Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1727/2021 07.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, vəkili X1, Cavabdeh3 və onun nümayəndəsi X3 iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tаrixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş 12 noyabr 2020ci il tarixli 2V-548 № reyestr nömrəli Mülkiyyət hüququ haqqında şəhadətnamənin, Cavabdeh3 verilmiş 25.01.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Şəki Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş 12 noyabr 2020-ci il tarixli 2V-548 № reyestr nömrəli Mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Cavabdeh3 verilmiş 25.01.2021ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tаrixli qətnaməsi ilə iddia təmin edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh3 apellyаsiyа şikаyəti vermişdir. Cavabdeh3 məhkəmə kollegiyasına ərizə təqdim edərək apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə, vəkili X2 və Cavabdeh3 nümayəndəsi X5 apellyasiya şikayətindən imtina etməyinə hər hansı bir etirazlarının olmadığını bildirmişlər. İşə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı, Şəki Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməli və iş üzrə apellyasiya icraatına Cavabdeh3 münasibətdə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 369, 384.0.4 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizə təmin edilsin. Şəki Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tаrixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına Cavabdeh3 münasibətdə xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1727/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1727/2021
07.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver