Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1732/2020 14.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi və iddiaçı X9 iştirakları ilə, X1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4 və “xxxxxxxxxxxx” ASC-nə qarşı cavabdeh “xxxxxxxxxxxx” ASC-dən 9938,00 manatın alınaraq faydalanan şəxs Cavabdeh2 ASC-nə verilməsi və 9938,0 manatın onların, yəni X14, İddiaçı4, İddiaçı2 və üçüncü şəxs Cavabdeh5 Mövlüd oğlunun Cavabdeh2 ASC-nə olan borcundan çıxılması və Cavabdeh2 ASC-nə nəticədə qalan borcun Cavabdeh4 alınması, həmçinin, onlara dəymiş 2000 manat maddi və 10000 manat mənəvi, cəmi 12000 manat zərərin cavabdehlər Cavabdeh4 və “xxxxxxxxxxxx” ASC-dən müştərək qaydada alınaraq bərabər şəkildə onlara verilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(075)-146/2020 nömrəli qətnaməsindən X1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(075)-146/2020 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) X1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4 və “xxxxxxxxxxxx” ASC-nə qarşı cavabdeh “xxxxxxxxxxxx” ASC-dən 9938,00 manatın alınaraq faydalanan şəxs Cavabdeh2 ASC-nə verilməsi və 9938,0 manatın onların, yəni X14, İddiaçı4, İddiaçı2 və üçüncü şəxs Cavabdeh5 Mövlüd oğlunun Cavabdeh2 ASC-nə olan borcundan çıxılması və Cavabdeh2 ASC-nə nəticədə qalan borcun Cavabdeh4 alınması, həmçinin, onlara dəymiş 2000 manat maddi və 10000 manat mənəvi, cəmi 12000 manat zərərin cavabdehlər Cavabdeh4 və “xxxxxxxxxxxx” ASC-dən müştərək qaydada alınaraq bərabər şəkildə onlara verilməsi tələbinə dair iddiaları təmin edilməmiş, X1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 dövlət büdcəsinə ödədikləri 30 manat dövlət rüsumu xərci onların özlərinə aid edilmişdir. İşin halları X1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4 və “xxxxxxxxxxxx” ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxxxxx” ASC-dən 9938,00 manatın alınaraq faydalanan şəxs Cavabdeh2 ASC-nə verilməsi və 9938,0 manatın onların, yəni X14, İddiaçı4, İddiaçı2 və üçüncü şəxs Cavabdeh5 Mövlüd oğlunun Cavabdeh2 ASC-nə olan borcundan çıxılması və Cavabdeh2 ASC-nə nəticədə qalan borcun Cavabdeh4 alınması, həmçinin, onlara dəymiş 2000 manat maddi və 10000 manat mənəvi, cəmi 12000 manat zərərin cavabdehlər Cavabdeh4 və “xxxxxxxxxxxx” ASC-dən müştərək qaydada alınaraq bərabər şəkildə onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. X1, İddiaçı4, İddiaçı2, İddiaçı3, cavabdehlər Cavabdeh4, “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Müstafayev Məmməd Möhlüd oğlu, Cavabdeh3 və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin nümayəndələri birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. X1, İddiaçı4, İddiaçı2, İddiaçı3, Cavabdeh4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Müstafayev Məmməd Möhlüd oğlu, Cavabdeh3 və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi məhkəmə iclasına gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Cavabdeh “xxxxxxxxxxxx” ASC isə xx xxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində nümayəndəsinin iştirakı olmadan iddiaya baxılaraq iddianın “xxxxxxxxxxxx” ASC-nə qarşı olan hissəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdeh “xxxxxxxxxxxx” ASC-nin işə baxılmasını tələb etməsini nəzərə alaraq iş üzrə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. X1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 iddia ərizələrində göstərmişlər ki, X12 Cavabdeh2 ASC ilə arasında bağlanmış xx xxx 2014-cü il tarixdə ********* nömrəli kredit müqaviləsi üzrə 36 aylıq, illik 27 faizlə 12700 ABŞ dolları məbləğində kredit verilmişdir. Qeyd edilən kredit müqaviləsi bağlanılarkən Cavabdeh2 ASC X2 öhdəliklərinin yerinə yetirə bilməməsi risklərindən xx xxx 2014-cü il tarixli, BPA 10073530 nömrəli fərdi qəza sığortası şəhadətnaməsinə sığorta hadisəsindən sığortalamış və sığorta haqqı kimi 150 manat ödənilmişdir. Bununla bağlı 3 illik xx xxx 2014-xx xxx 2017-ci il tarixli şəhadətnamələr verilmişdir. xx xxx 2014-cü il tarixli, BPA 10073530 nömrəli fərdi qəza sığortası şəhadətnaməsində cavabdeh “xxxxxxxxxxxx” ASC-nin sığorta təminatı kimi qəflətən və gözlənilmədən baş verən hadisələr nəticəsində ölüm və əmək qabiliyyətinin tam və daimi itirilməsi qeyd edilmişdir. X3 xx xxxxx 2016-cı il tarixdə qəflətən ağırlaşmış, stasionara göndərilmiş, xx xxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2015- ci il tarixədək stasionarda əməliyyat olunmuş və xx xxx 2016-cı il tarixdən isə peşə qabiliyyətini itirmiş və ikinci qrup əlil olmuşdur. Cavabdeh2 ASC 12700 ABŞ dolları krediti X4 məhkəmədə işləməsinə və əmək haqqısına əsasən vermişdir. Bu krediti verərəkən Cavabdeh2 ASC X4 12700 ABŞ dollarının qaytarılmaması riskindən sığortalamış, öldükdə və ya peşə qabiliyyətini tam və ya qismən itirməsindən və üçüncü şəxs Cavabdeh5 ilə zaminlik müqaviləsi bağlamışdır. Həmçinin, kredit müqaviləsinə əlavə edilmiş xx xxx 2014-cü il tarixli girov müqaviləsinə əsasən mebel dəsti, televizor 1350 manat və canlı mal-qara 18700 manat likvid dəyərində qiymətləndirilmiş və kredit götürən X16 həmin əmlaklarını da girov qoymuşdur. Lakin, kredit götürən X11 vəfat etməsinə baxmayaraq onun Cavabdeh2 ASC qarşısında olan öhdəlikləri cavabdeh “xxxxxxxxxxxx” ASC tərəfindən qarşılanmamış, buna görə də Cavabdeh2 ASC-nin iddiası əsasında Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2 (107)-587/2018 nömrəli qətnaməsinə əsasən X14, İddiaçı4, İddiaçı2, Cavabdeh4 və Cavabdeh5 Mövlud oğlundan 14468,11 ABŞ dolları borcun müştərək qaydada tutularaq Cavabdeh2 ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. X4 vəfatından sonra ondan miras kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi qalmışdır. Həmin evdə Cavabdeh4 yaşayır və həmin evdən ibarət mirası xx xxxxxx 2019-cu il tarixli vərəsəlik şəhadətnaməsi əsasında tam hissədə qəbul etmişdir. Həmin mirası onlar qəbul etməmişlər. Ona görə də həmin borc məbləği X4 mirasını qəbul etmiş Cavabdeh4 tələb edilməli idi. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Odur ki, cavabdeh “xxxxxxxxxxxx” ASC-dən 9938,00 manatın alınaraq faydalanan şəxs Cavabdeh2 ASC-nə verilməsi və 9938,0 manatın onların, yəni X14, İddiaçı4, İddiaçı2 və üçüncü şəxs Cavabdeh5 Mövlüd oğlunun Cavabdeh2 ASC-nə olan borcundan çıxılması və Cavabdeh2 ASC-nə nəticədə qalan borcun Cavabdeh4 alınması, həmçinin, onlara dəymiş 2000 manat maddi və 10000 manat mənəvi, cəmi 12000 manat zərərin cavabdehlər Cavabdeh4 və “xxxxxxxxxxxx” ASC-dən müştərək qaydada alınaraq bərabər şəkildə onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı X14 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi Vəkil izahatında göstərmişdir ki, X16 xx xxx 2014-cü il tarixdə Cavabdeh2 ASC-dən 12700 ABŞ dolları məbləğində kredit götürmüş və “xxxxxxxxxxxx” ASC-d fərdi qəza sığortasında sığortalanmışdır. X16 xx xxxx 2016-cı il tarixdə mədə xərcingi xəstəliyi nəticəsində vəfat etmişdir. X7 xx xxx 2014-cü il tarixli, BPA 10073530 nömrəli fərdi qəza sığortası şəhadətnaməsinə əsasən bu sığorta növü üzrə sığorta hadisəsi hesab edilən hadisə nəticəsində faydalanan şəxs Cavabdeh2 ASC qarşısında kredit öhdəliklərini yerinə yetirə bilməməsi risklərini sığortalamışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti ilə razılaşdırılmış “Fərdi qəza Sığortası” qaydalarının 5.1.10-cu bəndinə əsasən bütün növ xəstəliklər və onların nəticələri üzündən baş vermiş hadisələr bu sığorta sinfi üçün sığorta hadisələri hesab edilmir. Yəni, mərhum hər hansı bir qəza nəticəsində deyil, xəstəlikdən vəfat etmişdir. Buna görə də iddianın cavabdeh “xxxxxxxxxxxx” ASC-nə qarşı olan hissəsini qəbul etmir və həmin hissədə iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğv edicisi X5 nümayəndəsi X8 izahatında göstərmişdir ki, xx xxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 ASC tərəfindən cavabdeh X12 36 ay müddətinə illik faiz dərəcəsi 27% olmaqla 12700 ABŞ dolları məbləğində kredit verilmiş və kredit üzrə öhdəliklərinin icrasının təmini kimi Cavabdeh5 Mövlüd oğlu ilə Cavabdeh2 ASC arasında xx xxx 2014-cü il tarixli zaminlik müqaviləsi imzalanmış, zamin Cavabdeh5 Mövlüd oğlu X11 xx xxx 2014cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasında məsuliyyəti tam olaraq üzərlərinə götürmüşdür. X6 götürdükdən sonra onun bir hissəsini ödəməsinə baxmayaraq kredit borcunun ödəniş qrafikində nəzərdə tutulmuş məbləğlərdə və müddətlərdə ödənilməsini təmin etməmişdir. Həmçinin, X6 götürdükdən və kredit borcunun bir hissəsini ödədikdən sonra, yəni xx xxxx 2016-cı ildə vəfat etdiyindən qalan kredit borcunun vərəsə olan cavabdehlərdən və zamindən tutularaq bankın hesabına ödənilməsi tələb edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2 (107)-587/2018 nömrəli qətnaməsinə əsasən X14, İddiaçı4, İddiaçı2, Cavabdeh4 və Cavabdeh5 Mövlud oğlundan 14468,11 ABŞ dolları borcun müştərək qaydada tutularaq Cavabdeh2 ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Bankın məqsədi verilmiş kreditin vaxtında ödənilməsidir. Buna görə də qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn X1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 apelyasiya şikаyəti vermişlər. Apelyasiya şikayətinin dəlilləri X1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq göstərmişlər ki, qətnamə əsassızdır. Qətnamədə qeyd edilir ki, xxxxxxxxxxxx ASC-dən "xxxxxxxxxx" ASC-nin xeyrinə hər hansı bir pul məbləğinin tutulması, tələb edilməsi, hazırki iş üzrə iddiaçıların deyil, məhz "xxxxxxxxxx" ASC-nin tələb hüququdur. Buna görə də iddiaçının iddiası əsaslı hesab edilə bilməz. Onlar iddia ərizələrində 9938 manatın xxxxxxxxxxxxdan alınaraq faydalanan şəxs "xxxxxxxxxx"a verilməsi və 9938 manatın onların borcundan silinməsini tələb etmişdilər. İddia ərizələrinin qoşmasında sübutlar təqdim etmişlər ki, onlar mirasdan imtina etmişlər. Mirası tam həcmdə Cavabdeh4 qəbul edib. Onlar-X1 və İddiaçı4 Şəki şəhəri, Z.Ziilfüqarov küçəsi, ev 13A deyik ev 13-də yaşayır. O, İddiaçı2 isə Tovuz rayonu Dondar Quşçu kəndində müdətdən artıq hərbi qulluq edir və orada yaşayır. Cavabdeh4 məhkəməyə göndərdiyi ərizəsində tələblə razı olduğunu göstərmişdir. Cavabdeh İradə tərəfindən vəsatət verilmişdir ki, "xxxxxxxxxxxx", fərdi qəza sığortası şəhadətnaməsində qeyd edilən (bənd 7) əlavə olunmuş 1 saylı qoşma məhkəmə və bizlərə təqdim edilsin və vəsatət təmin edilmişdir. Lakin bu qoşma verilmədi. Bundan başqa iddia ərizələrində onlar çox hüquqi mövqelər və təkzib edilməyən sübutlar təqdim etmişlər. Onların heç birinə hüquqi münasibət bildirilməmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(075)-146/2020 nömrəli qətnaməsini ləğv edib, cavabdeh “xxxxxxxxxxxx" dan 9938.00 AZN alınaraq faydalanan şəxs “xxxxxxxxxx"a verilməsi və 9938.00 AZN-in İddiaçı1, İddiaçı4 İddiaçı2 və İİİ şəxs Cavabdeh5 Mövlud oğlunun “xxxxxxxxxx“a olan borcundan çıxılması və “Cavabdeh2“ a nəticədə qalan borcun Cavabdeh4 alınması, həmçinin iddiaçılara İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı3 dəymiş 2000 manat maddi və 10 000 manat mənəvi, cəmi 12000 manat zərərin cavabdehlər “xxxxxxxxxxxx“ dan və Cavabdeh4 müştərək qaydada alınaraq bərabər şəkildə iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı X14 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı3, cavabdehlər Cavabdeh4 və “xxxxxxxxxxxx” ASC (nümayəndəsi) lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasına teleqram ünvanlayaraq məhkəmə kollegiyasının iclasında iştirak etməməsinin üzürlü sayılmasını, işə iştirakı olmadan baxılmasını və “xxxxxxxxxxxx” ASC ilə bağlı hissədə apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətlərində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətlərin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçı X9 izahatının dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, X1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(075)-146/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan xx xxx 2014-cü il tarixli, BPA 10073530 nömrəli fərdi qəza sığortası şəhadətnaməsindən görünür ki, həmin sığorta şəhadətnaməsinə əsasən X11 Cavabdeh2 ASC-nin Şəki filialına ödəməli olduğu kreditin 9938 manatı “xxxxxxxxxxxx” ASC tərəfindən xx xxx 2014-cü il tarixdən xx xxx 2017-ci il tarixədək sığortalanmışdır. Həmin sığorta təminatına əsasən qəflətən və gözlənilmədən baş verən hadisələr nəticəsində ölüm və əmək qabiliyyətinin tam itirilməsi nəzərdə tutulmuşdur. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(107)-587/2018 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən X14, İddiaçı4, İddiaçı2, Cavabdeh4 və Cavabdeh5 Mövlud oğlundan 10341,32 ABŞ dolları əsas kredit borcu, 4026,79 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə borcu olmaqla cəmi 14468,11 ABŞ dolları borcun məhkəmə qətnaməsinin icra olunduğu günə Azərbaycan manatına məzənnəsi ilə və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq Cavabdeh2 ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxx 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 1096.1, 1096.2, 1097.1, 1151.1, 1151.2, 1243.3, 1306.1 və 1307-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Konstitusiyanın 68-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəs ona dəymiş zərərin əvəzi tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxx 2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəalarının yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulduğunu qeyd etmişdir. Qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin təfsirindən göründüyü kimi, qanunvericilik mülki hüquq məsuliyyətinin yaranması üçün mülki hüquq pozuntusunun tərkibini təşkil edən zərərin vurulması, borclunun (zərərvuranın) hüquqa zidd, yəni qeyriqanuni davranışı, borclunun (zərərvuranın) hüquqa zidd davranışı ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri olması kimi elementləri ilə şərtləndirmişdir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 ASC tərəfindən cavabdeh X12 36 ay müddətinə illik faiz dərəcəsi 27% olmaqla 12700 ABŞ dolları məbləğində kredit verilmiş və kredit üzrə öhdəliklərinin icrasının təmini kimi Cavabdeh5 Mövlüd oğlu ilə Cavabdeh2 ASC arasında xx xxx 2014-cü il tarixli zaminlik müqaviləsi imzalanmış, zamin Cavabdeh5 Mövlüd oğlu X11 xx xxx 2014cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasında məsuliyyəti tam olaraq üzərlərinə götürmüşdür. X6 götürdükdən sonra onun bir hissəsini ödəməsinə baxmayaraq kredit borcunun ödəniş qrafikində nəzərdə tutulmuş məbləğlərdə və müddətlərdə ödənilməsini təmin etməmişdir. Qanuni qüvvəsini almış Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(107)-587/2018 nömrəli qətnaməsinə əsasən X14, İddiaçı4, İddiaçı2, Cavabdeh4 və Cavabdeh5 Mövlud oğlundan 10341,32 ABŞ dolları əsas kredit borcu, 4026,79 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə borcu olmaqla cəmi 14468,11 ABŞ dolları borcun məhkəmə qətnaməsinin icra olunduğu günə Azərbaycan manatına məzənnəsi ilə və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq Cavabdeh2 ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Hazırda iş üzrə X1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 xx xxx 2014-cü il tarixli, BPA 10073530 nömrəli fərdi qəza sığortası şəhadətnaməsinə əsasən X4 Cavabdeh2 ASC-nin Şəki filialına ödəməli olduğu kreditin 9938 manatının “xxxxxxxxxxxx” ASC tərəfindən xx xxx 2014-cü il tarixdən xx xxx 2017-ci il tarixədək sığortalandığını və ondan qalmış miras evin Cavabdeh4 tərəfindən qəbul edildiyini əsas göstərərək cavabdeh “xxxxxxxxxxxx” ASC-dən 9938,00 manatın alınaraq faydalanan şəxs Cavabdeh2 ASC-nə verilməsi və 9938,0 manatın onların, yəni X14, İddiaçı4, İddiaçı2 və üçüncü şəxs Cavabdeh5 Mövlüd oğlunun Cavabdeh2 ASC-nə olan borcundan çıxılması və Cavabdeh2 ASC-nə nəticədə qalan borcun Cavabdeh4 alınması, həmçinin, onlara dəymiş 2000 manat maddi və 10000 manat mənəvi, cəmi 12000 manat zərərin cavabdehlər Cavabdeh4 və “xxxxxxxxxxxx” ASC-dən müştərək qaydada alınaraq bərabər şəkildə onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə “xxxxxxxxxxxx” ASC tərəfindən iddia qəbul edilməmiş, digər Cavabdeh4 isə məhkəmə iclaslarında iştirak etməmiş, lakin məhkəməyə göndərdiyi ərizəsində tələblə razı olduğunu göstərmişdir. Göründüyü kimi xx xxx 2014-cü il tarixli, BPA 10073530 nömrəli fərdi qəza sığortası şəhadətnaməsinə əsasən X11 Cavabdeh2 ASC-nin Şəki filialına ödəməli olduğu kreditin 9938 manatı “xxxxxxxxxxxx” ASC tərəfindən xx xxx 2014- cü il tarixdən xx xxx 2017-ci il tarixədək sığortalanmışdır. Həmçinin, xx xxx 2014-cü il tarixli, BPA 10073530 nömrəli fərdi qəza sığortası şəhadətnaməsinə əsasən X16 Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti ilə razılaşdırılmış “Fərdi qəza Sığortası” ilə tanış edilmişdir. Həmin sığorta təminatına əsasən qəflətən və gözlənilmədən baş verən hadisələr nəticəsində ölüm və əmək qabiliyyətinin tam itirilməsi nəzərdə tutulmuşdur. X7 xx xxx 2014-cü il tarixli, BPA 10073530 nömrəli fərdi qəza sığortası şəhadətnaməsinə əsasən bu sığorta növü üzrə sığorta hadisəsi hesab edilən hadisə nəticəsində faydalanan şəxs Cavabdeh2 ASC qarşısında kredit öhdəliklərini yerinə yetirə bilməməsi risklərini sığortalamışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti ilə razılaşdırılmış “Fərdi qəza Sığortası” qaydalarının 5.1.10-cu bəndinə əsasən bütün növ xəstəliklər və onların nəticələri üzündən baş vermiş hadisələr bu sığorta sinfi üçün sığorta hadisələri hesab edilmir və həmin qaydaların 3-cü bəndində konkret olaraq sığorta təminatlarının növləri göstərilmişdir. X7 isə qəflətən və gözlənilmədən baş verən hadisələr nəticəsində deyil, xx xxxx 2016-cı il tarixdə mədə xərçəngi xəstəliyi nəticəsində, yəni bütün növ xəstəliklər və onların nəticələri üzündən baş verən hadisələrə aid edilən xəstəlik nəticəsində vəfat etmişdir. Həmçinin, “xxxxxxxxxxxx” ASC-dən Cavabdeh2 ASC-nin xeyrinə hər hansı bir pul məbləğinin tutulmasının tələb edilməsi hazırki iş üzrə iddiaçıların deyil, məhz Cavabdeh2 ASC-nin tələb hüququdur. Buna görə də iddianın cavabdeh “xxxxxxxxxxxx” ASC-nə qarşı olan hissəsi əsaslı hesab edilə bilməz. Hazırda iddiaçılar iddia tələblərinin Cavabdeh4 qarşı olan hissəsini əsaslandıran hal kimi X7ndan qalmış miras əmlak olan ünvan 1 saylı evin yalnız anaları tərəfindən qəbul edildiyini bildirsələr də, məhkəməyə təqdim edilmiş və qanuni qüvvəsini almış Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2 (107)-587/2018 nömrəli qətnaməsi ilə müəyyən edilir ki, ünvan 1 saylı fərdi yaşayış evi X11 mülkiyyətində olmuş və X4 Cavabdeh4, İddiaçı4 İlşam oğlu, X17 və İddiaçı2 adlarında vərəsələri vardır və həmin vərəsələr X11 mülkiyyətində olan ünvan 1 saylı evdə yaşamışlar. İş üzrə iddiaçıların X4 vərəsələri olmaqla yanaşı həmin evdə yaşamalarına baxmayaraq, sonradan həmin evin vərəsəlik yolu ilə tam şəkildə Cavabdeh4 tərəfindən qəbul edilməsi iddiaçıların Cavabdeh4 qarşı hazırki tələblə iddia qaldırmaları üçün əsaslı hesab edilə bilməz. Qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki Hüquq Məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Həmçinin, X14, İddiaçı4, İddiaçı2 və İddiaçı3 onlara 2000 manat maddi və 10000 manat mənəvi ziyan dəydiyini bildirsələr də, iddiaçılara hər hansı məbləğdə ziyan dəydiyi halda belə həmin zərərlə cavabdehlərin davranışları arasında səbəbli əlaqənin olması müəyyən edilməmişdir. İş materiallarından da göründüyü kimi iddiaçıların hazırki tələlərində göstərdiyi xüsusatlar əsaslı hallar deyildir. Çünki, iddiaçılar onlara maddi və mənəvi ziyan dəydiyini göstərsələr də, onlar bununla bağlı öz tələblərini yalnız formal sözlərlə əsaslandırmağa çalışmışlar, həmin tələblərinin əsaslı olduğunu təsdiq edəcək hər hansı bir sənədi məhkəməyə təqdim etməmişlər. Yəni, məhkəmə araşdırması zamanı cavabdehlərin hazırki iş üzrə iddiaçılara qarşı hüquqa zidd, qeyri-qanuni davranış nümayiş etdirmələri öz təsdiqini tapmamış, iddiaçılara hər hansı məbləğdə ziyan dəydiyi və həmin zərərlə cavabdehin davranışları arasında səbəbli əlaqənin olması müəyyən edilməmişdir. Göstərilən əsaslarla məhkəmə hesab edir ki, iddia tələbinin onlara dəymiş 2000 manat maddi və 10000 manat mənəvi, cəmi 12000 manat zərərlə bağlı hissəsi də əsaslı deyildir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, X1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4 və “xxxxxxxxxxxx” ASC-nə qarşı cavabdeh “xxxxxxxxxxxx” ASCdən 9938,00 manatın alınaraq faydalanan şəxs Cavabdeh2 ASC-nə verilməsi və 9938,0 manatın onların, yəni X14, İddiaçı4, İddiaçı2 və üçüncü şəxs Cavabdeh5 Mövlüd oğlunun Cavabdeh2 ASC-nə olan borcundan çıxılması və Cavabdeh2 ASC-nə nəticədə qalan borcun Cavabdeh4 alınması, həmçinin, onlara dəymiş 2000 manat maddi və 10000 manat mənəvi, cəmi 12000 manat zərərin cavabdehlər Cavabdeh4 və “xxxxxxxxxxxx” ASC-dən müştərək qaydada alınaraq bərabər şəkildə onlara verilməsi tələbinə dair iddiaları təmin edilməməlidir. İddianın təmin edilməməsi nəzərə alınaraq X1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 dövlət büdcəsinə ödədikləri 30 manat dövlət rüsumu xərci onların özlərinə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçıların apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçılar da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduqları halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn X1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(075)-146/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(075)-146/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. X1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş аpelyasiya şikayətləri təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1732/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1732/2020
14.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver