini əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilmədiyindən JN-290, KOD 90108028 olan Dövlət Aktında göstərilən torpaq sahəsi ilə eyni və ya ayrı torpaq sahələri olduğunu müəyyən etmək mümkün deyildir. Qərardadın ikinci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxx 2020ci il tarixli, **********98 №-li mütəxəssis rəyinə əsasən, JN-290, KOD 90108028 olan Dövlət Aktı xx xxxx 1998-ci il tarixində Yevlax rayon Aqrar İslahat Komissiyasının 05 nömrəli qərarına əsasən verilmişdir. Həmin vaxt torpaq sahəsinin hansı koordinatlarda mövcud olması torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən müəyyən edilə bilər. Lakin Yevlax rayonu Kövər kəndi “Qarabağ" kollektiv təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinin yuxanda göstərilən Dövlət Aktının qeyd olunduğu hissəsində torpaq sahələrinin üst-üstə yerləşdirilməsi və eyni sənəd nömrələrinin bir neçə yerdə qeyd edilməsi səbəbindən sualın Dövlət Aktına aid hissəsinin cavablandırılması mümkün deyildir. Qərardadın üçüncü və dördüncü sualları üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxx 2020-ci il tarixli, **********98 №-li mütəxəssis rəyində kompleks yerquruluşu layihəsində olan nöqsanlara görə qərardadın 3-cü və 4-cü sualları cavablandırılmamışdır. Bu səbəbdən də həmin suallar üzrə tədqiqat aparılmadı. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat) Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, xx xxx 2019-cu il tarixli mütəxəssis rəyində və Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 10/492 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyində mübahisəli torpaq sahələrinin eyni və ya ayrı torpaq sahələri olduğunu müəyyən etməyin mümkün olmadığı göstərilsə də, DƏDRX 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Cavabdeh1 Oktay oğlunun istifadə etdiyi (mülkiyyətində olan) 3.9880 ha torpaq sahəsi Yevlax Dövlət Notariat Kontorunun xx.xx.2013-cü il tarixli, 4Ə-260 reyestr nömrəli və eyni tarixli, 4Ə-259 nömrəli alqı-satqı müqavilələri əsasında 3.29 və 0.6980 ha (cəmi 3.9880 ha) torpaq sahələrini satın almış və torpaq sahəsi birləşmiş halda xx.xx.2015-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı məxsus torpaq sahəsi döngə nöqtələrinin koordinatları Cavabdeh1 Oktay oğluna məxsus torpaq sahəsinin döngə koordinatlarının 3.29 ha hissəsində üst-üstə düşür. Bu isə onu göstərir ki, hazırki iş üzrə Cavabdeh1 Oktay oğlunun faktiki istifadə etdiyi torpaq sahəsinin 0,8982 hektarına aid hissəsi İddiaçı məxsus olan torpaq sahəsidir. İddiaçı onun olduğunu iddia etdiyi, Cavabdeh1 Oktay oğlunun faktiki istifadə etdiyi 4,39 ha torpaq sahəsinin ölçüləri xx xxx 2019-cu il tarixli mütəxəssis rəyinə əlavə edilmiş, miqayı 1:5000 olan sxem üzrə 1, 2, 3, 4 döngə nöqtələri ilə qeydə alınmışdır. 1-2 döngə nöqtələrinin ara məsafəsi 88,53 metr, 2-3 döngə nöqtələrinin ara məsafəsi 466,95 metr, 3-4 döngə nöqtələrinin ara məsafəsi 99,33 metr və 4-1 döngə nöqtələrinin ara məsafəsi 473,85 metr olan trapesiya şəkilli dördbucaqlıdan ibarətdir. Cavabdeh1 Oktay oğlunun 3.29 ha-dan artıq istifadə etdiyi sahə 3-4 döngə nöqtələrindən başlayaraq 1-2 döngə nöqtələri istiqamətində yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək bu nəticəyə gəlir ki, işin yuxаrıdа şərh olunаn hаllаrını və qаnunvericilik аktı normаlаrını düzgün dəyərləndirməyən Yevlax Rayon Məhkəməsi iddiаnı tam rədd etməklə düzgün nəticəyə gəlmədiyindən və birinci instаnsiyа məhkəməsi tərəfindən qətnаmə qəbul olunаrkən yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı pozulduğundаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(039)-227/2019 nömrəli qətnaməsi qismən-iddia tələbinin təmin edilməmiş 0,8982 ha hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə İddiaçı cavabdehlər Cavabdeh1 Oktay oğluna və DƏDRX-nin 17 sayli Ərazi İdarəsinə qarşı mülkiyyətində olan torpaq sahəsindən çıxarılma tələbinə dair iddiasının 0,8982 hektarına aid hissəsi təmin edilməli, Cavabdeh1 Oktay oğlu İddiaçı məxsus Yevlax rayon Kövər kəndindəki torpaq sahəsinin döngə nöqtələri 3-4-dən döngə nöqtələri 1-2 istiqamətində olan 0,8982 ha hissəsindən çıxarılmalı, qətnamənin mübahisələndirilən digər hissələri dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 100 (bir yüz) manat İddiaçı hüquqi varisi X2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpelyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(039)-227/2019 nömrəli qətnaməsi qismən-iddia tələbinin təmin edilməmiş 0,8982 ha hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 Oktay oğluna və DƏDRX-nin 17 sayli Ərazi İdarəsinə qarşı mülkiyyətində olan torpaq sahəsindən çıxarılma tələbinə dair iddiasının 0,8982 hektara aid hissəsi təmin edilsin. Cavabdeh1 Oktay oğlu İddiaçı məxsus Yevlax rayon Kövər kəndindəki torpaq sahəsinin döngə nöqtələri 3-4-dən döngə nöqtələri 1-2 istiqamətində olan 0,8982 ha hissəsindən çıxarılsın. Qətnamənin mübahisələndirilən digər hissələri dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 100 (bir yüz) manat İddiaçı hüquqi varisi X2 alınıb dövlət büdcəsinə ödənilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-17/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-17/2021
10.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver