Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-17/2024 09.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ilkin iddia tələbinə, iddiaçılar Cavabdeh2 və Cavabdeh3 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evinin naturada bölünməsi” tələbinə dair ilkin iddia tələbi, iddiaçılar Cavabdeh2 və Cavabdeh3 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “yaşayış evindən payın naturada ayrılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Zaqatala Rayon Məhkəməsinin 17 may 2022-ci il tаrixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışla müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 0,0347 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Yüzbaşova Leyla Məmmədqulu qızının, həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 179,9 kv.m olan fərdi yaşayış evinin 2/6 hissəsi Cavabdeh2, 2/6 hissəsi İddiaçı, 1/6 hissəsi Cavabdeh1 və 1/6 hissəsi Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin paylarının ona düşən payın 2/6 hissəsinin, Cavabdeh2 düşən payın 2/6 hissəsinin, Cavabdeh3 düşən payın 1/6 hissəsinin, Cavabdeh1 düşən payın 1/6 hissəsinin ayrılıb naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə ümumi paylı mülkiyyətlərində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evləri vardır. Torpaq sahəsinin tam mülkiyyətçisi anası Yüzbaşova Leyla Məmmədqulu qızı xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Paylı mülkiyyətlərində olan daşınmaz əmlaka dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsindən xx.xx.2020-ci il tarixdə çıxarış verilmişdir. Həmin çıxarışa əsasən fərdi yaşayış evinin 2/6 hissəsi onun, 2/6 hissəsi Cavabdeh2, 1/6 hissəsi Cavabdeh1, 1/6 hissəsi Cavabdeh3 ümumi paylı mülkiyyətinə verilmişdir. Torpaq sahəsi tam olaraq mərhum anası Yüzbaşova Leyla Məmmədqulu qızının xüsusi mülkiyyətinə verilmişdir. Hal-hazırda o, cavabdehlərlə ümumi paylı mülkiyyətində olan fərdi yaşayış evinin paylarının naturada ayrılmasını istəyir. Cavabdehlərlə aralarında razılaşma əldə edə bilmirlər. Ona görə də məhkəməyə müraciət etmişdir. İddiaçılar Cavabdeh2 və Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən 3/6 hissədən ibarət olmaqla paylarının naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı oğiu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək paylı mülkiyyətlərində olan evdən 2/6 hissədən ibarət payının naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. ünvan 3 ünvanda yerləşən həmin evin ikinci mərtəbəsində onlar, birinci mərtəbəsində isə İddiaçı və digər Cavabdeh1 yaşayırlar. Hal-hazıradək mübahisə predmeti olan evin bütün kommunal xərcləri onlar tərəfindən ödənilir. Cavabdehlər əvvəldən evin birinci mərtəbəsində yaşamışlar. Hal-hazırda isə ev boşdur, yaşayan yoxdur. Evin bütün xərclərini onlar qarşılayır. Evin ikincı mərtəbəsində onlara məxsus əmlaklar yerləşir. Hazırda evin 3/6 hissəsinin mülkiyyətçisi kimi onlar da paylarının naturada ayrılmasını istəyirlər. Ona görə də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(033)- 31/2022 nömrəli iş üzrə qəbul etdiyi 17 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Həsənov) ilkin iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışda qeyd edilmiş reyestr nömrəsi **********97-10301 olan ünvan 4 ünvanında yerləşən 0,0347 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 179,9 kv.m olan fərdi yaşayış evinin İddiaçı aid 2/6 hissəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli, 10/4447 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun vəziyyətdə, ekspert rəyində qeyd edildiyi qaydada digər paylardan naturada ayrılması, ilkin iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışda qeyd edilmiş reyestr nömrəsi **********97-10301 olan ünvan 4 ünvanında yerləşən 0,0347 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 179,9 kv.m olan fərdi yaşayış evinin qarşılıqlı iddia ərizəsi üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 Murad oğluna aid 3/6 hissəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli 10/4447 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun vəziyyətdə, ekspert rəyində qeyd edildiyi qaydada digər paylardan naturada ayrılması qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, ünvan 1 ünvanında yerləşən 0,0347 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Yüzbaşova Leyla Məmmədqulu qızına, torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 179,9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət hüququ əsasında 2/6 hissəsi Cavabdeh2, 2/6 hissəsi İddiaçı, 1/6 hissəsi Cavabdeh1 və 1/6 hissəsi Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020ci il tarixdə qeydiyyata alınmışdır. İlkin iddia ərizəsi üzrə İddiaçı paylı mülkiyyətdə olan fərdi yaşayış evində özünün 2/6 hissədə payının, Cavabdeh2 2/6 hissədə payının, Cavabdeh1 1/6 hissədə payının və Cavabdeh3 Murad oğlunun 1/6 hissədə payının ayrılıb naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 da müraciət edərək, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində 3/6 hissəsədən ibarət olmaqla paylarının naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli 0/447 nömrəli ekspert rəyinə əsasən tədqiq olunan fərdi yaşayış evindən İddiaçı məxsus 2/6 hissənin, Cavabdeh2 və Cavabdeh3 məxsus 3/6 hissənin digər paylardan ayrılmaqla naturada bölünməsinin texniki cəhətdən mümkündür. Bunun üçün tədqiq olunan yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 1,2,3,4,5 saylı tikililər və 6 saylı tikilinin 11,15 kv.metr hissəsi 2/6 payın mülkiyyətçisinə (İddiaçı), yaşayış evinin 2-ci mərtəbəsində yerləşən tikililər isə 3/6 payın mülkiyyətçilərinə (Cavabdeh2 və Cavabdeh3) verilə bilər. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2022-ci il tarixli 10/4447 nömrəli rəyini sübut növü kimi qiymətləndirir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsini, yəni yalnız öz payının ayrılmasını tələb edə bilər və buna görə də məhkəmə hesab edir ki, ilkin iddia tələbi ünvan 4 ünvanında yerləşən 0,0347 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində olan ümumi sahəsi 179,9 kv.m olan fərdi yaşayış evinin digər mülkiyyətçisi olan Cavabdeh1 həmin daşınmaz əmlakda olan payının ayrılması hissəsində təmin edilməməlidir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 157.2, 157.4, 213.1, 213.2, 213.3, 213.4, 213.5, 215.1, 215.2, 215.4, 220.1, 220.2, 220.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 64.1, 64.2, 76.1, 76.2, 77.1, 89.1, 107, 115.0-115.0.1,119.1, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı və Cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və ilkin iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri İşə baxan birinci instansiya məhkəməsi və məhkəmənin təyin etdiyi ekspertiza rəyində Cavabdeh1 aid hissədən söhbət belə getmir. Həmin mənzildə Cavabdeh1 1/6 hissədə payı olduğu halda, ilkin iddianın qismən təmin edilməsi və qalan hissəsinin təmin edilməməsi hissəsini tamamilə qanunsuz və əsassızdır. İlkin iddianın qismən təmin edilməsi və qalan hissəsinin təmin edilməməsi cavabdehin qanunla qorunan və təmin olunan mülkiyyət hüquqlarına müdaxilədir. Yuxarıda qeyd olunduğu kimi cavabdehə mülkiyyət hüququ ilə məxsus 1/6 hissədə payı olduğu halda, işə baxan birinci instansiya məhkəməsinin ilkin iddianın qismən təmin etməsi və qalan hissəsinin təmin etməməsi tamamilə qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsində səhvə yol verilmişdir. b) İddiaçı apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 Asim oğlunun apellyasiya şikayətinin məzmunu və dəlilləri ilə eyni olduğundan məhkəmə şikayətin dəlillərini təkrar olaraq qeyd etməyə zərurət görmür. c) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Tərəflər apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, mübahisə edilən ev 2 mərtəbə və 6 otaqdan ibarətdir. İddiaçı 2007-ci ildə evi tərk edib. Evin bütün xərclərini, torpaq vergisini, kanalizasiya, suyun çəkilməsi xərclərini o çəkib. Evdəki telefon, işıq, qaz onun adınadır. O və qarşıqlıqlı iddia üzrə iddiaçı Cavabdeh3 evin ikinci mərtəbəsində yaşayır və iddiaçının və Cavabdeh1 evin birinci mərtbəsində yaşamasına etiraz etmir. Cavabdehlər Cavabdeh3 oğu və Cavabdeh1 apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, mübahisə predmeti bölünməz olduğundan Məhkəmə qətnamənin əsaslılığını tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Maddə 214.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə səhv hüquqi nəticəyə gəlmişdir. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən 0,0347 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Yüzbaşova Leyla Məmmədqulu qızının, həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 179,9 kv.m olan fərdi yaşayış evinin 2/6 hissəsi Cavabdeh2, 2/6 hissəsi İddiaçı, 1/6 hissəsi Cavabdeh1 və 1/6 hissəsi Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırki halda ilkin iddia üzrə İddiaçı özünə məxsus 2/6 hissə payın, qarşıqlıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 isə onlara məxsus cəmi 3/6 hissə(2/6+1/6) payın ayrılmasını tələb edir. İşə baxmış birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və ekspert qarşısında İddiaçı məxsus 2/6 hissənin, Cavabdeh2 və Cavabdeh3 məxsus 3/6 hissənin digər paylardan ayrılmaqla naturada bölünməsinin texniki cəhətdən mümkün olub-olmadığı barədə sual qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, yuxarıda qeyd oluna şəkildə daşınmaz əmlakdan payların naturada ayrılması mümkündür. Ekspert rəyinə müvafiq bölgüyə uyğun plan sxem əlavə edilmişdir. Apellyasiya şikayəti vermiş Cavabdeh1 apellyasiya şikayətində bildirir ki, İddiaçı məxsus 2/6 hissənin, Cavabdeh2 və Cavabdeh3 məxsus 3/6 hissənin naturada ayrıla bilməsi ekspert rəyi ilə müəyyən olunsa da, ona məxsus 1/6 hissə ilə bağlı ekspert rəyində hər hansı bölgü aparılmamışdır. Yəni ekspertiza onun payı nəzərə alınmadan keçirilmişdir. İşin tam və obyektiv araşdırılması üçün Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tikinti ekspertizası təyin edilmiş və ekspert qarşısında sual qoyulmuşdur ki, paylı mülkiyyət hüququ əsasında İddiaçı 2/6 hissə, Cavabdeh1 1/6 hissə, Cavabdeh2 və Cavabdeh3 3/6 hissə olmaqla, Zaqatala şəhəri, Azərbaycan prospekti 27 ünvanda yerləşən 179.9 kv.m. olan fərdi yaşayış evinin paylara uyğun naturada ayrılması (həm birinci, həm də ikinci mərtəbə nəzərə alınmaqla) mümkündürmü? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2023-cü il tarixli, 10/4653 nömrəli rəyində qeyd olunur ki, Zaqatala şəhəri, Azərbaycan prospekti 27 ünvanda yerləşən 179.9 kv.m. olan fərdi yaşayış evinin tərəflər arasında paylara uyğun olaraq (1/6, 2/6, 3/6) olmaqla 3 hissəyə) naturada bölünməsinin İnşaat Norma və Qaydalarının müvafiq bəndələrinin və Məhkəmə Tikinti-X1 metodlarının tələblərinə müvafiq olmaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Məhkəmə, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın nəticəsinin Məhkəmənin keçirdiyi ekspertizanın nəticəsi ilə fərqli olmasını onunla izah edir ki, ilkin ekspertiza keçirilərkən ekspert qarşısında qoyulmuş sual mübahisə predmeti olan fərdi yaşayış evinin 2/6 və 3/6 pay olmaqla 2 hissəyə bölünməsinin müəyyən edilməsi ilə bağlı olmuşdur. Məhkəmənin təyin etdiyi ekspertizada isə ekspert qarşısında qoyulmuş sual mübahisə predmeti olan fərdi yaşayış evinin 1/6, 2/6 və 3/6 pay olmaqla 3 hissəyə bölünməsinin müəyyən edilməsi ilə bağlı olmuşdur. Yəni birinci instansiya məhkəməsi mübahisəli fərdi yaşayış evində payların ayrılmasını Cavabdeh1 payını nəzərə almadan müəyyən etmişdir. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, həm ilkin iddia üzrə iddiaçının, həm də qarşılıqlı iddia üzrə iddiaçıların tələbləri əsassızdır. Belə ki, tərəflərin paylı mülkiyyətində olan fərdi yaşayış evindən 2/6 və 3/6 hissə paylarının ayrılması mümkün deyil. Buna baxmayaraq, Rayon Məhkəməsi ilkin iddianı qismən, qarşılıqlı iddianı isə tam təmin etməkdə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşımır, şikayətin dəlilləri qismən əsaslıdır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli, ilkin və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinin tələbinə görə ekspertiza tədqiqatının dəyəri olan 200 manat(100+50+50) manat pul ilkin və qarşılıqlı iddia üzrə iddiaçılardan müştərək qaydada Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Hazırki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 17 may 2022-ci il tаrixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evinin naturada bölünməsi” tələbinə dair ilkin iddia tələbi və iddiaçılar Cavabdeh2 və Cavabdeh3 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “yaşayış evindən payın naturada ayrılması” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. İddiaçı, Cavabdeh2 və Cavabdeh3 ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə müştərək qaydada tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-17/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-17/2024
09.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver