Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-171/2024 04.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X3 və Cavabdeh2 qarşı torpaq sahəsindən payların naturada ayrılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən payların naturada ayrılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı1 vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X3 və Cavabdeh2 qarşı torpaq sahəsindən payların naturada ayrılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli 2(033)-15/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Daşınmaz Əmlakın Dövlət Reyestrindən 13 sentyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli **********21-10301 reyestr nömrəli Çıxarışla ünvan 1 ünvanda yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin 2/14 hissəsi, fərdi yaşayış evinin 1/3 hissəsi X1; torpaq sahəsinin 5/14 hissəsi İddiaçı3; torpaq sahəsinin 2/14 hissəsi, fərdi yaşayış evinin 1/3 hissəsi Cavabdeh2; torpaq sahəsinin 2/14 hissəsi, fərdi yaşayış evinin 1/3 hissəsi İddiaçı2; torpaq sahəsinin 3/14 hissəsi İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 torpaq sahəsində paylarının naturada ayrılmasını tələb etmişlər.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X3 və Cavabdeh2 qarşı torpaq sahəsindən payların naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən DƏDRX-də 13 sentyabr 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınan 0,05 ha torpaq sahəsindən İddiaçı3, İddiaçı2 və İddiaçı1 məxsus olan hissənin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və 0,05 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə 5 nəfər şəxsə məxsusdur. Fərdi yaşayış evinə və torpaq sahəsinə dair olan hüquqları paylarına uyğun olaraq DƏDRX-də 13 sentyabr 2021-ci il tarixdə qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Fərdi yaşayış evinin 1/3 hissəsi və torpaq sahəsinin 2/14 hissəsi Cavabdeh1, Cavabdeh2 və İddiaçı2, torpaq sahəsinin 5/14 hissəsi İddiaçı3 və 3/14 hissəsi İddiaçı1 məxsusdur. Fərdi yaşayış evində paylarının naturada ayrılmasına dair mübahisə yoxdur. Lakin torpaq sahəsinin naturada ayrılmasına dair cavabdehlərlə razılığa gəlməmişlər. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanda 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə payı 1/3 hissə olmaqla torpaq sahəsinin 2/14 hissəsi X1, torpaq sahəsindən payı 5/14 hissəsi İddiaçı3, fərdi yaşayış evindən payı 1/3 hissə olmaqla torpaq sahəsinin 2/14 hissəsi Cavabdeh2, fərdi yaşayış evinin 1/3 və torpaq sahəsinin 2/14 hissəsi olmaqla İddiaçı2, torpaq sahəsindən payı 3/14 hissə olmaqla İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 13 sentyabr 2021-ci il tarixdə qeydiyyata alınmışdır. Barəsində mübahisə gedən torpaq sahəsinin paylı mülkiyyətçiləri olan iddiaçılar paylarının ayrılması üsulu və şərtləri haqqında cavabdehlə razılığa gələ bilmədiklərindən onlar öz paylarının naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etmişdirlər.
5. Məhkəmənin 25 oktyabr 2021-ci il tarixli 2(033)-1174/2021 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/6248 saylı 20 iyun 2022-ci il tarixli ekspert rəyi alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/6248 saylı 20 iyun 2022-ci il il tarixli ekspert rəyindən məlum olmuşdur ki, ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin İddiaçı3 payına düşən 5/14 hissənin, İddiaçı2 payına düşən 2/14 hissənin və İddiaçı1 Mirzəyevanın payına düşən 3/14 hissənin onların paylarına uyğun naturada bölünməsi mümkündür.
6. Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyun 2022-ci il tarixli, 10/6248 nömrəli ekspert rəyində torpaq sahəsinin bölünməsinin mümkün olması qeyd olunsa da, bunu hansı qaydada mümkün olması rəyin nəticə hissəsində qeyd olunmadığından, bölgü sxemi (ölçülər) rəyə əlavə olunmadığından, mütəxəssis rəyi olmadan ekspertiza rəyi verildiyindən, eləcə də iddiaçılardan İddiaçı2 torpaq sahəsinin 2/14 hissəsi ilə yanaşı, fərdi yaşayış evinin də 1/3 hissəsi ümumi paylı müllkiyyətində olmaqla fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsində də sonuncunun payı olması, lakin, ekspert rəyi tərtib olunarkən qeyd olunan xüsusata ümumiyyətlə qiymət verilmədiyindən, iddiaçılardan İddiaçı2 payı yalnız boş torpaq sahəsindən hesablandığından məhkəmənin 04 avqust 2022-ci il tarixli qərardadı ilə yenidən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/8570 saylı 06 aprel 2023-cü il tarixli rəyindən məlum olmuşdur ki, ünvan 3 ünvanda yerləşən mübahisə predmeti olan torpaq sahəsinin naturada 5/14, 2/14 və 3/14 hissələrə bölünməsi yalnız həmin torpaq sahəsinin hüdudları daxilində yerləşən fərdi yaşayış evi nəzərə alınmadan mümkündür. Bölgü variantı rəyə edilmiş sxemdə qeyd olunmuşdur. Baxış zamanı əldə edilmiş ölçülərə və mülki iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilən 24 noyabr 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən mübahisə predmeti olan torpaq sahəsinin faktiki sahəsi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilərkən Çıxarışda qeyd olunan sahələr arasında uyğunsuzluq olduğu müəyyən olunur.
8. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/8570 saylı 06 aprel 2023-cü il tarixli ekspert rəyinə qiymət verərək hesab edir ki, ekspert qarşısında sual qoyulmasa da, rəydə mübahisə predmeti olan torpaq sahəsinin naturada 5/14, 2/14 və 3/14 hissələrə bölünməsi yalnız həmin torpaq sahəsinin hüdudları daxilində yerləşən fərdi yaşayış evi nəzərə alınmadan mümkün olması göstərilmişdir. Bundan başqa iddiaçılardan İddiaçı2 payı yalnız boş torpaq sahəsindən hesablanmış, halbuki İddiaçı2 torpaq sahəsinin 2/14 hissəsi ilə yanaşı, fərdi yaşayış evinin də 1/3 hissəsi ümumi paylı müllkiyyətində olmaqla fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsində də onun payı vardır. Belə olduğu təqdirdə, iddia predmeti olan torpaq sahəsinin naturada paylara mütənasib ayrılması mümkün deyildir.
9. Mülki iş materialları ilə məhkəməyə təqdim edilmiş hər iki məhkəmə tikinti ekspertizasının rəyləri ilə aparılmış müqayisəli təhlil nəticəsində məhkəmə belə nəticəyə gəlir ki, işin ədalətli həlli üçün hər iki məhkəmə tikinti ekspertizasının rəyləri iş üzrə sübut kimi qəbul edilməməlidir və aşağıdakılara əsasən məhkəmə ekspert rəyləri ilə razılaşmır. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyun 2022-ci il tarixli, 10/6248 nömrəli ekspert rəyində torpaq sahəsinin bölünməsinin mümkün olması qeyd olunsa da, bunu hansı qaydada mümkün olması rəyin nəticə hissəsində qeyd olunmadığından, bölgü sexmi (ölçülər) rəyə əlavə olunmadığından qeyd olunun ekspertiza rəyi mülki işin həlli üçün sübut növü kimi nəzərə alına bilməz.
10. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/8570 saylı 06 aprel 2023-cü il tarixli ekspert rəyinə də tənqidi yanaşır və hesab edir ki, həmin rəy üzrə torpaq sahəsi naturada bölünərsə iddiaçıların hüquqları pozulmuş olacaqdır. Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyun 2022-ci il tarixli, 10/6248 nömrəli ekspert rəyi əsasında ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin mülkiyyətçiləri olan cavabdehlər X4 və Cavabdeh2 bölğü sxeminə üyğun fərdi yaşayış evinin həyətyani torpaq sahəsindən torpaq payı verilməmişdir. Evin naturada bölünməsi ekspert rəyində təklif olunduğu qayda üzrə aparılarsa cavabdehlər öz evlərinə İddiaçı2 məxsus torpaq sahəsinin üzərindən keçərək daxil olmaq məcburiyyətində qalacaqlar. Bu da onların vəziyyətini əhəmiyyətli dərəcədə çətinləşdirəcək və iddiaçı T.Tatayevin iradəsindən asılı vəziyyətə salacaqdır. Bundan başqa məhkəmə hesab edir ki, ekspert iş üzrə rəy verərkən məhkəmə tərəfindən qoyulmuş sualdan kənara çıxmışdır. Belə ki ekspert qarşısında ev nəzərə alınmadan torpaq sahəsinin bölünməsinin mümkün olub olmaması sualı qoyulmamışdır.
11. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X3 və Cavabdeh2 qarşı ünvan 1 ünvanda yerləşən DƏDRX-də 13 sentyabr 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınan 0,05 ha torpaq sahəsindən İddiaçı3, İddiaçı2 və İddiaçı1 məxsus olan hissənin naturada ayrılması tələbinə dair iddiaları təmin edilməməlidir.
12. Zaqatala Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli 2(033)-15/2023 nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X3 və Cavabdeh2 qarşı ünvan 1 ünvanda yerləşən DƏDRX-də 13 sentyabr 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınan 0,05 ha torpaq sahəsindən İddiaçı3, Tatayev smayıl Məhəmməd oğluna və İddiaçı1 məxsus olan hissənin naturada ayrılması tələbinə dair iddialarının təmin edilməməsi, dövlət rüsumu olaraq ödənilmiş 10 (on) manatın iddiaçılara aid edilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 100 (bir yüz) manatın iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 215 və 220-ci maddələrinə istinad etmişdir.
14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6248 saylı 20 iyun 2022-ci il tarixli rəyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/8570 saylı 06 aprel 2023-cü il tarixli rəyi
15. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1 və İddiaçı3 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçılar İddiaçı1 və İddiaçı3 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, mülki iş materialına əlavə olunan hər iki məhkəmə ekspertiza rəyləri ilə müəyyən olunur ki, iddiaçıların paylarının torpaq sahəsindən naturada ayrılması mümkündür. Eyni zamanda, məhkəmə mülki iş üzrə İddiaçı2 payının naturada ayrılması İddiaçı2 fərdi yaşayış evinə payı olduğu üçün mümkün olmamasını qeyd edirsə, o zaman İddiaçı1 və oğlu İddiaçı3 fərdi yaşayış evində payı yoxdur, onların payı ancaq torpaq sahəsindədir. Məhkəmə belə olduğu təqdirdə iddianı qismən İddiaçı1 və oğlu İddiaçı3 torpaq sahəsindən paylarının naturada ayrılmasına dair hissədə təmin edərək qətnamə qəbul etməli idi. Cavabdehin vəkili və etibarnamə üzrə nümayəndəsi tərəfindən elektron kabinetə ərizə yerləşdirilmiş, ərizədə 2-ci dəfə verilmiş ekspert rəyi ilə razı olmadığını və təkrar ekspertiza təyin olunması məhkəmədən xahiş olunmuşdur. Lakin məhkəmə qərarında ümumiyyətlə qeyd olunan ərizəyə münasibət bildirməmişdir. Ekspert rəyindən görünür ki, ekspert rəyinə əlavə olunmuş sxem üzrə torpaq sahəsindən iddiaçılar İddiaçı3 5/14 hissə ilə İddiaçı1 məxsus olan 3/14 hissə payları yanaşı olaraq qeyd olunmuşdur. İddiaçı2 məxsus 2/14 hissə isə evə bitişik verilmişdir. Sxemdən bir daha görünürki, İddiaçı3 5/14 hissə ilə İddiaçı1 məxsus olan 3/14 hissədə torpaq sahəsindən payları naturada ayrılması mümkündür. Həmin hissədə hər hansısa bir tikili yoxdur. Fərdi yaşayış evi cavabdehlərin və İddiaçı2 torpaq sahəsinin üzərində yerləşir.
17. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli 2(033)- 15/2023 nömrəli qətnaməsinin qismən, iddiaçılar İddiaçı1 və İddiaçı3 aid hissədə ləğv olunması, həmin hissədə yeni qətnamə qəbul olunaraq İddiaçı1 və İddiaçı3 torpaq sahəsindən paylarının naturada ayrılmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
20. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, cavabdehlər X4 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və ya şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyilsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
23. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
24. Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli 2(033)- 15/2023 nömrəli qətnaməsinin iddiaçılar İddiaçı1 və İddiaçı3 aid hissədə ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən iddiaçılar İddiaçı1 və İddiaçı3 aid hissədə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
26. Daşınmaz Əmlakın Dövlət Reyestrindən 13 sentyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli **********21-10301 reyestr nömrəli Çıxarışla ünvan 1 ünvanda yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin 2/14 hissəsi, fərdi yaşayış evinin 1/3 hissəsi X1; torpaq sahəsinin 5/14 hissəsi İddiaçı3; torpaq sahəsinin 2/14 hissəsi, fərdi yaşayış evinin 1/3 hissəsi Cavabdeh2; torpaq sahəsinin 2/14 hissəsi, fərdi yaşayış evinin 1/3 hissəsi İddiaçı2; torpaq sahəsinin 3/14 hissəsi İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 torpaq sahəsində paylarının naturada ayrılmasını tələb etmişlər. Birinci instansiya məhkəməsi tərəfindən torpaq sahəsinin üzərində yerləşən fərdi yaşaşyış evi ilə birlikdə torpaq sahəsinin paylara uyğun bölünməsinin mümkün olmaması əsası ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən iddiaçılardan ikisi - İddiaçı1 və İddiaçı3 apellyasiya şikayəti vermiş və bu qətnamənin 16-17-ci bəndlərində qeyd olunan dəlilləri ilə özlərinin paylarının ancaq torpaq sahəsindən olduğu, evdən onların payının olmadığı əsası ilə torpaq sahəsindən yalnız onların payının ayrılmasını xahiş etmişlər.
26. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərini nəzərə alaraq yenidən məhkəmə tikinti texniki ekspertizası təyin etmişdir. Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 31 oktyabr 2024-cü il tarixli 10/1530 nömrəli ekspert rəyində göstərilmişdir: “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən X1, İddiaçı3, Cavabdeh2, İddiaçı2 və İddiaçı1 ümumi paylı mülkiyyətində olan Zaqatala şəhəri İ.Şamil küçəsi 0.05 ha həyətyanı torpaq sahəsində, həmin torpaq sahəsinin hüdudlan,daxilində yerləşən fərdi yaşayış evinin altında olan ərazi istisna olmaqla, İddiaçı1 və İddiaçı3 birlikdə paylarının naturada ayrılması mümkündür. Bölgü sxemi rəyə əlavə edilmişdir.” Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin olunaraq, həmin bölgü sxeminə əsasən İddiaçı1 və İddiaçı3 birlikdə payları naturada ayrılmalıdır.
27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddiaçılar İddiaçı1 və İddiaçı3 aid hissədə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiaçılar İddiaçı1 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli 2(033)-15/2023 nömrəli qətnaməsi ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı3 məxsus olan hissənin naturada ayrılması barədə iddianın təmin olunmayan hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, Daşınmaz Əmlakın Dövlət Reyestrindən 13 sentyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli **********21-10301 reyestr nömrəli Çıxarışda göstərilən ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı3 məxsus olan cəmi 8/14 hissə Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 31 oktyabr 2024-cü il tarixli 10/1530 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxemində göstərilən şəkildə naturada ayrılmalıdır. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat cavabdehlər X4 və Cavabdeh2 tutularaq dövlət büdcəsi hesabına keçirilməlidir. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçılar İddiaçı1 və İddiaçı3 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli 2(033)-15/2023 nömrəli qətnaməsi ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı3 məxsus olan hissənin naturada ayrılması barədə iddianın təmin olunmayan hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestrindən 13 sentyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli **********21-10301 reyestr nömrəli Çıxarışda göstərilən ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı3 məxsus olan cəmi 8/14 hissə Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 31 oktyabr 2024-cü il tarixli 10/1530 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxemində göstərilən şəkildə naturada ayrılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat cavabdehlər X4 və Cavabdeh2 tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.