Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1724/2020 02.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı xx.xx.2003-cü il təvəllüdlü X1 Cavabdehndə Yevlax şəhərində doğulmasına dair tərtib edilmiş 470 saylı akt qeydinin ləğv edilməsi, həmin akt qeydi əsasında verilmiş doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilmədən geri qaytarılması barədə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)- 1307/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikаyətə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı «xx.xx.2003-cü il təvəllüdlü X1 Cavabdehndə Yevlax şəhərində doğulmasına dair tərtib edilmiş 470 saylı akt qeydinin ləğv edilməsi, həmin akt qeydi əsasında verilmiş «doğum haqqında şəhadətnamə»nin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü il təvəllüdlü qızı X1 Yevlax şəhərində doğulmasına dair Cavabdehndə xx.xx.2003-cü il tarixində tərtib edilmiş 470 saylı akt qeydinin ləğv edilməsinə dair, həmin akt qeydi əsasında X3 verilmiş AZ-l 356902 saylı «doğum haqqında şəhadətnamə»nin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) xx xxxx 2020-ci il tarixli, 2(039)-1307/2020 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı «xx.xx.2003-cü il təvəllüdlü X1 Cavabdehndə Yevlax şəhərində doğulmasına dair tərtib edilmiş 470 saylı akt qeydinin ləğv edilməsi, həmin akt qeydi əsasında verilmiş «doğum haqqında şəhadətnamə»nin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmış, izah edilmişdir ki, İddiaçı Cavabdehnə qarşı «xx.xx.2003-cü il təvəllüdlü X1 Cavabdehndə Yevlax şəhərində doğulmasına dair tərtib edilmiş 470 saylı akt qeydinin ləğv edilməsi, həmin akt qeydi əsasında verilmiş «doğum haqqında şəhadətnamə»nin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edə bilər. İddiaçı qərardaddan şikаyət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı əsassız və qanunsuz olduğundan, əsassız olaraq bu qərardadla süründürməçiliyə yol verildiyindən, onların AR Konstitutsiyasında nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozduğundan, bu, süründürməçiliyə yol verilməklə, başdangetdi olaraq, etinazsızcasına qəbul edilmiş, qanunun tələblərinə zidd olaraq yazılmış bir yazıdır. Hesab edir ki, işə baxan hakim X8 tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verildiyindən, tətbiq edilməli olan hüququn tətbiq edilməməsi, tətbiq edilməli olmayan hüququn səhv təfsir edilərək tətbiq edilməsi nəticəsində düzgün olmayan məhkəmə aktı- qərardadı qəbul edilməklə, onun Azərbaycan Respublikası Konstitusiyasının 60.-cı maddəsində təsbit olunmuş “Hüquq və azadlıqların məhkəmə təminatı” hüquqlarım, eləcə də (Roma xx.xx.1950) 1950-ci il İnsan Hüquqları və X5 haqqında Avropa Konvensiyasının 6.-cı və 13.-cü maddələrində nəzərdə tutulan hüquqlarım, həmçinin AR Mülki-Prosessual Məcəlləsinin, Ailə Məcəlləsinin, Mülki Məcəlləsinin maddələrində təsbit olunmuş hüquqları kobud şəkildə pozulmuş, məhdudlaşdırılmışdır. Yəni, onun ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Ona məlum deyil, başadüşülməzdir ki, hakim X8, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib edildiyindən geri qaytarmışdır, yoxsa iş ərazi aidiyyatı üzrə Yevlax Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır? Belə ki, hesab edir ki, hakim X8 hazırkı qərardadda, artıq olaraq, yersiz olaraq, Mülki-prosessual qanunvericiliyin aidiyyat qaydalarını müəyyən etmə prinsiplərindən bəhs edərək, AR MPM-nin 35-ci maddəsini qərardadına köçürmüş, sonra da AR İPM-nin 2-ci maddəsinin tələblərini qərardadına köçrüməklə əlavə etmişdir. Ən başlıcası isə, hakim X8, AR MPM-nin 26.3.-cü maddəsini Qərardadda yerləşdirməklə, İnzibati-İqtisadi Məhkəmələrin qanunla onların səlahiyyətinə aid olan digər işlərə baxa bilmələri barədə onlara məlumat vermişdir. Məhz bundan sonra hakim X8, yuxarıda qeyd edilənləri sadaladığı qanun normaları hesab edərək, “ərizəsinin ümumi məhkəmədə baxılmalı olmadığından aidiyyat qaydalarına riayət etməklə, inzibati məhkəməsinə aid olduğundan iddiaçılara qaytarılamlıdır” qənaətinə gəmişdir. Ancaq başa düşmür ki, hakim X8, bu cümləsində hansı inzibati məhkəməsinə, və hansı iddiaçılara qaytarılmasını nəzərdə tutmuşdur. Tək iddiaçı odur, ondan başqa iddiaçı yoxdur. Ən başlıcası, hakim X8 qərardadının hüquqi əsası kimi, inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisənin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 saylı Qərarının 9.1-ci bəndinə əsaslanmış, həmin bəndi qərardadına köçürmüşdür. Bu halda da hakim X8 əhəmiyyət verməmişdir ki, hazırkı qərarla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr, (MPM-nin XXXVİİ fəsli) istisna edilmişdir. Yəni, hazırki halda, onun ərizəsinə İnzibati Məhkəmədə deyil, Yevlax Rayon Məhkəməsində baxılmalıdır. Yəni, onun iddia tələbi, akt kitablarında qeydlərin aparılmasına dair, qeydlərin aparılmasından imtinaya dair, qeydlərdə düzəlişlərin edilməsindən imtinaya dair, adın, ata adının, soyadın dəyişdirilməsindən imtinaya dair mübahisə deyil, onun tələbi, xx.xx.2003cü il təvəllüdlü qızı X1 Yevlax şəhərində doğulmadığı halda, onun guya Yevlax şəhərində doğulmasına dair Cavabdehndə xx.xx.2003-cü il tarixində tərtib edilmiş 470 saylı Akt qeydinin düzgün olmadığının məhkəmə yolu ilə müəyyən edilməsi və ləğv edilməsinə dairdir. İddia ərizəsində də göstərmişdir ki, o, ailə üzvləriylə birlikdə, 1997-ci ildən başlayaraq uzun müddət X2 şəhərində yaşamışlar. xx.xx.2003-cü il tarixində X7 şəhəri, Cənub-Qərb Okruqu, Novatorov küçəsi 3, ünvanında yerləşən, V.V.Vinoqradov adına 64 saylı X4 1 saylı Filialının 4 saylı Doğum evində, qızı X6 doğulmuşdur. Uşağın doğumu ilə bağlı müvafiq zəruri sənədləri xx xxxxxx 2006-cı il tarixində Moskva şəhərinin ZAQS İdarəsinin, Tsaritsınski ZAQŞ şöbəsinə təqdim edib, həmin şöbədə, xx xxxxxx 2006-cı il tarixində “Doğum haqqında akt qeydləri kitabı”nda 5690 sayla qeyd edilmiş “Doğum haqqında şəhadətnamə” almışlar. Həmin dövrdə, hələ uşağa adıgedən sənədi, yəni Moskva şəhərində “Doğum haqqında şəhadətnamə” almazdan əvvəl, 2003-cü ilin sentyabr ayının əvvəllərində anası, qızı X9ma “Doğum haqqında şəhadətnamə” verilməsi üçün Yevlax şəhər ZAQS şöbəsinə (VVAQ) müraciət etmiş, şöbədə xx.xx.2003-cü il tarixində “Doğum haqqında Akt qeydləri kitabı”nda 470 sayla qeydiyyatdan keçmiş seriya AZ-İ № 356902 “Doğum haqqında şəhadətnamə” almışdır. Yevlax rayon ZAQS şöbəsinə uşağın Yevlax şəhərində doğulmasına dair hər hansı bir sənəd (Obmennaya karta) təqdim edilməmişdir, ona görə ki, uşaq Yevlax şəhərində doğulmamışdır. Hər bir halda, əgər doğulmanın yerinə dair şöbəyə sənəd təqdim edilmişdirsə də, yəqin ki, bu sənəd, X1 xx.xx.2003-cü il tarixində X7 şəhəri, Cənub-Qərb Okruqu, Novatorov küçəsi 3, ünvanında yerləşən, V.V.Vinoqradov adına 64 saylı X4 1 saylı Filialının 4 saylı Doğum evində doğulmasına dair verilmiş sənədin kserosurəti olmuşdur. Beləliklə də, uşağa Yevlax şəhər ZAQS şöbəsi tərəfindən xx.xx.2003-cü il tarixində verilmiş seriya AZ-1 № 356902 “Doğum haqqında şəhadətnamə”də uşağın doğulduğu yer, əsassız olaraq Yevlax şəhəri yazılmışdır ki, bu da, hazırkı sənədin,“Doğum haqqında şəhadətnamə”nin etibarsız olduğuna dəlalət edir, bu da Akt qeydinin mötəbərliliyini şübhə altına alır. Məlumdur ki, uşağın doğumu haqda Akt qeydi, dünya ölkələrinin harasında olsa belə, 1 dəfə, 1 yerdə tərtib edilir. Yəni, X7 şəhərində doğulmuş X1 doğulduğu yerin Yevlax şəhəri ZAQS şöbəsində “Doğum haqqında Akt qeydləri kitabı”nda Yevlax şəhəri yazılması əsassızdır və bu Akt qeydi ləğv edilməli, seriya AZ-İ № 356902 “Doğürn haqqında şəhadətnamə” etibarsız hesab edilməlidir. Odur ki, xx xxxxxx 2020-ci il tarixində Cavabdehnə ərizə yazaraq,yuxarıda qeyd edilənləri, həmçinin AR Ailə Məcəlləsinin 158.-159.-cu, 161,-ci, 163.-cü maddələrinin tələblərini nəzərə alıb, onlardan xahiş etmişdir ki, xx.xx.2003-cü il təvəllüdlü qızı X1 Cavabdehndə Yevlax şəhərində doğulmasına dair tərtib edilmiş 470 saylı Akt qeydini ləğv etsinlər, ona vermiş olduqları seriya AZ-İ № 356902 “Doğum haqqında şəhadətnamə”ni etibarsız hesab etsinlər. Ərizədə göstərmişdir ki, sözügedən “Doğum haqqında şəhadətnamə”ni istənilən zaman Qeydiyyat şöbəsinə qaytarmağa hazırdır. Cavabdeh vəzifəsini yerinə yetirməmiş, sözügedən Akt qeydini ləğv etməmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli 05/Q-165 saylı məktubla bizə cavab vermişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2001-ci il tarixli 52 nömrəli Qərarının 23-cü bəndinə görə vətəndaş vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında həyata keçirilir. Bu səbəbdən uşağın doğum haqqında akt qeydinin Qeydiyyat şöbəsində ləğv edilməsi imkan xaricindədir, odur ki, aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Hazırki halda, hazırkı akt qeydi Cavabdeh tərəfindən ləğv edilə bilərdi. Beləliklə qanunla qorunan hüquq və azadlıqları, eləcə də maraqları qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafisənidən istifadə etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə isə, yuxarıda da qeyd etdiyi kimi, əsassız və qanunsuz qərardadı ilə onun hüquqlarını pozmuş, yaxşı halda vaxtını almış, süründürməçiliyə yol vermişdir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)- 1307/2020 nömrəli qərardadının ləğv edilməsini, onun Cavabdehnə qarşı “xx.xx.2003-cü il təvəllüdlü qızı X1 Yevlax şəhərində doğulmasına dair Cavabdehndə xx.xx.2003-cü il tarixində tərtib edilmiş 470 saylı Akt qeydinin ləğv edilməsinə dair, həmin Akt qeydi əsasında X3 verilmiş seriya AZ-İ №356902 “Doğum haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsinə dair” iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasına dair qərardad qəbul edilməsini xahiş edir. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-1307/2020 nömrəli qərardadı ilə İddiaçı Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)- 1307/2020 nömrəli qərardadından şikayəti təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Mülki Prosessuаl Məcəllənin 372.6-cı mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını onun bаrəsində аçıq və dolаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpelyаsiyа şikаyətində və onа etirаzlаrdа ifаdə olunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz olduqdа isə tаm yoxlаyır. Mülki Prosessuаl Məcəllənin 372.7-ci maddəsinə əsasən аpelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib edildiyindən, geri qaytarılmalıdır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi Şəki İnzibati Məhkəməsinə verilməli olduğu halda, aidiyyət qaydalarının pozulması ilə Yevlax Rayon Məhkəməsinə verilmişdir. Birinci instansiya məhkəməsi sadalanan qanun normalarına əsasən hesab etmişdir ki, İddiaçı Cavabdehnə qarşı «xx.xx.2003-cü il təvəllüdlü X1 Cavabdehndə Yevlax şəhərində doğulmasına dair tərtib edilmiş 470 saylı akt qeydinin ləğv edilməsi, həmin akt qeydi əsasında verilmiş «doğum haqqında şəhadətnamə»nin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ümumi məhkəmədə baxılmalı olmadığından aidiyyət qaydalarına riayət etməklə, inzibati məhkəməsinə aid olduğundan, iddiaçılara qaytarılmalıdır. İddiaçı Cavabdehnə qarşı «xx.xx.2003-cü il təvəllüdlü X1 Cavabdehndə Yevlax şəhərində doğulmasına dair tərtib edilmiş 470 saylı akt qeydinin ləğv edilməsi, həmin akt qeydi əsasında verilmiş «doğum haqqında şəhadətnamə»nin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdehnə qarşı xx.xx.2003-cü il təvəllüdlü X1 Cavabdehndə Yevlax şəhərində doğulmasına dair tərtib edilmiş 470 saylı akt qeydinin ləğv edilməsi, həmin akt qeydi əsasında verilmiş doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarmaqda haqlı olsa da, geri qaytarmanın prosessual əsası kimi Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 152.1 və 152.1.3-cü maddələrini əsas götürərək ərizəyə Yevlax Rayon Məhkəməsində baxılmalı olmaması ilə əsaslandırmaqda haqlı olmamışdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə görə məhkəmə özü də, mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 2.2.2, 2.2.4, 2.2.5ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 4 nömrəli qərarında göstərilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası şikayət üzrə yekun nəticəyə gələrək hesab edir ki, şikayət qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)- 1307/2020 nömrəli qərardadı ləğv edilməli, İddiaçı Cavabdehnə qarşı xx.xx.2003-cü il təvəllüdlü X1 Cavabdehndə Yevlax şəhərində doğulmasına dair tərtib edilmiş 470 saylı akt qeydinin ləğv edilməsi, həmin akt qeydi əsasında verilmiş doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, İddiaçı hazırki iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.1, 152, 263-264, 397-398 və 400-402-ci maddələrini rəhbər tutaraqməhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-1307/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı xx.xx.2003-cü il təvəllüdlü X1 Cavabdehndə Yevlax şəhərində doğulmasına dair tərtib edilmiş 470 saylı akt qeydinin ləğv edilməsi, həmin akt qeydi əsasında verilmiş doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı xx.xx.2003-cü il təvəllüdlü X1 Cavabdehndə Yevlax şəhərində doğulmasına dair tərtib edilmiş 470 saylı akt qeydinin ləğv edilməsi, həmin akt qeydi əsasında verilmiş doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ izаh edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1724/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1724/2020
02.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver