Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1730/2021 20.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 21 iyun 2021-cı il tarixli, 2(051)-615/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 21 iyun 2021-cı il tarixli, 2(051)-615/2021 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. İşin halları İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Cavabdeh1 2006-cı ilin aprel ayında ona məxsus olduğu deyilən bağ sahəsini və fərdi yaşayış evini ona sataraq ondan 9300 (doqquz min üç yüz) ABŞ dolları almışdır. Sonradan məlum olmuşdur ki, bu torpaq sahəsi və fərdi yaşayış evi başqa şəxsə məxsusdur. Uzun məhkəmə çəkişmələrindən sonra Mingəçevir şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) 25.07.2018-ci il tarixli, 2(051)-1386/2018 saylı xüsusi qərardadı ilə Cavabdeh1 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətlərinin olması müəyyən edilmiş və müvafiq rədbirlər görülməsi üçün Mingəçevir Şəhər Prokurorluğuna göndərilmişdir. Mingəçevir Şəhər Prokurorluğu ona cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı deyil, yerinə yetirilmiş prosessual hərəkətlər barədə məktub göndərərək işdə cinayət tərkibinin olmadığını bildirmişdir. Bu məhkəmə çəkişmələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumuna çıxarılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14.08.2020-ci il tarixli qərardadı ilə yenidən Cavabdeh1 hərəkətləri barədə Azərbaycan Respublikası Baş Prokurorluğu ona cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı deyil, yerinə yetirilmiş prosessual hərəkətlər barədə məktub göndərərək işdə cinayət tərkibinin olmadığını bildirmişdir. Ona görə də o bütün məhkəmə instansiyalarını keçdikdən sonra Cavabdeh1 dələduzluq yolu ilə ondan aldığı 9300 ABŞ dollarını onaqaytarmasını tələb edir. Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində o xeyli əlavə xərclər çəkmişdir. Pulu qurtaranda Cavabdeh1 ona bildirmişdir ki, “Dayısı Cavabdeh2 müqavilə əsasında sələmə pul verir, ona müraciət elə”. O da Cavabdeh2 müraciət etmişdir. Cavabdeh2 ona 11 gün müddətinə 3500 ABŞ dolları borc pul verməsi barədə 17 mart 2010-cu il tarixli kredit müqaviləsinə imza etdirməklə ona 3500 ABŞ dolları vermişdir. Şifahi razılaşmaya görə o hər ay ona ümumi məbləğin 10 faizi qədər, yəni ayda 350 ABŞ dolları sələm ödəməli olmuşdur. Beləliklə, o həmin borcu 1 il müddətində qaytarana kimi hər ay Cavabdeh2 350 ABŞ dolları olmaqla 4200 ABŞ dolları sələm ödəmişdir. Əsas borc və sələmlə birlikdə o, Cavabdeh2 7700 ABŞ dolları pul ödəmişdir. Bu xərcləri o Cavabdeh1 təqsirli hərəkətlərinə görə ödəmiş və onun özünə verdiyi 9300 ABŞ dolları və əlavə çəkdiyi xərcləri, yəni 7700 ABŞ dolları, cəmi 17000 ABŞ dolları məbləğində pulun Cavabdeh1 alınıb ona verilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdeh1 polis mayorudur. Mingəçevir ŞPŞ-nin TB-nin təhqiqatçısıdır. “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksinin” 13-cü maddəsinə əsasən “Polis əməkdaşı icrasının mümkün olamayacağını qabaqcadan bildiyi (və ya bilməli olduğu) öhdəliklər (borc pul, kirayə və s.), üzərinə götürməmişdir. Üzərinə götürdüyü öhdəlikləri müəyyənləşdirilmiş şərtlərə uyğun icra etməlidir.” Ona görə də məhkəmədən Cavabdeh1 17.000 ABŞ dolları pulun və məhkməyə ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barəsindəqətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X14 iddia tələbini qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, onun evini qohumu olan Cavabdeh2 satmış və o, evin satış məbləğini ondan almışdır. İddiaçı orada yaşadığına heç görməmişdir. O, evini kimin alması ilə maraqlanmamış və ilk dəfə İslah adlı şəxsi məhkəmə iclaslarında tanış olmuşdur. İddiaçı ona qarşı pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Göstərilən iddia tam əsassızdır. Belə ki, iddiaçının ərizəsində göstərdiyi fikirlərin heç bir hüquqi əsası yoxdur və heç bir sübuta söykənmir. Ona görə də, iddianın rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında işə sonradan cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, İslah və Saməddin birlikdə gəlib evə baxıb bəyənib 300 ABŞ dollarıməbləğdə pulu beh qismində ona vermişlər. Mübahisəli evin satış qiyməti olan 9000 ABŞ dolları məbləğdə pulu ona İslah özü tək bu dəfə Saməddin olmadan vermişdir. O da pulu gətirib Ruziyə vermişdir. Ruzi də ona 200 ABŞ dolları məbləğdə pul vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X23 verdiyi ifadəsində göstərmişdir ki, o, mübahisəli evdə usta kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Usta kimi onu Saməddin özü tapmış və işə görə zəhmət haqqını da Saməddin vermişdir. Saməddin şəhərdə olan evini satıb, satışdan əldə edəcəyi pulu Elşənə verəcəyini söyləmişdir. Lakin pulu Elşənə verməsinə şəxsən şahid olmamışdır. O, İslahı 20 il kimi bir müddətdir ki, tanıyır. Onu heç vaxt mübahisəli evdə görməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, işin halları bundan ibarətdir ki, o, İddiaçı, 2006-cı ildə Cavabdeh1 hazırda yaşadığı torpaq sahəsini içərisində tikilmiş 2 otaqla bərabər 9300 ABŞ dollarına satın almışdır. Həmin vaxtdan həmin evdə ailəsilə birgə yaşamışdır. 02 may 2006-cı ildə Mingəçevir şəhəri Xaldan şossesi Qaz İdarəsi «Məşəl» bağçılıq yoldaşçılığından 500 kv. metr torpaq sahəsinə onun adına 27/11 inventar nömrəli vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki pasportu işlənmişdir. Cavabdeh1 isə həmin torpaq sahəsinin onun adına sənədləşdirilməsinə yazılı razılıq vermişdir. Sonradan orada o əlavə 1 ədəd yaşayış otağı, dəhliz, hamam, tualeti genişləndirib talvar inşa etdirmişdir, təmir işləri aparmışdır. 2017-ci ilə qədər həmin evdə ailəsilə birgə mübahisəsiz qaydada yaşamışdır. 2017-ci ildə ona məlum olmuşdur ki, onların ailənin dostu olan X19 onun torpaq sahəsinin sənədlərindən xəbərdar olduqdan sonra torpağın 1-ci sahibi olan Əntiqə Heydərovanı tapmış, onun adından X22 Məhkəməsində torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması üçün müraciət etmişdir. Nəticədə onların satın aldıqları və yaşadıqları 500 kv. metr torpaq sahəsinə X2 adına plan-ölçü sənədinin verilməsi və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsinin üzərinə qoyulması qət olunmuşdur. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra əvvəlcə Əntiqə Heydərovanın adına çıxarış alınmış, sonradan Ənitiqə Heydərova ilə İslah Kazımov arasında həmin 500 kv. metr torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Ancaq həmin torpaq sahəsini o, Cavabdeh1 satın almışdı və satın alarkən hesab edirdi ki, həmin torpaq sahəsi və oradakı tikili ona məxsusdur. Torpaq sahəsini satın aldığı Cavabdeh1 vəzifəsindən sui-istifadə edərək çalışdığı Mingəçevir şəhər X17 Şöbəsində həmin halın araşdırılmasına mane olmuşdur. Belə ki, satın aldığı torpaq sahəsinin başqa şəxslər tərəfindən ələ keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 avqust 2020-ci il tarixli qərardadı ilə işin həqiqi halı olan torpaq sahəsini onun Cavabdeh1 9300 ABŞ dollarına satın aldığı və həmin vaxtdan orada yaşamağı müəyyən olunmuş, ancaq işin faktki hallarının araşdırılması tələb olunduğundan şikayəti üzrə konstitusiya işinin icraatına xitam erilmiş, eyni zamanda şikayətdə göstərdiyi halların yoxlanılması və onlara hüquqi qiymət verilməsi üçün Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edilmişdir. Müraciəti öz əməkdaşlarının xeyrinə araşdıran Mingəçevir şəhər Polis Şöbəsi müəyyən etmişdir ki, Cavabdeh1 və qeyrilərinin əməlində cinayət tərkibi əlamətləri yoxdur və şikayəti mülki qaydada araşdırılmalıdır. Konstitusiya Məhkəməsinə müraciətlə bağlı cavab verilibverilməməsini bilmir. Sonda isə məhz onun ən əsaslı sübutu olan Cavabdeh1 istifadəsində olan torpaq sahəsindən məhz onun xeyrinə imtina etməsi əks olunan 27/11 inventar nömrəli texniki pasport sübut qismində qəbul edilməyərək iddia tələbi təmin edilməmişdir. O, Cavabdeh2 bu torpaqla bağlı deyil, sələm verən şəxs kimi borc almışdır. Bu borcun bu torpaq sahəsi ilə heç bir bağlılığı yoxdur və o, onun iddia tələbi üzrə cavabdeh qismində işə cəlb edilməsinə razılıq verməmişdir. İşin mübahisə doğurmayan halı bundan ibarətdir ki, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi - X25 həmin torpaq sahəsini 9300 manata satdığını, pulun dəyərini tam şəkildə almışdır. Cavabdeh1 öz dəst xəttilə yazaraq torpaq sahəsindən onun xeyrinə imtina etmişdir. Əvvəlki məhkəmə qətnamələrində isə Ələdlin Həsənov həmin torpaq sahəsini məhz onun aldığını təsdiq etmişdir. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 21 iyun 2021-cı il tarixli, 2(051)- 615/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi X14 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 21 iyun 2021-cı il tarixli, 2(051)-615/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 21 iyun 2021-cı il tarixli, 2(051)-615/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşə əlavə olunmuş Mingəçevir İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının, Fərdi və Bağ evlərinin Tikintisi, İstismarı və İnkişafı İdarəsinin 13 dekabr 2005-ci il tarixli texniki pasportundan görünür ki, Mingəçevir şəhər Xaldan şosesi Qaz idarəsi “Məşəl” bağçılıq yoldaşlığında yerləşən 500 kv.metr bağ sahəsi Cavabdeh1 istifadəsində olmuşdur. İşə əlavə olunmuş DƏDRX-ın çıxarışından görünür ki, daşınmaz əmlakın ümumi sahəsi 51,6 kv.metr olan 0.05 ha torpaq sahəli bağ evi X11 xüsusi, tam mülkiyyətindədir. İşə əlavə olunmuş 17 mart 2010-cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı 3500 manat məbləğində faizsiz borc vermişdir. İşə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsi, X5, Alıyeva Hicran Qərib qızı, X19 və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması, çıxarışın ləğv edilməsi və sairə” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 22 iyun 2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı, X9, X6 və X1 İslah Saleh oğlunun mülkiyyətində olan, Mingəçevir şəhərinin 14-cü bağ küçəsində yerləşən 56 saylı bağ evindən çıxarılmaları qət edilmişdir. İşə əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 22 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İşə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 25 iyul 2018-ci il tarixli Xüsusi Qərardadından görünür ki, İddiaçı, X5, Alıyeva Hicran Qərib qızı, X19 və Cavabdeh1 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətlərinin olmasının araşdırılması üçün prokurorluğa xəbər verilməsi qərara alınmışdır. İşə əlavə olunmuş 05 iyun 2019-cu il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, X11, İddiaçı, Cavabdeh1, Alıyeva Hicran Qərib qızının və X2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından onların barələrində cinayət işi başlanması rədd edilmişdir İşə əlavə olunmuş Konstitusiya Məhkəməsi Plenumunun 14 avqust 2020-ci il tarixli qərardadından görünür ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində qeyd olunan əsaslara görə İddiaçı şikayəti üzrə konstitusiya işinin icraatına xitam verilməsi qərara alınmışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 may 2019-cu il tarixli qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 9300 ABŞ dollarıməbləğdə və Cavabdeh2 isə aldığıəsas borc və faizi ilə birlikdə 7700 ABŞ dolları məbləğdə pul verməsini iddia edir. Lakin iddiaçı tərəfindən cavabdehə pul verilməsi müəyyən olunmamışdır. İddiaçı bu barədə heç bir əsaslı sübut məhkəməyə təqdim edə bilməmişdir. Əksinə məhkəmə araşdırması nəticəsində cavabdehin etibarnamə üzrə nümayəndəsinin və işə sonradan cavabdeh qismində cəlb edilmiş şəxslərin izahatlarından görünür ki, cavabdeh evini İddiaçı deyil, İslah adlı şəxsə satmış və pulu da ondan almışlar. Bundan başqa işə əlavə olunmuş kredit müqaviləsindən də görünür ki, İddiaçı Cavabdeh2 deyil, əksinə Cavabdeh2 İddiaçı borc pul vermişdir. Həmçinin işə əlavə olunuş yekun məhkəmə aktlarından görünür ki, İddiaçı mübahisəli evdə qanunsuz olaraq yaşamış və sonra ev sahibinin iddiasına əsasən evdən çıxarılmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə şahid qismində dindirilmiş X15 ifadəsini mötəbər sübut kimi qəbul etmir. Belə ki, o həmin mübahisədə kimin kimə pul verməsinə şahid olmamışdır. Həmçinin iddiaçı iddia tələbini 25.07.2018-ci il tarixdə iş üzrə çıxarılmış 2(051)-1386/2018 saylı xüsusi qərardada əsaslandırsa da, həmin xüsusi qərardad araşdıralarkən İddiaçı pulu Cavabdeh1 verməsi öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə həmin əsasları da mötəbər sübut kimi qəbul etmir. Həmçinin məhkəmə Mingəçevir Şəhər Məhkəməsinin 22 iyun 2017-ci il tarixli və 25 iyul 2018-ci il tarixli qətnamələrinə əsaslanaraq iş üzrə sübut qismində məhkəməyə təqdim olunmuş 02 may 2006-cı il tarixli texniki pasportu sübut kimi qəbul etmir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia müddətinin əvvəli 22 iyun 2017ci ildən hesablanmalıdır. Belə ki, hazırki mübahisə üzrə həmin tarixdə məhkəmə qətnaməsi çıxmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia müddəti ötürülməmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia əsassız olduğundan iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 17.000 ABŞ dolları pulun və məhkməyə ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi ilə bağlı tələbi rədd edilməlidir. Belə ki, iddiaçı tələbini əsaslandıran lazımi sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı cavabdehin ona borclu olmasını iddia etsə də öz tələbini əsaslandıraraq bunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. İddiaçı apellyasiya şikayətində Cavabdeh1 9300 ABŞ dolları məbləğdə, Cavabdeh2 isə aldığı əsas borc və faizi ilə birlikdə 7700 ABŞ dolları məbləğdə pul verməsini, onların nəticədə əsassız varlanmasını göstərsə də, o, cavabdehlərə pul verilməsini təsdiq edən heç bir əsaslı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırki iş üzrə cavabdehlərin əsassız varlanması və Cavabdeh1 borc verməsi halları aşkar edilməmişdir. Həmçinin, İddiaçı Cavabdeh2 iddia tələbi üzrə cavabdeh qismində işə cəlb edilməsinə razılıq vermədiyini göstərsə də, mülki işin 45-ci vərəqində onun bu barədə olan xahişi əks olunan 29.03.2021-ci il tarixli vəsatət vardır ki, bu da iddiaçının həmin hissədə göstərdiklərinin əsassızlığına dəlalət edir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə, ümumilikdə, münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilənlərə münasibət bildirərək qeyd edir ki, iddiaçı göstərdiklərini sübut edə bilməmişdir. Belə ki, şahid qismində dindirilmiş X15 ifadəsini məhkəmə kollegiyası mötəbər sübut kimi qəbul etmir, ona görə ki, o, həmin mübahisədə kimin kimə pul verməsinə şahid olmamışdır. Həmçinin iddiaçı iddia tələbini 25.07.2018-ci il tarixdə iş üzrə çıxarılmış 2(051)-1386/2018 saylı xüsusi qərardadla əsaslandırsa da, həmin xüsusi qərardad araşdıralarkən İddiaçı pulu Cavabdeh1 verməsi öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə kollegiyası həmin əsasları da mötəbər sübut kimi qəbul etmir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 21 iyun 2021-cı il tarixli, 2(051)-615/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 21 iyun 2021-cı il tarixli, 2(051)-615/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1730/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1730/2021
20.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver