Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1739/2021 25.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcun ödənilməsi” tələbinə dair iddiası üzrə çıxarılmış iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərazi aidiyyətinin dəyişdirilməsi ilə bağlı vəsatətinin təmin edilməməsi haqqında Göyçay Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 2 (046)-339/2021 saylı qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay Rayon Məhkəməsinin ərazi aidiyyətinin dəyişdirməsi barədə vəsatətin təmin edilməməsi haqqında qərardadın ləğv edilməsi, işə baxılması üçün Quba Rayon Məhkəməsinin göndərilməsi, əks təqdirdə işə şikayətə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2 (046)-339/2021 nömrəli qərardadına əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülki işin aidiyyəti üzrə Quba rayon Məhkəməsinə göndərilməsi barədə vəsatətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şikayəti 15.07.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərizədə tələblərini belə əsaslandırmışlar ki, onlar Quba şəhərində yaşadıqlarından, Quba rayonundan Göyçay rayonuna kifayət qədər məsafə olduğu üçün məhkəmə iclaslarında iştirak edə bilmirlər. Məhkəmə iclasına gedə bilmədikləri üçün bu qanunsuzluqlar baş verir, belə ki, ərazi aidiyyətının dəyişdirilməsi barədə verdikləri vəsatət, həmin işlə bağlı məhkəmə qərardad qəbul etməli olduğu halda, həmin qərardaddan şikayət vermək hüquqları olduğu halda məhkəmə məktubla məlumat verməklə kifayətlənir, qərardadın surətini göndərmir, nəticədə məhkəmə müdafiəsi hüquqları pozulur, onların da cavabdeh kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə uysun sualları olacağı halda, vəsatət verəcəkləri halda məlumatları olmadan iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edir. Onlar hazırda Quba səhərində yaşayırlar. Əgər iş baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilərsə məhkəmə müdafiə hüququndan istifadə edə bilərlər. Hazırkı iş Göyçay Rayon Məhkəməsində baxılarsa hüquqları kobud surətdə pozulacaq, məhkəmə müdafiəsi hüququndan istifadə edə bilməyəcəklər. Elektron məhkəmə sisteminin üstünlüklərində biri də kobud prosessual pozuntuların qarşısının alınması, müddət keçdikdən sonra sistemə köhnə tarixlə qərardadın yerləşdirilməsinin qeyri-mümkünlüyüdür. Hər bir halda vəsatətin təmin olunmaması barədə qərardad vaxtında qəbul olunsaydı elektron sistemdə olardı, bu gün işə məhkəmə ekspertizasında olsa belə, həmin qərardadın surətini elektron məhkəmə sistemindən çap edərək vermək olardı. Göründüyü kimi bizə vaxtında vəsatətimizin təmin olunmasından imtina edilməsi barədə qərardad göndərilməmiş, biz də nəticədə həmin qərardaddan şikayət edə bilməmişik. Buna görə də Göyçay Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 2(046)- 339/2021 saylı qərardadının ləğv edilməsini və vəsatətin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(046)-339/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclası 25.08.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 2 (046)-339/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessula Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Məhkəməyə təqdim edilmiş və kollegiya tərəfindən tədqiq edilmiş DİN-in MAPS şöbəsi tərəfindən verilmiş 31.08.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsatəti rədd olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə bununla bağlı qərardad qəbul edərkən düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessula Məcəlləsinin:: 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommer siya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 2 (046)-339/2021 saylı nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1739/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1739/2021
25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver