Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1740/2021 26.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə və maraqlı şəxs X1rşı “icra işinin nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tаrixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdehnə və üçüncü şəxs X1rşı “icra işinin nəticələrinin ləğv edilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh tərəfindən 19.08.2020-ci il tarixdə JN-131F saylı "Torpağn mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə göstərilmiş torpaq sahəsinin (üzərində) sərhədlərinin daxilində həyata keçirilmiş icra işinin nəticələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(025)-317/2021 saylı qərardadı ilə İddiaçı Cavabdehnə və üçüncü şəxs X1rşı “icra işinin nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilmişdir. Hazırda İddiaçı Qəbələ Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(025)- 317/2021 saylı qərardadından şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi qənaətlə razılaşmayaraq həmin qərardaddan şikayət vermək qərarına gəlmişdir. Lakin qərdaddan şikayət vermə müddətini buraxmışdır. Prosessual müddətin buraxılmasına səbəb oğlu X3 məhkəmə qətnaməsi qəbul edildikdən iki gün sonra, yəni 28.04.2021-ci il tarixdə vəfat etməsi, onun isə mərhumun dəfni və vəfatı ilə bağlı olan mərasimlərə bağlı qəradaddan şikayət hazırlamaq imkanının olmamasıdır. Bu qeyd olunan səbəblərdən Qəbələ rayon Məhkəməsinin 2(025)317/2021 nömrəli Qəradadından şikayət vermə barədə prosessual müddəti tərəfimdən buraxılmış, o isə həmin Qəradaddan şikayət vermək məcburiyyətində qalmışdır. Qeyd olunanları məhkəmə nəzərə alaraq prosessual müddətin buraxılmasını üzürlü hesab etməlidir. Odur ki, şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi məhkəmədən xahiş olunur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 133.2-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(025)-317/2021 saylı qərardadı İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və iddiaçının vəkili Vəkil iştirakı ilə elan edilmişdir. Bundan başqa, iş materiallarında olan xəbərnamədən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(025)-317/2021 saylı qərardadı İddiaçı tərəfindən 04.05.2021-ci il tarixdə alınmışdır. İddiaçı qərardaddan şikayət vermə müddətini keçirmiş və 23.06.2021-ci il tarixdə şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin edilməmişdir. İddiaçı məhkəmənin qərardadından şikayət verərək Qəbələ Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tаrixli, 2(025)-317/2021 nömrəli qərardadının ləğv edilməsi və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə yeni qərardad çıxаrılmаsını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(025)-317/2021 nömrəli qərаrdаdı ilə İddiaçı tərəfindən verilmiş şikayət mülki iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iclasında iddiaçı anari Qayana Vladimirinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxt və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı, Cavabdeh nümayəndəsi və maraqlı şəxs X4 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tаrixli, 2(025)-317/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə görə şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 268.2-ci maddəsinə əsasən qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Beləliklə, yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tаrixli, 2(025)-317/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tаrixli, 2(025)-317/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz
Məhkəmə qərarları › İş №2(107)-1740/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1740/2021
26.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver