Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1719/2021 29.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 Niyazi qızına və Cavabdeh2 qarşı “əmlakın boşaldılması tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 8 iyun 2021-ci il tarixli, 2(075)-15/2021 nömrəli qətnaməsindən Cavabdeh3 Niyazi qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 8 iyun 2021-ci il tarixli, 2(075)-15/2021 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia qismən təmin olunmuş, Cavabdeh1 və Həmidova X4 şəhəri, Qurcana küçəsində 0.06 ha torpaq sahəsində yerləşən birmərtəbəli, üçotaqlı, 77 kv.m yaşayış, 43.9 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaqla onların istifadə hüquqlarına xitam verilməsi və yaşayış sahəsinin boşaldılması, 10 (on) manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh3 Niyazi qızından alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması, iddia tələbinin Cavabdeh2 münasibətdə xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərardadının nəzərə alınması, Şəki Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərardadı ilə artıq ödənilmiş 10 (on) manat dövlət rüsumunun dövlət büdcəsindən İddiaçı ASC-yə qaytarılmasının qərara alınmasının nəzərə alınması qət edilmişdir. İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 Niyazi qızı və Cavabdeh2 Şəki şəhəri, Qurcana küçəsində 0.06 ha torpaq sahəsində yerləşən birmərtəbəli, üçotaqlı, 77 kv.m yaşayış, 43.9 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evindən məcburi çıxarılmaları, onların istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsinin boşaldılması və 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh2 12 fevral 2020-ci il tarixdə vəfat etdiyi müəyyən edilmişdir. İddiaçı ASC iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında 25 iyul 2012-ci il tarixli, 101344-1-3147 saylı Baş kredit müqaviləsi bağlanmışdır. Buna görə də "xxxx" MMC ilə İddiaçı ASC arasında bağlanmış 101344-1- 3147/1 saylı, 25 iyul 2012-ci il tarixli Kredit müqaviləsi”nə əsasən "xxxx" MMC-yə 36 ay müddətinə illik 12.5 faiz hesablanmaqla 1.500.000 AZN və ya ABŞ dollarında ekvivalenti məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 tam mülkiyyət hüququ ilə məxsus olan Şəki şəhəri, Qurcana küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 77 kv.m yaşayış, 43.9 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi 101344-1- 1275 saylı 09 avqust 2011-ci il tarixli ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin borclu şəxs öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun Banka 101344-1-3147/1 saylı, 25 iyul 2012-ci il tarixli müqavilə üzrə ümumilikdə 1395013.72 AZN məbləğində borcu qalmışdır. Bank tərəfindən kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 avqust 2014-cü il tarixli, 2(011)-2142/2014 saylı qətnaməsi ilə cavabdehdən 101344-1-3147/1 saylı, 25 iyul 2012-ci il tarixli müqavilə üzrə ümumilikdə isə 1 461 043.89 (bir milyon dörd yüz altmış bir min qırx üç manat səksən doqquz qəpik) AZN məbləğində pulun tutulması və qeyd olunan ipoteka predmetinin ilkin satış qiyməti 100 000 (yüz min manat) AZN müəyyən edilməklə Şəki şəhəri, Qurcana küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 77 kv.m yaşayış, 43.9 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08.05.2015-ci il tarixli 2(103)- 532/2015 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 avqust 2014-cü il tarixli, 2(011)-2142/2014 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli, 2(102)-4302/2015 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 08 may 2014-cü il tarixli, 2(103)-532/2015 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bank qarşısında ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutma yönəldilməsinə dair qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmiş, həmin əmlak barəsində məcburi icra hərəkətləri həyata keçirilmiş və satılması üçün açıq hərraca çıxarılmışdır. «Daşınar və Daşınmaz Əmlakların Satışı X8» MMC tərəfindən verilmiş 14 mart 2016-cı il tarixli, 23/05 saylı hərracın nəticələri haqqında protokola əsasən ipoteka predmeti olan fərdi yaşayış evini Bank VTB (Azərbaycan) əldə etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX ******* saylı çıxarışa əsasən mənzil üzərində Bank VTB (Azərbaycan) ASCnin mülkiyyət hüquqları tanınmışdır. Lakin cavabdehlər həmin fərdi yaşayış evini könüllü olaraq boşaltmır. Odur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında ddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 iddianı müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Niyazi qızı məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Birinci instansiya məhkəməsi onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh3 Niyazi qızı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh3 Niyazi qızı apellyasiya şikayətində göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin hakiminin qətnaməsindən narazıdır. Onun yaşadığı evin satılmasından onun xəbəri olmamışdır və bunu mübahisələndirsə də hakim bunu nəzrə almamışdır. Hesab edirəm ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən evinin hansı yolla bankın adına keçirilməsi araşdırılacaqdır. Ona görə də həmin qətnamədən narazıdır. İşlə bağlı digər faktiki halları məhkəmə iclasında ifadəsində göstərəcək. Ona görə də, Şəki Rayon Məhkəməsinin 8 iyun 2021-ci il tarixli, 2(075)-15/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 Niyazi qızı və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh3 Niyazi qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 8 iyun 2021-ci il tarixli, 2(075)-15/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan 02 sentyabr 2014-ci il tarixdə qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 avqust 2014-cü il tarixli, 2(011)-2142/2014 saylı qətnaməsi əsasında 22 sentyabr 2014-cü il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, həmin icra vərəqəsinə əsasən 1 329 763.30 (bir milyon üç yüz iyirmi doqquz min yeddi yüz altmış üç manat otuz qəpik) manat məbləğində əsas borc, 128.505.59 (bir yüz iyirmi səkkiz min beş yüz beş manat əlli doqquz qəpik) manat məbləğində faiz borcu, 2500 (iki min beş yüz) manat məbləğində cərimə, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, həmçinin ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 245.00 (iki yüz qırx beş) manat məbləğində dövlət rüsumu və xidmət haqqı, cəmi 1461043,89 (bir milyon dörd yüz altmış bir min qırx üç manat səksən doqquz qəpik) borcun cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı ASC-yə ödənilməsi, tələbin aşağıda göstərilən əmlaklara yönəldilməklə-xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 Niyazi qızına məxsus olan Səki rayonu, Kiş kəndində, istifadədə olan 0.0139 ha torpaq sahəsində yerləşən 273.9 kvadrat metr ümumi sahədən ibarət qeyriyaşayış binasının ilkin satış qiyməti 219.100 (iki yüz on doqquz min yüz) manat olmaqla, X1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 60.0 kvadrat metr ümumi sahədən ibarət 36/37 saylı mənzilin ilkin satış qiyməti 229.000 (iki yüz iyirmi doqquz min) manat olmaqla, Cavabdeh3 Niyazi qızına məxsus olan Şəki şəhəri, Mahmud Əliyev küçəsində mülkiyyətində olan 0.0132 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 85.5 kvadrat metr yaşayış, 4.3 kvadrat metr qeyri-yaşayış, 210.9 kvadrat metr köməkçi sahədən ibarət 55 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 320.000 (üç yüz iyirmi min) manat olmaqla, Cavabdeh1 tam mülkiyyət hüququ ilə məxsus olan Şəki şəhəri, Qurcana küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 77 kvadrat metr yaşayış, 43.9 kvadrat metr köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 100.000 (bir yüz min) manat olmaqla, X3 tam mülkiyyət hüququ ilə məxsus olan Şəki şəhəri, X5 prospektində istifadədə olan 0.006 ha torpaq sahəsində yerləşən, 61.3 kvadrat metr ümumi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasının ilkin satış qiyməti 268.000 (iki yüz altmış səkkiz min) manat olmaqla, Cavabdeh1 tam mülkiyyət hüququ ilə məxsus olan Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində, mülkiyyətində olan 0.0032 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 3 girişi, 68.22 kvadrat metr ümumi, 56.61 kvadrat metr əsas, 11, 61 kvadrat metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası mağaza) və torpaq sahəsinin ilkin satış qiyməti 160.000 (bir yüz altmış min) manat olmaqla, Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 2i ünvanında 0.451247 ha torpaq sahəsində yerləşən 246.9 kvadrat metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə və torpaq sahəsinin ilkin satış qiyməti 788.000 (yeddi yüz səksən səkkiz min) manat olmaqla, Cavabdeh3 Niyazi qızına tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində istifadədə olan 0.03623 ha torpaq sahəsində yerləşən 40 nömrəli, 5 mərtəbəli binada 59,8 kvadrat metr ümumi, 40.6 kvadrat metr yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzilin ilkin satış qiyməti 100.000 (bir yüz min) manat olmaqla açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına cavabdeh "xxxx" MMC-nin İddiaçı ASC-yə olan borcunun ödənilməsi qərara alınmışdır. İşdə olan “Daşınar və Daşınmaz Əmlakların Satışı X8” MMC-nin 14 mart 2016-cı il tarixli, 23/05 saylı “Hərracın yekunları barədə Protokolu ndan görünür ki, X2 mülkiyyətində olan və ilkin satış qiyməti 100000 manat müəyyən edilmiş Şəki şəhəri, Qurcana küçəsində 0.06 ha torpaq sahəsində yerləşən birmərtəbəli, üçotaqlı, 77 kv.m yaşayış, 43.9 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi 63750 manata İddiaçı ASC-yə satılmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 07 sentyabr 2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Şəki şəhəri, Qurcana küçəsində 0.06 ha torpaq sahəsində yerləşən birmərtəbəli, üçotaqlı, 77 kv.m yaşayış, 43.9 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi İddiaçı ASC-nin adına qeydə alınmışdır. İşdə olan Elektron Məhkəmə Portalından çıxarışdan gğrünür ki, Cavabdeh2 12 fevral 2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1ci maddəsinə və Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən də hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ (nəzərdə tutulmuşdur) müəyyən edilmişdir. Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququ və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdehin İddiaçı ASC-yə olan borcu ilə əlaqədar qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 avqust 2014-cü il tarixli, 2(011)-2142/2014 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə cavabdeh X2 mülkiyyətində olan Şəki şəhəri, Qurcana küçəsində 0.06 ha torpaq sahəsində yerləşən birmərtəbəli, üçotaqlı, 77 kv.m yaşayış, 43.9 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi ilkin satış qiyməti 100000 manat müəyyən edilməklə hərraca çıxarılmış, lakin hərrac baş tutmamışdır. Hərrac baş tutmadığından ipoteka predmeti olan həmin fərdi yaşayış evi tələbkar İddiaçı ASC-yə təklif edilmişdir. İddiaçı ASC də alıcı qismində iştirak etmiş və “Daşınar və Daşınmaz Əmlakların Satışı X8” MMC tərəfindən 16 yanvar 2015-ci il tarixdə keçirilmiş hərracın nəticələri haqqında 05/02 nömrəli yekun protokola əsasən X2 mülkiyyətində olan və ilkin satış qiyməti 100000 manat müəyyən edilmiş Şəki şəhəri, Qurcana küçəsində 0.06 ha torpaq sahəsində yerləşən birmərtəbəli, üçotaqlı, 77 kv.m yaşayış, 43.9 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi 63750 manata İddiaçı ASCyə satılmışdır. Halhazırda həmin fərdi yaşayış evi İddiaçı ASCnin adınadır. Bununla bağlı İddiaçı ASC-nin adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 07 sentyabr 2016- cı il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş üzrə cavabdeh mübahisə predmeti olan, Şəki şəhəri, Qurcana küçəsində 0.06 ha torpaq sahəsində yerləşən birmərtəbəli, üçotaqlı, 77 kv.m yaşayış, 43.9 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evini könüllü olaraq boşaltmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Niyazi qızı isə məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya qarşı hər hansı bir münasibət bildirməmişlər. İddiaçı ASC həmin fərdi yaşayış evinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Niyazi qızı İddiaçı ASC-yə məxsus fərdi yaşayış evini könüllü olaraq boşaltmamaqla iddiaçının mülkiyyətində olan öz əmlakından istifadə etməsi ilə bağlı müəyyən çətinliklər yaradır. Cavabdehlər məlum olmayan səbəblərdən həmin fərdi yaşayış evindən çıxmaqdan yayınırlar. Nəticədə isə iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulur. Təqdim olunmuş iş materiallarından da görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evi 14 mart 2016-cı il tarixli, 23/05 saylı hərracın yekunları üzrə protokol əsasında aparılmış əmlakın alqı-satqısı barədə müqavilə əsasında İddiaçı ASC-nin adına qeydiyyata alınmaqla onun mülkiyyətindədir. Cavabdehlərin həmin fərdi yaşayış evi üzərində hər hansı bir hüquqlarının qalması müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Həmidova X4 şəhəri, Qurcana küçəsində 0.06 ha torpaq sahəsində yerləşən birmərtəbəli, üçotaqlı, 77 kv.m yaşayış, 43.9 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaqla onların istifadə hüquqlarına xitam verilməli və yaşayış sahəsi boşaldılmalı, 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Niyazi qızından alınaraq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia tələbinin Cavabdeh2 münasibətdə xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərardadı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şəki Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərardadı ilə artıq ödənilmiş 10 (on) manat dövlət rüsumunun dövlət büdcəsindən İddiaçı ASC-yə qaytarılmasının qərara alınması nəzərə alınmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh3 Niyazi qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 8 iyun 2021-ci il tarixli, 2(075)-15/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh3 Niyazi qızı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 8 iyun 2021-ci il tarixli, 2(075)-15/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1719/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1719/2021
29.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver